Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-26/2023 09.01.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1989-cu ildə Sabirabad rayonu, Yolçubəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, Sabirabad rayonu, Yolçubəyli kəndində qeydiyyatda olan və yaşayan barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan xx.xx.2019-cu il tarixdən hesablanmaqla, xx.xx.2015-ci il təvəllüdlü X1 və xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla, cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Sabirabad Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2019-cu il tarixli, 2(056)-1339/2019 saylı qətnaməsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək Sabirabad Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 3(056)-40/2021 saylı qərarı ilə 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilməsinə və icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edərək məsuliyyəti elan olunmaqla xx.xx.2021-ci il, xx.xx.2021-ci, xx.xx.2021-ci və sonuncu dəfə xx.xx.2022-ci il tarixdə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən xx.xx.2022-ci il tarixinədək cəmi 3400 manat məbləğində aliment borcunu ödəməyərək Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs ilə faktiki ailə qurmuş, Sabirabad rayonu Yolçubəyli kəndində atasına məxsus evdə ər-arvad kimi yaşamışlar. El adəti ilə toy edilsə də, nikahları rəsmləşdirilməmişdir. Münasibətlərindən xx.xx.2015-ci il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü X4 adında övladları anadan olmuşdur. Birlikdə yaşadıqları müddətdə bir müddət mehriban yaşasalar da, sonradan münasibətləri korlanmış və ayrılmaq qərarına gəlmişlər. Həmin vaxtdan da Zərərçəkmiş şəxs uşaqlarla birlikdə anasının himayəsində yaşayır. Ayrılandan sonra Zərərçəkmiş şəxs uşaqları təkbaşına saxlaya bilmədiyini əsas gətirərək ona qarşı məhkəmədə aliment tələbinə dair iddia qaldırmış, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən ondan xx.xx.2019cu il tarixdən hesablanmaqla, yuxarıda qeyd edilən uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. O, bir müddət işsiz olduğu üçün aliment ödəyə bilməmişdir. Övladlarından imtina etmək, onlara aliment ödəməmək niyyətində deyildir. Sadəcə olaraq atalığı tanınsa da, uşaqları bu günədək anasının soyadını daşıyır. Bu da ona xoş gəlmir və bu halı qəbul edə bilmir. Hazırda ittiham aktı üzrə yaranmış 3400 manat pulu tam olaraq tələbkarın xeyrinə ödəmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmədən barəsində olan işinin icraatına xitam verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdən hesablanmaqla, uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay bir uşağa 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Nurməmmədin xx.xx.2022-ci il tarixədək 3400,00 manat aliment borcu yaranmışdır. Nurməmməd bu günə kimi övladları ilə maraqlanmamış, nə maddi, nə mənəvi köməkliyi olmamışdır. Hazırda qeyd edilən ödənməmiş aliment borcundan Təqsirləndirilən şəxs 2000 (iki min) manat ödəsə də, o, borcun tam ödənilməsini tələb edir. Əks halda onun barəsində qanunamüvafiq qaydada tədbir görülməsini istəyir. Cinayət işinin 82-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə 3400 manat aliment borcundan 2000 manat ödədi. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs təqdim edilməsi üçün 1400 manat pul təhvil alındı. Aktı İcra və probasiya şöbəsinin rəisi Şahid2, Təqsirləndirilən şəxs, borclunun anası Nəsibə Bayramova və hal şahidi Bəşir İbişov imza etmişlər. Beləliklə Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin və zərərçəkmiş şəxsin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yarandığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə gedişatı zamanı ittiham aktı üzrə yaranmış 3400 manat aliment borcunu tam şəkildə tələbkarın xeyrinə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinin Qeyd hissəsinə əsasən, bu Məcəllənin 306.1 və ya 306.2-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmiş şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını qərarını və ya əmrini həmin əməllərlə bağlı hökm qanuni qüvvəyə minənədək tam icra etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən, cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Yuxarıda göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, ittiham aktına əsasən yaranmış aliment borcu tam ödənildiyindən Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutun və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43 və 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsi üzrə cinayət məsuliyyətindən azad edilsin və onun barəsində cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-26/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-26/2023
09.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver