Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-197/2024 19.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X9 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və mülki iddiaçı Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Sabirabad rayonu Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, fərd sahibkar, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Xəlfəli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin dekabr ayında Sabirabad rayonu Xəlfəli kəndində yerləşən, X3in xüsusi mülkiyyətində olmaqla ********** reystr nömrəli çıxarılla hüquqları sonuncunun adına qeydə alınmış və 13 iyun 2023-cü iltarixli 972524 nömrəli etibarnamə ilə idarı olunması ona həvalə edilmiş yanacaqdoldurma məntəqəsi təyinatlı torpaq sahəsində bitmiş, meşə fonduna daxil olmayan, kök üstə, yaç olmaqla bioloji inkişafda olan, diametri 10 santimetr 120 manat dəyərində, diametri 11 santimetr 120 manat dəyərində, diametri 12 santimetr 120 manat dəyərində, diametri 15 santimetr 300 manat dəyərində, diametri 16 santimetr 150 manat dəyərində, diametri 19 santimetr 180 manat dəyərində, diametri 25 santimetr 250 manat dəyərində, diametri 28 santimetr 250 manat dəyərində, diametri 30 santimetr 300 manat dəyərində, diametri 32 santimetr 300 manat dəyərində, diametri 34 santimetr 350 manat dəyərində olmaqla, ümumilikdə - 2440 manat dəyərində 12 ədəd müxtəlif cinsli – gavalı, heyva, ayland, alça, söyüd, çinar və əncir cinsindən olan ağacları şəxsiyyəti istintaqa məlum olmayan şəxsləri ərazuiyə cəlb edərək matorlu mişarla qanunsuz kəsdirməklə Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinə 2440 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Xəlfəli kəndində Bakı-Horadiz yolunun kənarında yerləşən “Tur Oil” yanacaqdoldurma məntəqəsinin sahibidir. Həmin yanacaqdoldurma məntəqəsinin yerləşdiyi torpaq sahəsi mülkiyyət hüququ əsasında onun həyat yoldaşı X1in adına qeydə alınmışdır. Lakin həyat yoldaşından aldığı etibarnamə əsasında torpaq sahəsini o idarə edir. Həmin torpaq sahəsində o, 2002-ci ildə yanacaqdoldurma məntəqəsi və yeməkxana binası tikmişdir. Həmçinin, həmin torpaq sahəsində bir - neçə il qabaq yaşıllıq məqsıdi ilə müxtəlif cinsli meyvə ağacları və yaşıllıq ağacları əkmişdir. Ondan qabaq da orada bitmiş bəzi ağaclar olmuşdur. 2023-cü ilin dekabr ayında yanacaqdoldurma məntəqəsinin həyətində abadlıq işləri ilə əlaqədar tanımadığı işçiləri dəvət edib nizamsız əkilmiş ağcları kəsdirmiş, bəzi ağacları isə budamaqla səliqəli şəklə salmışdır. O, yalnız quru ağacları kəsdirmişdir, yaş kök üstə ağacları kəsdirməmişdir. O, yanacaqdoldurma məntəqəsinin həyətində cəmi 12 ədəd ağac kəsdirmişdir. Həmin ağaclardan 2-si tikintiyə mane olduğu üçün, digərləri isə quruduğu və səliqəsiz olduğu üçün kəsdirmişdir. Bir il əvvəl yanacaqdoldurma məntəqəsinin həyətində olmuş böyük bir ağacın külək nəticəsində məntəqədəki tikilinin üstünə aşması ilə ona çox böyük maddi ziyan dəymişdir. O, oz istifadəsində olan torpaq sahəsindəki ağacların kəsilməsinə görə hər-hansı məsuliyyətin olmasını bilməmişdir. Həmçinin, həmin ağacları kəsmək üçün kimə və hansı qaydada müraciət etməli olmasını da ona heç kim deməmişdir. Hesab edir ki, qeyd olunan ağaclar onun istifadəsində olan torpaq sahəsində yerləşdiyindən o, heç bir məsuliyyət daşımır. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və mülki iddiaçı Nümayəndə məhkəmədə ifadə verərək qeyd etdi ki, 27 yanvar 2024-cü il tarixdə nəzarət tədbirləri zamanı Sabirabad rayonu Xəlfəli kəndində Hacıqabul-Sabirabad avtomobil yolunun kənarında yerləşən “Tur oil” yanacaqdoldurma məntəqəsinə məxsus torpaq sahəsində qanunsuz olaraq ağacların kəsildiyini aşkar etmişlər. Onların məlumatı əsasında 29 yanvar 2024-cü il tarixdə Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin nümatəndəsi Şahid1, onun və təqsirləndirilən şəxsin özünün iştirakları ilə yanacaqdoldurma məntəqəsinin ərazisinə baxış keçrildikdə orada 12 ədəd yaş vəziyyətdə müxtəlif cinsli ağacların, o cümlədən meşə fonduna daxil olmayan, kök üstə, yaş olmaqla bioloji inkişafda olan, bir ədəd diametri 10 santimetr 120 manat dəyərində, bir ədəd diametri 11 santimetr 120 manat dəyərində, bir ədəd diametri 12 santimetr 120 manat dəyərində, iki ədəd diametri 15 santimetr 300 manat dəyərində, bir ədəd diametri 16 santimetr 150 manat dəyərində, bir ədəd diametri 19 santimetr 180 manat dəyərində, bir ədəd diametri 25 santimetr 250 manat dəyərində, bir ədəd diametri 28 santimetr 250 manat dəyərində, bir ədəd diametri 30 santimetr 300 manat dəyərində, bir ədəd diametri 32 santimetr 300 manat dəyərində və bir ədəd diametri 34 santimetr 350 manat dəyərində olmaqla, ümumilikdə 2440 manat dəyərində 12 ədəd müxtəlif cinsli, gavalı, heyva, ayland, alça, söyüd, çinar və əncir cinsindən olan ağacları dibindən kəsildiyini müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin ağacların onun göstərişi əsasında kəsildiyini demişdir. Bu barədə müvafiq akt tərtib edilmiş və iştirak edənlər akta imza etmişlər. Təqsirləndirilən şəxs tərəfindən həmin ağacları qanunsuz kəsdirməklə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 2440 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmuşdur. Zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və mülki iddiaçı Nümayəndə məhkəmədə, həmçinin, mülki iddia verərək təbiətə vurulmuş ziyan hesabına təqsirləndirilən şəxsdən ümumilikdə-2440 manat pulun alınıb Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin hesabına verilməsi barədə qərar qəbul edilməsini də xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X5 Xidmətinin 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X7 nəzarət və ekoloji monitorinq sektorunun baş məsləhətçi müfəttişi Şahid1 oxşar məzmunlu ifadə verərək Nümayəndə ifadəsində göstərdiklərini təsdiq etmişdir. Məhkəmədə Şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Xəlfəli kəndində Hacıqabul-Sabirabad avtomobil yolunun üzərində qohumu Təqsirləndirilən şəxs məxsus “Tur oil” yanacaqdoldurma məntəqəsi və kafe vardır. O da arabir işi olmayan vaxtlarda kafedə Təqsirləndirilən şəxs yanında olur. 2023-cü ilin dekabr ayında yanacaqdoldurma məntəqəsində yanğın baş vermiş və bütün avadanlıqlar məhv olmuşdur. Həmin vaxt məntəqədə təmir işləri aparılarkən ərazidə qurumuş ağaclar olduğu üçün Təqsirləndirilən şəxs göstərişi ilə fəhlələr tərəfindən 2023-cü ilin dekabr ayında həmin ağaclar kəsilmişdir. Əraziyə baş prokurorluq tərəfindən keçirilmiş baxış zamanı o da iştirak etmiş və ümumilikdə 12 ədəd meyvə ağacının kəsilməsi müəyyən edilmişdir. Həmin ağaclar qurumuş ağaclar olduğu üçün kəsilmişdir. Sadəcə olaraq 2 ədəd ağac aşma təhlükəsi olduğu üçün kəsilmişdir. Həmin 2 ağac isə yaş vəziyyətdə olmuşdur. Cinayət işinin materiallarında olan 26 fevral 2024-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə yeri Sabirabad rayonu Xəlfəli kəndi ərazisində Hacıqabul-Sabirabad avtomobil yolunun kənarında yerləşən “Tur oil” yanacaqdoldurma məntəqəsinin ərazisinə daxil olan torpaq sahəsidir. Baxış zamanı ərazidə bitmiş meşə fonduna daxil olmayan bioloji inkişafda olan 12 ədəd müxtəlif cinsli və diametrli ağacın yaş halda kəsilərək məhv edildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, 83368 №-li akta əlavə edilmiş “X6”-nə əsasən köküstə yaş olmaqla bir ədəd diametri 10 santimetr 120 manat dəyərində, bir ədəd diametri 11 santimetr 120 manat dəyərində, bir ədəd diametri 12 santimetr 120 manat dəyərində, iki ədəd diametri 15 santimetr 300 manat dəyərində, bir ədəd diametri 16 santimetr 150 manat dəyərində, bir ədəd diametri 19 santimetr 180 manat dəyərində, bir ədəd diametri 25 santimetr 250 manat dəyərində, bir ədəd diametri 28 santimetr 250 manat dəyərində, bir ədəd diametri 30 santimetr 300 manat dəyərində, bir ədəd diametri 32 santimetr 300 manat dəyərində və bir ədəd diametri 34 santimetr 350 manat dəyərində olan 12 ədəd müxtəlif cinsli, gavalı, heyva, ayland, alça, söyüd, çinar və əncir cinsindən olan ağacların qanunsuz kəsilməsi nəticəsində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği 2440 manat müəyyən edilmişdir. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət ReysteriXidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reysterindən qeydiyyat tarixi xx.xx.2012-ci il, qeydiyyat nömrəsi ********** olan şıxarışdan müəyyən olur ki, Sabirabad rayonu Xəlfəli kəndində yerləşən, təyinatı YDM-si olan 0,5 ha torpaq sahəsi X1in xüsusi mülkiyyətindədir. Cinayət işinin istintaq materiallarında olan xx.xx.2023-cü il tarixli etibarnamədən müəyyən olur ki, X4 tərəfindən Təqsirləndirilən şəxs etibarnamə verilmişdir. Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2024-cüil tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin istintaq materiallarında olan qərar və iltizamdan müəyyən olur ki, təqsirləndirilən şəxsin barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində meşələrdə və ya xüsusi mühafizə olunan təbiət ərazilərində ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan ağacların, kolların və ya digər yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurulduqda cinayət məsuliyyəti yaradır. Həmin maddənin qeyd hissəsinə əsasən “xeyli miqdar” dedikdə min manatdan yeddi min manatadək məbləğ başa düşülür. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsin kəsilməş ağacların dibdən kəsilməməsi, onların yaş kök üstə olmaması və özünün istifadəsində olan torpaq sahəsindən kəsildiyinə görə cinayət məsuliyyəti daşımaması barədə verdiyi ifadəsinə hüquqi qiymət verərək hesab edir ki, onun bu ifadəsi məsuliyyətdən yaxa qurtarmaq məqsədi daşıyır və məhkəmə tərəfindən qəbul edilmir. Belə ki, istər məhkəmədə dindirilmiş şahidlər, istər sə də məhkəmədə baxış keşrilmiş audio-video materialından kəsilmiş ağacların yaş kök üstə olduğu və ağacların budama xarakterli deyil, tam dibdən kəsildiyi tam olaraq öz təsdiqini tapır. Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 avqust 2016-cı iltarixli, 321 nömrəli qğrqrı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi” Qaydasınin 2-ci bölməsinin 2.1-ci bəndində qeyd edilir ki, yaşıllıqların götürülməsi Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadədə olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və bələdiyyələrin qərarı əsasında həyata keçrilir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin özbaşına olaraq, yəni yuxarıda qeyd olunan qaydalara riayət etmədən qeyd olunan ağacları kəsdirməsi qanunsuz olaraq ağackəsmə kimi qiymətləndirilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs cinayət əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs islah işləri cəzası təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun qazancından pul məbləğinin tutulmağa başlandığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxscəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə təbiətə vurulmuş ziyan hesabına təqsirləndirilən şəxsdən ümumilikdə-2440 manat pulun alınıb Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin hesabına verilməsi barədə mülki iddiasını müzakirə edərək hesab edir ki, iddia Azərbaycan Respublikası CPM-nin179-183cü maddələrinin və Azərbaycan Respublikası MM-nin 1096,1097-ci maddələrinin tələbləri baxımından təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 179-cu maddəsində qeyd edilir ki: -179.1. Cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. 179.2. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. 179.3. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. 179.4. Cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Həmin Məcəllənin 181-ci maddəsində, o cümlədən, qeyd edilir ki: 181.1. Əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: 181.1.1. ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; Azərbaycan Respublikası CPM-nin 181.4-cü maddəsinə əsasən Cinayət mühakimə icraatı zamanı mülki iddia fiziki və ya hüquqi şəxsin adından onun nümayəndəsi tərəfindən verilə bilər. Azərbaycan Respublikası CPM-nin Maddə 183-cü maddəsində qeyd edilir ki: -183.1. Cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. 183.2. Cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. 183.3. Cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası MM-nin 1096-cı maddəsinə əsasən : -mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (1096.1-ci maddə). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır ( 1096.2-ci maddə). Həmin Məcəllənin 1097.1-ci maddəsində qeyd edilir ki: mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Yuxarıda qeyd edilən qanun normalarına əsasən məhkəmə hesab edir ki, zərərçəkmişin nümayındısi tərəfindən mülki iddia qanun normalarına əsasən düzgün verilmişdir, iddia əsaslıdır və Təqsirləndirilən şəxs mülki iddia üzrə cavabdeh olan şəxsdir. Odur ki mülki iddia tam həcmdə təmin edilməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib aylıq qazancından 15%( on beş faiz) dövlət xeyrinə tutulmaqla 2(iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Cəzasını iş yerində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı onun qazancından pul məbləğinin tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. İş üzrə mülki iddia tam təmin edilsin. Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyana görə 2440 (iki min dörd yüz qırx) manat pul alınıb Azərbaycan Respublikası Ekalogiya vəTəbii Sərvətlər Nazirliyinin 3 saylı Regional Ekalogiya və Təbii Sərvətlər İdarəsinin hesabına verilsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-197/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-197/2024
19.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver