Məhkəmə qərarları › İş №1(056)-179/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-179/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-179/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsm və onun müdafiəçisi - Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları, xx xxxx 1965-ci il tarixdə Sabirabad rayonu, Aleksandrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvələr məhkum olunmamış, işsiz, Sabirabad rayonu, Şəhriyar kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə elan edilən ittihama görə, o, 29 avqust 2024-cü il tarixdə, saat 11 radələrində, qonşusu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində yaranmış mübahisə zamanı, qəsdən ağac parçası ilə onu vuraraq onun, sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 7-8 ay olar ki, onlarla qonşuluqda yaşayır və gəldiyi vaxtdan münaisbətləri normal olmamış, tez-tez münaqişələri baş vermişdir. Lətafətin bacısı Şahid3 isə onunla 28 ildir qonşudur. Məhbubə onların həyətyanı sahəsindən bir qismini, eləcə də çəpərini söküb 2 metr öz sahəsindən çəkməsini tələb edir. Lətafət də bacısının tərəfini saxlayır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində evdə olduğu zaman, Lətafət və Məhbubə, həyat yoldaşı Şahid1 ilə mübahisə etməyə başlamış, nalayiq söyüşlərələ söyüb təhqir etmişlər. Onları sakitləşdirmək istəyən zaman Lətafət onun üstünə hücum edərək vurmaq istəmiş, bu zaman o yerdən ağac parçasını götürüb Lətafətin alın nahiyəsindən bir zərbə vurmuşdur. Sonra Lətafət və Məhbubə həyətini tərk edib evlərinə getmişlər. Lətafət üzərinə hücum edib onu vurmaq istəsə də, Lətafət onu vurmamış və xəsarət yetirməmişdir. Onların münaqişəsi təxminən 1- 2 dəqiqə davam etmiş, o Lətafətə bir ağac zərbəsi vurduqdan sonra həyətindən çıxıb getmişlər. Bundan başqa ifadəsində göstərmişdir ki, həyat yoldaşı Şahid1 Lətafətin alın nahiyəsindən balta ilə vurmamış, xəsarət yetirməmiş, qızı Səidə Lətafətin kürək nahiyəsindən vurmamış, Lətafətin alın nahiyəsindən ağac parçası ilə özü vurub xəsarət yetirmiş, hadisə vaxtı orada qonşular və ya digər kənar şəxslər olmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs təqsirinin olmaması əsasları ilə onun barəsində bəraətverici hökmün çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs və Şahid1 onunla qonşuluqda yaşayırlar. Əslan və Şaxanım ilə qonşu olandan münasibətləri normal olmamışdır. xx.xx.2024-cü il tarixdə, saat 11 radələrində, azyaşlı oğlu Fariz ilə bacısı Məhbubənin evinə gedən zaman, Əslan, arvadı Şaxanım və qızı Səidə qarşısını kəsərək onların evinin qarşısından keçməməyi bildirməklə, aralarında olan çəpərin dirəklərini sındırmaqda onu günahlandırmışlar. O, Əslana, Şaxanıma və qızı Səidəyə çəpərin dirəklərini sındırmadığını bildirsə də, aralarında mübahisə yaranmış və o, evə geri qayıtmışdır. Bu zaman mübahisənin davamı olaraq Səidə və anası Şaxanım çəpərini sındıraraq həyətinə daxil olmuşlar. Aralarında münaqişə yaranaraq Səidə kürək nahiyəsinə, anası Şaxanım isə baş nahiyyənə yumruqla vurmuş, eyni zamanda Əslan əlində olan və ağac yonduğu balta ilə alın nahiyəsinə vuraraq xəsarət yetirmişdir. Həmin vaxt yanında azyaşlı övladları Aysun və Fariz olmuş, başqa kənar şəxslər olmamışdır. Sonradan övladlarının qışqırtı səsinə bacısı Məhbubə gələrək DİN-in 102 xidmətinə məlumat vermişdir. Hazırda Təqsirləndirilən şəxs ilə barışmadığını və ona sərt cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında anasının iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı Şahid4, zərərçəkmiş Zərərçəkmiş şəxs göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Şahid1 və Təqsirləndirilən şəxs onunla qonşuluqda yaşayırlar. Əslan və Şaxanım ilə qonşu olandan münasibətləri normal olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 11 radələrində Əslan, arvadı Şaxanım və qızı Səidə ilə aralarında mübahisə baş vermiş, sonra o öz evinə getmişdir. Mübahisəyə səbəb Lətafət ilə Əslanın evinin arasında olan çəpərin sındırılması və Əslanın arvadı Şaxanımın onun dalınca danışaraq güya ki su kanalının qazılmasına maneçilik yaratmışdır. Sonradan o evdə olduğu zaman Lətafət və övladlarının səs küyünü eşidib onun həyətinə gəlmiş, Lətafətin alın nahiyəsindən qan axdığını görmüş, nə baş verdiyini soruşduqda, Əslanın balta ilə alın nahiyyəsindən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 eyni məzmunda ifadə verərək, arvadı Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları tam təsdiq etmiş, münaqişə zamanı qonşusu Lətafətin alın nahiyəsində balta ilə vurmadığını, qızı Səidənin də Lətafətin kürək nahiyəsindən vurmadığını, Lətafətin alın nahiyəsindən yalnız arvadı Şaxanımın ağac parçası ilə vurduğunu göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Əslan qızı eyni məzmunda ifadə verərək, anası Təqsirləndirilən şəxs ifadəsində göstərilən xüsusatları tam təsdiq etmiş, münaqişə zamanı Lətafətin kürəyindən vurmadığını, atası Əslanın Lətafətin başına balta ilə vurmadığını, Lətafəti yalnız anası Şaxanımın ağac parçası ilə alın nahiyəsinə vurduğunu göstərmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 529 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına əsasən bədəni üzərindəki xəsarətlər - alın nahiyəsində yara, sol kürək sümüyü proyeksiyasında sıyrıq küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmiş, əmələ gəlmə müddətləri xx.xx.2024cü tarixə uyğun gəlir, ayrı-ayrılıqda dərəcəsinə görə alın nahiyəsində yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Digər sol kürək sümüyü proyeksiyasında sıyrıq isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterini nəzərə alsaq, həmin xəsarətlərin taxta parçası ilə yetirilməsi mümkündür. Çapıcı alətlə – baltanın kəsici hissəsi ilə əmələ gəlməsi inandırıcı deyil. İş materiallarında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən və zərərçəkmiş şəxsin məhkəmədə verdikləri ifadələri, ekspertiza rəyi, həmçinin məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən CM-nın 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun yaşını və ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət əməlini törətməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxsm üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxsm cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxsm qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti əv protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar