Məhkəmə qərarları › İş №1(056)-174/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-174/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-174/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Muradbəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib-yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2024-cü ilin mart ayında Sabirabad rayonu Muradbəyli kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 11 ədədini yetişdirərək kultivasiya etmiş, 04 iyun 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən ümumilikdə 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi-455 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, uzun zamandır ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. Mahiyyəti üzrə bildirir ki, 2023-cü ilin payız aylarında, dəqiq olaraq xatırlamadığı vaxtda Kür çayının kənarına balıq tutmaq üçün getmişdir. Həmin zaman Kür çayının kənarında yabanı halda bitmiş olan narkotik tərkibli çətənə bitkisi görmüşdür. Sonra həmin bitkinin toxumlarından götürüb dəsmalının içərisində saxlamışdır. Həmin vaxt niyyəti narkotik tərkibli bitkinin toxumunu əkib becərərək ondan qurudulmuş marixuana əldə etmək olmuşdur. Həmin kütlələri isə özü istifadə etmək istəmişdir. Kür çayının kənarından Muradbəyli kəndində yerləşən fərdi yaşayış evinə gəldikdən sonra tapdığı bitki toxumlarını evində gizlətmişdir. 2024-cü ilin mart ayının sonlarında gizlətdiyi narkotik tərkibli çətənə bitkisinin toxumlarını yaşadığı evin bağındakı açıq sahədə və bağın kənarında kolluq sahədə torpaqda əkmişdir. Hazırkı müddətədək qeyd edilən bitkilərin diblərin peyin verməklə, həmçinin mütəmadi olaraq diblərindəki torpaq hissəsini boşaltmaqla, vaxtı-vaxtında su verməklə qulluq etmişdir. Sonra əkdiyi bitkilərdən dörd ədədi bağın açıq sahəsində, yeddi ədədi isə bağın kənarındakı kolluq sahədə olmaqla ümumilikdə 11 ədədi yetişmişdir. Bildirir ki, bu gün, yəni xx.xx.2024-cü il tarixdə günorta saatlarında yaşadığı Sabirabad rayonu Muradbəyli kəndində yerləşən fərdi yaşayış evinin və evin həyətyanı sahəsində olarkən evinin qarşısındakı darvazada tanımadığı avtomobilin dayandığını görmüşdür. Bu vaxt avtomobildən bir neçə şəxs düşərək evinə doğru boylanmışdır. O həmin zaman qapıda dayanan şəxslərin polis əməkdaşları olduqlarını fikirləşmiş və qaçaraq narkotik tərkibli çətənə bitkilərini əkdiyi bağa doğru getmişdir. Bağa çatdıqdan sonra açıq sahədə deyil, bağın kənarındakı kolluq sahəyə doğru gedib orada olan yeddi ədəd narkotik tərkibli çətənə bitkilərini kötüyü ilə birlikdə torpaqdan çıxartmışdır. Həmin bitkiləri həyətyanı sahəsindən kənara atmaq fikirləşmişdir. Lakin bu vaxt polis əməkdaşları dərhal yanına gəlmiş və o, qorxaraq bitkirləri yerə qoymuşdur. Sonra o, polis əməkdaşlarının yanlarında iki nəfər hal şahidi və aqranomu da görmüşdür. Polis əməkdaşları ondan nə etdiyini soruşduqda, yaşadığı evdə narktoik tərkibli çətənə bitkiləri əkdiyini, onları görən kimi həmin bitkiləri torpaqdan çıxarıb həyətyanı sahəsindən uzaqlaşdırmaq istədiyini bildirmişdir. Daha sonra polis əməkdaşları evinin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişdirlər. O polis əməkdaşlarının evinin həyətyanı sahəsinə baxış keçirmələrinə heç bir etizanının olmamasını bildirmiş və bu barədə ərizə ilə yazaraq təqdim etmişdir. Yaşadığı evin həyətyanı sahəsində qanunla dövriyyəsi qadağan edilmiş əşya və predmetin olub-olmaması soruşulmuşdur. O yaşadığı evin həyətyanı sahəsində baxçanın digər tərəfində 04 ədəd narkotik tərkibli çətənə bitkiləri də olduğunu demiş və polis əməkdaşları, aqranom və hal şahidlərinə evinin həyətyanı sahəsində əkibbecərdiyi həyətyanı sahədəki bağın açıq sahəsində yerləşən hissəsində 04 ədəd, narkotik tərkibli çətənə bitkilərini təqdim etmişdir. Həmin bitkilər onun iştirakı ilə kökü ilə birlikdə torpaqdan çıxarılmışdır. 04 ədəd narkotik tərkibli çətənə bitkiləri 07 ədəd narkotik tərkibli çətənə bitkilərinin yanına gətirilmiş və ümumilikdə 11 ədəd narkotik tərkibli çətənə bitkilərinin uzunluqları və çəkisi ölçüldükdən sonra bir ədəd ağ rəngli sintetik kisədə qablaşdırılmışdır. Kisənin üzərinə möhürlənərək yapışqan lentlərlə bağlanmışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-yə gəlmiş, burada müdafiəçi ilə təmin olunduqdan sonra şübhəli şəxs qismində tutulmuşdur. Hazırda ona qarşı istinad edilən cinayəti ilk dəfə törətdiyini, cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, şəxsiyyətinin müsbət xarakterizə olunmasını, ailəli olaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını və arvadının ikinci uşağa hamiləlik dövrünü yaşadığını nəzərə alıb ona yüngül cəza növünün təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 iyun 2024-cü il tarixdə Sabirabad rayonu Muradbəyli kəndində yaşayan Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib-becərməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Fərid Cəfərzadə, RPŞ-nin NMQ-nin əməliyyat müvəkkili Şahid1, RPŞ-nin PPXB-nın polis nəfəri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra aqronom mütəxəssis dəvət edib qeyd olunan əməkdaşlarla birlikdə Sabirabad rayonu Muradbəyli kəndinə getmiş və orada iki nəfər hal şahidi dəvət edib Təqsirləndirilən şəxs yaşadığı ünvanına yollanmışlar. Hal şahidindən biri gec gəldiyi üçün Təqsirləndirilən şəxs yaşadığı küçədə hal şahidini gözləmiş və hal şahidi gəldikdən sonra Təqsirləndirilən şəxs səsləmişlər. Bu zaman onlar Loğmanın yaşadığı evin baxçasına qaçdığını görmüşdürlər. Onlar da Loğmanın həyətyanı sahəsinə daxil olub arxasınca getmişdirlər. Onlar Loğmanın yanına çatdıqda Loğmanın kolluq ərazidə əkib becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərini artıq çıxartdığını görmüşdürlər. Loğman onları görüb bitkiləri yerə qoymuşdur. Bundan sonra müstəntiq Loğmana həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu, buna görə həyətyanı sahəsinə baxış keçirməli olduqlarını izah etmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazaraq imza çəkmişdir. Müstəntiq Təqsirləndirilən şəxs nə üçün baxçaya qaçdığını və çıxartdığı bitkilərin nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən baxdıqda küçə qapısının qarşısında bir neçə avtomobil dayandığını və avtomobildən tanımadığı şəxslərin düşdüyünü gördüyünü, həmin şəxslərin polis əməkdaşları ola biləcəyindən şübhələndiyi üçün baxçasına qaçaraq əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini çıxardıb kənara atmaq istədiyini demişdir. Müstəntiq Loğmandan həyətyanı sahəsində başqa narkotik tərkibli çətənə bitkilərinin olubolmadığını soruşmuşdur. Loğman da baxçanın digər tərəfində 04 ədəd narkotik tərkibli çətənə bitkiləri olduğunu deyib həmin bitkiləri göstərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə baxçanın digər tərəfinə getmişdirlər. Orada torpağa əkilmiş halda 04 ədəd narkotik tərkibli çətənə bitkiləri olduğunu görmüşdürlər. Aqronom həmin bitkilərə baxış keçirtmiş və qulluq edildiyini bildirmişdir. Tərəflərindən həmin bitkilər kökündən çıxarılaraq digər bitkilərin yanına gətirilmişdir. Orada müstəntiq Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini nə üçün əkdiyini və toxumlarını haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs də bitkiləri özü istifadə etmək məqsədi ilə əkdiyini, toxumlarını da Kür çayının kənarından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər sintetik kisədə qablaşdırılıb DİN-in 139 saylı möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən bundan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində bildirmişdir ki, o, Sabirabad DAİM-in aqronom mütəxəssisi vəzifəsində işləyir. 04 iyun 2024-cü il tarixdə polis əməkdaşları ona zəng edib Sabirabad rayonu Muradbəyli kəndində qeydiyyatda olan və yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onunda aqronom-mütəxəssis kimi iştirak etməsini xahiş etmişlər. O da buna razılıq vermişdir. O polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Muradbəyli kəndinə Təqsirləndirilən şəxs yaşadığı həyətə getmişdir. Polis əməkdaşları baxış keçirilən zaman hal şahidi kimi iştirak etmək üçün əvvəlcədən iki nəfər tanımadığı şəxsləri də dəvət etmişdirlər. Hal şahidlərindən biri gec gəldiyi üçün Təqsirləndirilən şəxs küçə qapısının qarşısında gözləmişlər. Hal şahidi gəldikdən sonra polis əməkdaşı Loğmanı çağırmış və bu zaman onlar Loğmanın yaşadığı evin baxçasına qaçdığını görmüşdürlər. Onlarda Təqsirləndirilən şəxs həyətyanı sahəsinə daxil olub arxasınca getmişdirlər. Onlar Loğmanın yanına çatdıqda Loğmanın kolluq ərazidə əkib becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərini artıq çıxartdığını görmüşdürlər. Loğman onları görüb bitkiləri yerə qoymuşdur. Bundan sonra müstəntiq Loğmana həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu buna görə həyətyanı sahəsinə baxış keçirməli olduqlarını izah etmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazaraq imza çəkmişdir. Müstəntiq Təqsirləndirilən şəxs nə üçün baxçaya qaçdığını və çıxartdığı bitkilərin nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən baxdıqda küçə qapısının qarşısında bir neçə avtomobil dayandığını və avtomobildən tanımadığı şəxslərin düşdüyünü gördüyünü, həmin şəxslərin polis əməkdaşları ola biləcəyindən şübhələndiyi üçün baxçasına qaçaraq əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini çıxardıb kənara atmaq istədiyini demişdir. Müstəntiq Loğmandan həyətyanı sahəsində başqa narkotik tərkibli çətənə bitkilərinin olubolmadığını soruşmuşdur. Loğman da baxçanın digər tərəfində 04 ədəd narkotik tərkibli çətənə bitkiləri olduğunu deyib həmin bitkiləri göstərə biləcəyini bildirmişdiri. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə baxçanın digər tərəfinə getmişdirlər. Orada torpağa əkilmiş halda 04 ədəd narkotik tərkibli çətənə bitkiləri olduğunu görmüşdürlər. O aşkar edilmiş çətənə bitkilərinə aqronom-mütəxəssis kimi baxış keçirib bitkilərə aqronotexniki qaydada qulluq olunmasını bildirmiş və bu barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Aşkar edilmiş 11 ədəd çətənə bitkisi qablaşdırılaraq, DİN-nin 139 saylı möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Həyətyanı sahədən və yardımçı tikililərdən əlavə olaraq qanunsuz heç nə aşkar edilməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkilərini öz istifadəsi üçün əkdiyini bildirmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 04 iyun 2024-cü il tarixdə saat təxminən 12 radələrində Sabirabad rayonu Qasımbəyli kəndində olarkən polis əməkdaşları ona zəng edərək Muradbəyli kənd sakini Təqsirləndirilən şəxs həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkilərini əkib becərməsi barədə məlumat olduğunu, Təqsirləndirilən şəxs həyətyanı sahsinə baxış keçiriləcəyini və onun da hal şahidi kimi iştirak etməsini bildirmişdirlər. O da polis əməkdaşları ilə razılaşmış və Muradbəyli kəndinə Təqsirləndirilən şəxs evinin qarşısına getmişdir. Polis əməkdaşlarının, aqronomun və digər hal şahidinin onu gözlədiklərini görmüşdür. O həmin şəxslərin yanına çatdıqdan sonra polis əməkdaşı Loğmanı çağırmışdır. Bu zaman onlar Loğmanın yaşadığı evin baxçasına qaçdığını görmüşdürlər. Onlar da Təqsirləndirilən şəxs həyətyanı sahəsinə daxil olub arxasınca getmişdirlər. Onlar Loğmanın yanına çatdıqda Loğmanın kolluq ərazidə əkib becərdiyi 07 ədəd narkotik tərkibli çətənə bitkilərini artıq çıxartdığını görmüşdürlər. Loğman onları görüb bitkiləri yerə qoymuşdur. Bundan sonra müstəntiq Loğmana həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli olduğunu buna görə həyətyanı sahəsinə baxış keçirməli olduqlarını izah etmişdir. Təqsirləndirilən şəxs həyətyanı sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə ərizə yazaraq imza çəkmişdir. Müstəntiq Təqsirləndirilən şəxs nə üçün baxçaya qaçdığını və çıxartdığı bitkilərin nə olduğunu soruşmuşdur. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən baxdıqda küçə qapısının qarşısında bir neçə avtomobil dayandığını və avtomobildən tanımadığı şəxslərin düşdüyünü gördüyünü, həmin şəxslərin polis əməkdaşları ola biləcəyindən şübhələndiyi üçün baxçasına qaçaraq əkib becərdiyi narkotik tərkibli çətənə bitkilərini çıxardıb kənara atmaq istədiyini demişdir. Müstəntiq Loğmandan həyətyanı sahəsində başqa narkotik tərkibli çətənə bitkilərinin olub-olmadığını soruşmuşdur. Loğman da baxçanın digər tərəfində 04 ədəd narkotik tərkibli çətənə bitkiləri olduğunu deyib həmin bitkiləri göstərə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə baxçanın digər tərəfinə getmişdirlər. Orada torpağa əkilmiş halda 04 ədəd narkotik tərkibli çətənə bitkiləri olduğunu görmüşdürlər. Aqronom həmin bitkilərə baxış keçirtmiş və qulluq edildiyini bildirmişdir. Polis əməkdaşları tərəfindən həmin bitkilər kökündən çıxarılaraq digər bitkilərin yanına gətirilmişdir. Orada müstəntiq Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini nə üçün əkdiyini və toxumlarını haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs də bitkiləri özü istifadə etmək məqsədi ilə əkdiyini, toxumlarını da Kür çayının kənarından tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş bitkilər sintetik kisədə qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs həyətyanı sahəsindən bundan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Daha sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 05 iyun 2024-cü il tarixli 18/557 №-li rəyindən görünür ki, “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı cəmi 11 ədəd yaş vəziyyətdə ümumi çəkisi-455,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 5376 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nərəzə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarında olan Sabirabad Rayon İH Qasımbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli xasiyyətnamə və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun ailə üzvləri kimi xx.xx.1992-ci il təvəllüdlü arvadı X2 və xx.xx.2018-ci il təvəllüdlü övladı X3 göstərilmişdir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan «çətənə (kannabis)» bitkilərini kultivasiya etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o, cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, ailəli olaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını və arvadının ikinci uşağa hamiləlik dövrünü yaşadığını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla müəyyən olunmuş 04 gün ona təyin olunacaq cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı ümumi qalıq yaş vəziyyətdə çəkisi 454.45 qram olmuş 11 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində iki gün tutularaq, həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49.74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, 11 ədəd - tədqiqatdan sonrakı ümumi qalıq yaş vəziyyətdə çəkisi 454.45 qram olmuş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar