Məhkəmə qərarları › İş №1(056)-210/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-210/2024

17.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-210/2024 17.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X2 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxx 1973-cü il tarixdə Sabirabad rayonu Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Yolçubəyli kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə əldə edib saxlamışdır. Belə ki, elan edilmiş ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,65 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,07 qram olmaqla, ümumi çəkisi 6,72 qram olan narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, Sabirabad rayonu Cavad kəndi ərazisində xırda xuliqanlıq hərəkətləri etməsi səbəbindən Sabirabad rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən 23 avqust 2024-cü il tarixdə saat 00:40-da saxlanılaraq Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanda yerləşən Sabirabad rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin növbətçi hissəsində məsul növbətçi polis mayoru X3 tərəfindən üzərində saxladığı əşyaları təqdim etməsi tələb edilərkən ondan əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd kağız kəsiyi bükümündə təmiz çəkisi 0,65 qram və 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,07 qram olmaqla, ümumi çəkisi 6,72 qram olan olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 18 avqust 2024-cü il tarixdə günorta saatlarında Kür çayına çimməyə gedərkən yerdə olan şəffaf sellofan torbanın içərisində kibrit qutusu və ağ kağız olduğunu görmüşdür. Torbanın içərisindəki kibrit qutusunu və kağız bükümü götürüb açıb baxarkən içərilərində qurudulmuş marixuana olduğunu görmüşdür. Əvvəllər narkotik vasitə marixuana istifadə etdiyi üçün sonra özü istifadə etməsi üçün kibrit qutusunda və kağız bükümdə olan marixuananı cibinə qoymuşdlur. 22 avqust 2024-cü il tarixdə rayonun Cavad kəndinə gedərək xatırlamadığı kafedə pivə içmiş, 23 avqust 2024-cü il tarixə keçən gecə saat 01 radələrində rayona gəlmək üçün yola çıxmış, sərxoş olduğu üçün yolda ünvansız söyüşlər söyməyə başlamışdır. Həmin vaxt polis əməkdaşı gələrək onun hərəkətlərini görüb ona onlarla birlikdə Sabirabad RPŞ-yə gəlməsini demişlər. Ona görə də o, polis əməkdaşı ilə birlikdə polis şöbəsinə gəlmiş, polis şöbəsində ona üzərində olan əşyaları çıxardıb təqdim etməsini demişlər. Ona görə o da şalvarının sol yan cibindən özünə məxsus olan 1 ədəd «Relami» C 21 markalı mobil telefonu, sağ yan cibindən 1 ədəd kibrit qutusunu, 1 ədəd ağ kağız bükümü, 1 ədəd plastik kartı və 1 ədəd prima markalı siqareti çıxardıb təqdim etmişdir. Polis əməkdaşları ondan kibrit qutusunda və kağız bükümdə nə olduğunu xəbər almış, o da kibrit qutusunda və kağız bükümdə narkotik vasitə olduğunu bildirərək qutunu və bükümü açıb göstərərək özünə məxsus oduğunu və özü qəbul etmək üçün üzərində saxladığını demiş, bundan sonra Müdafiəçi RPŞ-yə dəvət olunmuşdur. Müdafiəçi iştirakı ilə video çəkliş vasitəsi ilə onun üzərindən aşkar olunmuş əşyalara baxış keçirilmiş, ondan aşkar olunmuş marixuanalar zərfə qablaşdırılaraq zərfin ağızı möhürlənmiş, bu barədə protokol tərtib olunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini və himayəsində bir nəfər azyaşlı uşağının olmasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nın tağım komandiri Şahid1 ifadəsində göstərmişdir ki, o, 23 avqust 2024-cü il tarixdə saat 00:40 radələrində Sabirabad rayonunun Cavad kəndi ərazisində xidmətdə olarkən yolda bir nəfərin səs-küy salalaraq nalayiq söyüşlərlə ictimai qaydanı pozduğunu görmüşdür. O, həmin şəxsə yaxınlaşıb ondan kim olduğunu xəbər alarkən həmin şəxs Sabirabad rayon Yolçubəyli kənd sakini Təqsirləndirilən şəxs olduğunu demişdir. O, Təqsirləndirilən şəxs qanunsuz hərəkətlər etməsinə görə ona onunla birlikdə Sabirabad RPŞ-nə gəlməsini demişdir. Sonra Təqsirləndirilən şəxs RPŞ-nin növbətçi hissəsinə gətirərək onun qanunsuz hərəkətlər etməsinə görə gətirdiyini RPŞ-nin növbətçisi polis mayoru Namidar Nəsirova bildirmişdir. X4 orada Təqsirləndirilən şəxs üzərində olan əşya və predmləri təqdim etməsini təklif etmiş, ona görə də Təqsirləndirilən şəxs əynində olan şalvarının sol yan cibindən bir ədəd mobil telefonu, sağ yan cibindən bir ədəd kibrit qutusunu, bir ədəd ağ rəngli kağız bükümü, bir ədəd plastik kart və bir ədəd prima markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Namidar Nəsirov bundan sonra Təqsirləndirilən şəxs kibrit qutusunda, siqaret qutusunda, ağ rəngli kağız bükümdə nə olduğunu göstərməsini təklif etmişdir. Təqsirləndirilən şəxs kibrit qutusunda və ağ rəngli kağız bükümdə öz istifadəsi üçün narkotik vasitə olduğunu demiş, bundan sonra o, növbətçi hissədən çıxaraq xidməti əraziyə getmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nın polis nəfəri Şahid2 ifadəsində göstərmişdir ki, 23 avqust 2024-cü ilə keçən gecə soradan tanıdığı Sabirabad rayonunun Yolçubəyli kənd sakini Təqsirləndirilən şəxs aşkar edilmiş bir ədəd kibrit qutusuna və və bir ədəd kağız bükümə video çəkiliş vasitəsi ilə baxış keçirilərkən o da iştirak etmişdir. Belə ki, müstəntiq Kamran Vəliyev iş otağında onun, RPŞ-nin məsul növbətçisi Namidar Nəsirovun, Müdafiəçi və Təqsirləndirilən şəxs özünün iştirakı ilə sonuncunun təqdim etdiyi həmin kibrit qutusunu və ağ rəngli kağız bükümü açdıqda kibrit qutusunun içərsində və kağız bükümün arasında narkotik vasitə marixuanaya oxşar quru halda yaşıl rəngli kütlə olduğunu görmüşdür. Həmin kibrit qutusunda və kağız bükümün arasında olan narkotik vasitə marixuanaya oxşar kütlə zərfə qablaşdırılaraq zərfin ağızı möhürlənərək götürülmüş, qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Cinayət işi materiallarında olan əşyaya baxış keçirilməsi və götürmə aparılması haqqında 23 avqust 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş 1 ədəd kibrit qutusunda və 1 ədəd kağız bükümdə nakotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə zərfə qablaşdırılaraq möhürlənmiş və iş üçün əhəmiyyətli olduğuna görə götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının 23 avqust 2024-cü il tarixli 18/754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülərək tədqiqata təqdim edilmiş kağız paketdəki 1 ədəd kağız bükmündə təmiz çəkisi 0,65 qram, 1 ədəd kibrit qutusunda təmiz çəkisi 6,07 qram, ümumi çəkisi 6,72 qram olan bitki mənşəli kütlələr - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsülla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqatda marixuanadan 0,04 qram (hər obyektdən 0,02 qram) sərf edilərək 6,68 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş tədqiqatdan sonra çəkisi 6,68 qram qalan narkotik vasitə qurudulmuş marixuana 24 avqust 2024-cü il tarixli qərarla maddi sübut kimi tanınmış və həmin tarixli raportla Sabirabad RPŞ-nin maddi sübutları saxlama ambarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 15 oktyabr 2024-cü il tarixli 6836 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarında olan Sabirabad rayonu Yolçubəyli kənd İƏDÜN tərəfindən tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx xxx 1973-cü il tarixdə Sabirabad rayonunun Yolçubəyli kəndində anadan olub, orta təhsillidir, evlidir, fərdi əməklə məşğul olur, yaşayış yerindən müsbət xarakterizə olunur, himayəsində bir nəfər 2017-ci il təvəllüdlü azyaşlı övladı var, əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitə olan marixuananı xeyli miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, onun cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilk dəfə cinayət əməli törətməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini və himayəsində bir nəfər azyaşlı uşağının olmasını ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş dörd gün, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı qalıq çəkisi 6.68 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 49.74 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 6.68 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar