Məhkəmə qərarları › İş №1(056)-183/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-183/2023

22.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-183/2023 22.11.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ İş№1(056)-183/2023 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Sabirabad Rayon Məhkəməsi xx.xx.2023-ci il Sabirabad şəhəri Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlishaib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi2 Zərərçəkmiş şəxsnın, təqsirləndirilən Təqsirləndirilən şəxsnın iştirakları ilə xx xxxxxx 1969-cu il tarixdə Sabirabad rayonu Pakrovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Əhmədabad kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 05 mart 2023-cü il tarixdə, saat 15 radələrində Sabirabad rayonu, Əhmədabad kəndində, çöl sahəsində olarkən, həmkəndlisi Zərərçəkmiş şəxs Dovlat oğlu ilə aralarında torpaq sahəsindən su arxının qazılması səbəbindən şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qəsdən Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla vuraraq, sonuncuya burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan, burnun belində, təpə nahiyəsində, sağ gözaltı nahiyədə, sol kürəkaltı nahiyədə qançırlarla müşayiət olunan, sağlamlığın qısa müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə verilmiş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 05 mart 2023-cü il tarixdə saat 14 radələrində qardaşı Mail ilə Əhmədabad kəndinin şimal hissəsində yerləşən həyətyanı torpaq sahələrində suvarma işi aparmışlar. Həmin vaxt sahənin kənarında ekskavatorun qazıntı işləri apardığını görüb qardaşı ilə onlara tərəf yaxınlaşmışlar. Görmüşlər ki, traktor qazdığı torpağı onların sahələrinə gedən su arxına doldurur. Bu barədə telefonla icra nümayəndəsi Xəqani Qasımova məlumat vermişlər. Xəqani Qasımov 1 saatdan sonra hadisə yerinə gələcəyini demişdir. O, qardaşı ilə evə gedib bir saatdan sonra oraya qayıtmışlar. Həmin qazıntı aparılan yerə gələn icra nümayəndəsi Xəqani Qasımov da kanalın səhvliklə qazılıb su arxlarına tökülməsini görmüş və traktorun sürücüsünə həmin arxı təmizləməsini tapşırıb avtomobilinə minib getmişdir. Həmin anda Dovlat və oğlu Rəfayılın həmin yerə gəldiklərini görmüşdür. Onlar həmi torpaq sahəsinin onlara məxsus olduğunu bildirərək qazıntı işinə mane olmamağı bildirərək onlarla mübahisə etmişlər. O, qardaşı Maildən təxminən 50 metr kənarda olmuşdur. Dovlatlə Mailin arasında mübahisə olduğunu eşitmiş, daha sonra görmüşdür ki, Rəfayıl Mailin üzərinə hücum çəkib təpiklə onun belindən və qarın boşluğundan vurub döyməyə başlamışdır. Dovlat də Rəfayılə qoşulub sillə və yumruqla Maili döymüşlər. O, hadisəni kənardan görüb onlara tərəf gəlib onları ayırmağa çalışmış, bu zaman Rəfayıl onu sifət nahiyyəsindən yumruqla vurmuşdur. O, Rəfayılla qarşılıqlı dalaşaraq bir - birlərini döymüş, hadisə yerində olan Ağa və Hakim onları ayırmışlar. O, qardaşı Mail ilə sahənin çıxışına - asfalt yolda dayanan avtomobilə tərəf getmişlər ki, maşına minib evlərinə getsinlər. Onlar maşına çatdıqda Dovlatin iki oğlu Rövşən və Ramil hadisə yerinə gəlmişlər. O, Maildən təxminən 50 metr arxada qalıb qapını bağlamışdır. Rövşən qəfildən onun üzərinə hücum çəkmiş, əlində olan 2 metrlik ağac parçası ilə onu vurub döyməyə başlamış, daha sonra digər əlində olan qara rəngli hansısa predmetlə onu vurmaq istədikdə, sol əli ilə onu tutmuş, həmin vaxt sol əlinin ovuc hissəsindən xəsarət almışdır. Rövşəni itələyib kənara atmaq istədikdə Rövşən ağacla başına vurmuş, həmin kəsici predmetlə isə sol böyründən 3 yerdən sıyrıq xəsarətləri yetirmişdir. Daha sonra, qardaşına köməyə gedib onu döyən Dovlət, Rəfayıl və Ramili tək- tək tutub kənara çəkmək istədikdə, Rəfayıl və Ramil arxadan onu ağacla döymüşlər. Rövşən ağacla onu vurmaq istədikdə ağac qardaşı Mailin başına dəymişdir. Mail aldığı xəsarətlərə görə yerdə uzanıb qalmışdır. O, Maili qucaqlayıb maşına qoymuşdur. Həmin anda onlar qorxub kənara çəkilmişlər. Onlar birtəhər onların əlindən çıxıb avtomobilə minib evə tərəf gəlmişlər. Baş verənlərlə bağlı 102 xidmətinə məlumat vermişlər. Hadisə zamanı Dovlətə xəsarət yetirməmiş, qardaşı Mail də Dovlatlə mübahisə etsə də, ona xəsarət yetirməsini görməmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, zərərçəkmiş Rəfaillə qarşılıqlı dalaşmışlar hər ikisi bir – birlərini döymüşlər, lakin ekspert rəyində qeyd olunan xəsarətləri zərərçəkmişə o yetirməmişdir. Zərərçəkmiş həmin xəsarətləri bir-neçə il əvvəl avtomobil qəzası zamanı almışdır. O, zərərçəkmişlə barışmaq istəsə də, sonuncu onunla barışmamışdır. O, əməlindən səmimi peşman olmasını, bir daha bu cür hallara yor verməyəcəyini bildirərək məhkəmədən ona köməklik göstərilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxsnın Zərərçəkmiş şəxs Dovlat oğluna heç bir xəsarət yetirməməsi barədə verdiyi ifadəsinə məhkəmə iclasında araşdırılmış sübutlarla əlaqəli şəkildə qiymət verərək hesab edir ki, o, məsuliyyətdən yaxa qurtarmaq üçün məhkəmədə düzgün olmayan ifadə verir və odur ki məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Dovlat oğlu ifadəsində göstərmişdir ki, 05 mart 2023-cü il tarixdə saat 15 radələrində Əhmədabad kəndində Türkiyədə yaşayan bibisi Gülpəriyə məxsus həyətyanı sahəsində su kanalının yaxınlığında yerləşən toyuq fermasının müdiri Şahid3 sifariş verdiyi ekskavatorla yer qazdırmışdır. O, atası Dovlatla həmin əraziyə gedib işlə tanış olmaq istəmişlər. Oraya çatdıqda görmüşdür ki, Mail və onun qardaşı Nurəddin içəri daxil olub traktorun sürücüsünə işi görməsinə mane olurlar, sonuncular traktor sürücüsünə təkid etmişlər ki, arxı qazıb həyətə tökməsin, gələcəkdə buradan kanal çəkəcəklər. O və atası onlara irad bildirib bibisinin həyətinə icazəsiz daxil olduqlarına görə həyəti tərk etmələrini tələb etmişlər. Bu zaman Şahid6 nalayiq ifadə işlədib atasının üzərinə hücum çəkib başından və bədəninin müxtəlif yerlərindən yumruqla vurmuşdur. O, araya girib atasını döyməsinə mane olmaq istədikdə, Nurəddin arxadan onun başına yumruqla bir neçə dəfə vurub döyməyə başlamışdır. Bu anda qardaşı oğlu Barış qaçıb qardaşlarına məlumat vermək üçün getmişdir. Bu vaxt Nurəddin onu yerə yıxaraq yumruqla baş, sifət və kürək nahiyələrindən, Mail isə atasını yerə yıxaraq yumruqla baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Bundan sonra Mail və Nurəddin qardaşlarının gəlmə xəbərini eşidib, sahədən uzaqlaşıb asfalt yolda saxladıqları avtomobillərinə minib qaçıb getmək istəmişlər, həmin vaxt da Mail avtomobillə atasının sağ əlindən xəsarət yetirmişdir. Bundan sonra Vaz 2106 markalı avtomobilə əyləşib qaçıb getmişlər. Qardaşları Rövşən və Ramil özlərini hadisə yerinə çatdırdıqda artıq Mail və Nurəddin avtomobili sürüb oradan uzaqlaşıb getmişdilər. Hadisə əvvəlcə bibisi Gülpərinin evinin yerləşdiyi həyətin bağında baş vermişdir. Hadisəni toyuq fermasının müdiri Şahid3 və ekskavatorun sürücüsü - adını sonradan bildiyi Akif görmüşdür. Nurəddin və Maili hadisə yerində heç kim vurub döyməmiş, qardaşları Ramil və Rövşən (Allahverdi) hadisə yerinə ümumiyyətlə hadisə baş verib bitdiyi anda gəlib çıxmışlar. Mail və qardaşı Nurəddin hadisə zamanı hər hansı xəsarət almamışdilar. Mail və Nurəddin hadisə yerində gedərkən yüksək səslə qışqırıb demişlər ki, onları şərləyib tutduracaqlar. Hadisə vaxtı onu Nurəddin vurmuş, Nurəddin yumruqla onun burun, baş və kürək nahiyələrindən bir neçə dəfə vurub xəsarət yetirmişdir, Mail isə atasını vurub xəsarət yetirmişdir. Mail onu vurmamış, Mail yalnız atası Dovləti vurub xəsarət yetirmişdir. Hadisə vaxtı ətrafda ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. Həmin vaxt o, yaşlı atasını vurmasına görə övlad olaraq pis olduğundan, Mailin atasını vurmasına mane olmaq istədikdə Nurəddin imkan verməyərək onu arxadan tutub döyərək xəsarət yetirmişdir. Hadisə zamanı atası Dovlat Nurəddini vurmamış, qardaşları Rövşən və Ramil isə ümumiyyətlə dalaşma yekunlaşdıqdan sonra hadisə yerinə gəlmişlər. Hadisə zamanı Təqsirləndirilən şəxs bıçaqla və ağacla xəsarət yetirməmiş, Təqsirləndirilən şəxs bədəni üzərində qeyd olunan xəsarətləri onunla dava vaxtı dartışanda almasını güman edir. Məhkəmədə şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, 05 mart 2023cü il tarixdə saat 15 radələrində Əhmədabad kəndində Türkiyədə yaşayan bacısı Gülpəriyə məxsus həyətyanı sahəsində su kanalını yaxınlıqda yerləşən toyuq fermasının müdiri Şahid3 sifariş verdiyi ekskavatorla kanal qazdırmışdır. O, oğlu Rəfayıl ilə həmin əraziyə gedib işlə maraqlanmaq istəmişlər. Oraya çatdıqda görmüşdür ki, Mail və qardaşı Nurəddin bacısının həyətinə daxil olub traktorun sürücüsünə işi görməsinə mane olurlar. Onlar traktorun sürücüsünə təkid etmişlər ki, arxı qazıb həyətə tökməsinlər, gələcəkdə buradan kanal çəkəcəklərini demişlər. O və oğlu Mail və qardaşı Nurəddinə irad bildirib bacısının həyətinə icazəsiz daxil olduqlarına görə həyəti tərk etmələrini tələb etmişlər. Bu zaman Şahid6 nalayiq ifadə işlədib onun üzərinə hücum çəkib başından yumruqla vurmuşdur. Rəfayıl araya girib onu döyməsinə mane olmaq istədikdə, Nurəddin arxadan Rəfayılın başına yumruqla bir neçə dəfə vurub döyməyə başlamışdır. Bu anda nəvəsi Barış qaçıb digər oğullarına məlumat vermək üçün getmişdir. Nəvəsi getdikdən sonra Mail yumruqla onun baş və bədəninin müxtəlif nahiyələrinə vurub xəsarət yetirmişdir. Mail onu yerə yıxıb sillə və yumruqla döymüş, Nurəddin isə oğlu Rəfayılı yerə yıxıb döymüşdür. Mail və Nurəddin oğlanlarının gəlmə xəbərini eşidib, sahədən uzaqlaşıb asfalt yolda saxladıqları avtomobillərinə minib qaçıb getmək istəmişlər. Bu zaman Mail maşından götürdüyü ağacla onun sağ qolundan vuraraq xəsarət yetirmiş və idarə etdiyi avtomobili onun üzərinə sürmüş, həmin vaxt da avtomobillə onu vuraraq yerə yıxmışdır. Bundan sonra, Mail və Nurəddin Vaz 2106 markalı avtomobilə əyləşmişlər, oğlanları Rövşən və Ramil özlərini hadisə yerinə çatdırdıqda onlar avtomobili sürüb oradan uzaqlaşıb getmişlər. Hadisə əvvəlcə bacısı Gülpərinin evinin yerləşdiyi həyətin bağında baş vermiş, hadisəni toyuq fermasının müdiri Ağa və adını sonradan bildiyi ekskavatorun sürücüsü Akif və Hakim adlı şəxslər görmüşdür. Mail və Nurəddini hadisə yerində heç kim vurub döyməmiş, oğlanları Ramil və Rövşən hadisə yerinə ümumiyyətlə hadisə baş verib bitdiyi anda gəlib çıxmışlar Nurəddin ona xəsarət yetirməmiş, sonuncu yalnız oğlu Rəfayılı döyüb xəsarət yetirmişdir. Hadisə vaxtı ətrafda ifadəsində qeyd etdiyi şəxslərdən başqa heç kim olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 05 mart 2023-cü il tarixdə saat 15 radələrində azyaşlı qardaşı oğlu Barış qaça-qaça həyətə gəlib bibisi Gülpərinin həyətində həmkəndliləri Nurəddin və Mailin əmisi Rəfayıl ilə babası Dovlati döydüklərini demişdir. O və qardaşı Rövşən (Allahverdi) qaçaraq həmin yerə getmişlər, onlar ora çatarkən Mail və Nurəddin onları uzaqdan gəlməklərini görüb dərhal avtomobillərinə minib oradan uzaqlaşmışlar. O, atası ilə qardaşının yanına çatarkən onların üst başı qan içində olmuşdur. Rəfayıl aldığı zərbələrin təsirindən özündən getmişdir. Onlar Şahid6 və Təqsirləndirilən şəxs hadisə yerində vurub döyməmişlər. O və qardaşı Rövşən (Allahverdi) hadisə yerinə sonradan gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 Şahid2 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 qardaşı - Təqsirləndirilən şəxs ilə eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Əhmədabad kənd sakinləri Şahid6, Təqsirləndirilən şəxs, Şahid1 və Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. Həmin şəxsləri 05 mart 2023-cü il tarixindən etibarən tanıyır. Əhmədabad kəndinin çöl sahəsində Mahur Ağayevdən icarəyə götürdüyü quşçuluq fermasında təsərrüfatla məşğul olur. 05 mart 2023-cü il tarixdə saat 15 radələrində fermanın yaxınlığında yerləşən su arxını qazdırmışdır. Ekskavatoru adını sonradan bildiyi Akif adlı şəxs işlətmişdir. Məmişlər kənd sakini Şahid5 da onun yanında olmuşdur. Təqsirləndirilən şəxs və Şahid6 sahəyə gəlib orada Akifin ekskavatoru işlədib qazıntı işi aparmasına etirazlarını bildirib, gələcəkdə həmin ərazini su arxı kimi istifadə edəcəklərini demişlər. Bu zaman adlarını sonradan bildiyi Şahid1 və oğlu Zərərçəkmiş şəxs onlara yaxınlaşıb ərazinin onlara məxsus olmasını və gördükləri işdə heç bir narahatçılıq olmadığını demişlər. Onlar təxminən 10 metr kənarda olmuşlar. Bu anda Mail və qardaşı Nurəddin Dovlatin ünvanına nalayiq ifadə işlətmişlər. Mail Dövlətin üzərinə hücum çəkib onu yumruqla vurmuşdur. Bundan sonra Rəfayıl atasına tərəf gəlib atasını müdafiə etmək istədikdə Nurəddin də Rəfayılı vurmuşdur. Daha sonra onların aralarında dava başlamış, Mail Dovlatla, Nurəddin isə Rəfayılla dava etməyə başlamış, o da həmin vaxt yaxınlıqda işləyən Hakimlə birlikdə araya girib onları sakitləşdirməyə çalışmışlar. Mail və Nurəddin ərazidən çıxıb avtomobillərinə tərəf getmişlər. Onlar da Mailgilin arxasınca gedib birbirlərinə xəsarət yetirməmələri üçün sakitləşdirməyə çalışmışlar. Bu anda Mail avtomobilindən ağac parçası götürüb Rəfayılın üstünə gələrkən, Dovlat ona yaxın olduğundan Mail ağacla Dovlatın sağ qolundan vurub xəsarət yetirmişdir. Daha sonra Mail Nurəddinlə avtomobilinə minib uzaqlaşıb getmişlər. Dövlətin digər iki oğlu isə hadisə yerinə sonradan gəlmişlər. Hadisə vaxtı orada adlarını çəkdiyi şəxslərdən başqa heç kim olmamışdır. Şahid qismində dindirilmiş Şahid5 və Şahid4 Şahid3 göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişlər. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış Məhkəmə-tibbi ekspertizasının 15 mart 2023-cü il tarixli, 132 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə «başın küt travması, burun qanaması» diaqnozu ilə Sabirabad RMX PHŞ-in Acil bölməsinə müraciət etmiş, tibbi yardım almışdır. Müayinə zamanı aşkar edilmiş xəsarətlər – burun sümüyünün qapalı yerdəyişməyən sınığı ilə müşayiət olunan, burnun belində, təpə nahiyəsində, sağ gözaltı nahiyədə, sol kürəkaltı nahiyədə qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişlər, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş ( xx.xx.2007-ci ildə Azərbaycan Respublikası CMnin127.1-ci maddəsilə- 2 il müddətinə islah işləri cəzasına, xx.xx.2014-cü ildə Azərbaycan Respublikası CM-nin234.2-ci maddəsilə- 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına), lakin hazırda məhkumluğu ödənilmişdir. İşə əlavə edilmiş və məhkəmədə yoxlanmış Sabirabad Rayon İHB-nin Əhmədabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxsnın şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs qəsdən sağlamlığa yüngül zərər vurma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmişin, qismən təqsirləndirilən şəxsin özünün ifadələri, şahid ifadələri, həmçinin, digər iş materialları ilə, o cümlədən məhkəmə tibb ekspertizasının rəyi ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, habelə ona təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini və onun cəmiyyətdən təcrid edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxsin cəzasının ıcrasına nəzarət onun yaşayışyeri üzrə Sabirabad rayon İcra və Probabasiya Şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvə alanadək dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351- 353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvə alanadək dəyişdirilmədən saxlanmalıdır. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar