Məhkəmə qərarları › İş №1(056)-199/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-199/2024

11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-199/2024 11.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X8 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Oktay qızının, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakları ilə, 30 avqust 1983-cü ildə Saatlı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Saatlı rayonu Minbaşılı kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə məhkəməyə verilmişdir ona görə ki, tamah niyyəti ilə, özgənin əmlakını ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Oktay qızı ilə aralarında yaranmış etibardan sui-istifadə etməklə, sonuncunu Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən əri X3 barəsində Sabirabad rayon məhkəməsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hökm çıxarılmasına nail olacağına inandırıb 2022-ci ilin dekabr ayının əvvəllərində Sabirabad rayonu Kürkəndi kəndindəki evində ayrı-ayrı günlərdə Zərərçəkmiş şəxs 1000 manat, 2000 manat və 2000 manat olmaqla nəğd pul vəsaitləri alıb Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs Oktay qızının əri X5 3-4 il əvvəl tanımış, aralarında yaxşı səviyyədə, yəni ailəvi dostluq səviyyəsində münasibətləri olmuşdur. 2024-cü ilin noyabr ayında dəqiq xatırlamadığı tarixdə Fuad Muxtarovun arvadı Zülfiyyə ona telefonla zəng edərək əri Fuadın polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmiş və onu yaşadığı evə dəvət etmişdir. O, Zülfiyyənin dediklərindən sonra dərhal sonuncunun yaşadığı evə getmiş, həmin zaman evdə Zülfiyyədən başqa övladları Əlimuxtar və Gülər olmuşdur. Daha sonra aralarında olan söhbət zamanı Zülfiyyə onun uşaqlıq dostu olan Sabirabad RPŞ-nin MSY-nin rəisi Ruslan Əlverdiyevlə əlaqə saxlamasını və Fuad Muxtarovla görüşmək üçün köməklik istəməsini qeyd etmişdir. Həmin zaman o, Ruslanla əlaqə saxlamaq istədikdə Zərərçəkmiş şəxs artıq əlaqə saxlamanın zərurət olmadığını, öz işini özünün görəcəyini ona demişdir. Lakin bir həftə sonra Zülfiyyə Muxarova yenidən “Vhatsapp” vasitəsilə onunla əlaqə saxlayaraq əri Fuad Muxtarovun həbsdən azad etdirilməsi üçün dostu Ruslan Əlverdiyevlə əlaqə saxlamasını və sonuncunun ona kömək etməsini xahiş etmişdir. Bundan sonra o, Ruslanla Saatlı rayonu ərazisində görüşmüş və olanları danışmış, lakin X19 Muxtarovun həbsdən azad etdirilməsi üçün onlara kömək etməkdən imtina etmişdir. O, daha sonra Ruslanın polis əməkdaşları tərəfindən tutulmuş Fuad Muxtarova ürəyi yumşalması və kömək etməsi üçün onu sonuncunun evinə aparmışdır. Həmin zaman niyyəti dostu X12 azyaşlı övladı Gülər Muxtarzadəni görməsi və Fuada kömək etməyə razı olmasından ibarət olmuşdur. Qeyd edilən gün saat 17 radələrində Ruslanla Əlverdiyevlə birlikdə rayonunun Kürkəndi kəndinə getmiş, orada Fuad Muxtarovanın arvadı Zərərçəkmiş şəxs evinə daxil olmuş, həmin zaman sonuncu əri Fuadın tutulmadan və həbsdən azad edilməsi üçün Ruslan Əlverdiyevə yalvarmışdır. X4 dediklərindən sonra sonuncunun ərini qanuni yol ilə zaminliyə buraxıla biləcəyinin yolunu öyrədə biləcəyini demiş, daha sonra isə bir daha belə bir mövzuda danışmaq istəmədiyini qeyd etmişdir. Həmin zamandan sonra X6 xəstəliyi ilə əlaqədar sənədlər düzəltmişlər və Fuad vəkil tutaraq ev dustaqlığına buraxılmışdır. Sonuncu ev dustaqlığında olduğu müddətdə dəqiq xatırlamadığı vaxtda Ruslan, o və X21 restoranında oturub çay içmişlər və həmin zaman X16 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğuna görə iradlar bildirmişdir. Həmin gündən 15 gün sonra, yəni 2022-ci ilin dekabr ayının əvvəllərində X10 şəhəri ərazisində görüşüb söhbət edərkən sonuncudan işinin nə yerdə olmasını soruşmuş, Fuad isə barəsində istintaqı aparılan cinayət işi üzrə öz məsələsini özünün həll edəcəyini ona demişdir. Lakin bir neçə gün sonra onlar təkrar görüşdükdə isə Fuad “Allah Amilin evini yıxsın” deyə ifadələr səsləndirmiş və Amil adlı şəxsin onu aldatmasını bildirmişdir. Lakin həmin məsələni ona təfərrüfatı ilə danışmamışdır. Həmin zamandan bir neçə ay sonra Fuad Muxtarovun barəsində istintaqı aparılan cinayət işi üzrə məhkəmə hökmü çıxarılmış və azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş, 2023-cü ilin noyabr ayının əvvəllərində isə Zülfiyyə ona zəng edərək Ruslandan şikayət etməsini bildirmişdir. O, nə üçün şikayət etməsini soruşduqda isə cavab verməmişdir. Təxminən 1 həftə sonra Sabirabad RPŞ-nin əməkdaşı, təhqiqatçı Möhlət Bayramov onu çağırıb izahatını almış, həmin zaman Zülfiyyənin o və Ruslan barəsində şikayət edərək pullarını ələ keçirməsi barədə qeyd etdikləri ilə tanış olmuşdur. Bundan sonra Zülfiyyə onun yoldaşı Şahid2 dəfələrlə zəng edərək guya ki ona əri Fuad Muxtarova yüngül cəza təyin edilməsi üçün Ruslan Əlverdiyevə pul verməsini, onun da Ruslanın üzünə dayanaraq həmin məsələni təsdiq etməsini istəmiş, lakin o, Zərərçəkmiş şəxs ilə razılaşmamışdır. Həmin zamanlarda Zülfiyyə “Vhatsapp” vasitəsilə əlaqə saxlayaraq övladının xəstə olmasını demiş və o, Zülfiyyənin xəstə övladının müalicə olunması üçün kart hesabına 1000 manat pul göndərmişdir. Lakin bir müddət sonra Zülfiyyə ərinə yüngül cəza təyin edilməsinə köməklik edilməsi üçün guya ki ondan 5000 manat pul aldığını bildirməklə ondan əlavə 4000 manat pul da verməsini istəmiş, o isə üzərinə böhtan atıldığı üçün həmin pulu verməkdən imtina etmişdir. Hazırda o, cinayət məsuliyyətindən azad edilməsi üçün zərərçəkmiş şəxslə razılaşaraq ona 900 manat ödəmiş, bundan sonra zərərçəkmiş şəxs ona qarşı şikayət və tələbinin olmaması barədə ərizə yazmışdır. Hazırda o, cinayət işinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Oktay qızı ifadəsində göstərmişdir ki, ailədə 4 nəfərdirlər və yoldaşı Fuad Muxtarov 2022-ci ilin noyabr ayında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar Sabirabad RPŞ əməkdaşları tərəfindən həbs edilmişdir. 2022-ci ilin noyabr ayında, dəqiq xatırlamadığı tarixdə əri Fuadın tutulması barədə ona məlumat verilmiş, həmin gün saat 18-19 radələrində “Lələ” ləqəbli ailəvi dostluq münasibətində olduqları Təqsirləndirilən şəxs sonradan adının Ruslan Əlverdiyev olduğunu öyrəndiyi polis əməkdaşı ilə birlikdə yaşadığı evə gəlmiş, onların aralarında olan söhbətlər zamanı Ruslan onun əri Fuad Muxtarovu zaminliyə çıxarmaq lazım olduğunu bildirmiş və bunun üçün 500 manat pul lazım olmasını demişdir. Həmin vaxt o, oğlu Əlmuxtara evində olan 500 maanat pulu verərək polis əməkdaşı Ruslan Əlverdiyevə verməsini qeyd etmiş, övladı da bir neçə dəqiqə sonra ona pulu Ruslan Əlverdiyevə əlbəəl verdiyini bildirmişdir. Bir neçə gün sonra Ruslan xidməti formada Təvəkkül ilə birlikdə onlara gəlmiş, aralarında olan söhbətlər zamanı Ruslan Əlverdiyev onun əri Fuad Muxtarova məhkəmədə yüngül cəza təyin edilməsinə köməklik edəcəyini, lakin bunun üçün 5000 manat pul lazım olmasını demişdir. Bir neçə gün sonra gecə saatlarında Ruslan onun ***-***-**-** nömrəsinə “Whatsapp” mobil tətbiqi ilə zəng edərək, pulu gecə ilə tapmalı olduğunu bildirmiş, növbəti gün isə səhər saatlarında Təvəkkül Cavadov “Whatsapp” vasitəsilə ona zəng edərək onun yerinə Ruslana pul verə biləcəyini demişdir. O, Təqsirləndirilən şəxsla razılaşdıqdan sonra, sonuncu yenidən yaşadığı evə gəlmiş və ərinə yüngül cəza təyin edilməsi üçün lazım olan 5000 manat pulu verdiyini demişdir. O, həmin gündən sonra Təqsirləndirilən şəxs söz verdiyi pulu vermək üçün öz adına "xxxx" ASCdən 2800 manat kredit götürmüş, həmçinin anası Şahid1 təsərüffatında saxladığı heyvanları satmaqla ona pul vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ərinə yüngül cəza təyin edilməsi üçün onun yerinə verdiyi 5000 manat pulu 2022-ci ilin dekabr ayının 5-10 arası 1000 manat, 2000 manat və 2000 manat hissələrlə rayonun Kürkəndi kəndində ona məxsus evdə Təvəkgülə vermişdir. 2022-ci ilin dekabr ayının ortalarında əri Fuad Muxtarov ev dustaqlığına buraxılandan 2-3 gün sonra yaşadıqları evin qarşısına bir nəfər şəxs gəlmiş, daha sonra Fuad Muxtarov həmin şəxslə söhbət etdikdə adının Amil olduğunu və Fuadı həbsdən ev dustaqlığına çıxaran şəxsin o, olmasını demişdir. Daha sonra Hamil ilə aralarında olan söhbətlər zamanı sonuncu X17 Muxtarovu həbsdən ev dustaqlığına çıxarılması üçün köməklik etdiyini, lakin Ruslanın ona heç bir məbləğdə pul verməməsini, bu səbəbdən də Fuad Muxtarovun “işinin əyiləcəyini” bildirmişdir. Həmin günün axşamı X9 dedikləri barədə söhbətlər etmiş, lakin Ruslan həmin ifadələri inkar etmişdir. Bir neçə gün sonra yenidən Hamil Abdullayev yaşadıqları evə gəlmiş və o, məcburən anası Xatirə Mustafayevin heyvanlarını satmaqla Hamil Abdullayevə 2023-cü ilin yanvar - aprel ayında 1000, 1000 və 500 manat olmaqla ümumilikdə 2500 manat məbləğində pul vermişdir. Həmin pulun bir hissəsini özü düzəltmiş, digər hissəsini isə anası Şahid1 adına “Finca BOKT”-dan kredit götürməklə, eləcə də anasına məxsus olan heyvanları satmaqla əldə etmişdir. Lakin bir neçə ay sonra Fuad Muxtarov barəsində istintaqı aparılan cinayət işi üzrə məhkəmə prosesləri başlamış və sonuncu azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan sonra o, dəfələrlə Təvəkgüllə danışaraq verdiyi 5000 manat pulunu ona geri qaytarmasını bildirmiş, sonuncu əvvəlcə pulu qaytarmaq istəməsə də, sonradan pulun 1000 manat hissəsini onun kart hesabına göndərmiş, lakin qalan hissəsini geri qaytarmadığı üçün Ruslan, Təvəkgül və Hamilin barəsində şikayətlər etmişdir. Məhkəmə istintaqı başlananadək ona dəymiş ziyanın 3000 manat hissəsi ödənilmiş, 2000 manat ödənilməmiş pul qalmışdır. Məhkəmə araşdırması gedişində təqsirləndirilən şəxs 900 manat ödəyib ondan şikayətini geri götürməsini xahiş etdiyi üçün o, razılaşmışdır. Hazırda o, ona dəymiş ziyanın tam şəkildə ödənilmiş kimi nəzərə alınmasını, təqsirləndirilən şəxsə qarşı şikayət və tələbinin olmaması bildirib məhkəmədən şəxs barəsində cəza təyin edilməməsini xahiş etdi. Məhkə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təvəkgül onun əridir. Zərərçəkmiş şəxs Oktay qızını ərinin dostu Fuadın arvadı kimi tanımış, aralarında ailəvi dostluq münasibətləri olmuşdur. 2023-cü ilin noyabr-dekabr aylarında Zülfiyyə ilə danışan zaman sonuncu ona əri Təvəkgülün onu aldadıb pulunu ələ keçirməsini demiş, o, nə zaman ərinin Zülfiyyəni aldadıb pulunu ələ keçirməsini soruşduqda isə sonuncu Fuad Muxtarovun tutulan zaman polis əməkdaşı Ruslanla birlikdə Təvəkgülün onun yaşadığı evə gəlməsini, əvvəlcə ərinin ev dustaqlığına çıxarılması üçün Ruslanın ondan 500 manat pul almasını, daha sonra isə Fuada yüngül cəza təyin edilməsi, yəni ayağına qandal vurulması üçün 500 manat pul istədiklərini bildirmişdir. O, qeyd etmişdir ki, Zülfiyyənin deməsinə görə sonuncunun pulu olmadığı üçün ərinə yüngül cəza təyin edilməsi üçün pul verə bilməmiş, bundan sonra Təvəkgül həmin pulu özünün verdiyini Zülfiyəyə demiş və daha sonra Zülfiyyə 5000 manat məbləğində olan pulu 2022-ci ilin noyabr dekabr aylarında hissələrlə yaşadığı evdə Təvəkgülə vermişdir. Lakin o, Təvəkgüllə həmin məsələ barədə danışdıqda Təvəkgül Zülfiyyədən heç bir məbləğdə pul almadığını, sonuncunun onu şərlədiyini qeyd etmişdir. Zülfiyyə ərinə dəfələrlə Ruslanın adını vermələrini bildirsə də, əri bundan imtina etmişdir. Məhkə iclasında şahi qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 2007-ci il tarixdən X11 xidmət etmiş, xx.xx.2023-cü il tarixdə xidmətdən xaric edilmişdir. Təvəkkül Cavadov adlı Saatlı rayon sakinini X13 işə qəbul edilməmişdən əvvəl tanımış, onunla aralarında dostluq münasibətləri olmuşdur. 2023-ilin noyabr ayında, dəqiq xatırlamadığı tarixdə Sabirabad rayonunda yerləşən Çinar restoranında yemək yeyərkən Təvəkkül ilə rastlaşmış, həmin zaman sonuncunun yanına Fuad Muxtarov adlı şəxs də olmuşdur. Onlar aralarında söhbət edən zaman Təqsirləndirilən şəxs onu ailə dostluq münasibətində olduğu Fuad Muxtarovla tanış etmiş, bir neçə dəqiqə söhbət etdikdən sonra isə həmin şəxslərdən ayrılmışdır. Qeyd edilən zamandan 5 gün sonra rayon polis şöbəsində olan zaman Fuad Muxtarovun narkotiklərin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün tutulduğunu görmüş, həmin gün dostu Təqsirləndirilən şəxsla danışan zaman sonuncu ona Fuad Muxtarovun tutulduğunu və köməklik etmək lazım olduğunu bildirmiş, o isə tutulmuş şəxsə kömək etməyin onun səlahiyyətlərinə aid olmadığını bildirmişdir. 1-2 gün sonra Təvəkgül yenə də ondan əl çəkməmiş, özünün “Mercedes Vito” markalı avtomobili ilə gəlib onu iş yerindən götürərək Fuad Muxtarovun evinə aparmışdır. X20 arvadı Zülfiyyə və adını xatırlamadığı oğlu maşının yanına gələrək ondan kömək istəmiş və övladları Gülərin xəstə olduğunu bildirmişdir. O, həmin şəxslərin evlərinə girməmiş, heç bir vəd verməmiş, Fuad Muxtarova köməklik etmənin onun səlahiyyətləri çərçivəsində olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxsla birlikdə yenidən polis şöbənin qarşısına gəldikdə sonuncuya irad bildirmiş və ondan uzaq olmasını tapşırmışdır. Bir neçə gün sonra Fuad Muxtarovun ev dustaqlığına buraxıldığını eşitmiş, həmin günü Təvəkkül ona zəng edərək Fuada Muxtarova RPŞ-nin MSY-də olarkən köməklik etdiyinə görə minnətdarlıq etmişdir. Həmin tarixdən sonra nə Fuadı görmüş, nə də ki söhbət etmişdir. X14 məhkəmə tərəfindən həbs edildiyini eşitmişdir. Həmin ərəfələrdə telefonları dinlənildiyi üçün onun izahatı alınmış, bütün şəxslər izahat verməyə çağırılmışdır. Daha sonra onu orqandan xaric etmişlər. Sonradan Zülfiyyə ondan şikayət etmişdir ki, guya ki, ona pul vermiş və onun ərinin azadlığa buraxılacağı ilə bağlı onu aldatmışdır. Lakin, heç vaxt ona vəd etməmiş, nə Təvəkküldən, nə Fuaddan, nə də Zülfiyyədən pul almamışdır. Təvəkgülün də onlardan pul aldığını və ya istədiyini görməmiş, sonuncuların evinə sadəcə bir dəfə getmişdir. Təvəkgül ona heç bir pul vəsaiti verməmiş, Hamil adlı şəxs atasının dostu olsa da, onunla Fuad Muxtarov arasında olan məsələdən məlumatı olmamışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs pul vəsaiti qaytaracağı ilə bağlı ifadələr səsləndirməmişdir. Daha sonra Təqsirləndirilən şəxs məhkəməyə müraciət edib onun barəsində olan ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün Azərbaycan Respublikası CPM- nin 39.1.3-cü maddəsinə əsasən həmin hissədə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan suiistifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə ziyan vurmaqla dələduzluq cinayəti törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş şəxsin və şahidlərin ifadəsi, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-cii ilə tövsif edilmişdir. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-cü maddəs ilə cinayət işi üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir. Cinayət-Prosessual Məcələsinin 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur. Göründüyü kimi, CPM-nin 39.1.3-cü madəsinə əsasən cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi bəraətverci əsaslarla cinayət təqibinə xitam verilməsi hallarına aid edilməmişdir. Cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsinə görə cinayət işinin başlanması rədd edilərkən və ya başlanmış cinayət işinin icraatına xitam verilərkən CPM-nın 41.2-ci maddəsinin tələbləri də nəzərə alınmalıdır. Həmin maddəyə əsasən təhqiqatçı, müstəntiq və ya prokuror bəraətverici əsaslar olmadıqda təqsirləndirilən (şübhəli) şəxsin razılığı olmadan cinayət təqibinə xitam verilməsi barədə qərar çıxara bilməz. Bu halda cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsi ilə müəyyən edilmiş qaydada davam etdirilir və hökmün, məhkəmənin digər qərarının çıxarılması ilə başa çatdırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası CM-nın 178.1-ci maddəsinə əsasən özgənin əmlakını gizli olaraq talama həmin Məcəllənin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. CM-nın 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. İş materillarından görünür ki, təqsirləndirilən şəxs Cavadov X7 rayonun Kürkəndi kənd sakini Zərərçəkmiş şəxs Oktay qızının etibarından sui istifadə edərək, aldatma yolu ilə əmlakını ələ keçirmək məqsədi ilə sonuncunu Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirləndirilən əri X3 barəsində Sabirabad rayon məhkəməsində azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hökm çıxarılmasına nail olacağına inandırıb 2022-ci ilin dekabr ayının 5-10-u arası Sabirabad rayonu Kürkəndi kəndindəki evində ayrı-ayrı günlərdə Zərərçəkmiş şəxs 1000 manat, 2000 manat və 2000 manat olmaqla nəğd pul vəsaitləri alıb Zərərçəkmiş şəxs ümumilikdə 5000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək dələduzluq etmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə CM-nin 178.1-ci maddəsi əsasında elan edilmiş ittiham üzrə cinayət əməlini törətdiyi gündən hazırki günədək 02 (iki) ildən artıq müddət keçmişdir. Beləliklə CM-nın 15.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-nın 178.1-ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq hazırkı cinayət işi üzrə CM-nin 178.1-ci maddəsinə əsasən cinayət əməlini törətdiyi gündən iki ildən artıq müddə keçdiyindən, belə olan halda isə Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbləri cinayət təqibini istisna etdiyindən, məhkəmə hesab edir ki cinayət üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün cinayət işinin icraatına xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41-44, 347-349, 351-354, 357-358, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət-Prosessaul Məcəllənin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci madddəsi ilə aparılan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar