Məhkəmə qərarları › İş №1(056)-214/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-214/2024

10.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-214/2024 10.12.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxx 1974-ci il tarixdə Əli Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, əvvəllər məhkum olunmamış, FHN-nin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən Əlahiddə xilasetmə taborunda maddi təminat taqımının Hamam-Camaşırxanasının ocaqçısı işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Az. Res. Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə irəli sürülmüş ittihama görə, o, 30 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus MMZ-4502 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilini Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisindən keçən 8-ci kilometrliyində hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayırıcında ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü kimi baş yolla yolayırıcına yaxınlaşan nəqliyyat vasitələrinə onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli, idarə etdiyi avtomobili ikinci dərəcəli yoldan yolayırıcına daxil etmədən baş yolla yolayırıcına nəqliyyat vasitəsi yaxınlaşmadığına əmin olmalı, baş yolda nəqliyyat vasitəsinin hərəkətdə olması şəraitində onun hərəkətinə üstünlük verərək təhlükəsiz keçib getməsini təmin etməli, təhlükəsizliyin təmin olunması şəraitində idarə etdiyi avtomobili ikinci dərəcəli yoldan yolayırıcına daxil edərək sonrakı hərəkətini davam etdirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib yolayırıcına baş yol ilə velosipedçinin yaxınlışdığı vəziyyətdə avtomobili ikinci dərəcəli yoldan hərəkət etdirərək yolayırıcına daxil edib hərəkət üçün təhlükə yaratmaqla kənd yolu ilə quru hava şəraitində dayanmadan təxminən 10 km/saat sürətlə birbaşa baş yola çıxıb hərəkət hissəsində 20 metr məsafə qət edərək idarə etdiyi avtomobillə texniki cəhətdən saz vəziyyətdə olan velosipedi idarə edən velosipedçi 1980-cı il iəvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs baş beyinin sol yarımkürəsinin alın, təpə, gicgah payında subdural hematoma, baş beyinin sağ yarımkürəsinin ənsə payında epidural hematoma, sağ beyin yarımkürəsinin alın payında periventrikulyar ağ maddə nahiyyəsində hemorragik kontuzion ocaq, sağ almacıq sümüyünün cismində və sağ almacıq sümüyünün qövsündə sınıqlar, sağ haymor boşluğunun bayır divarında basılmış sınıqlar, sağ göz yuvasının bayır divarında sınıq xətti, sağ göz yuvası ətrafında və sağ təpəgicgah nahiyəsində dərialtı hematoma xəsarətləri almaqla yetirilən anda həyat üçün təhlükəli olduğundan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətlərə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 263.1-1-ci maddəsində nəzərdə tutulmuş ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 2 ünvanında yaşayır və hazırda FHN-nin Mülki Müdafiə Qoşunlarının Şirvan şəhərində yerləşən Əlahiddə xilasetmə taborunda maddi təminat taqımının Hamam-camaşırxanasının ocaqçısı vəzifəsində mülki şəxs qismində işləyir. Ailəlidir və himayəsində iki azyaşlı övladı vardır. Birinci Qarabağ müharibəsinin iştirakçısıdır. Özüdə «BC» dərəcəli sürücüdür. MMZ-4502 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobilinidə etibarnamə ilə idarə edir. Həmin avtomobili ilə o, 30 iyul 2024-cü il tarixdə Şirvan şəhərindən, Sabirabad rayonu Dadaşbəyli kəndinə sifariş əsasında doğranmış çınqıl daşları kimi yük aparmışdır. Yükü boşaldıb, saat 17:30 radələrində idarə etdiyi MMZ-4502 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə Sabirabad rayonu Dadaşbəyli kəndindən Hacıqabul-Horadiz yoluna daxil olub, Şirvan şəhərinə qayıtmaq istəmişdir. O, Dadaşbəyli kəndindən Hacıqabul- Horadiz yoluna çatıb dayanmış və yola çıxmazdan əvvəl baş yola baxmışdır. Bir nəfər sonradan adını bildiyi Zərərçəkmiş şəxs velosipedlə sol tərəfdən Horadiz istiqamətində 30-40 metr məsafədən gəldiyini görmüşdür. Fikirləşmişdir ki, velosipedçi ona çatana qədər o, baş yola daxil olub sola dönəcəkdir. Buna görə Hacıqabul-Horadiz yoluna daxıl olub, sola Şirvan şəhərinə doğru 5-10 km/ saat sürətlə dönməyə başlamışdır. Horadiz istiqamətində ki, zolaqa daxil olub, Hacıqabul istiqamətinə gedən zolaqa dönən anda Horadiz istiqamətində gələn velosipedçi Zərərçəkmiş şəxs onun avtomobilinin sol arxa təkərinə sürətlə enişdə gəldiyi üçün çırpılmışdır. O,da velosipedçinin avtomobilinin sol arxa təkərinə çırpılıb yerə yıxıldığını görüb dayanmışdır. Yerə düşüb ona yaxınlaşmış və xəsarət aldığını görüb, ona yardım edərək, təcili yardıma və polisə məlumat vermişdir. Sonra velosipedçini xəstəxanaya yola salmışdır. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. O,da kənd yolundan əsas yola, yəni baş yola çıxdığını və velosipedçinin avtomobilinə çırpıldığı yeri göstərmişdir. Avtomobilinə çırpılan və xəsarət alan velosipedçi Zərərçəkmiş şəxs sağalması üçün ona dərmanların alınmasına və sağalmasına əməli yardım etmişdir. Xəstəxanada və yaşadığı evində ona dəfələrlə gedib baş çəkərək yardımlar etsədə, velosipedçinin ailə üzvləri ondan xeyli miqdarda pul vəsaiti tələb edərək onunla barışmamışdır. İfadəsinin sonunda Təqsirləndirilən şəxs hadisənin ehtiyatsızlıqdan baş verməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanın əvəzinin tam həcmdə ödəməsini və bununla da onunla barışıq əldə etdiyini, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələblərinin, həmçinin mülki iddialarının olmamasını nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 30 iyul 2024-cü il tarixdə saat 17:30 radələrində özünə məxsus velosipedlə Şirvan şəhəri «Sever» adlanan ərazidən işdən evə qayıdan zaman Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu Dadaşbəyli kəndindən keçən hissəsində üzü Horadiz istiqamətində yolun sağ kənarı ilə hərəkətdə olmuşdur. Kür çayı körpüsü üzərini keçib adı sürüşlə velosipedini hərəkət etdirib, Dadaşbəyli kəndinə ayrılan yolayrıcına çatanda qəflətən sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi MMZ-4502 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı özüboşaldan yük avtomobili ilə yola çıxıb, avtomobilinin sol arxa yan hissəsi ilə onu vurmuşdur. Avtomobil ona zərbə ilə dəydiyindən o, yerə yıxılıb ağır xəsarətlər almışdır. Təxminən hadisədən 20 gün sonra özünə gəlmiş və ayılanda Bakı şəhərində xəstəxanada olduğunu bilmişdir. İfadəsinin sonunda zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş zərərin tam həcmdə aradan qaldırılmasını, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını nəzərə alaraq, cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin 14-cü vərəqəsində olan BD 514075 saylı sürücülük vəsiqəsinin sürətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcə kateqoriyalı sürücülük hüququ mövcuddur. Cinayət işinə əlavə edilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 377 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-baş beyinin sol yarımkürəsinin alın, təpə, gicgah payında subdural hematoma, baş beyinin sağ yarımkürəsinin ənsə payında epidural hematoma, sağ beyin yarımkürəsinin alın payında periventrikulyar ağ maddə nahiyyəsində hemorragik kontuzion ocaq, sağ almacıq sümüyünün cismində və sağ almacıq sümüyünün qövsündə sınıqlar, sağ haymor boşluğunun bayır divarında basılmış sınıqlar, sağ göz yuvasının bayır divarında sınıq xətti, sağ göz yuvası ətrafında və sağ təpə-gicgah nahiyəsində dərialtı hematoma-küt əşyanın zərbəvi təsirindən törənmiş, qərarın təsviri hissəsində göstərilən 30 iyul 2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi. Ağırlıq dərəcəsinə görə, qeyd olunan xəsarətlər həyat üçün təhlükəli olan sağlamlığa A Ğ İ R zərər vurmaya aid edilir. Cinayət işinə əlavə edilmiş məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2024-cü il tarixli, 8/2239 №li rəyindən görünür ki, MMZ-4502 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 77-cı maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 43-cı vərəqəsində olan xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, ona dəymiş zərər tam aradan qaldırılmış, hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət, tələb və mülki iddiasıı yoxdur. Həmin halların nəzərə alınmasını xahiş edilmişdir. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxsin Az. Res. CM-nın 263.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin məhkəmə iclasında verdikləri ifadələri, ekspert rəyləri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Az. Resp. Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs CMnın 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respubikası CPM-nın 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinnin 263-cü maddəsinin Qeyd hissəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 263.1 və ya 263.1-1-ci maddələrində nəzərdə tutulmuş cinayəti törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Bu halda şəxsin əməllərində inzibati xəta tərkibinin əlamətləri olduqda o, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yuxarıda göstərilən qanunvericlik normalarına əsasən məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığı və ona dəymiş ziyanı tamamilə ödədiyi üçün onun barəsində cinayət təqibinə xitam verilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Həmçinin məhkəmə Azərbaycan Respublikası CPM-nın 196.4-cü maddəsinə əsaslanaraq hesab edir ki, iş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri 128 (bir yüz iyirimi səkkiz) manat təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməlidir. İş üzrə maddi sübut “MMZ-4502” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sahibində saxlanılması və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığına görə və ona qarşı maddi tələb olmadığı üçün, onun Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə keçirilmiş xx.xx.2024-cü il tarixli 8/2239 nömrəli məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizası tədqiqatının dəyəri - 128 (bir yüz iyirimi səkkiz) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - “MMZ-4502” markalı **-BF-*** dövlət qeydiyyat nişanlı yük avtomobili sahibində saxlanılması nəzərə alınsın Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar