Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-22/2023 09.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1974-cü ildə Yardımlı rayonu Arvana kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olan və orada yaşayan, barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, xx.xx.2022-ci il tarixdə təxminən saat 10-radələrində Sabirabad rayonu Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin həyətində ailə münaqişəsi zəmnində, yəni Rusiya Federasiyasında olan qardaşı Nadir Dadaşovun arvadı Zərərçəkmiş şəxs və ailəsini baxımsız qoymasına görə Zərərçəkmiş şəxs onu günahladırıb, nalayiq ifadə ilə təhqir edərək yumruqla sol qol nahiyəsinə vurub dərəcəsi təyin edilməyən bədən xəsarəti yetiriməsi səbəbindən o, qisas niyyəti ilə sağ əl barmaqlarını Zərərçəkmiş şəxs sol əl barmaqlarına çarpaq keçirməklə geriyə doğru qanırıb yerə yıxaraq sonuncuya sol əlin 4-cü barmağının əsas falanqasının qapalı az yerini dəyişən sınığı, 4-cü barmaqda qançır, sol kürəkaltı nahiyədə qançırla ilə müşayiət olunan sağlamlığın uzun müddətdə pozulmasına səbəb olub qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş X4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşı arvadıdır, Nəzərova X1 anasıdır. Onlar arasında heç bir düşmənçilik və ədavət yoxdur. Məhbubənin əri, yəni onun qardaşı uzun müddətdir Rusiya Federasiyasındadır. Qardaşı Nadir uzun müddətdir Rusiya Federasiyasında olduğu üçün Məhbubə daimi olaraq Nadirin niyə orada qaldığını, niyə gəlmədiyini, niyə pul göndərmədiyini deyib onları da narahat edirdi. O, sosial işdə işlədiyi üçün hər gün kəndlərinin ərazi nümayəndəliyinə gedib imza edir. 30 avqust 2022-ci il tarixdə o, imza etmək üçün ərazi nümayəndəliyinə getmiş, ərazi nümayəndəsinə imza etmək üçün gəldiyini demiş, həmin vaxt Şahid1 binanın dəhlizində dayanmışdır. O, imza çəkib çıxdıqda Nəzakət onu təhqir edərək, qardaşı Nadirin niyə gəlib ailəsinə sahib çıxmadığını bildirmiş, o, özlərinin işi olduğunu demiş, bundan sonra Nəzakət səs-küy salaraq onun niyə sosial işdə işlədiyini, onların isə sosial işlə təmin edilmədiyini demiş, o, Nəzakətə heç bir yerdən gəlirinin olmadığını, bu səbəbdən sosial işdə işlədiyini demiş, onların səsinə ərazi nümayəndəliyində işləyən Fəxrəddin otağından çıxmış, onlara sakit olmaqlarını demiş, o, pilləkəndən aşağıya düşmüş, lakin Nəzakət səs-küy salmağa davam etmişdir. O, icra nümayəndəliyinin binasından həyətinə çıxmış, icra nüməyəndəliyinin həyətindən çıxıb getmək istədikdə qarşısına Zərərçəkmiş şəxs çıxmış, o, Məhbubəyə anasını yığışdırmağını, ondan əl çəkmələrini bildirmiş, Məhbubə qardaşı Nadirin gəlmədiyi və ona pul göndərmədiyi halda ondan əl çəkməyəcəyini demiş, sonra onu nalayiq ifadə ilə təhqir etmiş və onun sol qolundan yumruqla vurmuşdur. O, Məhbubənin ondan əl çəkmədiyini görmüş və onu tutub itələmiş, Məhbubə beli üstə yerə yıxılmışdır. Bundan sonra o, oradan uzaqlaşmış, bu barədə DİN-nin 102 xidmətinə şikayət etmiş, sonradan bilmişdir ki, Məhbubə də ondan şikayət etmişdir. Hazırda o, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Ьцрлцьц ецйышкдцтвшкшдцт жцчы X2 нгчфкэвф пбыецкшдцт сштфнце цьцдштш ебкцеьцлвц бяътъ ецйышкдш ишдьцьцыштш штфтвэкэсэ руыфи уеьшк, бяътъ ьъвфашц ьцйыцвш вфжэнфт мц ебкцеьшж щдвгхг сштфнце цьцдштц пбкц тцяцквц егегдфт сцяфвфт нфчф йгкефкьфхф нбтцдьшж шафвц лшьш йцигд увшк. Иудц лш, ецйышкдцтвшкшдцт жцчы X2 пбыецкшдцт сштфнце цьцдштш ебкцеьцыш, шж ъякц вштвшкшдьшж жфршвдцкшт шафвцдцкш, улызукешяф кцнlцкш, сштфнце шжштц цдфмц увшдьшж мц ьцрлцьц шсдфыэ яфьфтэ ецвйшй увшдьшж вшпцк ыъигедфкдф щтф фжфхэвфлэ йфнвфвф ыъигеф нуешкшдшк. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Balazir qızı göstərmişdir ki, Təqsirləndirilən şəxs onun baldızıdır, aralarında heç bir ədavət və düşmənçilik yoxdur. 30 avqust 2022-ci il tarixdə səhər saatlarında o, yaşadığı evin küçəsinə şebel tökülüb yayılması ilə bağlı kənd icra nümayəndəliyinə getmişdir ki, icra nümayəndəsi ilə söhbət etsin. O, İcra nümayəndəsi Teymura iradlarını bildirdikdə Teymur onunla kobud danışmış, bu səbəbdən o, oradan çıxıb anasının yanına getmiş, anasına Teymurun onunla kobud danışdığını demişdir. O, anası Nəzakət ilə birlikdə yenidən icra nümayəndəliyinə getmiş, anası Nəzakət icra nümayəndəliyinə girmiş, o, isə həyətdə gözləmişdir. Bir neçə dəqiqə sonra icra nümayəndəliyindən anasının səsini eşitmişdir. Anası kiminləsə mübahisə edirdi. O, icra nümayəndəliyinin həyətindən anasını çağırmışdır ki, gəlsin. Həmin zaman icra nümayəndəliyinin qapısından orada işləyən Fəxrəddin ilə Əflatunun Qəniməti binadan çıxardıqlarını görmüş, Qənimət səs-küy salaraq binadan çıxmış, onu görən kimi anası barəsində pis söz deyərək ona anasını yığışdırmağını bildirmiş və ona tərəf gəlmiş, o, anasının pəncərədən baxdığını görmüş, əli ilə çağırmışdır ki, aşağı gəlsin. Həmin vaxt Qənimət onun sol əlinin barmaqlarını özünün sağ əl barmaqlarının arasına keçirmiş, arxaya burmuş, o, möhkəm ağrı hiss etmiş, sonra onu sinəsindən itələmiş, o, beli üstə yerə yıxılmışdır. O, ayağa qalxana kimi Fəxrəddin və Əflatun Qəniməti icra nümayəndəliyinin həyətindən çıxarmışlar. Qənimət oradan uzaqlaşaraq çıxıb getmişdir. Həmin vaxt anası da icra nümayəndəliyindən çıxmış, ona yaxınlaşmış, Qənimətlə ərazi nümayəndəliyinin binasının içərisində mübahisə etdiyini demiş və bu səbəbdən Qənimətin acığını ona tökdüyünü bildirmişdir. Bundan sonra o, anası ilə oradan çıxıb getmişlər. Anası öz evinə o, da öz evinə getmişdir. Evdə olan zaman o, DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Hazırda o, təqsirləndirilən şəxsə qarşı şikayətçidir və ona cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun qızı, Təqsirləndirilən şəxs isə Məhbubənin baldızıdır. Onların Qənimət ilə heç bir düşmənçilik və ədavəti yoxdur. 30 avqust 2022-ci il tarixdə səhər saatlarında qızı Məhbubə onun yaşadığı evə gəlmiş, ona kənd ərazi nümayəndəliyinə getdiyini, orada ərazi nümayəndəsindən küçəyə şebel tökülməsini istədiyini, ərazi nümayəndəsi Teymurun da ona kobud cavab verdiyini bildirmişdir. O, Teymurun qızı ilə niyə kobud danışmasını öyrənmək üçün Məhbubə ilə birlikdə ərazi nümayəndəliyinə getmiş, qızı ərazi nümayəndəliyinə girməmiş, həyətdə gözləmişdir. O, ərazi nümayəndəliyinin binasına girərək Teymurun otağına girmişdir. O, Teymurdan qızı Məhbubə ilə niyə kobud danışdığını soruşmuş, Teymur qızı ilə kobud danışmadığını bildirmişdir. O, Teymurla söhbət edən zaman Təqsirləndirilən şəxs ərazi nümayəndəliyinə gəlmiş, sosial işçi olduğu üçün ərazi nümayəndəliyində imza etməyə gəldiyini bildirmişdir. Həmin vaxt o, Teymura demişdir ki, kəndlərində bir çox şəxslər sosial işdə işləyirlər, o, isə heç bir yerdə işləmir, həmçinin küçələrinə şebel tökülməsini də istəyir, şebeli də vermirsiz. O, sözü deyib otaqdan çıxmış, bunu eşidən Təqsirləndirilən şəxs otaqdan dəhlizə çıxaraq dediyi sözdə onu nəzərdə tutduğunu soruşmuş, o, Qənimətə onu nəzərdə tutmadığını demiş, bir çox şəxslərin sosial işdə işlədiyini bildirmiş, həmin vaxt Qənimət ona qarşı nalayiq ifadə işlətmiş, onunla mübahisə etməyə başlamış, üzərinə gəlmiş, orada işləyən Fəxrəddin otaqdan çıxaraq Qəniməti ondan kənarlaşdırmış və binadan çıxmasını demiş, sonradan orada işləyən Əflatun da otaqdan çıxmış, Əflatun və Fəxrəddin Qənimətə sakit olmağını və çıxıb getməyini bildirmişlər. Bir neçə dəqiqə sonra qızı Məhbubənin həyətdən səsinin gəldiyini eşitmiş, o, binadan həyətə çıxmış, qızı ona yaxınlaşmış, Qənimətlə mübahisə etdiyini, Qənimətin onun əllərindən tutub sıxdığını və itələdiyini, itələməsi nəticəsində yerə yıxılıb barmağından xəsarət aldığını demişdir. O, həyətə çıxdıqda Qənimət çıxıb getmişdi. O, qızı ilə birlikdə oradan çıxıb getmiş, qızı da hadisə barədə polisə müraciət etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, o, 2020-ci ildən Sabirabad rayonu Şəhriyar kənd ərazi dairəsi üzrə nümayəndəliyində icra nümayəndəsi vəzifəsində işləyir. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs tanıyır, onlar Sabirabad rayonu Şəhriyar kəndində yaşayırlar. 30 avqust 2022-ci il tarixdə o, işdə olan zaman Zərərçəkmiş şəxs icra nümayəndəliyinə gəlmiş, o, Məhbubəni qəbul etmiş, Məhbubə yaşadıqları evin küçəsinə şebel gətirilib tökülməsini istəmişdir. O, Məhbubəyə hələ ki kəndləri üçün şebel ayrılmadığını, ayrıldığı halda gətirib tökdürəcəklərini demiş, Məhbubə şebeli tez bir zamanda istədiyini bildirmiş və şebelin olmamasından narazı qalaraq çıxıb getmişdir. Təxminən yarım sonra nümayəndəliyin dəhlizdən səs gəldiyini eşitmiş, otaqdan dəhlizə çıxdıqda Nəzakətin mühasibləri Şahid4 otağının qarşısında dayandığını, Qənimətin isə pilləkəndən aşağıda olduğunu görmüşdür. Həmin vaxt Qənimət ilə Nəzakət mübahisə edirdilər. Fəxrəddin Qənimətə sakit olmağını və mübahisə etməmələri üçün binadan çıxmağını deyirdi. O da onlara irad bildirərək ərazi nümayəndəliyində səs-küy salmamalarını demişdir. Qənimət binadan həyətə çıxmış, o, da otağına girmişdir. Bir neçə dəqiqə sonra eşitmişdir ki, Qənimət ilə Məhbubə ərazi nümayəndəliyinin həyətində mübahisə etmişlər və çıxıb getmişlər. O, Qənimət ilə Məhbubənin inzibati binanın qarşısında mübahisə edərək dalaşmaqlarını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirmişdir ki, o, 2021ci ildən Sabirabad rayonu Şəhriyar kənd ərazi dairəsi üzrə nümayəndəliyində müavin işləyir. Zərərçəkmiş şəxs, Şahid1 və Təqsirləndirilən şəxs tanıyır, onlar Sabirabad rayonu Şəhriyar kəndində yaşayırlar. 30 avqust 2022-ci il tarixdə o, işdə olan zaman ərazi nümayəndəliyinin binasının dəhlizində səs-küy gəldiyini eşitmiş, otaqdan dəhlizə çıxdıqda, Nəzakətin mühasibləri Şahid4 otağının qarşısında dayandığını, Qənimətin isə pilləkəndən aşağıda olduğunu görmüşdür. Həmin vaxt Qənimət ilə Nəzakət mübahisə edirdilər, Fəxrəddin isə Qənimətə sakit olmağını və mübahisə etməmələri üçün binadan çıxmaqlarını deyirdi. Qənimət binadan həyətə çıxmış, o da otağına girmişdir. Bir neçə dəqiqə sonra binanın işıqları sönmüş, bu səbəbdən o, sayğaca baxmaq üçün çıxmış, həmin vaxt həyətdən Məhbubənin deyinə-deyinə idarəyə tərəf gəldiyini görmüş, Məhbubə gələrək idarəyə girmiş, o, nümayəndəliyin həyət qapısına yaxınlaşdıqda Qənimətin səs-küy salaraq gəldiyini görmüş, Qənimətə burada səs-küy salmaq lazım olmadığını demiş, gedib bir azdan gəlməsini bildirmişdir. Qənimət geri qayıdaraq çıxıb getmişdir. O, yenidən idarəyə qayıtmış, orada Məhbubənin anası Nəzakət ilə söhbət etdiyini görmüşdür. Həmin vaxt Məhbubə anasına Qənimətin onu itələdiyini, döydüyünü deyirdi. Onlar biraz söhbət etdikdən sonra çıxıb getmişlər. O, Məhbubə ilə anası Nəzakətin Qənimətin qol nahiyəsindən vurmaqlarını görməmişdir. Cinayət işində olan məhkəmə-tibbi ekspertizanın məhkəmə-tibbi ekspertizasının 05 sentyabr 2022-ci il tarixli, 599 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşkar edilmiş xəsarətlər - sol əlin 4-cü barmağının əsas falanqasında qapalı az yerini dəyişən sınıqla müşayiət olunan 4-cü barmaqda qançır, sol kürəkaltı nahiyədə qançır küt əşyanın/əşyaların/ təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərərvurmaya aiddir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əsaslı səbəb olmadan qəsdən sağlamlığa az ağır zərər vurması cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, qadın olmasını, himayəsində bir azyaşlı övladının olmasını və yaş həddini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Təqslriləndirilən şəxs Təqsirləndirilən şəxs özünün təqsirli bilməməsi barədə ifadəsini məhkəmə özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının CPM-nın 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərərk 8 (səkkiz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək və yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam » qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə məhkəmə xərci, maddi subut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-22/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-22/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver