Məhkəmə qərarları › İş №1(056)-205/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-205/2023

18.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-205/2023 18.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X16 Novruzəli oğlunun sədrliyi, Əsədli Elşin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X4 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru-Dövlət ittihamçısı1, müdafdiəçi-Müdafiəçi, zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan yekun qətnamə qəbul olunanadək əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla xx.xx.2014-cü il təvəllüdlü X2, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Xanbala qızına verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(056)- 1978/2020 saylı qərardadını, həmçinin Təqsirləndirilən şəxs əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs Xanbala qızına verilməsinə dair həmin məhkəmənin qanuni qüvvəyə minmiş xx.xx.2021-ci il tarixli, 2(056)-147/2021 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(056)-964/2021 saylı qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2023-cü il tarixinədək cəmi 9000.00 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Belə ki, cinayət işi üzrə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunan ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə nikahlarını rəsmiləşdirilməklə ailə qurmuş, münasibətlərindən xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 adında üç övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri pozulduğundan ayrılmışlar və həmin vaxtdan da Zərərçəkmiş şəxs uşaqlarla birlikdə yaşayır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları tək başına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, ondan yekun qətnamə qəbul olunanadək əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların saxlanılması üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin, daha sonra yekun qətnamə qəbul edilərək həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(056)-147/2021 saylı qətnaməsinə əsasən ondan əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. Lakin omaddi imkanı olmadığına görə aliment ödəməmişdir. Onun əvəzində isə arabir anası nəvələri üçün maddi köməklik göstərmişdir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-964/2021 saylı qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək cinayət məsuliyyəti barədə xəbərdarlıq edilsə də, ödəməli olduğu aylıq alimenti ödəməmiş və nəticədə təqdimat verilən günə, yəni xx.xx.2022-ci il tarixədək məhkəmənin məlum aktları üzrə cəmi 9000.00 manat aliment borcu yaranmışdır. Övladlarına baxmalı olduğunu dərk edir, buna görədə özünü təqsirli bilir, sadəcə aliment məbləği çox olduğundan məhkəmənin məlum aktları ilə razı deyil. Amma alimentin azaldılması ilə bağlı, həmçinin yaranmış aliment borcunun silinməsi ilə bağlı məhkəməyə müraciət etməmişdir. Bundan başqa Zərərçəkmiş şəxs ilə barışacağını düşündüyündən aylıq alimentdən heç bir ödəniş etməmişdir. Fərdi əmək fəaliyyəti ilə məşğul olmaqla günü 25-30 manata günəmuzd fəhlə kimi işləyir. Stabil gəliri yoxdur. İş axtaran kimi Məşğulluq Mərkəzində qeydiyyata düşsə də təklif ediləcək işlərin əməkhaqqısının az olduğunu bildiyindən işlə bağlı mərkəzə müraciət etməmiş, həmçinin əlaqə saxlamaları üçün həmin müddətdə işlətdiyi nömrələri mərkəzə versə də, lakin, sonradan həmin nömrələri istifadə etməmişdir. O, aliment borcunu yalnız maddi imkanı olmadığına görə ödəməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, fəhlə işlədiyini və sabit gəlirinin olmamasını, üzərində olan aliment borcunu hər ay hissə-hissə olmaqla ödəyəcəyini bildirərək, məhkəmədən ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Məhkəmə təqsirləndirilən şəxs alimenti maddi imkansızlığı üzündən ödəməməsi barədə ifadəsinə hüquqi qiymət verərək əsasli hesab etmir ona görə ki, o, məhkəmə iclasında dindirilərkən günəmuzd fəhlə işləməklə gündəlik 25-30 manat pul qazandığını etiraf etmişdir. Lakin bu hesabla ayda orta hesabla 400-500 manat pul qazandığı halda alimentin təyin olunduğu gündən bir manat da olsun pul ödəməmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə nikahlarını rəsmiləşdirilməklə ailə qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2016-cı il təvəllüdlü X11 və xx.xx.2017-ci il təvəllüdlü X9 adında üç övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətlərdə bir müddət mehriban yaşasalar da sonradan Təqsirləndirilən şəxs ilə münasibətləri pozulduğundan ayrılmışlar və həmin vaxtdan da uşaqlarla birlikdə yaşayır. Ayrılandan sonra Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün ona maddi köməklik etməmiş, uşaqları tək başına saxlaya bilmədiyindən Təqsirləndirilən şəxs qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Təqsirləndirilən şəxs yekun qətnamə qəbul olunanadək əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla yuxarıda qeyd edilən uşaqların saxlanılması üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin, daha sonra yekun qətnamə qəbul edilərək həmin məhkəmənin xx.xx.2021-ci il tarixli, 2(056)-147/2021 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla həmin uşaqların yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100,00 manat olmaqla cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində olan aliment borcunu qərəzli olaraq ödəməkdə boyun qaçırmışdır. Bununla əlaqədar o, Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə dəfələrlə şikayət etmişdir. Sabirabad Rayon İcra və Probasiya Şöbəsi tərəfində təqsirləndirilən şəxsə dəfələrlə xəbərdarlıq edilmiş, məhkəmənin məlum aktlarını icra etməsi tələb olunmuşdur. Borclu - təqsirləndirilən şəxs Hümbətov X6 Rayon Məhkəməsinin xx.xx.2021ci il tarixli, 3(056)-964/2021 saylı qərarı ilə on gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən yenə də Təqsirləndirilən şəxs xəbərdarlıq edilsə də, işləməsinə və yetərli qədər gəlir əldə etməsinə baxmayaraq ödəməli olduğu aylıq alimenti ödəməmişdir. Hazırda təqsirləndirilən şəxsin ona 9000.00 manat aliment borcu yaranmışdır. Bu müddət ərzində təqsirləndirilən şəxs aylıq alimenti ödəməməklə yanası uşaqlarla da maraqlanmamış, maddi bir yana, mənəvi köməkliyi də olmamışdır. Zərərçəkmiş şəxs ifadəsinin sonunda məhkəmədən borcun tam həcmdə ödənilməsinə köməklik edilməsini, əks təqdirdə Təqsirləndirilən şəxs sərt şəkildə cəzalandırılmasnı xahiş etdi. Məhkəmə iclasında cinayət işi üzrə şahid qismində dindirilmiş Sabirabad Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid1 ifadəsində bildirmişdir ki, Sabirabad Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(056)-1978/2020 saylı qərardadı əsasında verilmiş 10 dekabr 2020-ci il tarixli 2(056)-1978/2020 saylı icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2014-cü il təvəllüdlü X2, 08 fevral 2016-cı il təvəllüdlü X10 və 23 may 2017-ci il təvəllüdlü X1 üçün 06 noyabr 2020-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, ayda cəmi 300,00 manat sabit pul məbləğində müvəqqəti aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi Sabirabad rayon İcra və Probasiya şöbəsinin daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmiş, lakin icra sənədi üzrə tələbi icra etməmişdir. Borclu Hümbətov X6 rayon İcra və Probasiya şöbəsinə dəvət olunmuş, onun izahatı alınmış, o, müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Sabirabad Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(056)-147/2021 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş 11 mart 2021-ci il tarixli 2(056)-147/2021 icra vərəqəsinə əsasən Təqsirləndirilən şəxs 07 oktyabr 2014-cü il təvəllüdlü X2, 08 fevral 2016-cı il təvəllüdlü X10 və 23 may 2017-ci il təvəllüdlü X1 üçün 11 mart 2021-ci il tarixdən başlayaraq hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, ayda cəmi 300,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Qeyd olunan icra sənədi Sabirabad rayon İcra və Probasiya şöbəsinin daxil olmuş və müvafiq qaydada icraata başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs icraata başlamaq haqqında qərar və bildirişi qəbul etmiş, lakin icra sənədi üzrə tələbi icra etməmişdir. “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 54.1.-ci maddəsinə əsasən 10 iyun 2021-ci il tarixli qərarla hər iki icra vərəqəsi bir icraatda birləşdirilmişdir. Borclu Təqsirləndirilən şəxs rəsmi xəbərdarlıqlar göndərilməsinə baxmayaraq, onun tərfindən aliment ödənilməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Sabirabad Rayon Məhkəməsinin 05 noyabr 2021-ci il tarixli 8(056)-258/2021 saylı qərardadına ilə borclu Təqsirləndirilən şəxs məcburi qaydada İcra və Probasiya şöbəsinə gətirilməsi barədə qərar qəbul edilmişdir. 14 dekabr 2021-ci il tarixdə borclu Hümbətov X6 rayon İcra və Probasiya şöbəsinə gətirilmiş, onun izahatı alınmış, o, müxtəlif bəhanələrlə alimenti ödəməkdən yayınmışdır. Borclu Hümbətov X6 rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli 3(056)-964/2021 saylı qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə həbs edilmişdir. Sabirabad Rayon Məhkəməsinin 27 dekabr 2021-ci il tarixli, 8(056)-334/2021 saylı qərardadı ilə borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququnun müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Borclu Təqsirləndirilən şəxs dəfələrlə izahatı alınmış, lakin o, icra sənədi üzrə alimenti ödəməkdən müxtəlif bəhanələrlə qərəzli olaraq yayınmışdır. Borclu Təqsirləndirilən şəxs cinayət məsuliyyəti elan olunmaqla xəbərdarlıq təqdim olunmuşdur. Tələbkar Hümbətova X7 rayon İcra və Probasiya Şöbəsinə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxs icra sənədi üzrə tələbi icra etmədiyini bildirərək sənədlərin istintaq idarəsinə göndərilməsini xahiş etmişdir. Borclu Təqsirləndirilən şəxs tərəfindən Sabirabad Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(056)-1978/2020 və 11 mart 2021-ci il tarixli 2(056)-147/2021 saylı saylı icra vərəqələri üzrə tələbkara ümumiyyətlə aliment ödəməmiş, borclunun 9000,00 manat məbləğində aliment borcu yaranmışdır. Görülmüş bütün icra tədbirlərinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş alimenti ödəməmiş, alimentin ödənilməsi üçün heç bir cəhd göstərməmiş, əksinə məhkəmə aktlarının icrasından yayınmış və müxtəlif bəhanələr gətirməklə qərəzli olaraq Azərbaycan Respublikası adından qəbul edilmiş məhkəmənin məlum aktlarının icrasından yayınmışdır. Cinayət işində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşə əlavə edilmiş Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarlarından görünür ki, Hümbətov X6 Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə inzibati qaydada məsuliyyətə cəlb edilərək 10 (on) gün müddətə inzibati qaydada həbs edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində göstərilir ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02 oktyabr 2012-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, CM-in 306.1-ci maddəsi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının icra edilməməsinin iki üsulunu nəzərdə tutmuşdur: məhkəmə aktlarını qərəzli icra etməmə və məhkəmə aktlarının icrasına maneçilik törətmə. Qeyd edilən hər iki üsul CM-in 306-cı maddəsində nəzərdə tutulmuş əməlin tövsif edilməsi zamanı böyük rol oynayan spesifik əlamətlərə malikdir. Məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda CM-in 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibini yaradır. İcra etməmə o halda qərəzli sayılır ki, təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra da o, məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir Məhkəmə aktlarını icra etməmə təqsirkar şəxsə yazılı şəkildə xəbərdarlıq edildikdən sonra davam edərsə və ya təkrarən edilmiş olarsa, bu hərəkətlər qərəzli olmaqla təhlil edilən cinayətin tərkibini yaradır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə yazılı xəbərdarlıq olunsa da və o, inzibati qaydada tənbeh olunsa da, məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna obyektiv hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin 10 dekabr 2020-ci il tarixli 2(056)-1978/2020 saylı qərardadı əsasında verilmiş 10 dekabr 2020-ci il tarixli 2(056)-1978/2020 saylı icra sənədini və Sabirabad Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli 2(056)-147/2021 saylı qətnaməsi və həmin qətnamə əsasında verilmiş 11 mart 2021-ci il tarixli 2(056)-147/2021 icra sənədinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzürsüz səbəbdən yerinə yetirməməsinə görə inzibati həbs tənbeh növü ilə tənbeh edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona məsuliyyət elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verildiyi xx.xx.2022-ci il tarixədək şəxsi maraqları naminə 9000,00 (doqquz min) manat aliment borcunu tələbkara ödəməyərək, məhkəmənin məlum qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirməsi məhkəmə istintaqı zamanı sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir.Ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Həmin Qərarın 3-cü bəndində məhkəmələrə böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etmələri tövsiyyə olunur. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, törətdiyi cinayətin alimentin ödənilməsindən boyun qaçırması ilə əlaqədar olduğunu, onun zəzərçəkmişlə birgə nikahlarından doğulmuş həmin 3 nəfər azyaşlı uşaqlarını saxlamaqdan qərəzli olaraq boyun qaçırmasını nəzərə alaraq himayəsində 3 nəfər azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin CM-nın 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasını əsaslı hesab etmir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddələrində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza həddi və növü təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, himayəsində 3 nəfər azyaşlı uşağının olmasının cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmamasını və ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyası həddində, 1 (bir) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə təqsirləndirilən şəxsin vurulmuş ziyanı ödəməkdən yenə də qərəzli olaraq boyun qaçırmasını və tələbkara olan borcunu ödəməməkdə israrlı olduğunu nəzərə alaraq təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da, ona həbslə əlaqədar olmayan cəza təyin edilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssəsində çəkməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 21-23 oktyabr 2023-cü il tarixlərdə 2 gün həbsdə saxlanması 1 həbs günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan 2 gün çıxılsın və üzərində qəti olaraq 1(bir) il 1(bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbsə alınsın; cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı hazırkı gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablansın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. SƏDRLİK EDƏN: FÜZULİ PƏNAHOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar