Məhkəmə qərarları › İş №1(056)-29/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-29/2023

10.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-29/2023 10.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnun iştirakı ilə, xx xxxxxxxx 1991-ci ildə Bakı şəhərində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2nında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədi ilə 02 may 2020-ci il tarixdə saat 10 radələrində ünvan 3 ünvanında, tanışı Zərərçəkmiş şəxs məxsus 40 manat dəyərində qara rəngli pulqabını və pulqabının içərisindəki 2500 manat məbləğində pulu, eləcə də 120 manat dəyərində “Nokia” markalı mobil telefonu gizli olaraq götürüb hadisə yerindən uzaqlaşmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs ümumlikdə 2660 manat məbləğində əmlakını gizli talamaqla oğurluq etmişdir. Bundan əlavə, o, satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,334 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarında 0,03 qram çəkidə psixotrop maddə metamfetamini xx.xx.2022-ci ildə Bakı şəhərində qanunsuz olaraq əldə edib iki ədəd bükümdə əynindəki şalvarın cibində saxlamaqla daşımış, 03 may 2020-ci il tarixdə Sabirabad RPŞ-yə gətirilərək, üzərində 03:25 dəqiqədə şəxsi axtarış aparılan zaman, əynindəki cins şalvarının sağ yan cibində bir ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan narkotik vasitə heroin və bir ədəd ədəd bükümdə təmiz çəkisi 0,03 qram olan psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, sonuncu dəfə oğurluq etdiyinə görə Binəqədi RPİ tərəfindən Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə tutulmuş və 2022-ci il tarixdə azad edilmişdir. Zərərçəkmiş şəxs tanıyır, Zərərçəkmiş şəxslə təxminən 2020-ci ilin mart ayında Bakı şəhərində tanış olmuşdur. 30 aprel 2020-ci il tarixdə darıxdığından tanışı Müşfiqə zəng etmiş və ona darıxdığını, həmçinin onunla görüşmək istədiyini bildirmişdir. Müşfiq ona karantinlə əlaqədar Sabirabad rayonunda olduğunu, karantin bitdikdən sonra Bakı şəhərinə gələcəyəni bildirmişdir. O da çox darıxdığını və Sabirabad rayonuna, Müşfiqin yanına gəlmək istədiyini bildirmişdir. Həmin gün saat 18 radələrində evdən çıxmış, Bakı şəhərində 20 Yanvar dairəsində Sabirabad rayonuna gedən tanımadığı taksiyə əyləşmiş, saat 21 radələrində Sabirabad rayonuna çatmağa az qalmış Müşfiqlə əlaqə saxlamış, Müşfiq ona Sabirabadın girişində mərkəzi xəstəxananın qarşısında onu gözləməsini demişdir. O da xəstəxananın qarşısında tanımadığı taksidən düşmüş və Müşfiqin VAZ-21011 markalı avtomobilinə əyləşmişdir. Bir qədər Sabirabad rayonu ərazisində gəzdikdən sonra, Müşfiqlə evə gəlmişlər. Müşfiqin deməsinə görə həmin ev Müşfiqin dostunun evi olmuş, lakin evdə heç kim olmamışdır. Səhəri günü avtomobillə Sabirabad rayonunda gəzmişlər, axşam tərəfi yenə evə getmişlər. 02 may 2020-ci il tarixdə saat 01 radələrində Müşfiqlə birlikdə yataq otağına keçmişlər, təxminən saat 03 radələrində yatmışlar. Səhərisi gün, yəni 02 may 2020-ci il tarixdə saat 10 radələrində ayılmışdır ki, Müşfiq yatıb. O, Müşfiqin pulunu və telefonunu oğurlayıb evdən qaçmağı qərara almışdır. Müşfiqə məxsus qara rəngli pul qabında pul olduğunu bilmiş, lakin qədərini bilməmişdir. Ona görə də pul qabını və Müşfiqə məxsus “Nokia” markalı mobil telefonu səssizcə oğurlayıb evdən qaçmışdır. O, soraqlaya-soraqlaya Sabirabad şəhər dairəsinə gəlmiş və dairədə Bakı şəhərinə gedən taksiyə əyləşmişdir. Müştəri tam dolduqdan sonra tanımadığı taksi ilə Bakı şəhərinə qayıtmışdır. xx.xx.2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşları onu Bakı şəhərində saxlayıb polis şöbəsinə gətirmişlər. Polis şöbəsində şübhəli şəxs qismində tutulmuş, sonra müdafiəçi istəmədiyi barədə ərizə yazmış və iki nəfər hal şahidi dəvət olunmuşdur. iki nəfər hal şahidlərinin iştirakları ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əlində saxladığı Müşfiqdən oğurladığı içərisində 2500 manat pul olduğunu bildiyi pul qabı və “Nokia” markalı mobil telefon, bundan əlavə əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə narkotik vasitə heroin, bir ədəd bükümdə isə psixotrop maddə olan metafetamin aşkar edilərək götürüldü. Aşkar edilərək götürülmüş narkotik vasitələr polis əməkdaşları tərəfindən kağız zərfdə qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokola baxış iştirakçıları kimi o da imza etmişdir. Təqsirləndirilən şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, narkotik aludəçisi olduğu üçün narkotik vasitələri üzərində saxlamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. O, 30 aprel 2020-ci il tarixdə 20 Yanvar dairəsindən Sabirabad rayonuna gələn zaman, körpünün altında rəngli kağıza bükülü görmüşdür. Onda maraq oyatdığı üçün kağız bükülünü götürmüş, içərisinə baxanda, kağız bükülünün içərisində iki ədəd büküm olduğunu görmüşdür. Narkotik istifadəçisi olduğu üçün bükümlərə baxanda narkotik olduğunu bilmişdir. Ona görə də həmin bükülüləri əynindəki cins şalvarının sağ yan cibinə qoymuşdur ki, ürəyi istəyəndə çəksin. O, həmin gün Müşfiqin yanına Sabirabad rayonuna gəlmiş və başı qarışmışdır. Ona görə də narkotikdən istifadə etməyə vaxtı olmamışdır. Üzərində şəxsi axtarış aparılan zaman da narkotik vasitələrin cibində olması yadından çıxmışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini, qadın olmasını və həmin hadisədən sonra törətdiyi cinayətə görə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunaraq həmin cəzanı çəkib qurtarmasını və hazırda faktiki olaraq ailə qurduğunu nəzərə alaraq ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 6 saylı Cəzaçəkmə Müəssisəsi tərəfindən xx.xx.2023-cü il tarixdə məhkəməyə ünvanlanmış 17/21-227 saylı məhtubundan və həmin məktuba əlavə edilmiş, qeyd olunan cəzaçəkmə müəssisəsində cəza çəkən Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şəkildə ödədiyindən onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur və işə onun iştirakı olmadan baxılmasına etirazı yoxdur. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs təxminən 2020-ci ilin mart ayında tanımışdır. O, Nəzrinlə Bakı şəhərində Yasamal rayonunda tanış olmuşdur. Tanış olduqları vaxt Nəzrin adının “”Nigar” olduğunu demişdir. Bir qədər söhbət etdikdən sonra birbaşa Masazırda yerləşən “Ağ” otelə getmişlər. Oteldən çıxdıqdan sonra, bir-birlərinə nömrələrini vermişlər və ayrılmışdır. xx.xx.2020-ci il tarixdə saat 11 radələrində Nəzrin ona zəng etmiş, onun üçün darıxdığını demişdir. O da Nəzrinə karantinlə əlaqədar Sabirabad rayonunda olduğunu, karantin bitdikdən sonra Bakı şəhərinə gələndə görüşəcəyini demişdir. Nəzrin də ona çox darıxdığını və Sabirabada gəlmək istədiyini bildirmişdir. Həmin gün saat 21 radələrində Nəzrin gəlmiş, o, başqa şəxslər görməsin deyə, Nəzrini mərkəzi xəstəxananın qarşısında qarşılamış, taksiyə də 50 manat pul verib yola salmışdır. Daha sonra Nəzrin onun avtomobilində arxa oturacaqda oturmuş və onlar ünvan 4 ünvanına gəlmişlər və həmin ev dostunun evi olmuşdur, müvəqqəti olaraq həmin evdə qalmışdır. Səhəri günü Nəzrinlə birlikdə avtomobillə gəzmiş, axşam tərəfi yenə evə getmişlər. Təxminən saat 03 radələrində yatmışlar. Səhərisi gün, xx.xx.2020-ci il tarixdə saat 10 radələrində, yuxudan oyandıqda Nəzrinin evdə olmadığını görmüşdür. Bir qədər sonra qara rəngli dəri pul qabı və “Nokia” markalı mobil telefonunun da yerində olmadığını görmüşdür. Pul qabı və Nokia markalı mobil telefonunu Nəzrinin oğurlayıb getdiyini bilmişdir. O, əvvəlcə Nəzrini özü axtarmış, lakin tapa bilmədiyinə görə polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsini davam etdirərək göstərmişdir ki, ona məxsus pul qabının içərisində 2500 manat pul olmuş, pul qabının öz qiyməti isə 40 manat olmuşdur. O, tələsik rayon polis şöbəsinə gəlib ərizə verdiyindən bəzi şeyləri düzgün göstərməmişdir. Belə ki, həmin gün Nəzrinin evdə olmadığını bildiyindən, pul qabının içərisində plastik kart və şəxsiyyət vəsiqəsinin də pul qabının içərisində olduğunu zənn etmişdir. Lakin, sonradan plastik kart və şəxsiyyət vəsiqəsinin evdə olduğunu görmüşdür. Beləliklə, oğurluq nəticəsində, Təqsirləndirilən şəxs yalnız ona məxsus dəri pul qabının içərisində olan 2500 manat pulu və bir ədəd 120 manat dəyərində Nokia markalı mobil telefonunu oğurlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Sabirabad rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 02 may 2020-ci il tarixdə Saatlı rayon sakini Vəliyev X2 rayon polis şöbəsinə ərizə ilə müraciət edərək, “Nigar” adlı qızın həmin tarixdə ona məxsus 2500 manat dəyərində pul və “Nokia” markalı mobil telefonunu oğurlamasını və bu barədə qanuni tədbir görülməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs müraciəti ilə əlaqədar, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs ərizəsində qeyd etdiyi “Nigar” adlı şəxsin əsl adının Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və Təqsirləndirilən şəxs Bakı şəhəri Qaradağ rayonu Səngəçal qəsəbəsində saxlanılaraq Sabirabad rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsinə gəldikdən sonra, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus pul və mobil telefonu oğurlamaqda şübhəli bilindiyi üçün, müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanılmışdır. Şəxsi axtarış aparılmasına başlamazdan əvvəl iştirak edən, eyni cinsdən olan iki nəfər hal şahidlərinə hüquq və vəzifələrimiz izah olunmuşdur. Polis şöbəsində Təqsirləndirilən şəxs üzərində dövriyyəsi qadağan edilmiş, hər hansı əşya və predmet olmasını, olacağı halda isə könüllü olaraq təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində tanışı Zərərçəkmiş şəxs oğurladığı pul qabının, pulqabının içərisindəki pulların və bir ədəd “Nokia” markalı mobil telefonun əlində olduğunu, bundan əlavə cibində narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman, əlində saxladığı qara rəngli pul qabını və “Nokia” markalı mobil telefonu təqdim etmişdir. Pul qabının içərisində 2500 manat məbləğində pul olması aşkar edilmişdir. Aşkar edilmiş əşyalar qablaşdırılaraq götürülmüşdür. Bundan başqa, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki cins şalvarının sağ yan cibindən bir ədəd bükümdə heroinə oxşar və bir ədəd bükümdə metamfetaminə oxşar kütlələr aşkar edilərək götürülmüşdür. Aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələrə oxşar kütlələr qablaşdırılmış və ağzı möhürlənmişdir. Daha sonra o, digər polis əməkdaşı, iki nəfər şahidi aşkar edilənlərlə bağlı tərtib edilmiş protokolda imza etmişdir. İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin 03 may 2020-ci il tarixli, 18/494 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində Təqsirləndirilən şəxs üzərindən sözləri yazılmış kağız paketi açdıqda 01 ədəd bükümdə təmiz çəkisi 0,334 qram olan qəhvəyimtil rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroindir, 01 ədəd bükümdə təmiz çəkisi 0,03 qram ağımtıl rəngli, kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş materiallarında olan Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məcburi-narkoloji tibbi yoxlamasının 23 noyabr 2020-ci il tarixli, 3282 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs çətənə bitkisi preparatlarından və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi ilə nəticələnən asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs Həsənova X3 rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.2-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 01 il 11 ay 23 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmət 4 saylı Cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-16-xx/xx/2313/2023 saylı arayışdan görünür ki, penitensiar xidmətin 4 saylı cəzaçəkmə müəssisəsinə xx.xx.2021-ci il tarixdə Bakı İstintaq Təcridxanasından daxil olan və cəza çəkmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində cəza sonu ilə azad olunmuşdur. Məhkəmə, iş materiallarını araşdırıb, təqsirləndirilən şəxsin və şahidin ifadələrini dinləyib onlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsə verilmiş ittihamdan onun şəxsi istehlak miqdarında 0,03 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıması satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə etməklə daşıyaraq saxlma cinayəti törətməsi barədə ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində verilmiş ittihamdan xaric edilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş siyahıdan görünür ki, Şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram metamfetamin cinayət məsuliyyəti yaradır. İş materiallarından Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 0,334 qram çəkidə narkotik vasitə heroini və şəxsi istehlak miqdarında 0,03 qram çəkidə psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib iki ədəd bükümdə əynindəki şalvarın cibində saxladığına görə hazırki iş üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona verilmiş ittiham düzgündür. Lakin həmin ittihamdan şəxsi istehlak miqdarında 0,03 qram çəkidə psixotrop maddə metamfetamini saxlması cinayət əməli kimi qiymətləndirilə bilməz. Odur ki, həmin hərəkətlər təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamdan xaric edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli qərarının 41-ci bəndində göstərilir ki, Təqsirləndirilən şəxsə cinayət qanununun bir neçə maddəsi üzrə ittiham irəli sürüldükdə və məhkəmə baxışı nəticəsində məhkəmə onlardan bəziləri üzrə bəraətverici sayılmayan əsaslarla icraata xitam verilməsi haqqında qənaətə gəldikdə, bu barədə hökmlə birlikdə ayrıca əsaslandırılmış qərar qəbul edir. Belə hallarda hökmün təsviri-əsaslandırıcı hissəsində göstərilməlidir ki, təqsirləndirilən şəxsin digər cinayətləri törətməkdə ittiham olunmasına dair hissədə cinayət işi üzrə icraata ayrıca qərarla xitam verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci və 234.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Lakin, Sabirabad rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(056)-29/2023 saylı qərarı ilə Cinayət Porsessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən (cinayət məsuliyyətinə cəlbetmə müddətinin keçməsilə əlaqədar) Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə heroin əldə etmə, saxlama, daşıma və satma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsnun cinayətini etiraf edib əməlindən peşmançılıq hissi keçirməsini, onun qadın olmasını məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınır. Onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları o cümlədən cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Eyni zamanda məhkəmə CM-nın 66.5 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, hazırkı hökmlə təyin ediləcək 01 (bir) il 06 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla cinayətlərin məcmusu qaydasında digər cinayətə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-127/2020 saylı hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə birləşdirilməlidir. Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-127/2020 saylı hökmü ilə təyin edilmiş cəzanı onun barəsində tətbiq edilmiş amnistiya aktına əsasən azaldılmasını və xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmasını nəzərə alaraq hesab edir ki, o, cəzaçəkməkdən azad edilməlidir. Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Belə ki, həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının iki gününə azadlıqdan məhrum etmənin 01 günü hesablanır. Azərbaycan Republikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində qeyd edilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilməsini və iş üzrə maddi subut olub Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,334 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,03 qram olan psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, həmçinin Zərərçəkmiş şəxs məxsus 40 manat dəyərində pul qabı, pulqabının içərisindəki 2500 manat məbləğində pul və 120 manat dəyərində “Nokia” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılmasının nəzərə alınmasını və məhkəmə xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 68.1.1-1-ci maddələrinə əsasən hazırkı hökmlə təyin edilmiş 01 (bir) il 06 (ay) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla cinayətlərin məcmusu qaydasında digər cinayətə görə Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(001)-127/2020 saylı hökmü ilə qəti olaraq təyin olunmuş 01 il 11 ay 23 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əhatə etmək yolu ilə birləşdirilsin və hazırki gümədək həmin cəzanı çəkdiyindən o, təyin edilmiş cəzanı çəkməkdən azad edilsin. Haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini aldıqdan sonra ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi subut Sabirabad rayon Polis Şöbəsində saxlanılan təmiz çəkisi 0,334 qram olan narkotik vasitə heroin və təmiz çəkisi 0,03 qram olan psixotrop maddə metamfetamin məhv edilsin, həmçinin Zərərçəkmiş şəxs məxsus 40 manat dəyərində pul qabı, pulqabının içərisindəki 2500 manat məbləğində pul və 120 manat dəyərində “Nokia” markalı mobil telefon Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar