Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-28/2025 22.01.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Allahverdiyevin sədrliyi, X2 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiçə Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, 11 dekabr 1982-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, taksi sürücüsü işləyən, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə o, istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, 1,282 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində daşımaqla bir ədəd bükümdə saxlamış, 27 fevral 2024-cü il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Sabirabad şəhəri H.Əliyev prospektində saat 14:30-da saxlanılaraq rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 15:40-da polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış aparılan zaman əynində olan açıq-qəhvəyi rəngli gödəkçənin sol iç cibində saxladığı 1,282 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad rayonu Şəhriyar kəndində ailə üzvləri ilə birlikdə yaşayır. O, əvvəllər bir neçə dəfə narkotik vasitə marixuana istifadə etmiş, sonradan tərgitmişdir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 10-15 gün əvvəl yaşadığı kənd ərazisində piyada hərəkət edərkən yerdən bir ədəd siqaret qutusu tapmış, həmin siqaret qutusunu açıb içərisinə baxdıqda bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını görmüşdür. O, tapdığı bir ədəd sellofan bükümdə olan narkotik vasitə qurudulmuş marixuananı istifadə etməsi üçün üçün götürüb yaşadığı evə aparmış və daha sonra istifadə etmək məqsədilə orada yerləşən tövlənin daş hasarı ilə dam örtüyü arasındakı yerdə gizlətmişdir. xx.xx.2024-cü il tarixdə yaşadığı Sabirabad rayonu Şəhriyar kəndində piyada hərəkət edən zaman mobil telefonla danışarkən əsəbləşdiyi üçün yüksək səslə nalayiq ifadə və söyüşlər söyərkən bir nəfər polis geyimində olan şəxs ona yaxınlaşıb ictimai qaydanı pozduğunu bildirmişdir. Həmin vaxt əsəbi olduğu üçün yenə də ünvansız nalayiq ifadələrdən istifadə etmiş və polis əməkdaşı ictimai qaydanı pozduğunu bildirib onu Sabirabad RPŞ-yə dəvət etmişdir. O, polis əməkdaşı ilə razılaşıb Sabirabad RPŞ-yə gəldikdə polis sahə rəisi tərəfindən izahatı alınarkən son zamanlar əsəbi olduğunu, əsəbləşən zaman özündən asılı olmadan nalayiq ifadə və söyüşlərdən istifadə etdiyini bildirmişdir. Daha sonra ona verilmiş suallara cavab olaraq təxminən 10-15 gün əvvəl yaşadığı kənd ərazisində yerdən narkotik vasitə qurudulmuş marixuana tapdığını, həmin narkotiki yaşadığı evin həyətyanı sahəsində yerləşən tövlənin daş hasarı ilə dam örtüyünün arasında gizlətdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Şəhriyar kəndində yerləşən fərdi yaşayış evinə getmiş, yaşadığı evin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilərkən evin həyətindəki tövlənin arxa hissəsində dam örtüyünün altında gizlətdiyi bir ədəd sellofan bükümdə narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, həmin kütləyə baxış keçirilmiş və bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmışdır. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Himayəsində 3, 9, 10, 16 və 17 yaşlarında olmaqla 5 övladı vardır. Arvadı ilə əvvəldən yaxın qohumluğu olduğu üçün hazırda uşaqları tolosimiya xəstəliyindən əziyyət çəkir. Özü fərdi qaydada taksi sürücüsü işləməklə ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiklərinə əsasən məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə icraatına Sabirabad RPŞ-nin İTB-nin sahənin polis nəfəri, polis baş serjantı X3 rayon Şəhriyar kəndində xidmətdə olan zaman həmin kənddə yaşayan Təqsirləndirilən şəxs mobil telefonla uca səslə danışaraq qeyiretik şəkildə, nalayiq ifadə və söyüşlər işlədərək ictimai qaydanı pozmasını aşkar edib ona yaxınlaşaraq onu nizam intizama dəvət etməsinə baxmayaraq, sonuncunun hərəkətlərini davam etdirməsi səbəbilə onun barəsində qanuni tədbir görülməsi barədə tərtib etdiyi raport daxil olmuşdur. Raportun icrası ilə əlaqədar Calal Adullayevlə profilaktiki söhbətlər aparıb izahat alan zaman sonuncu ona özünün narkotik vasitə qurudulmuş marixuana istifadə etdiyini və yaşadığı evdə şəxsi istifadəsi üçün qurudulmuş marixuana saxladığını bildirmişdir. Həmin gün Təqsirləndirilən şəxs qeyd etdikləri barədə qanuni tədbir görülməsindən ötrü raportla RPŞ rəhbərliyinə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə Sabirabad RPŞ-nin müstəntiqi Fərid Cəfərzadə tərəfindən onun və İTB-nin sahənin polis nəfəri Elnur Əliquliyevin işitrakı ilə X1 rayonu Şəhriyar kəndində yerləşən evinin həyətyanı sahəsinə videoçəkiliş vasitəsilə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğu bildirildikdən sonra sonuncu RPŞ-də ona verdiyi izahatı bir daha təsdiq edərək yaşadığı evin həyətyanı sahəsində narkotik vasitə qurudulmuş marixuana saxlamasını bildirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs qeyd etdiyi narkotik vasitələri təqdim etməsi təklif olunduqda sonuncu evin həyətyanı sahəsində daxil olub orada yerləşən tövlənin arxa hissəsinə keçmiş və tövlənin daş hassarı ilə dam örtüyünün arasından bir ədəd sellofan büküm çıxarıb təqdim etmişdir. Həmin büküm açılaraq içərisinə baxıldıqda yaşıl rəngli, spesifik qoxuya malik olan bitki mənşəli kütlə olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs müstəntiq tərəfindən verilmiş suallara cavab olaraq həmin kütləni yerdən tapdığını və istifadə etmək məqsədilə saxladığını bildirmişdir. Daha sonra həmin kütlə müstəntiq tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/847 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsindən...” sözləri və imzalar yazılmış kağız paketdə 01 ədəd sellofan torbacıqda təmiz çəkisi- 7,17 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata sərf olundu 0,02 qram, qalıq 7,15 qram. Məhkəmə-narkoloji ekspertizasının 20 dekabr 2024-cü il tarixli 7901 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad RİHB-nın Şəhriyar KİƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad RİHB-nın şəhər İƏD üzrə üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin himayəsində 2 azyaşlı və 2 yetkinlik yaşına çatmayan uşaqları vardır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını, himayəsində 5 uşağının olmasını, uşaqlarının sağlamlığı durumunu və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə onu cəmiyyətdən təcrid etmədən islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixdək şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün azadlığın məhdudlaşdırılması cəzasının dörd gününə bərabər tutulub hesablanmaqla, həmin 4 gün təyin olunan cəzadan çıxılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı olmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi tədqiqatdan sonra 7,15 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək həbsdə saxlanmasının bir günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) manat məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan tədqiqatı nəticəsində qalıq qalmış 7,15 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-28/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-28/2025
22.01.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver