Məhkəmə qərarları › İş №1(056)-182/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-182/2023

28.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-182/2023 28.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X4 və təqsirləndirilən şəxs X2 iştirakı ilə, X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair X4 xüsusi ittiham qaydasında şikayətinə məhkəmənin baxış iclasında baxaraq, Müəyyən etdi: X7 xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət edərək X2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs X7 məhkəməyə ərizə təqdim edərək şikayətindən imtina etdiyini göstərmiş və xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən şəxs X1 Həsən Murtuz oğlundan üzr istəməsini və onların barışmasını nəzərə alaraq barəsində olan iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Cinayət Plrosessual Məcəlləsinin 39.1.8 -ci maddəsində qeyd edilir ki, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Plrosessual Məcəlləsinin 41.7-ci maddəsinə görə xüsusi ittiham qaydasında cinayət təqibindən imtina edilməsi yalnız zərər çəkmiş şəxsin iradəsindən asılıdır. Bu halda xüsusi ittiham qaydasında şikayət üzrə icraata məhkəmə tərəfindən xitam verilməlidir. Məhkəmə, zərərçəkmiş şəxs X4 şikayətindən imtina etməsini, həmçinin, barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 işin icraatına xitam verilməsi haqqında ərizəsinə qəbul edərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.8-ci 41.7-ci və 293-302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148 və 147.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair zərərçəkmiş şəxs X4 xüsusi ittiham qaydasında şikayəti üzrə icraata xitam verilsin. Qərardan 20 iyirmi gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar