Məhkəmə qərarları › İş №1(056)-26/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-26/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-26/2024 21.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Rəşad Akif oğlu Rüstəmovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, 02 avqust 1986-cı il tarixdə Sabirabad rayonu Əsgərbəyli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olmayan, Sabirabad rayonu, Əsgərbəyli kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “polisin nəzarəti altında vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə irəli sürülən ittihama görə, o, özgə əmlakını gizli talamaq məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə 2023-cü ilin yanvar ayının sonlarından başlamaqla, 2023cü ilin fevral ayının ortalarınadək olan müddət ərzində ayrı-ayrılıqda beş dəfə olmaqla, istintaqa məlum olmayan vaxtda və saatda Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə mətbəxin pəncərəsindən keçmə yolu ilə qanunsuz daxil olaraq, oradan 01 ədəd 400 manat dəyərində “Luxell” markalı qazla işləyən soba, 01 ədəd 100 manat dəyərində “Eurolux” markalı elektron çaydan, 01 ədəd 150 manat dəyərində “Eurolux” markalı sokçəkən aparat, 01 ədəd 150 manat dəyərində “Eurolux” markalı ət maşını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində 02 ədəd xrustal meyvə qabları, hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində 02 ədəd bulud boşqab, hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 250 manat dəyərində 05 ədəd “Aura” markalı tava, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində 03 ədəd “Aura” markalı qazan, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində 02 ədəd xrustal qənd qabı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 80 manat dəyərində 20 ədəd yemək üçün kasa, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində 02 ədəd aşsüzən, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 03 ədəd padnos, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 60 manat dəyərində 30 ədəd yemək boşqabları, hər birinin qiyməti 1.5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 10 ədəd xrustal stəkan, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd böyük, tutacaqlı stəkan, hər birinin qiyməti 0.50 manat olmaqla ümumilikdə 10 manat dəyərində 20 ədəd armudu stəkan, bir ədəd 100 manat dəyərində “Federal” markalı ütü, hər bir dəstinin qiyməti 20 manat olmaqla, ümumilikdə 60 manat dəyərində üç dəst qadın üçün gecə paltarları, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində 05 ədəd yun kofta, bir ədəd 100 manat dəyərində əşya yığılması üçün nəzərdə tutulan təkərli çamadan, hər bir rulonun qiyməti 17 manat olmaqla ümumilikdə 374 manat dəyərində 22 rulon zərli, istifadə olunmamış divar üçün örtük (aboy), hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 ədəd köhnə saxsı kasalar, bir ədəd 20 manat dəyərində nəlbəki və qaşıq dəsti, hər birinin qiyməti dörd manat olmaqla ümumilikdə 12 manat dəyərində üç ədəd dəmir vedrə, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində iki ədəd çuğun materiallı vedrə, bir ədəd 150 manat dəyərində “Beko” markalı DVD, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd xrustal qəndqabı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində dörd ədəd qadın üçün tulum (şalvarlı), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 350 manat dəyərində yeddi dəst qadın üçün kostyum, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə, 300 manat dəyərində iki ədəd qadın üçün toy paltarı, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 60 manat dəyərində 20 ədəd qadın üçün alt paltarları, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində 6 paket istifadə olunmayan yun corablar, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 160 manat dəyərində səkkiz ədəd qadın üçün yun materiallı kofta, bir ədəd 20 manat dəyərində sadə qadın üçün saat, hər birinin qiyməti 20 manat olmaqla ümumilkdə 100 manat dəyərində 05 ədəd qadın üçün yay köynəyi, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində 03 ədəd qadın üçün ev paltarları, hər birinin qiyməti 36.8 manat olmaqla ümumilikdə 368 manat dəyərində 10 ədəd qadın üçün idman şalvarı, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində dörd ədəd qadın üçün cins şalvar, bir ədəd 100 manat dəyərində elektron tərəzi, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 24 manat dəyərində 12 ədəd dondurmaqabı, bir ədəd 50 manat dəyərində işlənmiş vəziyyətdə su matoru, bir ədəd 120 manat dəyərində işlənməmiş vəziyyətdə su matoru, 01 ədəd 150 manat dəyərində “Eurolux” markalı tozsovuran, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində üç ədəd qadın üçün qış gödəkçəsi, hər bir dəstinin qiyməti 140 manat omaqla ümumilikdə 5600 manat dəyərində 40 dəst yataq örtükləri, bir ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 500 manat dəyərində 50 ədəd türk dəsmalı, hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə 450 manat dəyərində 30 ədəd Türkiyə istehsalı hamam dəsmalı, hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 20 ədəd Rusiya istehsalı sabun, hər birinin qiyməti 10 olmaqla ümumilikdə 80 manat dəyərində 08 ədəd köhnə istifadə olunmayan tava, hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 10 ədəd yun parçadan əl dəsmalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 180 manat dəyərində 45 ədəd mətbəx dəsmalı, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində iyirmi beş ədəd tük keçməz, bir ədəd 500 manat dəyərində “LG” markalı televizor, hər birinin qiyməti 350 manat olmaqla iki ədəd 700 manat dəyərində Türkiyə istehsalı, 4.5x5 m ölçüsündə xalça, bir ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində iki ədəd “Eurostar” markalı televizora krosnu adlanan cihaz, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində dörd ədəd yorğan, hər birinin qiyməti 30 manat olmaqla 300 manat dəyərində 10 dəst qadın üçün xalat, hər birinin qiyməti 10 manat olmaqla 300 manat dəyərində üç ədəd qadın üçün ayaqqabı, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 5 ədəd “Garniel” markalı üz kremi, hər birinin qiyməti 0.3 manat olmaqla ümumilikdə 20.1 manat dəyərində 67 ədəd qələm, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd qadın üçün sadə tipli qolbaqlar, bir ədəd 150 manat dəyərində “Jaquar” markalı hava feni, bir ədəd 15 manat dəyərində “Şah” markalı çay, 25 manat dəyərində 30 kq çəkidə kartof, 22 manat dəyərində 50 kq çəkidə un, 742.9 manat dəyərində bir ədəd elektron mişar və bir ədəd açar dəsti, 750 manat dəyərində iki dəst “abedni” adlanan qab-qacaq dəsti və 30 manat dəyərində 23 ədəd nimçə götürüb aparmaqla Zərərçəkmiş şəxs, ümumilikdə xeyli miqdarda, yəni 15.990 manat dəyərində ziyan vuraraq oğurluq etmişdir Bu əməllərinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, təxminən bir il müddətdir Sabirabad rayonu Sura kənd sakini Cavanşirlə birlikdə yaşamış, sonuncu ilə münasibətlərinin normal olmasına baxmayaraq bir neçə dəfə aralarında sözlü mübahisələri olmuşdur. Sonuncu dəfə 2023-cü ilin yanvar ayının ortalarında Cavanşirlə aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək yaşadıqları evdən qaçarkən kənarından keçdiyi su arxı istiqamətində yaşayış olmayan evin olmasını görmüş və Cavanşirin arxası ilə gələcəyini ehtimal edib həmin evin həyətinə daxil olmuşdur. Bu vaxt maddi imkanı olmadığı üçün həmin evdə kiminsə olub-olmaması dəqiqləşdirib oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə bir qədər yaxınlıqda olan qamışlıq sahədə gözlədikdən və evdən heç kimin səsinin gəlməməsindən bir daha əmin olduqdan sonra evin arxasına keçmiş və daxil olmaq üçün fərdi yaşayış evinin sol tərəfindən boş su çəlləyini, onun üzərinə isə mişar daşı və taxta parçasını gətirdikdən sonra üzərinə çıxmışdır. Daha sonra evin pəncərəsinin şüşəsini yerindən çıxarıb qırılmaması üçün yavaş şəkildə yerə qoymuş və evə daxil olaraq bir gecəni orada keçirmişdir. O, evə daxil olduqdan sonra çoxlu sayda məişət əşyalarının olmasını görmüş, lakin Cavanşirlə aralarındakı münasibətlər pis olduğu üçün, sonuncunun oğurluq etdiyini bildikdən sonra ona daha da əsəbiləşəcəyindən qorxub heç bir əşya oğurlamadan evinə geri qayıtmışdır. Bundan 3 gün sonra, yəni 2023-cü ilin yanvar ayının sonlarında Cavanşirlə münasibətləri normallaşdıqdan və sonuncu Surra kəndində yerləşən evinə getdiyi üçün maddi imkanı olmadığından yenidən həmin evə daxil olmaq qərarına gəlmiş, axşam saatlarında yenidən evə gəlib bir qədər çöldə gözlədikdən sonra yenidən pəncərədən evə daxil olub qapıdan sol tərəfdə olan otaqdan un götürərək çıxıb evinə getmişdir. Səhəri günü, yəni 2023-cü ilin yanvar ayının sonlarında yenidən həmin evə gələrək pəncərədən daxil olmaqla sol tərədə yerləşən otaqdan qazanlar, sol tərəfdən ikinci otaqdan isə su nasosu və sellofan torbada paltarlar götürərək yenidən daxil olduğu yerdən, yəni pəncərədən çıxaraq evinə geri qayıtmışdır. O, evə gedən zaman birlikdə yaşadığı Cavanşir onu görüb əlindəki əşyaları haradan əldə etdiyini soruşduqda həmin əşyaları oğurladığını bildirdiyi üçün Cavanşir ona əsəbiləşmiş və aralarında mübahisə yarandığından sonuncuya bir daha oğurluq etməyəcəyinə dair söz vermişdir. Lakin ondan bir neçə gün sonra, yəni 2023-cü ilin fevral ayının əvvəllərində evində ərzaq və pul olmadığı üçün yenidən Zərərçəkmiş şəxs məxsus evdən oğurluq etmək qərarına gəlmiş, həmin evə getdikdən sonra əvvəlki kimi evin pəncərəsindən daxil olaraq zalda olan iki ədəd xalça və qadın geyim əşyalarını götürüb yaşadığı evə apararaq səhəri günü Sabirabad rayonu mərkəzi bazarının yaxınlığında tanımadığı şəxsə 60 manata satmış və əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Ondan 3 gün sonra, yəni 2023-cü ilin fevral ayının əvvəllərində yenidən həmin evə eyni pəncərədən daxil olaraq paltaryuyan maşın, mikser, saç feni, blendr, sərinkeş, şirə çəkən aparat, geyim əşyaları, ütü,iki ədəd ət çəkən maşın, ərzaq məhsulları olan kartof, soğan, corablar, əlavə qadın paltarları, DVD, televizor və dəqiq olaraq xatırlamadığı digər məişət əşyalarını götürüb getmişdir. Qeyd edilən əşyaları yola yığıb yol ilə hərəkət edən tanımadığı avtomobil vasitəsilə yaşadığı evə aparmış, həmin əşyaların bəzilərini Sabirabad rayon mərkəzi bazarında tanımadığı şəxslərə satıb əldə etdiyi pulu şəxsi ehtiyacları üçün xərcləsə də, digər əşyalar yaşadığım evdə qalmış, onları Sabirabad RPŞ-nin əməkdaşlarına təhvil vermişdir. Həmin vaxtdan təxminən 3 gün sonra, yəni 2023-cü ilin fevral ayının ortalarında yenidən həmin evə daxil olaraq evdə olan sandıqdan dəsmallar, eynidən qadın geyimləri və s. oğurlayıb evinə aparmışdır. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət edən zaman əməlləri aşkar edilmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşmançılıq hissi keçirdiyini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan və 3 nəfər azyaşlı uşağının olmasının nəzərə almasını qeyd edərək, ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, onun tərəfindən Sabirabad RPŞ-yə və DİN-in 102 xidməti zəng mərkəzinə ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən oğurluq edilməsi barədə müraciət edilmişdir. O, 2 ildir ki həmin ünvanda yerləşən evində deyil, Bakı şəhərində yaşamasına baxmayaraq hər ay Sabirabad şəhərinə gələrək həmin evə baş çəkmiş, hadisədən əvvəl sonuncu dəfə qeyd edilən evinə 2023-cü ilin yanvar ayının sonlarında gəlmişdir. xx.xx.2023cü il tarixdə saat 14 radələrində Bakı şəhərindən ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə gəldikdə evin əşyalarının dağınıq vəziyyətdə olması, pəncərələrin açıq olması və evdə olan digər əşyalarının yerində olmamasını gördüyü üçün oğurluq olmasını başa düşüb DİN-in 102 xidməti zəng mərkəzinə müraciət etmişdir. Həmin müraciəti əsasında polis əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirərkən hadisənin təsirindən keçirdiyi həyəcan və stres hisslərinin təsiri ilə əlaqədar olaraq, ümumilikdə dörd min manat dəyərində məişət əşyalarının oğurlanmasını bildirməsinə baxmayaraq hadisə baş verdikdən sonra yenidən evinə baxış keçirərkən dörd min manat dəyərində məişət əşyaları deyil, 15.000- 16.000 manat dəyərində geyim, məişət və s. əşyalarının oğurlanması bilmişdir. Bundan başqa xx.xx.2023-cü il tarixdə axşamüstü saatlarında bibisi və qonşusu Şahid2 evinə gedib ona baş vermiş hadisəni danışarkən sonuncunun evində bir ədəd kofta, bir ədəd qadın üçün olan don və bir dəst idman geyimini görmüş, həmin geyimlərə nəzər keçirdikdən sonra ona məxsus olmaqla evindən oğurlanan əşyalar olduğunu bilmişdir. Şahid2 həmin geyim əşyalarını haradan əldə etdiyini soruşarkən sonuncu təxminən 15 gün əvvəl Sabirabad şəhəri İ.İsgəndərov küçəsində bir nəfər qadının səyyar olaraq əlində geyim əşyalarını satmasını gördüyünü, həmin qadının ona yaxınlaşaraq əlində olan paltarlardan bir qismini, yəni bir ədəd koftanı 5 manat, bir ədəd qadın üçün olan donu 5 manat və bir dəst qadın üçün idman geyimini 10 manata satmasını və satıcı qadının adının Aytəkin olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs ifadəsini davam edərək evindən oğurlanan əşyaların 01 ədəd 400 manat dəyərində “Luxell” markalı qazla işləyən soba, bir ədəd 100 manat dəyərində “Eurolux” markalı elektron çaydan, bir ədəd 150 dəyərində “Eurolux” markalı sokçəkən aparat, bir ədəd 150 manat dəyərində “Eurolux” markalı ət maşını, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində iki ədəd meyvə qabları xrustal, hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində iki ədəd bulud boşqab, hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 250 manat dəyərində beş ədəd “Aura” markalı tava, hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində üç ədəd “Aura” markalı qazan, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində iki ədəd xrustal qənd qabı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 80 manat dəyərində 20 ədəd yemək üçün kasa, hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində iki ədəd aşsüzən, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd padnos, hər birinin qiyməti 2 manat olmala ümumilikdə 60 manat dəyərində 30 ədəd yemək boşqabları, hər birinin qiyməti 1.5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində 10 ədəd xrustal stəkan, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində 10 ədəd böyük, tutacaqlı stəkan, hər birinin qiyməti 0.50 manat olmaqla ümumilikdə 10 manat dəyərində 20 ədəd armudu stəkan, hər birinin bir ədəd “Federal” markalı 100 manat dəyərində ütü, əlamətlərini dəqiq şəkildə xatırlamadığı hər bir dəstinin qiyməti 20 manat olmaqla, ümumilikdə 60 manat dəyərində üç dəst qadın üçün gecə paltarları, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində beş ədəd yun kofta, əşya yığılması üçün nəzərdə tutulan bir ədəd 100 manat dəyərində təkərli çamadan, hər bir rulonun qiyməti 17 manat olmaqla ümumilikdə 374 manat dəyərində 22 rulon zərli, istifadə olunmamış divar üçün örtük (aboy), hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 ədəd köhnə saxsı kasalar, nəlbəki və qaşıq dəsti bir ədəd 20 manat dəyərində, hər biri dörd manat olmaqla ümumilikdə 12 manat dəyərində üç ədəd dəmir vedrə, hər biri 20 manat olmaqla, ümumilikdə iki ədəd 40 manat dəyərində çuğun materiallı vedrə, bir ədəd “Beko” markalı 150 manat dəyərində DVD, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində üç ədəd xrustal qəndqabı, hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində dörd ədəd qadın üçün tulum (şalvarlı), hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 350 manat dəyərində yeddi dəst qadın üçün kostyum, hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə, 300 manat dəyərində iki ədəd qadın üçün toy paltarı-don, hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 60 manat dəyərində 20 ədəd qadın üçün alt paltarları, hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində 6 paket istifadə olunmayan yun corablar, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 160 manat dəyərində səkkiz ədəd qadın üçün yun materiallı kofta, bir ədəd 20 manat dəyərində sadə qadın üçün saat, hər birinin qiyməti 20 manat olmaqla ümumilkdə 100 manat dəyərində 20 ədəd qadın üçün yay köynəyi, hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində qadın üçün ev paltarları, hər birinin qiyməti 36.8 manat olmaqla ümumilikdə 368 manat dəyərində 10 ədəd qadın üçün idman şalvarı, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində dörd ədəd qadın üçün cins şalvar, bir ədəd 100 manat dəyərində markasını xatırlamadığım elektron tərəzi, hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 24 manat dəyərində 12 ədəd dondurmaqabı, bir ədəd işlənmiş vəziyyətdə 50 manat dəyərində, bir ədəd işlənməmiş vəziyyətdə 120 manat dəyərində olmaqla ümumilikdə 170 manat dəyərində iki ədəd su matoru, bir ədəd “Eurolux” markalı 150 manat dəyərində tozsovuran, hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində üç ədəd qadın üçün qış gödəkçəsi, hər bir dəstinin qiyməti 140 manat omaqla ümumilikdə 5600 manat dəyərində 40 dəst yataq örtükləri, bir ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 500 manat dəyərində 50 ədəd türk dəsmalı, hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə 450 manat dəyərində 30 ədəd türk hamam dəsmalı, hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 30 manat dəyərində 20 ədəd Rusiya istehsalı sabun, hər birinin qiyməti 10 olmaqla ümumilikdə 80 manat dəyərində 10 ədəd köhnə istifadə olunmayan tava, hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 15 manat dəyərində 10 ədəd yun parçadan əl dəsmalı, hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 180 manat dəyərində 45 ədəd çay dəsmalı, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində beş ədəd tük keçməz, bir ədəd “LG” markalı 500 manat dəyərində televizor, hər birinin qiyməti 350 manat olmaqla iki ədəd Türkiyə istehsalı, 4.5x5 m ölçüsündə xalça, bir ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində iki ədəd “Eurostar” markalı televizora krosnu adlanan cihaz, hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində dörd ədəd yorğan, 300 manat dəyərində ev üçün olan ümumilikdə 10 dəst xalat, hər birinin qiyməti 30 manat olmaqla üç ədəd ayaqqabı, hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 150 manat dəyərində 5 ədəd “Garniel” markalı üz kremi, hər birinin qiyməti 0.3 manat olmaqla ümumilikdə 20.1 manat dəyərində 67 ədəd qələm, hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd qadın üçün sadə tipli qolbaqlar, bir ədəd “Jaquar” markalı 150 manat dəyərində hava feni, bir ədəd 15 manat dəyərində “Şah” markalı çay, 30 kq çəkidə 25 manat dəyərində kartof, 50 kq çəkidə 22 manat dəyərində un, 742.9 manat dəyərində bir ədəd elektron mişar və bir ədəd açar dəsti, bir dəst 400 manat dəyərində və bir ədəd 350 manat dəyərində olmaqla ümumilikdə 750 manat dəyərində “abedni” adlanan qab-qacaq dəsti və 30 manat dəyərində 23 ədəd nimçə olduğunu bildirməklə, ona qismən qaytarılmış əşyalar nəzərə alınmaqla ümumilikdə 15.780 manat maddi ziyan vurulduğunu qeyd etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxs tərəfindən cinayət əməli nəticəsində ona vurduğu ziyanın əvəzini ödənilmədiyini və bu səbəbdən təqsirləndirilən şəxsdən şikayətçi olduğunu nəzərə alınmasını qeyd edərək, ona sərt cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun anasıdır və aralarındakı münasibətlər yaxşı olmuşdur. ünvan 2 ünvanında yerləşən evdən anası tərəfindən oğurluq edilməsi barədə sonuncunun ilk dəfə polis şöbəsinə çağırıldığı vaxtdan məlumatlı olmasına baxmayaraq həmin cinayət əməlinin törədilməsi ilə heç bir əlaqəsi olmamışdır. O, anası Aytəkinin etdiyi əməlin yanlış olduğunu bilərək dolanışıqları, hətta evlərində yemək üçün çörəklərinin olmaması səbəbindən anasının həmin cinayət əməlini törətməsini sonradan bilmişdir. 2023-cü ilin yanvar ayının sonlarından fevral ayının ortalarınadək Aytəkinin bir neçə dəfə evə gələrkən özü ilə birlikdə məişət, geyim və s. əşyalar gətirdiyini görməsinə baxmayaraq heç zaman həmin əşyaların oğurluq nəticəsində əldə edildiyini bilməmiş, nə də ki bu barədə anası Aytəkin ona heç bir söz deməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs tanıyır və onunla aralarında qohumluq və qonşuluq münasibətləri vardır. Sonuncunun evindən oğurluq olması ilə bağlı xx.xx.2023-ci il tarixdə məlumat almasına baxmayaraq səhəri gün, yəni xx.xx.2023-cü il tarixdə yaşadığı evinə qonaq gəlmiş Təranənin geyim əşyalarının oğurlanmasını bildiyi üçün ona bir neçə gün əvvəl Sabirabad rayonu, İ.İsgəndərov küçəsindən tanımadığı qadından geyim əşyaları aldığını demiş və həmin əşyaları göstərmişdir. Təranə geyim əşyalarına baxdıqdan sonra onları tanıyaraq evindən oğurlanmış əşyalar olmasını təsdiq edəndən sonra birlikdə polis şöbəsinə məlumat vermişlər. Həmin geyim əşyalarını təxminən 15 gün əvvəl yəni 2023-cü ilin fevral ayının əvvəllərində Sabirabad şəhəri İ.İsgəndərov küçəsində olan zaman bir nəfər arıq, sarışın, uzunboylu qadından almış, həmin əlində sellofan torba digər tanımadığı şəxslərə də həmin mallardan satmışdır. Bu zaman əlində olan tobalarda paltarlar, su nasosu və s. olmuşdur. Sonradan adının Ayətkin olduğunu öyrəndiyi qadından 5 manata 1 ədəd koftan, 5 manata 1 ədəd don və 10 manata qadın üçün idman geyimialmış, lakin üzərində pulu olmadığı üçün paltarların pulunu sonradan verəcəyinə dair razılaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır, sonuncu ilə aralarında bir neçə il müddətdir qeyri rəsmi formada münasibətləri olmuşdur. O, daimi olmasa da, aradabir Təqsirləndirilən şəxs ilə bir yerdə Sabirabad rayonu Suqovşan kəndində yerləşən evdə kirayə yaşamış, 2023-cü ilin yanvar ayının ortalarında yenidən birlikdə yaşadıqları evə gəldikdən sonra Aytəkinin gəlməsini gözləmiş, lakin sonuncu evə gəldikdə əlində olan zənbillərdə məişət əşyaları, yəni qazanlar, su nasosu və s. olduğunu görmüşdür. Aytəkindən həmin əşyaların nə olmasını soruşduqda, əşyaları tanımadığı evdən oğurladığını dediyi üçün aralarında mübahisə yaranmış və Təqsirləndirilən şəxs etdiyi əməlin yanlış olmasını bildirib və evdən çıxıb Sabirabad rayonu Surra kəndində yerləşən özünə məxsus evə getmişdir. Daha sonra Aytəkinlə təxminən fevral ayının ortalarında görüşüb söhbət edərkən bir daha oğurluq etmədiyini ona bildirməsinə baxmayaraq xx.xx.2023-cü il tarixdə polis əməkdaşları onu polis şöbəsinə dəvət edərkən Aytəkinin həmin evdən əlavə əşyalar oğurlaması barədə məlumatlı olmuş, lakin həmin cinayət əməlləri ilə heç bir şəkildə əlaqəsi olmamışdır. Aytəkin tərəfindən törədilmiş oğurluq barədə bir dəfə, yəni sonuncunun əlində məişət və geyim əşyaları görən zaman məlumatlı olsa da, heç bir şəkildə oğurluğun törədilməsində iştirak etməmiş, sonuncunun qadın olması, himayəsində azyaşlı övladlarının olması, eləcə də onunla münasibətlərindən bir körpə övladlarının olması səbəbindən Aytəkinin tutulmasından qorxduğu üçün oğurluq etdiyini bildiyi halda barəsində polis orqanına məlumat verməmişdir. İş materiallarında olan Sabirabad Rayon Kooperativ Cəmiyyətinin 30 mart 2023-cü il tarixli rəyindən görünür ki: Sabirabad Rayon Kooperativ Cəmiyyətinin xx.xx.2023-cü il tarixli rəyindən Zərərçəkmiş şəxs evindən oğurlanmış əşyaların dəyərinin 15.990 (on beş min doqquz yüz doxsan) AZN olması göstərilməklə aşağıdakı siyahı təqdim edilmişdir.

1. 01 ədəd “Luxell” markalı qazla işləyən soba - 400 manat

2. 01 ədəd “Eurolux” markalı elektron çaydan- 100 manat dəyərində

3. 01 ədəd “Eurolux” markalı sokçəkən aparat- 150 dəyərində

4. 01 ədəd “Eurolux” markalı ət maşın - 150 manat dəyərində

5. 02 ədəd meyvə qabları xrustal - hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 60 manat dəyərində

6. 02 ədəd bulud boşqab - hər birinin qiyməti 15 manat olmaqla, ümumilikdə 30 manat dəyərində

7. 05 ədəd “Aura” markalı tava - hər birinin qiyməti 50 manat olmaqla, ümumilikdə 250 manat dəyərində

8. 03 ədəd “Aura” markalı qazan - hər birinin qiyməti 70 manat olmaqla ümumilikdə 210 manat dəyərində

9. 02 ədəd xrustal qənd qabı - hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 40 manat dəyərində

10. 20 ədəd yemək üçün kasa - hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 80 manat dəyərində

11. 02 ədəd aşsüzən - hər birinin qiyməti 10 manat olmaqla ümumilikdə 20 manat dəyərində

12. 03 ədəd padnos - hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində

13. 30 ədəd yemək boşqabları - hər birinin qiyməti 2 manat olmala ümumilikdə 60 manat dəyərində

14. 10 ədəd xrustal stəkan- hər birinin qiyməti 1.5 manat olmaqla, ümumilikdə 15 manat dəyərində

15. 10 ədəd böyük, tutacaqlı stəkan- hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 30 manat dəyərində

16. 20 ədəd armudu stəkan - hər birinin qiyməti 0.50 manat olmaqla ümumilikdə 10 manat dəyərində

17. bir ədəd “Federal” markalı ütü - 100 manat dəyərində

18. üç dəst qadın üçün gecə paltarları - hər bir dəstinin qiyməti 20 manat olmaqla, ümumilikdə 60 manat dəyərində

19. 05 ədəd yun kofta - hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 100 manat dəyərində

20. əşya yığılması üçün nəzərdə tutulan bir ədəd təkərli çamadan - 100 manat dəyərində

21. 22 rulon zərli, istifadə olunmamış divar üçün örtük (aboy) - hər bir rulonun qiyməti 17 manat olmaqla ümumilikdə 374 manat dəyərində

22. 10 ədəd köhnə saxsı kasalar- hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində

23. bir ədəd nəlbəki və qaşıq dəsti 20 manat dəyərində

24. üç ədəd dəmir vedrə - hər biri dörd manat olmaqla ümumilikdə 12 manat dəyərində

25. iki ədəd çuğun materiallı vedrə - hər biri 20 manat olmaqla, ümumilikdə 40 manat dəyərində

26. bir ədəd “Beko” markalı DVD - 150 manat dəyərində

27. üç ədəd xrustal qəndqabı - hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 15 manat dəyərində

28. dörd ədəd qadın üçün tulum (şalvarlı) - hər birinin qiyməti 20 manat olmaqla, ümumilikdə 80 manat dəyərində

29. yeddi dəst qadın üçün kostyum- hər birinin qiyməti 50 manat olmaqla ümumilikdə 350 manat dəyərində

30. iki ədəd qadın üçün toy paltarı-don- hər birinin qiyməti 150 manat olmaqla ümumilikdə, 300 manat dəyərində

31. 20 ədəd qadın üçün alt paltarları - hər birinin qiyməti 3 manat olmaqla ümumilikdə 60 manat dəyərində

32. 6 paket istifadə olunmayan yun corablar- hər birinin qiyməti 12 manat olmaqla ümumilikdə 72 manat dəyərində

33. səkkiz ədəd qadın üçün yun materiallı kofta - hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 160 manat dəyərində

34. bir ədəd sadə qadın üçün saat- 20 manat dəyərində

35. 05 ədəd qadın üçün yay köynəyi- hər birinin qiyməti 20 manat olmaqla ümumilkdə 100 manat dəyərində

36. 03 ədəd qadın üçün ev paltarları - hər birinin qiyməti 30 manat olmaqla ümumilikdə 90 manat dəyərində

37. 10 ədəd qadın üçün idman şalvarı- hər birinin qiyməti 36.8 manat olmaqla ümumilikdə 368 manat dəyərində

38. dörd ədəd qadın üçün cins şalvar - hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində

39. bir ədəd elektron tərəzi- 100 manat dəyərində

40. 12 ədəd dondurmaqabı- hər birinin qiyməti 2 manat olmaqla ümumilikdə 24 manat dəyərində

41. bir ədəd işlənmiş vəziyyətdə su matoru- 50 manat dəyərində

42. bir ədəd işlənməmiş vəziyyətdə su matoru 120 manat dəyərində

43. 01 ədəd “Eurolux” markalı tozsovuran- 150 manat dəyərində

44. üç ədəd qadın üçün qış gödəkçəsi - hər birinin qiyməti 40 manat olmaqla ümumilikdə 120 manat dəyərində

45. 40 dəst yataq örtükləri- hər bir dəstinin qiyməti 140 manat omaqla ümumilikdə 5600 manat dəyərində

46. 50 ədəd türk dəsmalı- bir ədədinin qiyməti 10 manat olmaqla ümumilikdə 500 manat dəyərində

47. 30 ədəd türk hamam dəsmalı- hər birinin qiyməti 15 manat olmaqla ümumilikdə 450 manat dəyərində

48. 20 ədəd Rusiya istehsalı sabun - hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 30 manat dəyərində

49. 10 ədəd köhnə istifadə olunmayan tava - hər birinin qiyməti 10 olmaqla ümumilikdə 80 manat dəyərində

50. 10 ədəd yun parçadan əl dəsmalı- hər birinin qiyməti 1.5 manat olmaqla ümumilikdə 15 manat dəyərində

51. 45 ədəd çay dəsmalı - hər birinin qiyməti 4 manat olmaqla ümumilikdə 180 manat dəyərində

52. beş ədəd tük keçməz- hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 125 manat dəyərində

53. bir ədəd “LG” markalı televizor- 500 manat dəyərində

54. Türkiyə istehsalı, 4.5x5 m ölçüsündə xalça - hər birinin qiyməti 350 manat olmaqla iki ədəd 700 manat dəyərində

55. iki ədəd “Eurostar” markalı televizora krosnu adlanan cihaz- bir ədədinin qiyməti 150 manat olmaqla ümumilikdə 300 manat dəyərində

56. dörd ədəd yorğan- hər birinin qiyməti 20 manat olmaqla ümumilikdə 80 manat dəyərində

57. qadın üçün olan 10 dəst xalat -300 manat dəyərində

58. üç ədəd qadın üçün ayaqqabı - 300 manat dəyərində

59. 5 ədəd “Garniel” markalı üz kremi - hər birinin qiyməti 30 manat olmaqla, ümumilikdə 150 manat dəyərində

60. 67 ədəd qələm- hər birinin qiyməti 0.3 manat olmaqla ümumilikdə 20.1 manat dəyərində

61. 10 ədəd qadın üçün sadə tipli qolbaqlar - hər birinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində

62. bir ədəd “Jaquar” markalı hava feni- 150 manat dəyərində

63. bir ədəd “Şah” markalı çay- 15 manat dəyərində

64. 30 kq çəkidə kartof-25 manat dəyərində

65. 50 kq çəkidə un - 22 manat dəyərində

66. bir ədəd elektron mişar və bir ədəd açar dəsti - 742.9 manat dəyərində

67. iki dəst “abedni” adlanan qab-qacaq dəsti ümumilikdə 750 manat dəyərində

68. 23 ədəd nimçə - bir dəsti 30 manat dəyərində İş materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olaraq özgənin əmlakını gizli olaraq xeyli miqdarda talamaqla oğurluq cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələri ilə ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, əməlindən peşmançılıq hissi keçirməsini, himayəsində 1 nəfər yetkinlik yaşına çatmayan və 3 nəfər azyaşlı uşaqlarının olmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altında vermə” qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasının, həmçinin iş üzrə maddi sübut olan zərərçəkmiş Zərərçəkmiş şəxs evindən oğurlanmış bəzi məişət əşyalarının zərərçəkmişə qaytarılmasının, iş üzrə mülki iddianın və məhkəmə xərclərinin olmamasının nəzərə alınmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanın icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altında vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut olan - zərərçəkmiş Zərərçəkmiş şəxs evindən oğurlanmış 1 ədəd ət maşınının, bir ədəd ağ rəngli blenderin, bir ədəd hava feninin, bir ədəd sərinkeşin, ağ rəngli paltaryuyanın, 1 ədəd mikserin, 15 çeşid dəsmalın, 1 ədəd gödəkçənin, bir ədəd plastik qabın, 2 ədəd tavanın, 1 ədəd qazanın, çoxlu sayda corabların, 1 dəst yorğan-döşəkin, stəkanların, 1 ədəd ləyən və baltanın zərərçəkmiş Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Hökmdən 20 gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Sədrlik edən: Nurəddin Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar