Məhkəmə qərarları › İş №1(056)-190/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-190/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-190/2024 27.11.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1975-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, Sabirabad şəhəri, M.ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olunmuş (Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-60/2023№-li hökmü ilə CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həmin cəzanın çəkilməmiş 01 il 01 ay 12 gün hissəsi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(056)-33/2024№-li qərarı ilə 06 (altı) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixə cəzanın çəkilməmiş hissəsi 03 ay 13 gün təşkil edir), hazırda cəza çəkən, məhkumluğu ödənilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə heroini əldə edib, daşımaqla saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda təmiz çəkisi-0,335 qram olan maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 04 may 2024-cü il tarixdə saat 11:30 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Sabirabad şəhəri, Füzuli küçəsində evinin yaxınlğında olan zaman narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon Polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında saat 12:15 dəqiqədə üzərində şəxsi axtarış keçirilən zaman əynində olan tünd göy rəngli şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,335 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1998-ci ildən narkotik vasitə istifadə edir. xx.xx.2024-cü il tarixdə yaşadığı küçədə piyada hərəkət edən zaman yerdə bir ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin qutunu yerdən götürüb içinə baxan zaman içərisində kağız büküm olduğunu və həmin bükümdə narkotik vasitə heroin olduğunu görmüş və bükümü götürüb istifadə etmək məqsədi ilə cibinə qoymuşdur. 04 may 2024-cü il tarixdə saat təxminən 11:30 radələrində yaşadığı küçə ilə mağazaya gedən zaman mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etdikdən sonra onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və onu rayon polis şöbəsinə dəvət etmişdirlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsində o, müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Sonra müdafiəçinin iştirakı ilə videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoymasını təklif etmişdir. O da əynində olan şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə heroini çıxarıb masanın üzərinə qoymuşdur. Müstəntiq tərəfindən həmin kütləyə baxış keçirilmiş və narkotik vasitə heroinə oxşaması müəyyən edilmişdir. Müstəntiq təqdim etdiyi 01 ədəd kağız bükümə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni xx.xx.2024-cü il tarixdə yaşadığı küçədə piyada hərəkət edən zaman yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində saxladığını, heç bir satış məqsədinin olmadığını bildirmişdir. Daha sonra üzərinə şəxsi axtarış keçirilən zaman 01 ədəd “Samsung” markalı mobil telefon və 23 manat pul vəsaiti aşkar edilmişdir. Bundan başqa, üzərindən əlavə olaraq qanunsuz heç bir əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarışın sonunda aşkar edilmiş 01 ədəd bükümdə narkotik vasitə heroin müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Aşkar edilmiş 01 ədəd “Samsung” markalı mobil telefon və 23 manat pul vəsaiti iş üçün əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Hazırda onun ailəli olaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 may 2024-cü il tarixdə Sabirabad şəhəri, ünvan 5 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞnin CAB-ın əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra Təqsirləndirilən şəxs Sabirabad şəhəri ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşdürlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri Füzuli küçəsində yaşadığı evin yaxınlığında müşahidə edib yaxınlaşaraq özlərini təqdim etdikdən sonra Tehrana narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu izah edərək birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişdirlər. Təqsirləndirilən şəxs razılıq verərək onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsini təklif etmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə cibində narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Sonra əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli kağz bükümdə narkotik vasitə heroinə bənzər kütləni təqdim edərək masanın üzərinə qoymuşdur. Həmin kütləyə baxış keçirilən zaman, narkotik vasitə heroinə oxşaması müəyyən edilmidir. Təqsirləndirilən şəxs həmin bükümü Sabirabad şəhəri Füzuli küçəsində gəzərkən yerdən tapdığını, öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütləyə iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 digər Şahid1 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 04 may 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,335 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının 05 may 2024-cü il tarixli 18/466 №-li rəyindən görünür ki, “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd kağız bükümdə təmiz çəkisi-0,335 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6400 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmur. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, 0,335 qram çəkidə narkotik vasitə heroini xeyli miqdarda qanunsuz olaraq əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun ailəli olaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-60/2023№-li hökmü ilə CMnın 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 02 il 03 ay 18 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və həmin cəzanın icrasından yayındığı üçün, cəzanın çəkilməmiş 01 il 01 ay 12 gün hissəsi Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(056)-33/2024№-li qərarı ilə 06 (altı) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2024-cü il tarixə cəzanın çəkilməmiş hissəsi 03 ay 13 gün təşkil edir, hazırda cəza çəkir, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)- 60/2023№-li hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 01 ay 12 gün hissəsinin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(056)- 33/2024№-li qərarı ilə əvəz edilmiş 06 (altı) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 13 (on üç) gün hissəsi, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməli və Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Belə olan halda məhkəmə Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçini məhkəmə CM-nın 56.1.2-ci maddəsinə əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun narkoloji dispanserdə qeydiyyata alınmasını, cəzaçəkmə müddətinin əvvəlinin 27 noyabr 2024-cü il tarixdən hesablanmasını, həmçinin iş üzrə maddi sübut kimi Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf olunduqdan sonra qalıq qalmış 0,285 qram narkotik vasitə heroinin hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(056)-60/2023№-li hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 01 ay 12 gün hissəsinin Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 7(056)-33/2024№-li qərarı ilə əvəz edilmiş 06 (altı) ay 21 (iyirmi bir) gün müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş 03 (üç) ay 13 (on üç) gün hissəsi, hazırkı hökmlə təyin edilmiş 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilsin və Təqsirləndirilən şəxs 01 (bir) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 27 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat doxsan beş qəpik) AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspetiza tədqiqatından sonrakı qalıq çəkisi 0,285 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar