Məhkəmə qərarları › İş №1(056)-225/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-225/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-225/2023 13.12.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əsədli Elşin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi - Sabirabad rayonunda fərdi fəaliyyət göstərən vəkil X2 və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1983-cü ildə Sabirabad rayonu Məmişlər kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, məhkum olmunmamış, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin açıq hazırlıq iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 128-ci maddəsilə ittiham verilmişdir ona görə ki, 15 noyabr 2023-cü il tarixdə saat 10 radələrində Sabirabad rayonu Məmişlər kəndində yerləşən yaşayış evinin qarşısında - küçədə həmkəndlisi Zərərçəkmiş şəxs mütəmadi olaraq onların evinin qarşısından keçib orada dayanmaqla onunla birlikdə yaşayan arvadı və qızına narahatçılıq yaratmasından şübhələrib Zərərçəkmiş şəxs irad bildirmiş, sonuncunun ona əhəmiyyət verməməsindən əsəbləşib şəxsi münasibətlərinin pozulması zəmnində onun sağ qaş nahiyəsindən bir dəfə yumruqla qəsdən vuraraq sonuncuya sağ qaşın tış hissəsində yara, sağ gözaltı nahiyədə qançırdan ibarət sağlamlığın qısa müddətə pozulmassına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini göstərərək, ərizə ilə məhkəməyə müraciət edib Zərərçəkmiş şəxs üzr istədiyini, zərərçəkmiş şəxsin onu bağışladığını və onlar arasında barışıq əldə olunmasını nəzərə alaraq iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi, onun cinayət məsuliyyətindən azad edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs da məhkəməyə ərizə təqdim edərək iş üzrə təqsirləndirilən şəxsin ondan üzr istəməsini, onun təqsirləndirilinən şəxsi bağışlamasını və təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbinin olmamasını nəzərə alaraq iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2 rəy verərək bildirdi ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə olan iş üzrə icrata zərərçəkmiş şəxslə barışdığı üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bəraətverici əsaslar olmadan xitam verilməsi üçün əsaslar vardır. Odur ki. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələbinə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci, 40.3-cü, 41.3-cü və 305-ci maddələrinə müvafiq olaraq cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Odur ki, o, həmin maddə ilə təqsirli bilinmişdir. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda özünü ona qarşı irəli sürülən ittiham üzrə tam təqsirli bilir. İş materiallarında olan ərizələrdən görünür ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsdən üzr istəmiş və onlar barışmışlar, həmçinin zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. İş materiallarına əlavə edilmiş və məhkəmədə yoxlanmış DİN-nin BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamuş və əvvəllər onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddəsinə əsasən cinayət işinin icraatına xitam verilməmişdir. İş materiallarında olan və məhkəmədə yoxlanmış Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 798 saylı rəyindən görünür ki, 1983-cu il təvəllüdlü Zərərçəkmiş şəxsnın məhkəmə tibbi ekspertizasına, tibbi sənəddə yazılanlara əsasən və ilk məlumatı nəzərə alıb belə nəticəyə gəlinmişdir ki, müayinə zamanı aşkar edilmiş xəsarətlər – sağ qaşın tış hissəsində yara sağ gözaltı nahiyədə qançır küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü ilə tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 300.1.7-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 305.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclasında bu Məcəllənin 39-cu, habelə 40.3-cü və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi haqqında əsaslandırılmış qərar çıxarır. Cinayət təqibini istisna edən hallar ittihamın bir hissəsinə aid olduqda cinayət işi üzrə icraata yalnız bu hissədə xitam verilir. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışdığı üçün Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət təqibinə, yəni barəsində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Həmçinin, Zərərçəkmiş şəxs bu barədə ərizəsini məhkəməyə təqdim etmişdirr. Məhkəmə hazırlıq iclasında Təqsirləndirilən şəxs barəsində CM-nin 73.2-ci maddəsinin tətbiq edilməsini istisna edən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs CM-nın 128-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, onun Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özünün ərizə və ifadəsini nəzərə alıb, Cinayət və Cinayət Prosessual Məcəlləsinin 40.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. İş materiallarından görünür ki, təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40, 300 və 305-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsilə təqsirləndirilməsinə dair iş üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar