Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-204/2023 18.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil - Müdafiəçi iştirakları ilə, xx.xx.1972-cı ildə Sabirabad rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, məhkumluğu olunmayan, Sabirabad rayonu Həsənalıli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 2023-cü ilin aprel ayında Sabirabad rayonu Həsənalı kəndində yaşadığı evin həyətyanı sahəsində torpağı şumlayıb istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumunu qanunsuz olaraq əkmiş, ona aqrotexniki qaydada qulluq etməklə az miqdarda, yəni 01 ədədini yetişdirərək kultivasiya etmiş, 14 avqust 2023-cü il tarixdə saat 19:40 dəqiqədə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, yaşadığı Sabirabad rayonu Həsənalı kəndində yerləşən evinin həyətyanı sahəsinə baxış keçirilən zaman ümumilikdə 01 ədəd yaş vəziyyətdə ümumi çəkisi 200,0 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisi və yaşadığı evin həyətində su hovuzunun üzərində açıq vəziyyətdə saxladığı, həyətyanı sahəsinə əkdiyi həmin narkotik tərkibli çətənə bitkisindən təxminən 2023-cü ilin iyul ayında toplamaqla qurudub hazırladığı satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 13,83 qram çəkidə qanunsuz olaraq əldə etdiyi kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs yuxarıda təsvir edilən cinayət əməlini törətməsi məhkəmə iclasında aşağıdakı sübutlarla təsdiq olunmuşdur . Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə dindirilərkən ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək, ifadəsində göstərmişdir ki, o, bir neçə ildir ki, narkotik vasitə - qurudulmuş marixuana olan “nəşə”dən siqaretə doldurub çəkməklə istifadə edir. 2023-cü ilin aprel ayında o, Sabirabad rayonu Həsənalı kəndi ərazisində Kür çayının sahili ilə piyada gedərkən yerdə 01 ədəd sellofan bükümünün olduğunu görmüş, həmin bükümü götürərək içərisinə baxmışdır. Bu zaman o, həmin sellofan bükümün içərisində çətənə bitkisinin toxumunu görmüşdür. O, həmin toxumun spesifik iyindən bilmişdir ki, bu narkotik tərkibli bitkidir. Həmin toxumu əkmək qərarına gəlmişdir. Bu məqsədlə 2023-cü ilin aprel ayında həmin çətənə bitkisinin toxumunu yaşadığı Sabirabad rayonu Həsənalı kəndində yerləşən özünə məxsus həyətyanı sahəsində əkmişdir. Mütəmadi olaraq həmin bitkiyə qulluq etmiş, ətrafındakı alaq otlarını təmizləyib, su vermişdir. Həmin çətənə bitkisi təxminən bir metrə yaxın olanda onun yuxarı budaqlarındakı yarpaqlarını yığıb həyətdəki su çəninin üstündə qurutmuş, arabir onlardan siqaretə doldurub çəkmişdir. 14 avqust 2023-cü il tarixdə axşam saatlarında o, evdə olmadığı vaxtda Sabirabad RPŞ-nin əməkdaşları yaşadığı həyətə gəlmiş, həyətdə narkotik tərkibli bitkilər əkməsi və narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə məlumat aldıqları üçün yaşadığı həyətə baxış keçiriləcıyini bildirmişlər. Həmin vaxt yaşadığı evə, həyətyanı sahəsinə və həyətində olan yardımçı tikililərə baxış keçirilən zaman həyətyanı sahədə əkib becərdiyi 01 ədəd çətənə bitkisini aşkar etmişdirlər. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkisinə baxıb, bitkiyə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına təqdim etmişdir. Həmin 01 ədəd yaş vəziyyətdə olan əkib becərdiyi çətənə bitkisi torpaqdan çıxarılmışdır. Həmin çətənə bitkisi həyat yoldaşı Şahid1 iştirakı ilə bir ədəd sintetik torbaya yığılıb qablaşdırılaraq möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra polislər tərəfindən götürülmüşdür. Daha sonra bu barədə tərtib olunmuş protokola həyat yoldaşı Vüsalə, aqronom və polis əməkdaşları imza etmişdirlər. Daha sonra həyətdə olan su hovuzunun üzərinə açıq vəziyyətdə qoyduğu narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmişdir. Həyat yoldaşı Vüsalə və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. Bir müddət keçdikdə sonra onun olduğu yeri müəyyən edərək, Sabirabad rayon Polis Şöbəsinə gətirmişdirlər. O da baş verənlər barədə qeyd etdiyi qaydada izahat vermişdir. Təhqiqatçı həmin bitki və narkotik vasitə qurudulmuş marixuana barədə ondan soruşduqda, o, həmin bitkinin və narkotik vasitənin özün istifadəsi üçün əkib becərdiyini və qurudub saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, yaşadığı evin həyətində su hovuzunun üzərindən aşkar olunmuş açıq vəziyyətdə 13,83 qram çəkidə narkotik vasitəni o, həyətdə əkdiyi 01 ədəd çətənə bitkisinin budağından təxminən 2023-cü ilin iyul ayında toplayıb hazırlamış, daha sonra həmin qurudulmuş vəziyyətdə olan marixuananı özü istifadə etmək məqsədilə su hovuzunun üzərində saxlamışdır. Məhkəmədə şahid qismində dindirilmiş, Şahid1 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Həsənalı kəndində ailəsi ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Təbriz tez-tez spirtli içki qəbul edir, lakin onun narkotik vasitə istifadə etməsindən məlumatı yoxdur. xx.xx.2023-cü il tarixdə günorta saatlarında Təbriz Kür çayında çimmək üçün evdən çıxıb getmişdir. Həmin gün axşam saat 19:40 radələrində o, yaşadığı evin həyətində olan zaman polis əməkdaşları yaşadığı ünvana gələrək həyat yoldaşı Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində narkotik vasitə olan çətənə bitkiləri əkməsi barədə məlumat aldıqlarını və evin həyətinə, həyətyanı sahəsindəki tikililərə və evə baxış keçirəcəklərini bildirmişdirlər. O da evin həyətinə, həyətdəki yarımtikililərə və evə polis əməkdaşları tərəfindən baxış keçirilməsinə etiraz etmədiyimi bildirmişdir. Polis əməkdaşları baxış keçirilməsi ilə bağlı ərizə ilə müraciət etməsini təklif etmişdirlər. Lakin o, yazmağı bacarmadığını bildirmiş və təhqiqatçı tərəfindən onun adından şifahi ərizə protokolu tərtib edilərək ona ucadan oxunduqdan sonra imzalamışdır. Bundan sonra, hal şahidlərinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və onun iştirakı ilə çəkliş aparılmaqla həyətyanı sahəsinə baxış keçirilən zaman həyətdə yerləşən bağçadan 01 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə həmin bitkiyə baxıb, qulluq olunması barədə rəy tərtib edib təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt polis əməkdaşları ondan həmin bitkinin kim tərəfindən əkildiyini soruşmuşdurlar. O, şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkisinə oxşar bitkini həyat yoldaşı Təqsirləndirilən şəxs həyətyanı sahədə əkdiyini, həmin bitkinin narkotik tərkibli olmasından məlumatsız olduğunu, həyat yoldaşı Təbrizin həmin bitkini əkən zaman ona gül kimi təqdim etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd çətənə bitkisi təhqiqatçı tərəfindən qablaşdırılıb möhürlənərək götürülmüşdür. Daha sonra həyətdə yerləşən su hovuzunun üzərindən açıq vəziyyətdə marixuanaya bənzər qurumuş kütlə polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən həmin kütləyə baxış keçirildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmiş, daha sonra isə qablaşdırılıb möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı o, həmin kütlənin narkotik vasitə olmasından məlumatının olmadığını, həyat yoldaşı Təqsirləndirilən şəxs həmin kütləni su hovuzunun üzərinə qoyduğunu bildirmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Sabirabad RPŞ-nin İTB-nin polis sahə nəfəri vəzifəsində işləyir. 14 avqust 2023-cü il tarixdə Sabirabad rayonu Həsənalı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə ona məlumat daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı Cavanşir Zülfüqarova həvalə olunmuşdur. Cavanşir Zülfüqarov tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə keçiriləcək baxışda iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin Sabirabad RPŞ-nin TB-nin təhqiqatçısı Cavanşir Zülfüqarov, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Daha sonra baxış keçirilməsi prosesində aqronom mütəxəssis qismində iştirak etməsi üçün Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzinin Sabirabad rayon Mərkəzinin rəisi X1 dəvət olunmuşdur. Bundan sonra, avtomobillə Təqsirləndirilən şəxs yaşadığı Həsənalı kəndində yerləşən evinə getmişdirlər. Təqsirləndirilən şəxs evdə olmamışdır. Onun həyat yoldaşı Şahid1 əri Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, eləcə də yaşadığı ünvanda narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi barədə məlumat daxil olduğunu və bu məlumatın yoxlanması üçün təxirəsalınmaz əməliyyat – axtarış tədbirinin keçrilməsi barədə qərar əsasında audio – video çəklişi aparılmaqla və hal şahidlərinin iştirakı ilə evin həyətinə, həyətdəki yarımtikililərə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Şahid1 baxış keçirilməsinə etiraz etməmişdir. Bundan sonra hal şahidlərinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və Şahid1 iştirakı ilə audio – video çəklişi aparılmaqla həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zaman həyətdə yerləşən bağçadan 01 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə həmin bitkiyə baxıb, qulluq olunması barədə rəy tərtib edib təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt Şahid1 şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkisinə oxşar bitkini həyat yoldaşı Təqsirləndirilən şəxs həyətyanı sahədə əkdiyini, həmin bitkinin narkotik tərkibli olmasından məlumatsız olduğunu, həyat yoldaşı Təbrizin həmin bitkini əkən zaman ona gül kimi təqdim etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd çətənə bitkisi təhqiqatçı tərəfindən qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Daha sonra həyətdə yerləşən su hovuzunun üzərindən açıq vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən həmin kütləyə baxış keçirildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Şahid1 həmin kütlənin narkotik vasitə olmasından məlumatının olmadığını, həyat yoldaşı Təqsirləndirilən şəxs həmin kütləni su hovuzunun üzərinə qoyduğunu bildirmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar, protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid3 Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Sabirabad rayonu Zəngənə kəndində ailəsi ilə birlikdə yaşayır. Sabirabad RİH-nin Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsində işləyir. 14 avqust 2023-cü il tarixdə Sabirabad rayonu Həsənalı kəndində olarkən rayon polis şöbəsinin əməkdaşları onu dəvət edib Həsənalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətində narkotik vasitə olan çətənə bitkiləri əkməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişdirlər. Polis işçiləri baxış keçirilən zaman onun da hal şahidi qismində iştirak etməsini təklif etmişdirlər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları Sabirabad RİH-nin Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin baş məsləhətçi baş mühasibi vəzifəsində işləyən Şahid5 da hal şahidi qismində dəvət etmişdirlər. Bundan sonra polislərlə birlikdə Həsənalı kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə getmişdirlər. Polis işçiləri ev sahibini çağırmışdırlar. Təqsirləndirilən şəxs evdə olmamışdır. Onun həyat yoldaşı Şahid1 həyətdə olmuşdur. Polislər ona Təqsirləndirilən şəxs həyətində narkotik tərkibli çətənə bitkiləri əkməsi və qanunsuz olaraq narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə audio – video çəklişi aparılmaqla və hal şahidlərinin iştirakı ilə evin həyətinə, həyətdəki yarımtikililərə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuş və Şahid5la onun hal şahidi qismində iştirak edəcəklərini ona bildirmişlər. Şahid1 həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bundan sonra onun və digər hal şahidinin, aqronom mütəxəssisin, polis əməkdaşlarının və Şahid1 iştirakı ilə audio – video çəklişi aparılmaqla həyətyanı sahəyə baxış keçirilmişdir. Baxış zaman həyətdə yerləşən bağçadan 01 ədəd çətənə bitkisinə oxşar bitki aşkar edilmişdir. Dəvət edilmiş aqronom isə həmin bitkiyə baxıb, qulluq olunması barədə rəy tərtib edib təhqiqatçıya təqdim etmişdir. Həmin vaxt Şahid1 şifahi sorğu zamanı polis əməkdaşlarına çətənə bitkisinə oxşar bitkini həyat yoldaşı Təqsirləndirilən şəxs həyətyanı sahədə əkdiyini, həmin bitkinin narkotik tərkibli olmasından məlumatsız olduğunu, həyat yoldaşı Təbrizin həmin bitkini əkən zaman ona gül kimi təqdim etdiyini bildirmişdir. Aşkar edilmiş 01 ədəd çətənə bitkisi təhqiqatçı tərəfindən qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, tərəfimizdən götürülmüşdür. Daha sonra həyətdə yerləşən su hovuzunun üzərindən açıq vəziyyətdə narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Təhqiqatçı tərəfindən həmin kütləyə baxış keçirildikdən sonra narkotik vasitə olan qurudulmuş marixuanaya oxşaması müəyyən edilmiş, daha sonra isə qablaşdırılıb “Zərflər üçün № 139” möhürü ilə möhürlənib, təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu zamanı Şahid1 həmin kütlənin narkotik vasitə olmasından məlumatının olmadığını, həyat yoldaşı Təqsirləndirilən şəxs həmin kütləni su hovuzunun üzərinə qoyduğunu bildirmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirilən zaman əlavə olaraq qanunla qadağan olunmuş heç bir əşya, predmet aşkar olunmamışdır. Bundan sonra baxış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. O və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişdirlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. Məhkəmədə yoxlanmış və işin 15-17-ci vərəqlərində olan “Baxış keçirilməsi barədə” 14 avqust 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Həsənalı kəndində yerləşən evinin həyətinə baxış keçirilən zaman 01 ədəd çətənə bitkisi və həyətdə yerləşən su hovuzunun üzərindən narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüş və bu barədə videoçəkiliş cinayət işi materialına əlavə edilmişdir. Məhkəmədə yoxlanmış və işin 44-46- cı vərəqlərində olan Məhkəmə-bioloji ekspertizasının 15 avqust 2023-cü il tarixli, 18/813 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş üzərində “…Təqsirləndirilən şəxs fərdi yaşayış evinin həyətində yerləşən su hovuzunun damından…” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd polietilen torbada təmiz çəkisi 13,83 qram olan kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərindəki ağ kağızda “…Təqsirləndirilən şəxs həyətyanı sahəsində...” sözləri yazılmış və imzalar olan sintetik torbadakı 01 ədəd yaş vəziyyətdə təmiz çəkisi 200,0 qram olan bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Tədqiqata təqdim edilmiş 01 ədəd çətənə bitkisi və qurudulmuş marixuana tərkiblərinə görə eynidir. Ekspertiza tədqiqatının dəyəri 49,74 manat təşkil edir. Məhkəmədə yoxlanmış və işin 101–102-cı vərəqlərində olan Məhkəmə-narkoloji ekspertizasının 14 sentyabr 2023-cü il tarixli, 5910 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə yoxlanmış və işin 84-cü vərəqində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Sabirabad rayon Xalq Məhkəməsinin xx.xx.1998-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 226-1-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.1999-cu il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il tarixli qərarının 3.3 maddəsilə cəzanın qalan hissəsini çəkməkdən azad edilmiş, Sabirabad rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay 08 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəzasının sonu ilə azad edilmiş. Göründüyü kimi, hazırda məhkumluğu ödənilmişdir. Məhkəmədə yoxlanmış və işin 73-74-cü vərəqlərində olan qərardan görünür ki, üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar olunaraq götürülmüş təmiz çəkisi 200,0 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 199,9 qram olan 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi və təmiz çəkisi 13,83 qram olmaqla ekspertiza tədqiqatından sonrakı qalığı 13,81 qram olan narkotik vasitə qurudulmuş marixuana 16 avqust 2023-cü il tarixli qərarla maddi sübut kimi tanınmışdır və Sabirabad rayon PŞ-də saxlanılır. Məhkəmədə yoxlanmış və işin 78-74-cü vərəqlərində olan Sabirabad Rayon İHB-nin Cavad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən və ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur, himayəsində biri azyaılı olmaqla iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddə qurudulmuş marixuana əldə edib, saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici və şahid ifadələri, məhkəmə iclasında baxış keçrilmiş audio-video materialı, həmçinin, digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran hallarının olmamasını, nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasının həddi daxilində 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs 14–16 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 2 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin, təqsirləndirilən şəxsin barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalında həbsə alınmalı və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, təyin olunmuş həmin cəzanı Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir, cəzaçəkmə müddətinin əvvəli hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyon olunmalı və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 AZN məbləğində dəyəri ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi – 199,9 qram olan 1 ədəd çətənə bitkisi və tədqiqatdan sonrakı çəkisi – 13,81 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 1(bir) il 2 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 - 16 avqust 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş 1(bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 2 (iki) gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz)) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını 2ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut Sabirabad RPŞ-də saxlanılan tədqiqatdan sonrakı çəkisi – 199,9 qram olan 1 ədəd çətənə bitkisi və tədqiqatdan sonrakı çəkisi – 13,81 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-204/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-204/2023
18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver