Məhkəmə qərarları › İş №1(056)-21/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-21/2023

06.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-21/2023 06.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1979-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir nəfər azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 AzərbaycanRespublikasıCinayət Məcəlləsinin178.2.1-cimaddəsiilə təqsirləndirilmələrinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında Sabirabad rayon Qaralı kənd sakini Zərərçəkmiş şəxs, oğlu X2 barəsində Sabirabad rayon məhkəməsinin icraatında Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə olan cinayət işi üzrə əlaqələrindən istifadə edərək həbs edilməməsinə nail olacağına dair yalan vədlər verib aldatmaqla, 2020-ci ilin fevral ayının əvvəllərində Sabirabad rayon məhkəməsinin qarşısında 3000 manat məbləğində, bundan üç gün sonra Sabirabad rayon mərkəzi poçtunun qarşısında yerləşən mağazanın qarşısında 1000 manat məbləğində pulunu vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirərək, zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 4000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişlər Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs1 və Hüseynli X1 Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nın 178.2.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Mirhadi oğlunu əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 tanıyır, Azər onun uzaq qohumudur. Təqsirləndirilən şəxs1 Sabirabad rayon mərkəzi poçtunun qarşısında telefon mağazası vardır. O, çox vaxt oraya gedib Azərlə orada görüşüb söhbət edir. Zərərçəkmiş şəxs da həmin mağazada Azərin vasitəsi ilə tanımışdır. Təxminən 2020-ci ilin fevral ayında o, Azərin mağazasında olarkən, Azər ona bacanağının oğlu Mirkamalın oğurluq etdiyi üçün tutulduğunu və cinayət işinə Sabirabad rayon məhkəməsində baxıldığını demiş və Mirkamalın azadlığa buraxılması üçün köməklik edə bilibbilməyəcəyini, o da tanış tapa biləcəyi halda kömək edəcəyini bildirmişdir. Sonra Azər ona Mahir adlı hakim işləyən tanışına bu işlə bağlı deyə biləcəyini soruşmuş, o, da dəqiq bilmədiyi üçün söz verə bilməyəcəyini demişdir. Həmin günün səhəri Azər ona zəng edərək çağırmış, o, evdən çıxıb Azərin yanına getmiş, Azər bacanağının oğlu Mirkamalın məhkəməsinin olacağını demiş və məhkəməyə getmək lazım olduğunu bildirmişdir. O, Azərlə birlikdə Sabirabad rayon məhkəməsinin qarşısına getmiş, məhkəmənin qarşısında Kamil ilə görüşmüşlər, Azər Kamilə oğlunun işində onun kömək edəcəyini demişdir. Kamil ondan oğlunun həbsdən azad etdirə biləcəyini soruşmuş, o, da çalışıb işi alındıracağını demişdir. Məhkəmə prossesi başlamamışdan əvvəl söhbət əsnasında o, Mirkamilin işini 4000-5000 manata həll oluna biləcəyini demiş, Azərdə Kamilə işin həlli üçün 4000-5000 manat pul lazım olacağını bildirmişdir. Kamil məhkəmənin binasının yanında 3000 manat pulu çıxararaq Azərə vermiş, qalan 1000 manatı da verəcəyini demişdir, O, Azərlə birlikdə Azərin mağazasına getmişlər. O, mağazada pulu sayıb Azərə vermiş, Azər işi həll etmək lazım olduğunu demişdir. O, hazırda iş ilə bağlı müsbət nəticə olmadığını bildirmişdir. Bundan təxminən üç gün sonra Azərin mağazasında olarkən, Kamil mağazaya gəlmiş, 1000 manat pul gətirdiyini demiş və pulu Azərə vermişdir. Kamil getdikdən sonra o, Azərə Kamilin oğlunun işi barəsində hələki heç kimə heçnə demədiyini, müsbət nəticə olmadığını bildirmiş, Azər də çalışıb işi həll etmək lazım olduğunu demişdir. Bundan bir neçə gün sonra onun başqa bir şəxsə borcu olduğu üçün pul qaytarmalı olduğundan, bu səbəbdən Azərdən 500 manat pul istəmiş, Azər də həmin puldan 500 manat ona vermişdir. Həmin vaxtlar o, heç yerdə işləmədiyi üçün Azərdən hissə-hissə olaraq 500 manatdan əlavə yenə də pullar almışdır. Kamil arada ona zəng edərək oğlunun işinin nə yerdə olduğunu soruşurmuş, o da hələ ki nəticə olmadığını demişdir. O, Mahir adlı hakimi tanısa da, ona zəng edib Kamilin oğlunun işi barəsində heçnə deməmişdir.Təxminən iki ay sonra Kamilin oğlu Mirkamalın məhkəməsi olmuş və Mirkamala 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. Bundan sonra Azər onu çağırmış, həmin vaxt Kamil orada olmuşdur. Kamil işin niyə alınmadığını onlardan soruşmuş, Azər Sabirabad rayon məhkəməsinin hökmündən Şirvan Apelyasiya məhkəməsinə şikayət etmək lazım olduğunu demiş və orada işi həll edəcəklərini bildirmiş, Kamil heçnə deməmiş,Azərlə razılaşmışdır. Kamil apelyasiya məhkəməsinə şikayət etmiş, lakin apelyasiya məhkəməsi də Sabirabad rayon məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Bundan sonra Azər onu çağırmış, bacanağı Kamilin pulu geri istədiyini demişdir, O, Azərə pulu qaytarmaq lazım olduğunu bildirmiş, Azər həmin pulun xərcləndiyini, ona verdiyi pulları da həmin puldan verdiyini demiş, ona da pulu qaytarmağını bildirmişdir. Həmin vaxt o, heç yerdə işləmədiyi üçün maddi imkanı olmamış və pulu qaytara bilməmişdir. Kamil də ona dəfələrlə zəng edib pulunu istəmişdir. Bu söhbətlərdən sonra Kamil Sabirabad RPŞ-nə müraciət etmiş, həmin vaxt onları RPŞ-nə çağırmışlar. RPŞ-də Kamil onlara ondan 4000 manat pul aldıqlarını demiş, o və Azər həmin pulu aldıqlarını etiraf etmişlər. 15 fevral 2021-ci il tarixdə o, Azərlə birlikdə 1000 manat pulu gətirib rayon polis şöbəsində Kamilə vermişlər və qalan puluda hər ay 500 manat olmaqla Kamilə qaytaracaqlarına söz vermişlər. Bundan sonra o, Azərə aldığı pulu ona hissə-hissə qaytaracağını demiş, Azər də həmin pulun üstünü düzəldib Kamilə verəcəyini bildirmişdir. O, işləmək üçün Bakı şəhərinə getmiş, oradan bir neçə ay Azərə 200 manatdan pul göndərmiş, Azər göndərdiyi pulları Kamilə verdiyini demişdir. Onun Azərə nə qədər pul göndərdiyi yadında deyil. Sonradan maddi imkanı pis olduğu üçün o, pul göndərə bilməmiş, bu səbəbdən anasının təqaüd kartını Azərə göndərmişdir ki, kartdan 200 manat pulu hər ay çıxartsın. Azər kartı bir müddət sonra ona qaytarmışdır. Həmçinin o, Kamilə oğlu Mirkamili həbsdən azad etdirəcəklərinə Azərin söz verdiyini, onun da bu işdə köməklik edəcəyini vəd verdiyini, Kamilə kömək etmək istədiklərini, lakin işi alındıra bilmədiklərini, göstərilən işlə bağlı Mahir adlı şəxslə və Sabirabad rayon məhkəməsinin hakimlərilə əlaqəsinin olmadığını bildirmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda vurulmuş ziyanı tam ödədiklərini zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması, əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində bir nəfər (2018ci il təvəllüdlü) azyaşlı uşağının olmasını və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək Təqsirləndirilən şəxs2 ifadəsində qeyd etdiyi halları eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda vurulmuş ziyanı tam ödədiklərini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması, əməlindən peşimançılıq hissi keçirməsini və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, oğlu Şahid1 2019-cu ilin axırlarında Sabirabad rayonu Türkədi kəndində xırdabuynuzlu mal-qara oğurlamaqla cinayət hadisəsi törətdiyinə görə barəsində Sabirabad RPŞ-də cinayət işi başlanmış və daha sonra cinayət işi baxılması üçün Sabirabad rayon məhkəməsinə göndərilmişdir. Təqsirləndirilən şəxs1 onun qohumumdur, heç bir düşmənçilik və ədavətləri yoxdur. Onun oğlunun tutulmasından Azərin də xəbəri olmuşdu. İlk məhkəmə iclası keçirilməmişdən əvvəl o, Azərin işlədiyi telefon mağazasında oğlunun məhkəmədə baxılacaq işi barəsində söhbət etmişdir. 2020-ci ilin fevral ayında oğlu Şahid1 ilk məhkəmə iclası keçirilmişdir. Məhkəmə iclası keçirilməmişdən əvvəl bacanağı Azər Abbasov ona məhkəmə iclasının vaxtı barəsində əvvəlcədən məlumat verməyini bildirərək oğlu Şahid1 tutulmamasının mümkün olduğunu söyləmişdir. Belə ki, Azər Abbasov, Təqsirləndirilən şəxs2 adlı qohumunun Ağdam Rayon Məhkəməsinin hakimi Mahir adlı şəxslə münasibətinin olduğunu, Mahirin, oğlu Şahid1 köməkliyi ilə azadlığa buraxılacağını bildirmişdir. O, Azər Abbasova inanmış və məhkəmə iclasının vaxtı barədə əvvəlcədən ona məlumat vermişdir. 2020-ci ilin fevral ayının əvvəllərində Sabirabad rayon məhkəməsində oğlunun məhkəmə prosesində olarkən Azər Abbasov, Təqsirləndirilən şəxs2 ilə birlikdə oraya gəlmişlər, Azər həmin vaxtı onu Təqsirləndirilən şəxs2 ilə tanış etmişdir. Məhkəmə iclasından əvvəl Azər Abbasov ona 4000 manat pul verə biləcəyi halda oğlunun cinayət məsuliyyətindən azad ediləcəyini bildirmişdir. Azər Abbasov bunu ona deyərkən Təqsirləndirilən şəxs2 də onun yanında olmuşdur. O, həmin gün 3000 manat məbləğində pul vəsaitini Azər Abbasova vermiş, həmin vaxt Təqsirləndirilən şəxs2 də Azər Abbasovun yanında olmuşdur. Pulu aldıqdan sonra X6 Hüseynli ona arxayın olmağını, oğlunun azad olunacağını ona bildirmişdilər. Bundan sonra o, evə gəlmiş və üç gün sonra pulun qalan 1000 manatını X3rşısındakı telefon mağazalarının qarşısında Azər Abbasova verdikdə, Azər pulu Tərlana verməyini bildirmiş, o, da pulu Tərlana vermiş, Tərlan pulu götürdükdən sonra Azərə uzatmış və pulun onda qalmasını demiş, Azər də pulu götürmüşdür. Bir müddət sonra məhkəmə iclası kçirilmiş və oğlu Şahid1 Sabirabad rayon məhkəməsinin hökmü ilə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası verilmişdir. O, Azər Abbasova oğlunun tutulduğunu bildirdikdə Azər narahat olmamağını məhkəmə hökmündən apelyasiya şikayəti verməyini, Şirvan Apelyasiya Məhkəməsinin sədrinin Mahir müəllimin əmisi oğlu olduğunu, onun vasitəsilə oğlunun azad ediləcəyini bildirmişdir. O, yenə də Azər Abbasova inanmış və onun dediyi kimi məhkəmənin hökmündən apelyasiya şikayəti vermiş, lakin Şirvan Apelyasiya Məhkəməsi Sabirabad rayon məhkəməsinin hökmünü qüvvədə saxlamışdır. Oğlu Şahid1 2021-ci axırlarında amnistiya əsasında cinayət məsuliyyətindən azad edilmiş, hazırda azadlıqdadır. O, apelyasiya məhkəməsinin qərarından sonra Azər Abbasov və Təqsirləndirilən şəxs2 onu aldatdıqlarını, pulu özlərinə götürdüklərini başa düşmüş və dəfələrlə onlardan pulunu geri qaytarmaqlarını tələb etmişdir. Azər Abbasov və Təqsirləndirilən şəxs2 isə ona narahat olmamağını, pulu yaxın vaxtlarda ona qaytaracaqlarını bildirmişdilər, lakin bunun heç bir nəticəsi olmamışdır. O, 2021-ci ilin yanvar ayının 12-də münasibəti olan Qadir adlı Sabirabad RPŞ-nın əməkdaşına başına gələn hadisə ilə bağlı məlumat vermiş və Qadirdən kömək etməsini xahiş etmişdir. Qadir adlı polis əməkdaşı Azər Abbasov və Təqsirləndirilən şəxs2yi zəng edərək şöbəyə gəlməklərini bildirmişdir. Hər iki şəxs Qadirin yanında ondan pul aldıqlarını təsdiq etmişdilər. Azər Abbasov ona aldığı 4000 manat pulu Təqsirləndirilən şəxs2 verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs2 isə bunu təsdiq edərək ondan oğlunu məhkəmədən buraxdıracağı adı altında 4000 manat pul aldığını və pulu 2000 manat, 2000 manat olmaqla iki dəfəyə ona qaytaracağı barədə iltizam yazmışdır. Təqsirləndirilən şəxs2 xx.xx.2021-ci il tarixdə RPŞ-də 1000 manat pulunu geri qaytarmış, qalan 3000 manatı isə aylıq 500 manat olmaqla 6 aya qaytaracağını demişdir. Bütün bunlar iltizamda öz əksini tapmışdır. Lakin Təqsirləndirilən şəxs2 vədinə qismən əməl edərək, 3000 manat puldan 1600 manatını ona geri qaytarmışdır. Həmçinin o, Təqsirləndirilən şəxs2 bacanağı Təqsirləndirilən şəxs1 vasitəsi ilə tanıdığını, Azərə oğlunun işi barəsində köməklik edəcəyini demişdir.2020-ci ilin fevral ayında məhkəmə iclası keçirilməmişdən əvvəl Sabirabad rayon məhkəməsinin qarşısında, işin həlli üçün Azərin ona 4000 manat lazım olacağını demişdir. Həmin vaxt Tərlan da orada olmuş və oğlunun işində kömək edəcəklərini demişdir.İlk dəfə 3000 manat pulu məhkəmə binasının yanında Azərə vermiş, digər 1000 manat pulu isə Sabirabad rayon mərkəzi poçtunun qarşısında Azərin mağazasında Azərə vermişdir. Zərərçəkmiş şəxs sonda məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə verərək təqsirləndirilən şəxslər ilə barışdığını və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamamsını nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir. Zərərçəkmiş şəxs ilə yaxın münasibəti yoxdur, kənd sakini kimi onunla salam-sağolu var. O, Zərərçəkmiş şəxs maşını ilə bir neçə dəfə yaşadığı Qaralı kəndindən Sabirabad şəhərinə alış-veriş etmək üçün gəlmiş, həmin vaxtlarda Zərərçəkmiş şəxs ilə söhbət zamanı Kamil ona oğlu Mirkamalın həbsdən azad olunması üçün Sabirabad şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 4000 min manat pul verdiyini bildirmişdir. Zərərçəkmiş şəxs bəzi hallarda həmin şəxslərdən pulunu geri alması üçün Azər Abbasova məxsus telefon mağazasına getmiş və o, da həmin vaxt bunu görmüşdür. O, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəlcədən tanımamış, Zərərçəkmiş şəxs sayəsində həmin şəxsləri tanımış, onlarla heç bir ünsiyyəti olmamışdır. Təxminən 2021-ci ilin axırlarında Zərərçəkmiş şəxs ilə birgə Təqsirləndirilən şəxs1 işlətdiyi telefon mağazasına getmiş və mağazanın qarşısında gözləyərkən Zərərçəkmiş şəxs Azər və Tərlandan pulunu geri istədiyini, həmin şəxslərin isə pulu geri qaytaracaqlarını bildirdiklərini eşitmişdir. Bundan sonra heç vaxt həmin şəxsləri görməmiş və həmin yerə getməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu yoxdur. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 şəxsiyyəti yaşadığı ərazi üzrə müasbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad rayon Sabirabad şəhər MİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 şəxsiyyəti yaşadığı ərazi üzrə müasbət xarakterizə olunur. İş materiallarında olan Bakı şəhəri, Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 46 saylı MKİS tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 1 nəfər (2018-ci il təvəllüdlü) azyaşlı uşağı vardır. İş materiallarında əlavə edilmiş zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, onunu təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirib dələduzluq cinayətini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nın 59.1.12-ci, təqsirini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, himayəsində bir azyaşlı uşağının olması CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nın 59.1.12-ci, təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkməsi müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxslər barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «başqa yerə getməm haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 178.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar