Məhkəmə qərarları › İş №1(056)-211/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-211/2024

12.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-211/2024 12.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx.xx.1999-cu ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Sabirabad şəhəri, İ.İsgəndərov küçəsi, ev 2, mənzil 14-də qeydiyyatda olan və Sabirabad şəhəri, 20 Yanvar küçəsi ev 12, mənzil 5-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd kibrit qutusunda - 6,05 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, Sabirabad şəhəri, 20 yanvar küçəsində xırda xuliqanlıq hərəkətlər etməsi səbəbindən Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən 21 avqust 2024-cü il tarixdə, saat 17:10-da saxlanılaraq Sabirabad şəhəri, 91 nömrəli ünvanda yerləşən Sabirabad rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş, şöbənin növbətçi hissəsində məsul növbətçi, polis mayoru X2 ondan üzərində olan əşyaları təqdim etməsini tələb etdikdə əynində olan tünd mavi rəngli cins şalvarın sağ yan cibindəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi - 6,05 qram olan bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsil elən olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsidə göstərdi ki, o, 20 avqust 2024-cü ildə günorta saatlarında Kür çayına balıq tutmağa getmişdir. Həmin vaxt orada yerdən bir ədəd kibrit qurusunu tapmış həmin kibrit qutusunu açdıqda içərisində qurudulmuş marixuana olduğunu görmüşdür. İçərisində narkotik vasitə olan həmin kibrit qutusunu əynindəki şalvarının yan cibinə qoymuşdur. 21 avqust 2024-cü il tarixdə axşam saatlarında Sabirabad şəhərində yaşadığı küçədə atasına məxsus olan Niva markalı avtomobilin yanında dayanarkən həmin vaxt polis əməkdaşı Şahid2 ona yaxınlaşaraq ondan oğurluq barədə söz soruşmuşdur. Bu vaxt o, xəbərçi olmadığını bildirərək söyüş söymüş, polis əməkdaşı Şahid2 ona polis şöbəsinə gəlməyi təklif etmişdir. Ona görə də avtomobilin sükanı arxasına əyləşmiş, Şahid2 da onun idarə etdiyi avtomobilə əyləşmişdir. Sonra o, avtomobili idarə edərək polis şöbəsinə gəlmişlər. Polis şöbəsində olarkən polis əməkdaşları ondan üzərində hər hansı əşya olub-olmadığını xəbər almış, o da cibində olan özünə məxsus mobil telefonu, içərisində marixuana olan kibrit qutusunu, açar topasını, 10 manat pulu çıxardıb masanın üstünə qoymuşdur. Polis əməkdaşları ondan kibrit qutusunda nə olduğunu soruşmuş, o, da polis əməkdaşlarına qutunun içərisində narkotik vasitə olduğunu deyərək qutunu açıb göstərərək özünə aid olduğunu demişdir. Sonra sənədləşmə aparılaraq şübhəli şəxs kimi tutulmuş və Müdafiəçi dəvət olunduqdan sonra üzərindən aşkar olunmuş əşyalara video çəkilişlə baxış keçirilmişdir. Ondan aşkar edilmiş 1 ədəd kibrit qutusunda olan qurudulmuş marixuanaya bənzər kütlə qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən səmimi peşman olduğunu, məhkumluğunun olmamasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə istintaqında tam sübuta yetirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nün polis nəfəri Şahid2 ifadəsində göstərdi ki, Sabirabad RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. 21 avqust 2024-cü il tarixdə axşam saatlarında Sabirabad şəhəri, 20 Yanvar küçəsində xidmətdə olarkən binanın qarşısında Niva markalı avtomobilin yanında dayanan sonradan tanıdığı Təqsirləndirilən şəxs yaxınlaşaraq söhbət etməyə başlamış, söhbət zamanı Təqsirləndirilən şəxs əsəbləşərək nalayiq söyüş söyməyə başlamışdır.Ona görə də o, Təqsirləndirilən şəxs onunla birlikdə polis şöbəsinə gəlməyi təklif etmişdir. Təqsirləndirilən şəxs etiraz etməyərək idarə etdiyi Niva markalı avtomobilin sükanı arxasına əyləşmiş, o, isə Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilin sağ oturacağına əyləşmişdir. Sonra Təqsirləndirilən şəxs avtomobili idarə edərək polis şöbəsinə gəlmişlər. Onlar avtomobildən düşəndən sonra Təqsirləndirilən şəxs RPŞ-nin növbətçi hissəsinə gətirərək növbətçi Hüsü Mehbalıyevə məruzə etmişdir. Hüsü Mehbalıyev orada Təqsirləndirilən şəxs üstündə olan əşyaları çıxarıb təqdim etməsini təklif etmiş, Təqsirləndirilən şəxs da əynində olan şalvarının sol yan cibindən bir ədəd «Samsunq» markalı mobil telefonu, sağ yan cibindən bir ədəd kibrit qutusunu, bir ədəd topa açarı, arxa citbindən 10 manat pulu çıxarıb təqdim etmişdir. X6 Zeynallıya kibrit qutusunda nə olduğunu xəbər almış, Təqsirləndirilən şəxs da kibrit qutusunda narkotik vasitə olmasını, özü istifadə etmək üçün saxladığını demişdir. X7 bu barədə rəhbərliyə məruzə etmiş, bundan sonra RPŞ-nin müstəntiqi polis kapitanı Kamran Vəliyev onun, növbətçi Hüsü Mehbalıyevin, NMQ qurupunun əməliyyət müvəkkili polis baş leytenantı Şahid1, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutusunu açdıqda qutunun içərisində quru halda yaşı rəngli bitki mənsəli kütlə olduğu aşkar edilmişdir. Həmin kibrit qutusu zərfə qablaşdırılaraq götürülmüş, baxış keçirilərkən də mobil telefon vasitəsi ilə video çəkiliş aparılmışdır. Qeyd olunanlar barədə müstəntiq Kamran Vəliyev təfəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərdi ki, 21 avqust 2024-cü il tarixdə axşam saatlarında Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz hərəkətlər etdiyinə görə RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Şahid2 tərəfindən növbətçi otağına gətirilmişdir. Təqsirləndirilən şəxs təklif olunduqda cibində olan əşyaları, eləcə də bir kibrit qutusunu təqdim edərək qutunun içərisində narkotik maddə olduğunu, özü istifadə etmək üçün saxladığını bildirmişdir. Bundan sonra RPŞ-nin müstəntiqi Kamran Vəliyev onun, növbətçi Hüsü Mehbalıyevin, PPXB-nin polis nəfəri Şahid2, Müdafiəçi iştirakı ilə Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kibrit qutusuna baxış keçirmiş, qutunun içərisində quru halda yaşıl rəngli bitki mənsəli kütlə olduğunu görmüşlər. Sonra həmin kibrit qutusu zərfə qablaşdırılaraq zərfin ağızı möhürlənərək götürülmüş, baxış keçirilərkən də video çəkiliş aparılmış, qeyd olunanlar barədə müstəntiq təfəfindən protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir Cinayət işinin istintaq materiallarında olan 21 avqust 2024-cü il tarixli “Şəxsi axtarış keçirilməsi və götürmə aparılması barədə” protokoldan görünür ki, şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusunda – 6,05 qr narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilib götürülmüşdür. Cinayət işinin istintaq materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 avqust 2024-cü il tarixli, 18/749 nömrəli ekspert rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş: üzərində “Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi – 6,05 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qururdulmuş marixuanadır. Həmin narkotik vasitənin təmiz çəkisi – 6.05 qram, tədqiqata sərf olunan hissə -0,02 qram və tədqiqatdan sonra qalıq çəkisi -6,03 qram təşkil edir. Məhkəmə bioloji ekspertiza tədqiqatının dəyəri 49,74 manat müəyyən edilmişdir. İstintaq materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 6883 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, halhazırda abstinensiya, intoksiyasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər üzrə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Zeynallı X3 şəhəri 20 Yanvar küçəsi ev 12, mənzil 5 ünvanında yaşayır. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər üzrə inzibati ərazi dairəsi nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CMnın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinin tələblərinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21-23 avqust 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 2 gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 həbs günü 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılmalı, təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət qeydiyyatda olduğu və yaşadığı yer üzrə müvafiq İcra və Probasiya Şöbəsinə həvalə edilməli, təqsirləndirilən şəxsin barəsində seçilimiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı, məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan Sabirabad RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonrakı miqdarı – 6,03 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli və iş üzrə 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21-23 avqust 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2(iki) gün həbsdə saxlanmasının 1(bir) həbs günü 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla, təyin olunmuş 1(bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və ona qəti olaraq 1 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan - tədqiqatdan sonra miqdarı -6,03 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar