Məhkəmə qərarları › İş №1(056)-183/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-183/2024

15.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-183/2024 15.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1993-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində polisin nəzarəti altına qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda 0,434 qram çəkidə narkotik vasitə heroini və 1,132 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz əldə etməklə polietilen kəsiyi bükümlərində olmaqla əynindəki qara rəngli cins şalvarında saxlamış, 19 aprel 2024-cü il tarixdə saat 00:30 dəqiqədə Sabirabad rayon polis şöbəsinin əməkdaşları tərəfindən Sabirabad şəhəri H.Əliyev prospektində olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin inzibati binasında həmin tarixdə saat 01:10 dəqiqədə üzərində şəxsi axtarış aparılan zaman, əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd qeyd olunan narkotik vasitə heroin və psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 4 ünvanda yaşayır, əvəllər məhkum edilməmiş, tapdıqca narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmiş, özü heç bir yerdə işləməmişdir. Təxminən 18 aprel 2024-cü il tarixdə günorta saatlarında dəqiq tarixi yadında qalmayan vaxtda yaşadığı evdən çıxıb rayon mərkəzinə çayxanaya tərəf gedərkən xatırlamadığı yerdən iki ədəd xırda sellofan torba tapmış, həmin torbaları açıb içərisinə baxdıqda birində “kokos”, yəni narkotik vasitə olan heroin, digərində isə “patı”, yəni psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Həmin bükümləri gələcəkdə istifadə etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoymüş, sonra rayon mərkəzinə, oradan da evə getmiş, bu barədə heç kimə heç nə deməmişdir. Axşam saatlarında hava almaq üçün çölə çıxmış, 19 aprel 2024-cü il tarixdə saat 00:30 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində piyada evinə tərəf hərəkət edən zaman iki nəfər polis əməkdaşının olduğunu görmüş, həmin zaman üzərində narkotik vasitə və psixotrop maddə olduğu üçün qorxaraq qaçmağa başlamışdır. Polis əməkdaşlarının onu tapa bilməməsi üçün “Zəhra Mələk” ətir mağazasına girmiş, lakin polis əməkdaşları yanına gələrək xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra ondan nə üçün qaçmasının səbəbini soruşduqda o, polis əməkdaşlarının suallarına qeyri-müəyyən cavablar vermiş, polis əməkdaşları da onun özünü şübhəli apardığını görüb rayon polis şöbəsinə gətirmişdir. Polis şöbəsində müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş, hüquq və vəzifələri izah olunmuşdur. Daha sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə üzərində şəxsi axtarış aparılmağa başlanmış, müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim edərək masanın üzərinə qoymasını təklif etdikdə əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan bükümdə narkotik vasitə heroini və 01 ədəd sellofan bükümdə psixotrop maddə metamfetamini çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra üzərində şəxsi axtarış keçirilmiş və əlavə olaraq üzərindən heç bir əşya və predmet aşkar edilməmiş, müstəntiq onun təqdim etdiyi 02 ədəd bükümün içərisinə baxdıqdan sonra həmin kütlələr barədə soruşduqda o, məsuliyyətdən yayınmaq üçün yalandan həmin kütlələri tanımadığı İran İslam Respublikası vətəndaşından 100 manat müqabilində almasını, həmin şəxsin ona atdığı “Məkan” üzrə kütlələri Bakı şəhəri, Biləcəri qəsəbəsi ərazisindən götürdüyünü bildirmişdir. Müstəntiq həmin kütlələri nə üçün üzərində saxladığını soruşduqda isə öz istifadə üçün götürdüyünü və satış məqsədinin olmadığını demiş, sonra üzərinə şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitə və psixotrop maddə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və götürülmüşdür. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəsi əlil atası və özündən ibarətdir. Anası vəfat etmişdir. Atası əlil olduğu üçün işləmək imkanında deyildir. Əgər həbs edilərsə atasının qayğısına qalmağa kimsəsi olmayacaqdır. Odur ki, o, ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 19 aprel 2024-cü il tarixdə PPXB-nin polis nəfəri Şahid1 ilə birlikdə avtopatrul marşrutunda xidmətdə olmuş, həmin gün saat 00:30-da Sabirabad şəhəri, Heydər Əliyev prospektində xidmət apararkən bir nəfər şəxsin özünü şübhəli apardığını görmüş, həmin şəxs onları görən kimi hərəkət istiqamətini dəyişərək qaçmış, “Zəhra Mələk” adlı ətri dükanına daxil olmuş, onlar da dərhal avtomobili orada saxlayıb ətir dükanına girmiş, xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Həmin şəxsdən nə üçün onlardan qaçdığını soruşduqda sonuncu titrək və həyəcanlı səslə onlara qeyri-müəyyən cavablar vermişdir. Bu hal onlarda həmin şəxsin üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olmasında şübhələr yaratmış, onlar həmin şəxsi Sabirabad RPŞ-nə gətirmişlər. Orada həmin şəxsin ünvan 5 ünvanda yaşayan Təqsirləndirilən şəxs olduğunu öyrənmiş, sonuncunun üzərində şəxsi axtarış keçirilməsindən ötrü şöbə rəhbərliyinə raportla məruzə etmişdir. Sabirabad rayon polis şöbəsində olarkən Təqsirləndirilən şəxs müstəntiq tərəfindən şübhəli şəxs qismində tutularaq hüquqlarının müdafiəsi üçün vəkillə təmin edilmiş və vəkil gəldikdən sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olduğu təqdirdə onları könüllü təqdim etməsi təklif olunduqda sonuncu əynində olan şalvarın sağ yan cibində saxladığı iki ədəd polietlen kəsiyi bükümündə narkotik vasitə heroini və psixotrop maddə olan metamfetamini təqdim edərək masanın üzərinə qoymuşdur. Daha sonra aşkar olunmuş kütlələr müstəntiq tərəfindən qablaşdırılmaqla götürülmüş, müstəntiq həmin kütlələri nə məqsədlə üzərində daşıdığı və haradan əldə etməsi barədə Təqsirləndirilən şəxs sual verdikdə sonuncu həmin kütlələri İran İslam Respublikasının tanımadığı vətəndaşından əldə etdiyini və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmiş, sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilməsinə baxmayaraq həmin kütlələrdən başqa hər hansı əşya və ya predmet aşkar olunmamışdır. Cinayət işində olan məhkəmə-kimyəvi ekspertizasının 19 aprel 2024-cü il tarixli, 3-16- 16/2-18/409 nömrəli rəyindən görünür ki, tədiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs üzərinə...” özləri yazılmış və imzalar olan kağız paketdəki: - sellofan torbacıqda falqa kəsiyinə bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 0,434 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. heroin təmiz çəkisi -0,434 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-0,384 qram. - sellofan torbacıqda falqa kəsiyinə bükülmüş 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 1,132 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin təmiz çəkisi -1,132 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq-1,082 qram. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının xx.xx.2024-cü il tarixli, 6097 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Sabirabad şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını və ailə vəziyyətini Azərbaycan Respublikasının CM-nin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, həmçinin üzərində aşkar edilmiş narkotik maddələrin növ müxtəlifliyini, miqdarını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olar. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi üçün o, cəzasını ümumi rejimli cəzaçəkmə üəssisəsində çəkməlidir. Bundan əlavə, iş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən saat 01:00-dan xx.xx.2024-cü il saat 17:30 tarixinədək şübhəli şəxs qismində tutulmuşdur. Belə olan halda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən ona təyin olunmuş cəzadan CM-nin 69.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla şübhəli şəxs qismində tutulmuş olduğu müddət çıxılmalı və ona qəti cəza təyin edilməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, onun, narkomaniyadan məcburi müalicə təyin edilərək ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından dərhal həbs edilməli olmasını, onun barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq qalan1 ədəd polietilen kəsiyi bükümündə 1,082 qram metamfetamin və tədqiqatdan sonrakı tədqiqatdan sonra qalıq qalan 1 ədəd polietilen kəsiyi bükümündə 0,384 qram heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını nəzərə alır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanıldığı müddət ona təyin olunmuş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 15 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra 0,384 qram qalıq qalmış narkotik vasitə olan heroin və tədqiqatdan sonra 1,082 qram qalıq qalmış narkotik vasitə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar