Məhkəmə qərarları › İş №1(056)-187/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-187/2024

29.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-187/2024 29.10.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvlər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, qanunsuz olaraq tərkibində narkotik maddələr olan xeyli miqdarda çətənə (kannabis) bitkilərini əkib-yetişdirməklə kultivasiya etmişdir. Belə ki, o, 2024-cü ilin aprel ayının əvvəllərində yaşadığı ünvan 2 ünvanında 03 ədəd dibçəyin içərisindəki torpaqda istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 3 ədədini yetişdirərək kultivasiya etmiş, 23 iyun 2024-cü il tarixdə saat 15:30-da Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədəki dam örtüyünün üzərindən üç ədəd dibçəkdə hər birinin içərisində bir ədəd olmaqla ümumilikdə 3 ədəd ümumi təmiz çəkisi 170 qram olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iş üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 4lə birlikdə yaşayır, 2 ilə yaxın müddətdir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə edir. 1 il əvvəl yaşadığı evin yaxınlığında, su kanalının kənarında bir neçə ədəd çətənə bitkisinin toxumunu tapmış və həmin toxumları evinin həyətyanı sahəsində gizlətmişdir. 2024-cü ilin aprel ayında gizlətdiyi çətənə bitkisinin toxumlarını hər birində 01 ədəd olmaqla 03 ədəd plastik dibçəkdə torpaqda əkdikdən sonra dibçəkləri yaşadığı evin həyətyanı sahəsində çardağın üzərində saxlamışdır. O, həmin bitkilərin yetişməsi üçün vaxtaşırı olaraq bitkilərin diblərini boşaltmaq və su verməklə onlara qulluq etmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı evin həyətyanı sahəsində olan zaman bir neçə şəxs evə gəlmiş, həmin şəxslər özlərini təqdim etdikdən sonra polis əməkdaşları, aqranom - mütəxəssis və hal şahidləri olduqlarını bilmişdir. Polis əməkdaşları ona narkotik tərkibli bitkilərinin kultivasiyasında şübhəli olduğunu bildirmiş və yaşadığı evə baxış keçirəcəklərini qeyd etmişlər. O, yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Baxış zamanı ondan yaşadığı evdə dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet olub-olmaması soruşulmuş, o yaşadığı evin həyətyanı sahəsində yerləşən çardağın üzərində hər birinində bir ədəd olmaqla üç ədəd plastik qabın içərisində üç ədəd narkotik tərkibli çətənə bitkiləri yetişdirdiyini demişdir. Daha sonra bitkilər olduğu dibçəklər yerə endirilmiş və bitkilərə baxış keçirildikdən sonra bir ədəd sintetik kisədə qablaşdırılaraq götürülmüşdür. Sonda müstəntiq tərəfindən keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza etmişlər. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və şəxsiyyətinin müsbət xarakterizə olunmasını cəza təyin edərkən nəzərə almasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı rütbəsindədir. xx.xx.2024-cü il tarixdə ünvan 5 ünvanında qeydiyyatda olmaqla Sabirabad şəhəri R.Behbudov küçəsi ev 49 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri kultivasiya etməsi barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibinin o və RPŞ-nin PPXB-nın polis nəfəri, polis serjantı Şahid2 Əlmövsüm oğlundan ibarət olması müəyən edilmişdir. Onlar xx.xx.2024-cü il tarixdə saat 15 radələrində 2 nəfər hal şahidi və mütəxəssis aqranomun iştirakı ilə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına getmiş, sonuncuya yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmiş, sonuncu isə yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Baxış zamanı Coşqun Əgərovdan yaşadığı evin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olubolmaması soruşulduqda sonuncu yaşadığı evin həyətyanı sahəsindəki çardağın üzərində üç ədəd plastik qabın içərisində narkotik tərkibli çətənə bitkiləri əkib becərdiyini bildirmişdir. Həmin dibçəklər çardağın üzərindən yerə endirildikdən sonra bitkilərə aqranom tərəfindən baxış keçirilərkən diblərinin boşaldılamaqla, həmçinin su verilməklə aqrotexniki qaydada qulluq edilməsi müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik tərkibli bitkilər kökü ilə birlikdə torpaqdan çıxarılaraq ümumilikdə bir ədəd sintetik kisədə qablaşdırılmış, kisənin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sabirabad şəhər bələdiyyə sədrinin müavini vəzifəsində işləyir, xx.xx.2024-ü il tarixdə ünvan 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxışda o da iştirak etmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etdikdən sonra sonuncudan yaşadığı evin həyətyanı sahəsində dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmetin olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindəki çardağın üzərində üç ədəd plastik qabın içərisində narkotik tərkibli çətənə bitkilərini əkib-becərdiyini qeyd etmiş, həmin dibçəklər çardağın üzərindən yerə endirildikdən sonra aqranom tərəfindən bitkilərə baxış keçirilmişdir. Aqranom həmin bitkilərə diblərinin boşaldılamaqla, həmçinin su verilməklə aqrotexniki qaydada qulluq edilməsini bildirdikdən sonra aşkar edilmiş narkotik tərkibli bitkilər kökü ilə birlikdə torpaqdan çıxarılaraq ümumilikdə bir ədəd sintetik kisədə qablaşdırılmış və kisənin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 Əlmövsüm oğlu, digər Şahid1 məhkəmədə verdiyi ifadəsinə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 23 iyun 2024-cü il tarixli “baxış keçirilməsi və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad şəhəri R.Behbudov küçəsi ev 49 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki çardağın üzərindən üç ədəd plastik qabda ümumilikdə üç ədəd narkotik tərkibli çətənə bitkilərinə bənzər bitki nümunələri aşkar olunaraq götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/604 nömrəli ekspert rəyində qeyd olunur ki: tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs məxsus evin həyətyanı sahəsindən...” sözləri və imzalar yazılmış sintetik torbadakı cəmi üç ədəd yaş vəziyyətdə ümumi çəkisi -170,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6024 nömrəli rəyində qeyd olunur ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Cinayət işinin istintaq materiallarında olan Sabirabad RPŞ-nin əməliyyat tapşırığına cavab raportunda göstərilmişdir ki, bır sıra əməliyyat tədbirlərinin həyata keçirilməsinə baxmayaraq Təqsirləndirilən şəxs narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olması barədə hər hansı məlumat əldə edilməmişdir. DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məkumluğu olmayan şəxsdir. Cinayət işinin istintaq materiallarında olan Sabirabad rayon İcra Hakimiyyətinin Sabirabad şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və arayışdan görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və onun ailəli olaraq himayəsində bir nəfər azyaşlı (xx.xx.2021-il təvəllüdlü) uşağı var. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan «çətənə (kannabis)» bitkilərini kultivasiya etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət əməli törətməsini, ailəli olaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki günü hesablanmaqla müəyyən olunmuş 04 gün ona təyin olunacaq cəzadan çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonu inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan üç ədəd narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində iki gün tutularaq, həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49.74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, 03 ədəd tədqiqatdan sonrakı ümumi qalıq yaş vəziyyətdə çəkisi 169.85 qram olmuş narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar