Məhkəmə qərarları › İş №1(056)-196/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-196/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-196/2024 17.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1983-cü il tarixdə Sabirabad rayonu, Yaxa-Dəllək kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş (Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-73/2024№-li hökmü ilə CMnın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi 01 il 10 ay 22 gün təşkil edir), məhkumluğu ödənilməmiş, Sabirabad rayonu, Yaxa-Dəllək kəndində qeydiyyatda olmaqla yaşamış, həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda marixuana tərkibli narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, elan edilmiş ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, yəni ümumi təmiz çəkisi 11,0 qram olan narkotik vasitə qurudulmuş marixuana əldə edib yaşadığı Sabirabad rayonu Yaxa Dəllək kəndində yerləşən fərdi yaşayış evinə gətirmiş, orada həmin narkotik vasitəni satış niyyəti ilə ayrıayrılıqda təmiz çəkiləri – 0,33 qram, 0,35 qram, 0,36 qram, 0,34 qram, 0,33 qram, 0,38 qram, 0,40 qram, 0,39 qram, 0,37 qram, 0,36 qram, 0,32 qram, 0,38 qram, 0,39 qram, 0,36 qram, 0,39 qram, 0,35 qram, 0,34 qram, 0,37 qram, 0,32 qram, 0,34 qram, 0,38 qram, 0,40 qram, 0,42 qram, 0,41 qram, 0,40 qram, 0,37 qram, 0,34 qram, 0,33 qram, 0,37 qram, 0,41 qram olmaqla, ümumilikdə 30 ədəd ağ rəngli kağız bükümlərdə ayırıb 01 ədəd “WEST” markalı siqaret qutusunun içərisində yaşadığı evin yataq otağındakı masanın üzərinə qoymuş, 27 may 2024-cü il tarixdə Sabirabad rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən fərdi yaşayış evinə saat 17:38 dəqiqədə baxış keçirilən zaman evin yataq otağında olan masanın üzərindən 01 ədəd “WEST” markalı siqaret qutusunun içərisində 30 ədəd ağ rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri – 0,33 qram, 0,35 qram, 0,36 qram, 0,34 qram, 0,33 qram, 0,38 qram, 0,40 qram, 0,39 qram, 0,37 qram, 0,36 qram, 0,32 qram, 0,38 qram, 0,39 qram, 0,36 qram, 0,39 qram, 0,35 qram, 0,34 qram, 0,37 qram, 0,32 qram, 0,34 qram, 0,38 qram, 0,40 qram, 0,42 qram, 0,41 qram, 0,40 qram, 0,37 qram, 0,34 qram, 0,33 qram, 0,37 qram, 0,41 qram, ümumi çəkisi – 11,0 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib ifadəsində göstərmişdir ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. 2023cü ilin oktyabr ayında o, Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitə istifadəçisi kimi tutulmuş və təxminən iki ay əvvəl Sabirabad rayon Məhkəməsi tərəfindən CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə “azadlığın məhdudlaşdırılması” cəzasına məhkum edilmişdir. Təxminən 2 ildir ki, narkotik vasitə istifadə edir. xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu Yaxa-Dəllək kəndi ərazisində piyada hərəkət edərkən yol kənarında 01 ədəd sellofan torba aşkar etmiş və həmin sellofan torbanı açıb içərisinə baxdıqda narkotik vasitə nəşə olduğunu dərhal bilmişdir. Həmin sellofan torbanı cibinə qoyub saxlamışdır. xx.xx.2024-cü il tarixdə isə o, həmin narkotik vasitə olan nəşəni öz istifadəsi üçün 30 ədəd kağız bükümlərə yığmışdır ki, istədiyi vaxt istifadə etsin. O, daha sonra həmin kağız bükümlərdə olan nəşəni 01 ədəd “West” markalı siqaret qutusunun içərisinə qoyub yaşadığı Sabirabad rayonu Yaxa-Dəllək kəndindəki evin yataq otağındakı masanın üzərinə qoymuşdur. xx.xx.2024-cü il tarixdə, saat 17 radələrində yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək özlərini təqdim edib xidməti vəsiqələrini göstərmiş və onun narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O da yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bununla bağlı ərizə yazıb imzalayaraq polis əməkdaşlarına təqdim etmişdir. Sonra müstəntiq ondan yaşadığı evdə qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə saxlayıb-saxlamadığını soruşduqda, yaşadığı evin yataq otağında olan masanın üzərində olan 01 ədəd “West” markalı siqaret qutusunun içərisinə qoyub saxladığı 30 ədəd bükümlərdə narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən elektron tərəzidə çəkildikdən sonra 01 ədəd boş zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar, hal şahidləri tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Bundan əlavə yaşadığı evdən və həyətyanı sahədən digər hər hansı qanunsuz əşya və predmet aşkar olunmamışdır. Daha sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmiş, o, polis əməkdaşları və hal şahidləri ilə birlikdə protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda bir daha ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkomaniyadan asılılıqı olduğu üçün özü tərəfindən daimi qəbul etməsi məqsədilə marixuananı saxladığını, onun barəsində özünü təqsirli bildiyi CM-nın məhz 234.1-ci maddəsi ilə ittiham hökmü çıxarılmasını, əməlindən peşmançılıq hissi keçirdiyini, fəhlə işləməklə ailədə yeganə qazanc gətirən şəxs olmasını, ailəli olaraq himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir. 27 may 2024-cü il tarixdə Sabirabad rayonu Yaxa-Dəllək kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması, yaşadığı evdə və həyətyanı sahəsində narkotik vasitə saxlaması barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmiş və beləliklə də raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş və sonra Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunaraq, onlar həmin tərkibdə Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirərək bu barədə ərizə yazıb təqdim etmişdir. Müstəntiq Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə hər hansı qanunsuz əşya və ya predmet saxlaması barədə soruşduqda, o, yaşadığı evdə narkotik vasitə saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman evin yataq otağındakı masanın üzərində bir ədəd “West” markalı siqaret qutusunun içərisində 30 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlələri şəxsi istifadəsi üçün yaşadığı evdə saxladığını və satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş kütlələrə iştirakı ilə baxış keçirilmiş və elektron tərəzidə çəkilmişdir. Sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs yaşadığı evdən və həyətyanı sahəsindən bundan başqa heç bir digər qanunsuz əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 oxşar məzmunlu ifadə verərək digər Şahid1 ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Sabirabad RİHB-nin Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyir. 27 may 2024-cü il tarixdə Sabirabad rayonu Yaxa- Dəllək kəndində olarkən rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməyini təklif etmişlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini bildirmişdir. Ondan başqa Şahid4 da hal şahidi qismində dəvət olunmuşdur. Bundan sonra polislərlə birlikdə Yaxa-Dəllək kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmiş, polis əməkdaşları ev sahibini çağırmışlar. Polis əməkdaşları həyətdə olmuş Təqsirləndirilən şəxs yaxınlaşıb, ona yaşadığı ünvanda narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və onun da hal şahidi qismində iştirak edəcəyini ona izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra onun və digər hal şahidinin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə evə baxış keçirilən zaman evin yataq otağında yerləşən masanın üzərində bir ədəd siqaret qutusunun içərisində 30 ədəd kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Müstəntiq tərəfindən həmin kütlələrə baxış keçirildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmiş, həmin kütlələr müstəntiq tərəfindən elektron tərəzidə çəkilərək qablaşdırılıb “Zərflər üçün №139” möhürü ilə möhürlənib, müstəntiq tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütlələrin özünə məxsus olduğunu və şəxsi istifadəsi məqsədilə yaşadığı evdə saxladığını, heç bir satış məqsədinin olmadığını bildirmişdir. Evə, həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir digər əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər. Cinayət işi materiallarında olan baxış keçirilməsi barədə 27 may 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Yaxa-Dəllək kəndində yerləşən evinə və həyətinə baxış keçirilən zaman evin yataq otağında yerləşən masanın üzərindən 01 ədəd “West” markalı siqaret qutusunda 30 ədəd ağ rəngli kağız bükümdə narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və baxış keçirilməsi ilə bağlı fotocədvəl tərtib edilərək cinayət işi materialına əlavə edilmişdir. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 28 may 2024-cü il tarixli 3-16-16/2-18/533 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs məxsus evdən..” sözləri və imzalar olan kağız paketdə 01 ədəd siqaret qutusunda 30 ədəd ağ rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri-0,33 qram, 0,35 qram, 0,36 qram, 0,34 qram, 0,33 qram, 0,38 qram, 0,40 qram, 0,39 qram, 0,37 qram, 0,36 qram, 0,32 qram, 0,38 qram, 0,39 qram, 0,36 qram, 0,39 qram, 0,35 qram, 0,34 qram, 0,37 qram, 0,32 qram, 0,34 qram, 0,38 qram, 0,40 qram, 0,42 qram, 0,41 qram, 0,40 qram, 0,37 qram, 0,34 qram, 0,33 qram, 0,37 qram, 0,41 qram, ümumi çəkisi - 11,0 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış orqanoleptik əlamətlərinə və bioloji tərkiblərinə görə eyni tərkibli narkotik vasitə qurudulmuş marixuanadır. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli 5640 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Sabirabad Rayon İHB-nin Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş vəsiqələrin surətindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qardaşı X1 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixli Sərəncamları ilə İİ Qarabağ Vətən müharibəsində aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərdiyinə görə ölkə başçısı tərəfindən “Döyüşdə fərglənməyə görə”, “Laçının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs və şahidlərin məhkəmə iclasındakı ifadələrini dinləyib, cinayət işindəki sənədləri araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndiriəln şəxsin narkotik vasitəni satış məqsədi ilə saxlaması məhkəmə iclasında sübuta yetməmişdir. Belə ki, məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346-cı maddəsinin tələbinə uyğun olaraq təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini müzakirə edərək qeyd edir ki, cinayət məsuliyyətinin əsaslarını müəyyənləşdirən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsində göstərilmişdir ki, yalnız Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası Cnayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satmada təzahür edir. Başqa sözlə, şəxs qanunsuz olaraq narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə, yəni maddi xarakterli müəyyən öhdəliklərdən azad olunması və mənfəət əldə etməsində özünü büruzə verməlidir. Bu zaman cinayət məsuliyyətinin yaranmasının əsası kimi narkotik vasitələrin və psixotrop maddələrin miqdarı deyil, həmin narkotik vasitələrin və psixotrop maddələrin satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə və satma çıxış edir. Yəni şəxs narkotik vasitələri və ya psixotrop maddələri Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla satdıqı halda, CM-nın 234.2-ci maddəsində nəzərdə tutulan cinayət məsuliyyəti yaranacaqdır. Məhkəmə baxışı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını, narkomaniyadan asılılıqı olduğu üçün özü tərəfindən daimi olaraq marixuana qəbul etməsi məqsədilə saxladığını bildirmişdir. Bununla yanaşı, onun həmin narkotik maddəni hər-hansı şəxsə satmaq niyyətində olması, bu barədə əvvəlcədən kimlərləsə sövdələşməsi, yaxud faktiki olaraq buna cəhd etməsi və ya satması halı olmamış və bu hallar öz təsdiqini tapmamışdır. Digər tərəfdən cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 16 avqust 2024-cü il tarixli 5640 nömrəli rəyində qeyd olunur ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) və onun narkomaniyadan məcburi müalicəyə ehtiyacının olması aşkar olunur. Rəydən aydın olur ki, Təqsirləndirilən şəxs məhz marixuana tərkibli narkotik istifadəçisidir və həmin növ narkotik vasitətən asıllılığı yaranmışdır. Həmçinin təqsirləndirilən şəxsin ətrafında əməliyyat tədbirlərini həyata keçirən Sabirabad RPŞ-nin əməkdaşları məhkəmədə şahid qismində dindirilərkən təqsirləndirilən şəxsin barəsində Sabirabad rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatın Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitənin satışı ilə məşğul olması barədə olduğunu qeyd etməmişlər. Həmçinin onlar Təqsirləndirilən şəxs narkotik vasitənin hər hansı şəxsə satmasını və ya satmaq niyyətinin olmasını təsdiq edə bilən hər hansı bir sübut təqdim edə bilməmişlər. İbtidai istintaq və məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yaşadığı evində aşkar olunaraq götürülmüş narkotik vasitənin onun tərəfindən satmaq niyyətində olmasını təsdiq edə biləcək təkzibedilmiş sübut əldə edilməmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-ci il tarixli 8№-li qərarının 4-cü bəndinin ikinci abzasında cinayət əməlinin CM-nın 234.1-ci maddəsi ilə tövsif olunmasının mümkünlüyü məsələsinin həlli ilə bağlı məhkəmələrə izah edilmişdir ki, narkotik vasitəni və ya psixotrop maddəni satmaq məqsədi olmadıqda törədilmiş cinayət əməlinin CM-nın 234.1ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini xeyli miqdarda əldə etməsi, saxlaması, hazırlaması, emal etməsi və daşıması müəyyən edildikdə mümkündür. Həmin Qərarın 8-ci bəndində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması anlayışı açıqlanarkən göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə “Narkotik vasitələrin, psixotrop 3 maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Bu baxımdan məhkəmələrə izah edilmişdir ki, Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Həmin qərarın 9-cu bəndinə əsasən CM-nın 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və pisxatrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları haqqında” xx.xx.2005-ci il tarixli Qanunda göstərilmiş 1-ci siyahıya əsasən narkotik vasitə hesab olunan qurudulmuş marixuananın cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən xeyli miqdar (təmiz halda qramlarla) həddi 5 qram çəkidən, külli miqdarı isə 500 qramdan başlanır. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxsə ittiham elan olunan CMnın 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin obyektiv cəhətin zəruri elementi olan “satış məqsədi” və təqsirləndirilən şəxsin narkotik vasitələrin satışına yönələn hərəkətlərinin (narkotik vasitəni satmaq niyyəti ilə əvvəlcədən hər hansı şəxs və ya şəxslərlə sövdələşməsi, telefon və ya digər vasitələrlə yazışması, pul vəsaitinin nağd və ya hər hansı üsulla əldə edilməsi, yaxud faktiki olaraq buna cəhd etməsi, narkotik vasitənin müxtəlif növlərdə və ya külli miqdarda olması, eyni zamanda narkotik vasitənin çəkilib eyni ölçülərdə bağlamalara bükülməsi, narkotik vasitələrin hazırlanması, qablaşdırılması və həcminin çəkilməsi üçün avadanlığın aşkar edilməsi) olması işin araşdırılmış halları ilə, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs və şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, ekspertiza rəyləri və cinayət işinə əlavə edilmiş istintaq hərəkətləri protokolları ilə öz təsdiqini tapmamışdır. Belə olan halda Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və ya daşıma cinayəti barədə, yaxud qanunsuz olaraq narkotik vasitələri satmaya dair ona elan edilmiş ittiham işin hallarına uyğun olan nəticə kimi qiymətləndirilə bilməz. Ali Məhkəmənin Plenumunun yuxarıda adı çəkilən qərarının 12-ci bəndinin doqquzuncu abzasında göstərilmişdir ki, təqsirkar şəxsin narkotik vasitəni satanla və ya satış məqsədi olmadan əldə edənlə qabaqcadan əlbir olmasının dəqiq müəyyən edilməsi əməlin düzgün tövsifi üçün mühüm əhəmiyyət kəsb edir. Odur ki, digər şəxsin xahişi ilə (sonuncu üçün) və ya birgə istifadə üçün təqsirkarın (vasitəçinin) narkotik vasitə və ya psixotrop maddə, yaxud prekursoru alması əməli qiymətləndirilərkən təqsirkarın bu hərəkətləri kimin mənafeyinə (həmin maddələri satanın və ya alanın) uyğun etdiyi, həmin maddələri satan şəxslə onların satışı barədə əvvəlcədən razılığa gəlib-gəlməməsi, özünün bu maddələrin satışından mənfəət əldə edib-etməməsi araşdırılmalıdır. Belə razılığın və ya mənfəətin əldə edilməsi təsdiq edilmədiyi halda, digər şəxsin xahişi ilə və ya sonuncu ilə birlikdə satış məqsədi olmadan narkotik vasitə almış təqsirkarın əməli narkotiki satanla qabaqcadan əlbir olma və ya narkotik vasitəni satma kimi deyil, satış məqsədi olmadan narkotik vasitə əldə etmə kimi qiymətləndirilməlidir. Məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdır ki, CPM-nın 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-nın 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-nın müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPMnın 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPMnın 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-nın 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Həmin Məcəllənin 351.3.4-cü maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək ittiham hökmü çıxarılır Bundan əlavə məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin narkotik vasitəni satması halı yalnız ehtimallara əsaslanmışdır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən həmin halı təsdiq edə biləcək hər hansı bir sübut iş materiallarında müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə etmə və saxlama cinayətinin tərkibinin olması məhkəmə iclasında tam sübuta yetirilmişdir. Onun hərəkətində Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi vardır. Odur ki, onun əməli Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli və o, həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Belə ki, məhkəmə-narkoloji ekspertizasının rəyi ilə Təqsirləndirilən şəxs məhz marixuana tərkibli narkotik vasitəsinin qəbulu nəticəsində onda narkomaniya xəstəliyinin aşkar edilməsi, həmçinin baxış keçirilməsi haqqında protokolla onun evindən eyni tərkibli qurudulmuş marixuana aşkar edilərək götürülməsi, qeyd edilən narkotik vasitəsinin sonuncunun satış məqsədi olmadan özünün istifadəsi üçün saxlaması fikrinə gəlməyə əsas verir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayəthüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, habelə təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində 01 (bir) il müddətinə azadlıqdan mərhum etmə cəzasının təyin edilməsi məqsədə uyğun olardı. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası üzrə qeyd edir ki, cinayət işi materiallarına əlavə edilmiş Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib edilmiş tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Əsədov X3 rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(056)-73/2024№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi xx.xx.2024-cü il tarixə 01 il 10 ay 22 gün təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(056)-73/2024№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 01 il 10 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 11 ay 11 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilərək, Təqsirləndirilən şəxs barəsində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(056)-85/2024№-li Qərarı ilə həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və o həmin tarixdən həbsdə saxlanılır. Azərbaycan Respublikası CPM-nın 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatından sonrakı qalıq çəkisi 10,40 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)- 73/2024№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 il 10 ay 22 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 11 ay 11 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı qalıq çəkisi ümumilikdə 10,40 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar