Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-24/2023 25.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X3 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxsin hüquqi varisi X1, Müdafiəçi- Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil X5, Təqsirləndirilən şəxs iştirakları ilə, Sabirabad rayon məhkəməsinin binasında xx.xx.1984-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbayjan Respublikası CM-nin 124.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs həmkəndlisi X7 ilə "xxxx" ASC-nin balansında olmaqla Sabirabad rayonu Qalaqayın kəndində yerləşən fəaliyyətini dayandırmış su-kanalizasiya anbarının ətraf ərazisinə çəkilmiş beton plitələrdən ibarət hasarın dəmir boru konstrukiyasını sökərək metal qəbulu məntəqəsinə satmaqla qazanc əldə etmək və əldə edəcəkləri qazancı bölüşdürmələrinə dair aralarında əvvəlcədən yaranmış razılığa əsasən, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sahib Cəbrayılov ilə birlikdə həmin yerə gələrək ağır tikinti konstruksiyası olmaqla, uzunluğu 3 m, hündürlüyü 2 m, qalınlığı 8 sm olan beton plitəyə qaynaqlanmış və onu dik vəziyyətdə qoyulduğu yerdə saxlayan, 2,8 metr uzunluqda və 10 sm diametrdə dəmir borunun xüsusi mühafizə texnikası və təhlükəsizlik tədbirlərinə riayət etmədən söküntüsünə başlamış, həmin vaxt о, boru çıxarılan anda beton plitənin yerindən aşıb, çönbəlmiş vəziyyətdə plitənin dibində qazıntı işi aparan Sahib Cəbrayılovun üzərinə aşaraq həyatı üçün təhlükəli ola biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədən, beton plitənin dayaq nöqtəsi kimi istifadə olunan dəmir borunun baş tərəfindən, Sahib Cəbrayılov isə borunun torpağa basdırılmış dib hissəsindən tutaraq yerindən çıxarmaq üçün sağa-sola burub hərəkət etdirmiş, nəticədə beton plitənin dəmir boruya bağlanan armatur hissəcikləri qaynaq nöqtəsindən qopduğundan dayaq nöqtəsindən ayrılan plitə onların üzərlərinə uçmuş, bu zaman о, ayaq üstə olduğundan qaçmağa nail olsa da, Sahib Cəbrayılov beton plitənin altında qalaraq kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmə sınıqları, baş beynin sərt və yumşaq qişasının cırılması, sağ təpə payında baş beyin toxumasının əzilib, dağılması, sınıq proyeksiyasında yumşaq toxumalarda, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma ilə müşayiət edilən, yetirilən andan həyatı üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla, ehtiyatsızlıqdan öldürmüşdür. Bununla da, Rüstəmov X8 Respublikası CM-nin 124.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, mərhum X7 ilə dost olmuş, sonuncunu 15 ildən çoxdur ki, tanıyır. Son 1 ildə Sahib Cəbrayılov ilə birgə Sabirabad şəhəri və Qalaqayın kəndi ərazisindən sonradan satmaq məqsədilə dəmir qırıntıları yığmaqla məşğul olmuşlar. Yığdıqları dəmirləri rayonun Qlobus dairəsi yaxınlığında, Peşə məktəbinin arxasında yerləşən dəmir alma məntəqəsinə satırmışlar. xx.xx.2022-ci il tarixdə saat 12-13 radələrində Sahib Cəbrayılov yaşadığı evə gəlmiş, onlar birgə nahar etmişlər. Söhbət əsnasında Sahib Cəbrayılov ona dünən, yəni xx.xx.2022-ci il tarixdə Qalaqayın kəndi ərazisində Hava Bürosu adlanan idarənin inzibati binasının yaxınlığında yerləşən Su İdarəsinə məxsus fəaliyyət göstərməyən boş əraziyə hasar kimi çəkilmiş beton plitələrə dayaq kimi quraşdırılmış iki ədəd dəmir boru sökdüyünü, bir ədəd borunu isə sökə bilmədiyini, yarımçıq qaldığını və onunla birgə həmin yerə gedərək dəmir borunu sökməyə ona kömək etməyini, daha sonra boruları sataraq pulu yarı-yarıya bölməklərini təklif etmişdir. Eyni zamanda Sahib Cəbrayılov ona qeyd etdiyi ərazinin təxminən 1 ay öncə Qalaqayın kənd sakini Rəhim adlı şəxs tərəfindən alındığını, Rəhimlə münasibətləri yaxşı olduğu üçün oradan dəmir boru sökərək aparmaqlarında problem yaranmayacağını bildirmişdir. O, özü təxminən 1 ay öncə ərazidə traktor, ekskavator və s texnikalar vasitəsi ilə söküntü işlərinin aparılmasını görmüşdür. Belə ki, həmin teknikalar ilə ərazidə olan iki ədəd köhnə su anbarının quyularına quraşdırılmış beton plitələrin içərisində olan dəmir armaturlar sökülmüş və ərazidən aparılmışdır. Lakin o, söküntü işlərinə hansı şəxsin rəhbərlik etdiyini bilməmiş, Rəhim adlı şəxsin ərazini almağını isə mərhum Sahib Cəbrayılovun ona deməsi nəticəsində bilmişdir. Sahib Cəbrayılov ilə təxminən saat 16 radələrində həmin yerə çatmış, ora çatarkən ərazi boş olmuş, orada heç kim olmamışdır. Söküntü işi apararkən də, tək olmuşlar. Sahib Cəbrayılov ilə birgə ərazinin giriş hissəsindən sol tərəfdə yerləşən 14 və 15-ci beton plitələrin yanına getmişdir. Ora çatarkən Sahib Cəbrayılov ona bir gün əvvəl sökdüyü iki ədəd dəmir borunu göstərmiş, bundan sonra onlar işə başlamışlar. Sahib Cəbrayılov bir gün əvvəl ərazidə olarkən sökəcəkləri dəmir borunun dibini özü qazmışdır. Buna görə də qazıntı işi aparmamışlar, ikisi birgə borunu buraraq yerindən çıxarmağa çalışmışlar. Daha sonra Sahib Cəbrayılov boruya dayaq vasitəsi kimi qalın məftil bağlamış, məftili bağlamaqda məqsədləri dəmir lom salaraq borunu daha rahat çıxarmaq olmuşdur. Lakin onlar əvvəlcə borunu buraraq çıxarmağa çalışmışlar. Bu zaman Sahib Cəbrayılov borunun qarşısında çömbələrək, əvvəlcədən dibini qazdığı hissədən borunu əli ilə burmağa başlamış, o isə ayaqüstə borunun yuxarı hissəsindən əli ilə burmuş, təxminən 2 dəqiqə ərzində onlar eyni qaydada borunu burmaqda davam etmişlər. Həmin vaxt dəmir boru onun sol tərəfində, Sahib Cəbrayılovun isə sağ tərəfində yerləşmiş və onların hər ikisi müvafiq olaraq borunun sağ və sol hissələrində yerləşən beton plitələrin qarşısında оlmuşlar. Bu zaman çıxarmağa çalışdıqları boruya bərkidilmiş, borunun sağ və sol tərəflərində yerləşən beton plitələr 30 sm uzunluqda olan armatur vasitəsilə qaynaqla boruya bərkidilmiş yerdən qoparaq onların üzərlərinə gəlmiş, buna səbəb isə borunu mərhum Sahib Cəbrayılov ilə eyni vaxtda əlləri ilə sağa-sola burmaqları olmuşdur. Onun qabağında durduğu beton plitəyə əvvəlcədən iki ədəd, təxmini uzunluqları 140-150 sm və 70-80 sm olan 5-lik taxta dirək söykənilmişdir. Lakin həmin dirəklərin kim tərəfindən beton plitəyə söykənildiyini bilmir. Beton plitələrin ikisi də eyni vaxtda yerindən qopmuş, bu zaman o, iki əli ilə üzərinə düşən beton plitəni saxlamağa çalışmış, əvvəlcədən qabağında olan plitəyə iki ədəd taxta reyka söykəndiyi üçün o, plitəni iki əli ilə saxlamağı bacarmış, Sahib Cəbrayılov çömbəlmiş vəziyyətdə olduğu üçün, qaçmağa gecikmiş, plitələr ani vəziyyətdə gəldikləri üçün və o da plitələrə tərəf çevrilərək onları əli ilə saxladığı üçün Sahibin necə qaçdığını dəqiq olaraq görməmişdir. Sahib Cəbrayılov gecikdiyi üçün beton plitə sonuncunun başı üzərinə düşmüşdür. Hazırda etdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisinin ondan heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, onun özünün səmimi etirafı ilə yanaşı, məhkəmə iclası zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, baxış keçirilməsi və ifadənin yerində yoxlanması haqqında protokollar, məhkəmə-tibb və məhkəmə komisyon-tibb ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla ona aşağıdakı qaydada sübuta yetirilir. Məhkəmə iclası zamanı zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, mərhum X7 onun atası olmuşdur. Sahib Cəbrayılov son 3-4 ay ərzində Qalaqayın kəndi ərazisində fəaliyyət göstərməyən, sahibsiz tikililərdən Təqsirləndirilən şəxs ilə birgə dəmir-almatur yığıb satırmış. xx.xx.2022-ci il tarixdə saat 16-17 radələrində Qalaqayın kəndində yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs ona zəng edərək hava bürosunun yanında olan su anbarının ərazisində atası Sahib Cəbrayılovun üzərinə beton plitə düşdüyünü bildirmişdir. O, heç kimə xəbər etmədən dərhal həmin yerə getmiş, təxminən 10 dəqiqə sonra ora çatmışdır. O, həmin yerə çatdıqda yerə yıxılmış iki ədəd beton plitələrin qarşısında, yerdə atası Sahib Cəbrayılovun meyitinin olduğunu görmüşdür. Hadisənin baş verdiyi yerə çatdıqdan 2-3 dəqiqə sonra əmisi Şahid1 və bibisioğlu Ramil Abdullayev də ora gəlmişdir. Təqsirləndirilən şəxs onlara hadisənin baş vermə formasını təsvir etmiş, yadında qaldığı qədər Amid demişdir ki, atası Sahib Cəbrayılov ilə beton plitələrin arasında olan dəmir borunu çıxarmağa çalışarkən hər iki beton plitə qaynaq yerindən qoparaq onların üzərinə gəlmiş, bu zaman öz tərəfində olan beton plitəni əli ilə saxlamış, atası isə plitənin altından qaça bilmədiyi üçün plitələrdən biri atasının başına düşmüşdür. Onlar təxminən 15-20 dəqiqə orada qalmış, daha sonra Sahib Cəbrayılovun meyitini sonuncunun həmin yerə gəldiyi “Vaz 2106” markalı avtomobilin arxa oturacağına uzadıb yaşadıqları evə gətirmişlər. Baş vermiş hadisə ilə əlaqədar nə onun, nə də ki digər ailə üzvlərinin şikayət, iddia və tələbi yoxdur. O və ailəsi bu hadisəyə görə Təqsirləndirilən şəxsla barışmış, sonuncunu bağışlamışdırlar. Çünki hadisə ehtiyatsızlıqdan olmuşdur, buna əmindir. Ona görə də Zəka Nəsirova qanunvericiliklə müəyyən edilmiş formada köməklik göstərilməyini, hadisənin ehtiyatsızlıqdan olmasının nəzərə alınmağını xahiş edir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə saat 12-13 aralığında Qalaqayın kəndində yaşadığı evin yaxınlığında Sahib Cəbrayılov ilə Təqsirləndirilən şəxs Sahibə məxsus “Vaz2106” markalı avtomobil ilə kənd ərazisində hərəkət etdiklərini görmüş, Sahib onu gördükdən sonra avtomobili yanında saxlamış və ondan maşına minməyini istəmiş, onu evə düşürəcəyini bildirmişdir. O isə evinə az məsafə qaldığı üçün maşına minməmiş, sağol deyib getməklərini bildirmişdir. Bundan sonra Sahib ilə Amid maşınla getmişlər. Onlar ona hara getdiklərini deməmişlər. Ümumiyyətlə onlar dəmir yığmaqları barədə ona heç bir şey deməmişlər. Həmin gün təxminən saat 16-17 aralığında Qalaqayın kəndi ərazisində olarkən Elşən adlı kənd sakinindən hadisə barədə məlumat almış, Elşən onda demişdir ki, eşitdiyinə görə “Hava Bürosu” adlı idarənin yaxınlığında yerləşən su-kanalizasiya anbarının həyətində qardaşı Sahibin başına beton plitə düşmüş, kənd camaatı həmin yerə yığışmışdır. O, bunu eşitdikdən dərhal sonra adı çəkilən anbara getmiş, anbarın ərazisinə çatarkən anbarının ətrafına hasar kimi çəkilmiş beton plitələrin yanında Təqsirləndirilən şəxs ilə qardaşı oğlu Baloğlan Cəbrayılovun olduğunu görmüş, həmin yerə yaxınlaşarkən isə yerə aşmış beton plitənin yanında, yerdə meyit olduğunu və həmin meyitin üzərinə qırmızı rəngli adyal sərildiyini görmüşdür. O, Amiddən nə baş verdiyini soruşmuşdur. Amid qısa şəkildə ona demişdir ki, aşmış beton plitələrin arasında olan dəmir borunu çıxarmağa çalışarkən plitələrin hər ikisi qopmuş, Sahib isə plitənin altından qaçmağa gecikdiyi üçün plitə onun başına düşmüşdür. O, həmin vaxt meyitin yerdə çox qalmamağı üçün Amidə demişdir ki, sonra bu haqda danışarıq. O, ümumilikdə təxminən 10-15 dəqiqə ərzində orada qalmış, bundan sonra ətrafda olan şəxslərin köməyi ilə Sahibə məxsus “Vaz 2106” markalı avtomobilin arxa oturacağına sonuncunun meyitini qoyub yaşadığı evə aparmışlar. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 22 avqust 2022-ci il tarixdə saat 16-17 arası o, yaşadığı evin həyətində olarkən, bir nəfər şəxsin uca səslə onun adını çağırdığını eşitmiş, qaynanası Züleyxa Dadaşova qapıdan çıxıb səs gələn tərəfə getmiş, o da qaynanasının dalınca ora getmişdir. Züleyxa su anbarının qabağından keçən yola çatıb dayanmış, yolu anbar tərəfə keçməmişdir. O isə yolu keçmiş, su anbarının ətraf ərazisinə çəkilmiş hasarların yanına gəlmişdir. Təqsirləndirilən şəxs orada olduğunu, iki ədəd beton plitənin yerə aşdığını, həmçinin, Sahib Cəbrayılovun meyitinin arxası üstə, yerə yıxılmış beton plitələrdən birinin küncündə yerin üstündə olduğunu görmüşdür. Təqsirləndirilən şəxs isə çaşbaş vəziyyətdə olmuş, özünü itirmiş, həyəcandan əsirmiş. Amiddən nə baş verdiyini soruşduqda sonuncu ona Sahibin üzərinə beton plitənin düşdüyünü bildirmişdir. Bundan başqa o, yerdə daş formasında yumru beton parçasının və dəmir borunun olduğunu görmüş, Amid ona demişdir ki, dəmir borunu beton parçasının üstünə qoyub Sahib Cəbrayılovun üzərinə aşmış beton plitəni qaldırıb, Sahib Cəbrayılovun meyitini plitənin altından əli ilə dartaraq çıxarmışdır. Təqsirləndirilən şəxs əlləri də qabıq bağlamış, yaxşı vəziyyətdə deyilmiş. Sahib Cəbrayılovun üzü qana bulaşmış vəziyyətdə olmuş, sifəti yastılanmışdır. Bundan başqa Sahib Cəbrayılovun başının xəsarət aldığı hissəsindən beyin qalıqları yerə dağılmışdır. O bunları gördükdən sonra qorxu keçirtmiş və yaşadığı evə getmişdir. O, ümumilikdə 2 dəqiqə orada qalmış, qaynanası Züleyxa Dadaşova da onunla birgə evə gəlmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası MTE və PA ETT Birliyinin Sabirabad rayon Şöbəsindən rayon prokurorluğuna daxil olmuş məhkəmə-tibbi ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, 1968-ci il təvəllüdlü X2 meyitinin məhkəmə tibbi ekspertizasına, əlavə müayinələrin nəticəsinə əsasən və ilk məlumat nəzərə alınıb aşağıdakı nəticəyə gəlinmişdir. a) Müayinə zamanı aşağıdakılar aşkar edilmişdir. Kəllənin açıq küt travması, kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmiş sınıqları, baş beynin sərt və yumşaq qişasının cırılması, sağ təpə payında baş beyin toxumasının əzilib, dağılması, sınıq proyeksiyasında yumşaq toxumalarda, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, baş beyin maddəsinin və ağciyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ təpə nahiyyəsində yara, sağ və sol dirsək oynağının bayır səthində yaralar, sol diz oynağının bayır səthində sıyrıq. b) Aşkar edilmiş xəsarətlərkəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmə sınıqları, baş beynin sərt və yumşaq qişasının cırılması, sağ təpə payında baş beyin toxumasının əzilib, dağılması, sınıq proyeksiyasında yumşaq toxumalarda, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma, sağ təpə nahiyəsində yara, sağ və sol dirsək oynağının bayır səthində yaralar, sol diz oynağının bayır səthində sıyrıq-həyatidir, küt tarvma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022ci il tarixinə uyğundur. Dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. Xəsarət qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. c) S.S.Cəbrayılov ölümündən az əvvəl spirtli içkilər və güclütəsiredici maddələr qəbul etməmişdir. d) S.S.Cəbrayılovun ölümünə səbəb kəllənin açıq küt travma nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölüm müayinədən 3-4 saat əvvəl baş vermişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X9” X12 rayon prokurorluğuna daxil olmuş maddi sübutların məhkəmə tibbi bioloji tədqiqinə dair ekspert rəyindən görünür ki, zərərçəkmiş X2 qan qrupu-B/İİİ/-dur (təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Eskpertizaya təqdim olunmuş hadisə yerindən götürülmüş torpaq nümunəsi və qurumuş bitki qalıqları üzərində Balfa(H)/İİİ/ qruplu insan qanı aşkar olundu. Bu qan ləkələrinin ABO sistemi üzrə X4 məxsus olması inkar olunmur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Sabirabad RİHB-nın Qalaqayın kənd İƏD üzrə nümayəndəliyindən rayon prokurorluğuna daxil olmuş arayış və həmin arayışa əlavə edilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də Sabirabad rayonu, Qalaqayın kəndində yaşayır. Onun himayəsində 3 nəfər yetkinlik yaşına çatmayan (15, 14, 11 yaşlarında) uşaqları vardır. Onun şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli, "xxxx" MMC-dən daxil olmuş 19974 nömrəli məktuba qoşma kimi əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış zamanı mərhum X2 istifadəsində olan 050 *** ** ** telefon nömrəsinə Təqsirləndirilən şəxs istifadəsində olan 050 *** ** ** saylı telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 01:05:34 saniyədə zəng daxil olduğu və 3 saniyə müddətində telefon danışığı aparıldığı, bundan başqa həmin gün 08:58:42 saniyədə 050 *** ** ** telefon nömrəsindən 050 *** ** ** saylı telefon nömrəsinə zəng olunduğu və 80 saniyə müddətində telefon danışığı aparıldığı, eyni zamanda saat 10:27:25 saniyədə 050 *** ** ** saylı telefon nömrəsindən 050 *** ** ** telefon nömrəsinə zəng daxil olduğu və 51 saniyə müddətində telefon danışığı aparıldığı, həmçinin, 050 *** ** ** saylı telefon nömrəsindən xx.xx.2022-ci il tarixdə edilən zənglərin anten-əhatə dairəsinin Sabirabad rayonu Qalaqayın kəndindən siqnal verməsi müəyyən edilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək "xxxx" ASC-nin balansında olmaqla Sabirabad rayonu Qalaqayın kəndində yerləşən fəaliyyətini dayandırmış su-kanalizasiya anbarının ətraf ərazisinə çəkilmiş beton plitələrdən ibarət hasarın dəmir boru konstrukiyasını sökərək metal qəbulu məntəqəsinə satmaqla qazanc əldə etmək və əldə edəcəkləri qazancı bölüşdürmələrinə dair aralarında əvvəlcədən yaranmış razılığa əsasən, xx.xx.2022-ci il tarixdə saat 16 radələrində Sahib Cəbrayılov ilə birlikdə həmin yerə gələrək ağır tikinti konstruksiyası olmaqla, uzunluğu 3 m, hündürlüyü 2 m, qalınlığı 8 sm olan beton plitəyə qaynaqlanmış və onu dik vəziyyətdə qoyulduğu yerdə saxlayan, 2,8 metr uzunluqda və 10 sm diametrdə dəmir borunun xüsusi mühafizə texnikası və təhlükəsizlik tədbirlərinə riayət etmədən söküntüsünə başlamış, həmin vaxt о, boru çıxarılan anda beton plitənin yerindən aşıb, çönbəlmiş vəziyyətdə plitənin dibində qazıntı işi aparan Sahib Cəbrayılovun üzərinə aşaraq həyatı üçün təhlükəli ola biləcəyini lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda görmədən, beton plitənin dayaq nöqtəsi kimi istifadə olunan dəmir borunun baş tərəfindən, Sahib Cəbrayılov isə borunun torpağa basdırılmış dib hissəsindən tutaraq yerindən çıxarmaq üçün sağa-sola burub hərəkət etdirmiş, nəticədə beton plitənin dəmir boruya bağlanan armatur hissəcikləri qaynaq nöqtəsindən qopduğundan dayaq nöqtəsindən ayrılan plitə onların üzərlərinə uçmuş, bu zaman о, ayaq üstə olduğundan qaçmağa nail olsa da, Sahib Cəbrayılov beton plitənin altında qalaraq kəllə qapağı və əsası sümüklərinin açıq qəlpəli yerdəyişmə sınıqları, baş beynin sərt və yumşaq qişasının cırılması, sağ təpə payında baş beyin toxumasının əzilib, dağılması, sınıq proyeksiyasında yumşaq toxumalarda, baş beynin sərt və yumşaq qişasında, baş beyin toxumasında qansızma ilə müşayiət edilən, yetirilən andan həyatı üçün təhlükəli olub sağlamlığına ağır zərər vurmaya aid bədən xəsarətləri almaqla, ehtiyatsızlıqdan öldürməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, hərəkətlərini səmimi etiraf edib peşmançılıq çəkməsini, himayəsində yetkinlik yaşına çatmayan uşaqlarının olmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən məhkəmə cəzanı ağırlaşdıran hal müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, əməlindən səmimi peşiman olmasını, habelə təyin olunacaq cəzanın onun islah olunması və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyası daxilində Təqsirləndirilən şəxs 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. Təyin olunmuş cəza müddətinin başlanğıcı onun cəzasının icrasını həyata keçirən orqan tərəfindən qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Həmçinin, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin barəsində seçilimiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alana qədər dəyişdirilmədən saxlanılmalı və iş üzrə maddi sübut olan Sabirabad rayopn Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş torpaq və bitki qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək öz qüvvəsində saxlanılsın; cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Sabirabad rayon Prokurorluğunda saxlanılan hadisə yerindən götürülmüş torpaq və bitki qalıqları hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hakim: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-24/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-24/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver