Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-202/2023 18.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Əsədli Elçin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı1, Müdafiəçi – Sabirabad rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, -xx.xx.1983-cü ildə Sabirabad rayonu Qarağac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evlihimayəsində 7 nəfər yetkinlik yaşına şatmayan (onlardan 5 nəfəri azyaşlı) uşaqları olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Sabirabad rayonu Qarağac kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan – Təqsirləndirilən şəxsAzərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin mart ayının sonlarında yaşadığı Sabirabad rayon Qarağac kəndindəki evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan mənbədən və vaxtda əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə tərkibində narkotik maddələr olan xeyli miqdarda, yəni 07 ədəd çətənə (kannabis) bitkilərini yetişdirərək kultivasiya etmiş, 01 avqust 2023-cü il tarixdə saat 00:20 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman, həyətyanı sahədə ümumi çəkisi 2300,0 qram olan 07 ədəd tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, ailə üzvlərilə birlikdə Sabirabad rayonu Qarağac kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. O, arada bir narkotik maddə olan marixuanadan, yəni el arasında deyildiyi kimi “nəşə”-dən siqaretə doldurmaqla istifadə etmiş, hərdənbir marixuana çəkəndə toxumlarını toplamışdır. 2023-cü ilin mart ayının sonlarında onda 7 ədəd narkotik toxumu olmuş, həmin toxumları həyətyanı sahəsində əkmişdir. Toxumları əkdikdən sonra onlara müntəzəm olaraq qulluq etmışdır. Toxumları əkdiyi yeri sulamışdır ki, toxumlar tez cücərti versinlər. Həmin nəşə toxumlarından inkişaf etmiş bitkilərə su verib, diblərini yumşaltmışdır. Əkdiyi nəşə bitkilərinin ətrafındakı alaq otlarını təmizləmişdir ki, bitkilərin inkişaf etməsinə mane olmasın. 01 avqust 2023-cü il tarixdə saat 00:20 radələrində polis əməkdaşları yaşadığı evə gəlib, onun həyətyanı sahədə narkotik tərkibli bitkilər əkib becərməsi barədə məlumat aldıqlarını və buna görə də yaşadığı evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirdilər. Polislər tərəfindən baxış keçirilən zaman kənd icra nümayəndəsi və aqronom da iştirak edirdilər. Baxış videoçəkiliş vasitəsi ilə keçirilirdi. O, baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları baxış keçirməyə başlamışlar. Baxış zamanı həyətyanı sahədə ümumilikdə 7 ədəd çətənə bitkilərini aşkar etmişlər. İlkin sorğu zamanı həmin nəşə kollarını özü çəkmək üçün əkib becərdiyini, həmin bitkilərə özü qulluq etdiyini, sonuncu dəfə həmin bitkilərə 5-6 gün əvvəl su verib diblərini yumşaltdığını etiraf etmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxıb, bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra aşkar edilmiş 7 ədəd yaş vəziyyətdə olan əkib becərdiyi çətənə bitkiləri torpaqdan çıxarılmış, həmin bitkilər qablaşdırılaraq möhürlənmişdir. Sonda baxış zamanı aşkar edilənlərlə bağlı protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da baxış iştirakçıları kimi protokola imza etmişdir Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin narkomaniyaya qarşı mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 31 iyul 2023-cü il tarixdə xidmətdə olarkən Sabirabad rayonu, Qarağac kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik tərkibli bitkilərin əkib-becərməsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qeyd olunan məlumatın yoxlanılması ilə bağlı ilk öncə tərəfindən rəhbərliyə raportla müraciət olunmuş, daha sonra isə tərəfindən təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi ilə bağlı qərar qəbul edilmişdir. Sonra həmin qərarın icra olunması ilə bağlı yaradılmış əməliyyat qrupunun üzvü olaraq 01 avqust 2023-cü il tarixdə saat 00:20 radələrində o, cinayət-axtarışı bölməsinin əməliyyat müvəkkili Şahid3, RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili Şahid2 və Təhqiqat bölməsinin təhqiqatçısı X1, eləcə də mütəxəssis-aqronom kimi dəvət edilmiş X3 və Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Şahid4 ilə birlikdə Sabirabad rayonu Qarağac kəndinə getmişlər. Həmin kənddə Təqsirləndirilən şəxs yaşadığı ünvana yaxınlaşıb qapını döydükdən sonra qapını açan Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatla bağlı məlumat verib, yaşadığı evin həyətyanı sahəsinə baxış aparılacağını bildirmişlər. Təqsirləndirilən şəxs da etiraz etməyib, bununla bağlı ərizə yazmış və sonra baxışa başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən 7 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar olunmuşdur. Həmin vaxt aqronom-mütəxəssis kimi dəvət edilmiş Əliyar Vəliyev bitkiləri nəzərdə keçirib həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini və həmin bitkilərin tərkibində narkotik maddələr olan çətənə bitkilərinin olduğunu bildirmişdir. Baxış zamanı başqa hər hansı bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Sonra aşkar olunmuş bitkilər təhqiqatçı tərəfindən qablaşdırılmaqla götürülmüşdür. Baxış keçirilməsi ilə bağlı protokol tərtib olunmuş və bütün iştirakçılar həmin protokola imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edib polis şöbəsinə gəlmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 Tale Həsənovun qeyd etdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadələr vermişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 01 avqust 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan və məhkəmə iclasında baxış keçrilmiş audio-video materialından görünür ki, Sabirabad rayonu Qarağac kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı həyətyanı sahəsinə baxış keçirilən zaman, evin həyətyanı sahəsindən 7 ədəd yaş vəziyyətdə ümumi çəkisi – 2300 qram olan əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-bioloji ekspertizasının 01 avqust 2023-cü il tarixli, 18/767 nömrəli ekspert rəyindən görünür ki, 1. Tədqiqata təqdim olunmuş üzərindəki : “...Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd sintetik torbadakı cəmi 7 (yeddi) ədəd yaş vəziyyətdə ümumi təmiz çəkisi – 2300,0 qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin bitkiləridir. Aqronomun rəyinə əsasən, təqdim olunmuş 7 (yeddi) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada xüsusi qulluq göstərilmişdir Cinayət işinin istintaq materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilən zaman aşkar edilmiş 7 ədəd yaş vəziyyətdə ümumi qalıq çəkisi – 2300,0 qram olan çətənə bitkiləri işin faktiki hallarını təsdiq edən sübut əhəmiyyətinə malik olduğundan 2 avqust 2023-cü il tarixli qərarla iş üzrə maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Sabirabad RPŞnin maddi sübutları saxlama otağına təhvil verilmişdir. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 07 sentyabr 2023-cü il tarixli, 5741 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş ailə tərkibi haqqında arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 7 (yeddi) nəfər yetkinlik yaşına çatmayan uşaqları var , onlardan 5 nəfəri azyaşlıdır. İşə əlavə edilmiş Sabirabad rayon İHB-nın Minbaşı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən vetilmiş xasiyyətnamədən görünür ki, təqsirləndirilən şəxsin şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət səciyyələnir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda - 7 (yeddi) ədəd əkib becərmə- kultuvasiya etmə cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, o cümlədən ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, məhkəmə iclasında baxış keçrilmiş audio-video materialı, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nın 237.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edilməsi müzakirə edilərkən onun himayəsində 5 nəfəri azyaşlı olmaqla 7 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 - cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxsin barəsində həmin məcəllənin 61ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halın olmasını və cəzanın ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən X2 təqsirli bilindiyi maddənin sanksiyasının həddi daxilində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmalıdır. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 01-03 avqust 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlöğın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 2 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin, təqsirləndirilən şəxs təyin olunmuş həmin cəzanı yaşadığı yer üzrə Sabirabad rayonunda çəkməli və onun icrasına nəzarət Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs həyətindən götürülmüş, tədqiqatdan sonra çəkisi 2299,30 qram olan 7 ədəd narkotik tərkibli çətənə bitkisi nümunələri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsi və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 01 - 03.avqust 2023-cü il tarixlərdə 02 (iki) gün həbsdə saxlandığı müdət 1 (bir) həbs günü 2 (iki) azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaql, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə yəyin olunsun və yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31.95 (otuz bir manat doxsan beş qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan - tədqiqatdan sonra çəkisi - 2299,30 qram qalan 7 ( yeddi ) ədəd narkotik tərkibli çətənə bitkiləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-202/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-202/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver