Məhkəmə qərarları › İş №1(056)-18/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-18/2025

14.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-18/2025 14.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1962-ci il tarixdə Əli-Bayramlı rayonu Qaragünə kəndində anadan olmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Qaragünə kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə irəli sürülən ittihama görə o, 13 avqust 2024-cü il tarixdə saat 23 radələrində yaşadığı Sabirabad rayonu Qaragüney kəndində yerləşən evinin həyətində kürəkəni Zərərçəkmiş şəxs ilə ailə-məişət münaqişəsi zəminində etdiyi mübahisə zamanı o, Zərərçəkmiş şəxs taxta parçası ilə sinə nahiyəsinə vuraraq, sonuncuya döş qəfəsinin ön sol yan səthində, sol ön qoltuqaltı xətt üzrə 5-8-ci qabırğa səviyyəsində hematoma ilə müşayiət olunan, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Qaragüney kəndində yaşayır, Zərərçəkmiş şəxs onun kürəkənidir, sonuncu ilə münasibəti əvvəllər yaxşı olmuşdur. 2011-ci il tarixdə qızı Şahid1 Yalçına ərə vermiş, həmin nikahdan onların 2 övladı dünyaya gəlmiş, onlar ailə qurduqdan təxminən bir il sonra qızı ona Yalçının evdə narkotik vasitə qəbul etdiyini, tez-tez nalayiq ifadələr ilə təhqir etdiyini dedikdə hər dəfə bu barədə Yalçının atası Şakirə və anası Esmiraya xəbər vermişdir. Sonuncular da düzələcəyini bildirmiş. Bu vəziyyətdə qızı təxminən 11 il Yalçının yanında Qaragüney kəndindəki evində yaşamış, təxminən bir il bundan əvvəl Yalçın Bakı şəhərində işlədiyi üçün ailəsini də özü ilə aparmış, qızı Bakı şəhərində yaşadığı müddətdə də dəfələrlə ona Yalçının evdə narkotik vasitə qəbul etdiyini, evə narkotik vasitə qəbul edən şəxsləri gətirdiyini, çox borcu olduğunu, təhqir etdiyini, Yalçının bu hərəkətlərinə dözə bilmədiyini demişdir. 09 avqust 2024-cü il tarixdə qızı nəvələri ilə onlara gəlmiş və geri qayıtmayacağını, Yalçından boşanmaq istədiyini demiş, qızına özünün biləcəyini bildirmişdir. 13 avqust 2024-cü il tarixdə gecə saat 23 radələrində pəncərənin döyüldüyünü eşitmiş, qızı ona Yalçın gəldiyini demiş, həyətə düşəndə Yalçının həyətdəki divanda əyləşdiyini görmüşdür. Sonuncuya yaxınlaşdıqda spirtli içki qəbul etdiyini hiss etmiş, Yalçına “içkilisən get evinə sonra gələrsən” dedikdə sonuncu onu və ailə üzvlərini nalayiq ifadələr ilə təhqir edərək getməyəcəyini, ya qızı Aynuru özü ilə aparacağını, ya da onları öldürəcəyini deyərək onları hədələməyə başlamışdır. Yalçının səsinə qızı Aynur və yoldaşı Aybəniz də həyətə düşmüş, onlar da Yalçına getməsini demiş, Yalçın onları da təhqir edərək getməyəcəyini bildirmiş, o da Yalçına "dur rədd ol mənim həyətimdən" deyib qolundan tutub dartmağa başlamışdır. Yalçın bundan sonra həyətdə olan bir ədəd stulu və 3 ədəd şüşə bankanı yerə vuraraq sındırmış, bundan sonra Yalçını itələyərək həyətdən çıxartmağa çalışmış, qızı Aynur da Yalçının qolundan tutub dartaraq həyətdən çıxartmağa ona köməklik etmiş, Yalçın müqavimət göstərdiyi üçün sonuncunun boğaz nahiyəsindən tutaraq geri itələmişdir. Yalçının həyətdən çıxmayacağını gördükdə sonuncunun valideynlərinə zəng edərək Yalçını gəlib aparmalarını demiş, Yalçının valideynləri və Qismət adlı əmisi oğlu onlara gələrək Yalçını sürüyərək həyətdən çıxartmağa çalışmışlar. Yalçın həyətdən çıxarılacağını gördükdə yumruqla onun sol göz nahiyəsinə vurmuş, bundan sonra Yalçının əmisi oğlu və bir nəfər tanımadığı şəxs Yalçının ayaqlarından və əllərindən tutaraq qucaqlarına götürüb aparmışlar. Yolda da Yalçının getmək istəmədiyi, sonuncunu aparan şəxslərə müqavimət göstərməsi ilə bağlı səsi gəlmiş, polis əməkdaşları gəldikdən sonra Yalçın sakitləşmiş, Yalçını vurmamış, sadəcə onun boğaz nahiyəsindən tutaraq geri itələyib həyətdən çıxarmağa çalışmışdır. Qızı Aynur da Yalçının qolundan tutaraq onu həyətdən çıxarmağa çalışmış, yoldaşı Aybəniz isə ümumiyyətlə Yalçına toxunmamışdır. Yalçın içkili halda həyətinə gəlib onu və ailə üzvlərini təhqir edərək həyətyanı sahəsindən çıxmaq istəmədiyi üçün aralarında mübahisə yaranmış, aralarında mübahisə təxminən 15-20 dəqiqə davam etmişdir. Yalçın yumruqla onun sol göz nahiyəsindən vurmuş, o isə Yalçını vurmamış, sadəcə olaraq sonuncunun boğaz nahiyəsindən tutaraq geri itələmişdir. Qızı Aynur sadəcə olaraq Yalçının qolundan tutub dartmış, yoldaşı Aybəniz isə isə ümumiyyətlə Yalçına toxunmamış, Yalçının boğaz nahiyəsində olan xəsarətlər sonuncunun boğaz nahiyəsindən tutub sıxaraq geri itələməsi nəticəsində yaranmış, digər xəsarətlərin necə və kim tərəfindən yetirildiyini bilməmişdir. Hadisə zamanı orada qızı və yoldaşı olmuş, sonradan Yalçının anası, atası və əmisi oğlu gəlib onların mübahisəsini görmüş, Yalçın onu və ailə üzvlərini nalayiq ifadələr ilə təhqir etmiş, o isə Yalçına sadəcə olaraq “dur rədd ol burdan” demişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, iş üzrə zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını, onunla barışdığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, qəssablıqla məşğul olur. Qayınatası Təqsirləndirilən şəxs ilə əvvəllər münasibətləri normal olmuş, sonuncunun qızı Aynur ilə 2011-ci ildə ailə həyatı qurmuş, birgə nikahlarından iki oğlan övladı dünyaya gəlmişdir. Aynurla normal ailə münasibətləri olsa da, lakin sonradan münasibətləri pozulmuşdur. Bundan sonra o, arvadı Aynur və iki övladını götürüb Bakı şəhərinə köçmüş, bir müddət Bakı şəhərində ailəsi ilə birlikdə kirayədə yaşamış, xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu Qaragüney kəndinə gəlmişdir. Həmin vaxt arvadı Aynur evdə təxminən bir neçə dəqiqə oturandan sonra uşaqları götürüb, ondan xəbərsiz atası Vidadinin evinə getmiş, o isə evə qayıdan zaman Aynurun evdə olmadığını görmüş, sonra səhəri gün, yəni xx.xx.2024-cü il tarixdə Aynur evə gəlmiş, sonuncuya atası evinə getməsi barədə öz iradını bildirsə də, Aynur ona aqressiv olaraq “nə etmişəm, sənə yaxşı eləmişəm” deyib mübahisə etmişdir. Lakin o, heç bir söz deməmiş və Aynura Bakı şəhərinə onunla birlikdə gətməyi söyləmiş, lakin Aynur Bakı şəhərinə onunla getməyəcəyini deyib, atası Vidadinin evinə geri qayıtmışdır. Aynur növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə atası Vidadi və əmisi oğlu Elvinlə birlikdə Bakı şəhərinə gedərək, orda qaldığı evdən məişət aşyalarını yığaraq, Vidadinin evinə gətirmiş, səhəri günü Bakı şəhərinə kirayədə yaşadığı evə gedən zaman evdə olan məişət əşyalarının yerində olmadığını görüb, bu barədə Aynura telefonla zəng edib, əşyaları hansı səbəbə aparmasını soruşduqda sonuncu atası Vidadinin aparmasını bildirmişdir. O da xx.xx.2024-cü il tarixdə saat təxminən 23 radələrində Bakı şəhərindən qayınatası Vidadinin yaşadığı Sabirabad rayonu Qaragüney kəndində yerləşən evinə gəlmiş, həmin vaxt qayınatası Vidadiyə “gəl oturub söhbət edək” dedikdə sonuncu söhbət etməkdən imtina edərək onun ünvanına nalayiq ifadələr işlətmiş, o isə Vidadiyə öz iradını bildirən zaman aralarında mübahisə olmuş, mübahisə zamanı arvadı Aynur, qayınatası Vidadi və qayınanası Aybəniz üstünə hücum etmişlər. Vidadi onu əlləri ilə boğmağa başlamış, Aybəniz üzünə və boğaz nahiyyəsinə cırmaq atmış, həmçinin arvadı Aynur başına stol vurmuşdur. Sonra Vidadi onu sinə nahiyəsindən taxta qırıntısı ilə vurmuş, həmin vaxt onların üstünə hücum etdikləri üçün, həmçinin Vidadi ona söyüş söydüyünü görə əsəbləşib, sonuncunun sol gözünün üstünə bir dəfə yumruqla vurmuş, daha sonra səs-küyə valideyinləri Şakir və Esmira gəlmişlər. Bundan sonra ordan uzaqlaşıb öz yaşadığı evə getmiş, səhəri günü bu barədə Qaragüney PB-yə ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq onun barəsindəki cinayət iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur, Yalçın qonşusu Aynurla 2011-ci ildə ailə həyatı qurmuş, Yalçın Aynurla ailə qurduqdan sonra bir müddət onlarda qalmışlar. Hər ikisi təxminən 2 ilə yaxındır ki, Bakı şəhərində yaşamış, 2024-cü ilin avqust ayında onlara gəlmiş, sonra Aynur uşaqların da götürüb qonşuya, yəni öz ata evinə keçmişdir. Aynur bir gün sonra onlara qayıtmış, Aynurla Yalçın arasında mübahisə yaranmış və Aynur ata evinə getmiş, o, zəng edib Aynura yenə də ərindən üzr istəməsini bildirmiş, lakin Aynur artıq boşanacağını deyib öz əşyalarını Bakı şəhərindən gətirəcəyini demişdir. 13 avqust 2024cü il tarixdə saat 23 radələrində evdə olarkən Yalçın ona Aynurgilə gedib ailəsini geri qaytaracağını demiş, lakin o oğluna gec olduğunu deyib səhər özləri bu işi həll edəcəklərini bildirmiş, lakin Yalçın deyilənə fikir verməyərək Aynurgilə getmişdir. Bir qədər sonra oradan səs gəldiyini eşitmiş, əri Şakirə həmin yerə getməyi təklif etdikdə sonuncu ona həmin yerə getməyəcəyini demiş, sonra Aynur ona zəng edib həmin yerə gəlməklərini istəmiş, o da ayaqlarının ağrıdığını demişdir. Lakin Aynur çox israr etdikdə sonuncu ilə razılaşmış, Aynurgilə getmiş, sonra əri Şakir də həmin yerə gəlmişdir. Ora çatdıqda Aynurun atası Vidadinin oğlu Yalçını vurduğunu, Aynurun da oğlunun boğazından və sifətindən vurduğunu görmüşlər. Yalçın da onların əl çəkməyəcəklərini görüb Vidadini bir dəfə sifət nahiyəsindən vurmuş, həyət qaranlıq olduğundan konkret olaraq kimlərin Yalçına hansı formada xəsarət yetirdiyini görməmiş, sonra onlar Yalçıngili ayırmış, sonra Yalçını öz evlərinə aparmışlar. Yalçın israrla Aynurun atası Vidadiyə özündə olan fotoşəkilləri göstərmək istədiyini desə də, Vidadi buna məhəl qoymamış, sonra onlardan çıxıb öz evlərinə getmişlər. Növbəti gün, yəni xx.xx.2024-cü il tarixdə Vidadinin Yalçından şikayət etdiyini öyrənmiş, ona görə də Yalçın da onlardan şikayət etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 digər Şahid3 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. İş üzrə keçirilmiş və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 500 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - döş qəfəsinin ön sol yan səthində, sol ön qoltuqaltı xətt üzrə 5-8-ci qabırğa səviyyəsində hematoma, üst dodaqda qansızma, yara, boyunun arxa, sağ və sol səthlərində, sol yanaq proyeksiyasında, sol bazunun orta 1/3-də bayır səthdə, sağ bazunun aşağı 1/3-də bayrı səthdə, döş sümüyünün əsası proyeksiyasında, sağ kürək sümüyü proyeksiyasında sıyrıq küt əşyanın/əşyların təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2024-cü il tarixə uyğun gəlir, ayrı-ayrılıqda döş qəfəsinin ön sol səthində hematoma dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aid edilir, digər xəsarətlər - üst dodaqda qansızma, yara, boyunun arxa, sağ və sol səthlərində, sol yanaq proyeksiyasında, sol bazunun orta 1/3-də bayır səthdə, sağ bazunun aşağı 1/3-də bayrı səthdə, döş sümüyünün əsası proyeksiyasında, sağ kürək sümüyü proyeksiyasında sıyrıqlar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə cinayət iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CM-nın 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CM-nın 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə tövsüf edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. HəminMəcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan cinayət iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə də məhkəmə - Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək cinayət iş üzrə icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərcləri, dəymiş zərər və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı maddi tələbi olmadığı üçün və onlar arasında barışıq olduğundan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübutun, məhkəmə xərclərinin, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar