Məhkəmə qərarları › İş №1(056)-31/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-31/2023

01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-31/2023 01.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əsədli Elçin Ayaz oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1961-ci ildə Sabirabad rayonu Şəhriyar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkum olunmayan, Sabirabad rayonu Şəhriyar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2023-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs о, 2022-ci ilin may ayının sonlarında Sabirabad rayonu Şəhriyar kəndində yaşadığı evin həyətyanı sahəsindəki bağçada torpağı şumlayıb istintaqa məlum olmayan vaxtda və mənbədən əldə etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisinin toxumlarını qanunsuz olaraq əkmiş, onlara aqrotexniki qaydada qulluq etməklə xeyli miqdarda, yəni 08 ədədini yetişdirərək kultivasiya etmiş, satış məqsədi olmadan həmin bitkilərin hissələrini toplayıb qanunsuz olaraq 430 qram çəkidə, yəni şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, daşıyaraq yaşadığı evin həyətyanı sahəsindəki bağçada çətənə bitkilərinin arasında qanunsuz saxlamış, 07 sentyabr 2022-ci il tarixdə Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, həyətyanı sahəsinə və həyətindəki tikililərə baxış keçirilən zaman, həyətyanı sahəsindəki bağçada 08 ədəd əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkiləri və yaşadığı evin həyətyanı sahəsindəki bağçada çətənə bitkilərinin arasından 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi – 145 qram, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 285 qram olmaqla, ümumi çəkisi – 430 qram çəkidə çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış həmin narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, Sabirabad rayonu Şəhriyar kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. O, 2022ci ilin may ayında Sabirabad rayonu Şəhriyar kənd ərazisində piyada hərəkət edən zaman yerdə 01 ədəd sellofan bükümünün olduğunu görmüşdür. O həmin sellofan bükümünün yanına yaxınlaşmış və həmin bükümü götürərək içərisinə baxmışdır. Bu zaman o həmin sellofan bükümün içərisində 08 ədəd çətənə bitkilərinin toxumlarını görmüşdür. O həmin toxumların spesifik iyindən bilmişdir ki, bu narkotik tərkibli bitkidir. Daha sonra o ürək xəstəliyindən əziyyət çəkdiyi üçün həmin toxumları əkmək qərarına gəlmişdir. Bu məqsədlə də 2022-ci ilin may ayının sonlarında özündə saxladığı həmin çətənə bitkisinin toxumlarını özünə məxsus həyətyanı sahəsində əkmişdir. Mütəmadi olaraq həmin bitkilərə qulluq edirmiş, ətrafındakı alaq otlarını təmizləyib, su verirmiş. O, 07 sentyabr 2022-ci il tarixdə evdə olan zaman polis əməkdaşları yaşadığı həyətə gələrək məlumat əsasında yaşadığı evə, həyətyanı sahəyə və həyətində olan yardımçı tikililərə baxış keçirməli olduqlarını demişdilər. Həmin vaxt iki hal şahidi dəvət olunmuşdur. Polis əməkdaşları ondan yaşadığı evə və həyətinə baxış keçirilməsinə etirazının olub-olmamasını soruşmuşdular. O da baxış keçirilməsinə hər hansı bir etirazının olmamısını bildirmişdir və bu barədə ərizə yazıb polis işçilərinə təqdim etmişdir. Sonra polis əməkdaşları tərəfindən həyətyanı sahəyə baxış keçirilən zaman, evin həyətyanı sahəsində yerləşən bağçada əkmiş olduğum 08 ədəd çətənə bitkiləri aşkar edilmişdir. Polis əməkdaşları ilə birlikdə gələn aqronom da əkdiyi çətənə bitkilərinə baxmış, həmin bitkilərə qulluq olunması barədə rəy tərtib edib polis əməkdaşlarına vermişdir. Baxış zamanı bağçadakı həmin çətənə bitkilərinin yanında yerə sərib qurutduğu çətənə bitkisinin hissələri aşkar edilmişdir. Həmin kütlələr də 02 ədəd sintetik torbalara qoyularaq qablaşdırılıb möhürlənmişdir. Ardınca əkdiyi 08 ədəd olan çətənə bitkiləri torpaqdan çıxarılıb hal şahidlərinin, onun, aqronomun iştirakı ilə sintetik torbalara qoyularaq qablaşdırılıb möhürlənmişdir. Həyətyanı sahəyəə və yardımçı tikililərə baxış keçirildikdən sonra yaşadığı evə də baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə qanunla qadağan olunmuş heç bir əşya predmet aşkar olunmamışdır. O, həyətdəki evdə tək qalmış və həyətyanı sahədə narkotik tərkibli bitkiləri əkməsi barədə, eləcə də yaşadığı evdə narkotik vasitə qurudulmuş marixuana saxlamağı barədə heç kimin məlumatı olmamışdır.Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini və yaşayış yeri üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, altımışdan çox yaşı olmasını qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Sabirabad RPŞ-nin PPXB-nin komandir müavini vəzifəsində işləyir. 07 sentyabr 2022-ci il tarixdə Sabirabad Şəhriyar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsi və saxlaması barədə Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2a əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq Şahid2 raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi Şahid2 həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuşdur. Bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən olunmuşdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Mərifət Ağazadə, RPŞ-nin CAB-nın əməliyyat müvəkkili Şahid2, RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan başqa baxış keçirilməsində iştirak etmək üçün Sabirabad rayon Xəlfəli kənd sakini Şahid4 və Sabirabad rayonu Şəhriyar kənd sakini Şahid5 hal şahidi kimi dəvət olunmuşdular. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişdilər. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Sabirabad rayonu Şəhriyar kəndinə gəlmişlər. Ev sahibi olan Təqsirləndirilən şəxshəmin vaxtı həyətdə olmuşdur. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərin əkib becərməsi və narkotik vasitə saxlaması barədə məlumat aldıqlarını bildirmiş və həyətinə və yaşadığı evə baxış keçiriləcəyi izah olunmuşdur. Təqsirləndirilən şəxs həyətinə və yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəyə baxış keçirilən zaman evin həyətindəki bağ sahəsindən 08 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Bundan başqa, baxış zamanı həmin çətənə bitkilərinin arasında 02 ədəd sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş 08 ədəd çətənə bitkilərinə oxşar bitkilər, 02 ədəd sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılıb DİN-nin 139 saylı möhürü ilə möhürlənib, götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına narkotik vasitəsi öz istifadəsi üçün əkib-becərməsi və saxladığını bildirmişdir. Həyətyanı sahəyə və yardımçı tikililərə baxış keçirildikdən sonra da evə baxış keçirilmişdir. Lakin başqa heç nə aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 digər Şahid1 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, o, Sabirabad rayonu Şəhriyar kənd İƏDN-nin müavini vəzifəsində işləyir. 07 sentyabr 2022-ci il tarixdə polis əməkdaşları ona zəng etmiş Sabirabad rayonu Şəhriyar kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitə əkməsi və saxlaması barədə məlumat aldıqlarını və həmin şəxsin həyətinə, həyətyanı sahəsindəki tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Polis işçiləri baxış keçirilən zaman ona da hal şahidi qismində iştirak etməyini təklif etmişdilər. O da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiyini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiyini bildirmişdir. Ondan başqa polis əməkdaşları bir nəfər şəxsi də hal şahidi qismində dəvət etmişlər. Ona məlum olmuşdur ki, həmin şəxs Sabirabad rayonu Xəlfəli kənd sakini Şahid4dur. Bundan sonra polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə getmişdilər. Polis işçiləri ev sahibini çağırmışdılar. Ev sahibi olan Təqsirləndirilən şəxs həyətdə olmuşdur. Polislər Qubada yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə əkməsi və saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyataxtarış tədbirlərini keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə və yaşadığı evə baxış keçirəcəklərini və onun da hal şahidi qismində iştirak edəcəyini izah etmişlər. Təqsirləndirilən şəxs həyətinə baxış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə evə baxış keçirilən zaman evin həyətindəki bağ sahəsindən 08 ədəd çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Bundan başqa baxış zamanı həmin çətənə bitkilərinin arasında 02 ədəd sellafon torbada narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri və narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə qablaşdırılıb DİNnin 139 saylı möhürü ilə möhürlənib götürülmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs şifahi sorğu zamanı polis əməkdaşlarına narkotik tərkibli çətənə bitkilərini və narkotik vasitə olan qurudulmuş marixuananı öz istifadəsi üçün əkdiyini və saxladığını bildirmişdir. Evə baxış keçirildikdən sonra həyətyanı sahəyə və yardımçı tikililərə də baxış keçirildi. Lakin başqa heç nə aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 digər Şahid5 ilə eyni məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. İş materiallarında olan məhkəmə-bioloji ekspertizasının 08 sentyabr 2022-ci il tarixli, 18/989 nömrəli ekspert rəyindən görünür ki:

1. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evə həyətyanı sahəyə baxış...çətənə bitkilərinə oxşar” sözləri və imzalar olan 03 sintetik torbada ümumi sayı 08 ədəd yaş vəziyyətdə, ümumi çəkisi-20000,0 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir.

2. Tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış.. marixuanaya oxşar...” sözləri və imzalar olan 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi-145 qr, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi-285,0 qr, ümumi çəkisi-430,0 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Aqronomun(mütəxəssisin) rəyinə əsasən təqdim olunmuş 08 ədəd bitkilərə aqrotexniki qaydada qulluq göstərilmişdir. Təqdiqata təqdim olunmuş Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki bağ sahəsindən götürüldüyü qeyd edilən 08 ədəd çətənə bitkiləri ilə həmin çətənə bitkilərinin arasından götürüldüyü qeyd edilən marixuana eyni tərkiblidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X2 - X3 Ekspert Komissiyasının xx.xx.2022-ci il tarixli, 5573 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindiromu (narkomaniya xəstəliyi) aşkar olunmur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Şəhriyar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərini xeyli miqdarda kultivasiya etmə, həmçinin satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik maddə marixuna əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşimançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini, ilk dəfə az ağır cinayət əməli törətməsini və şəxsiyyətinin yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları olması müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb və CM-nın 66.2ci maddəsiniə əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi 234.1-ci maddəsilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması, 237.1-ci maddəsilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanılmaqla onun üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın müəyyən edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 günün 1 həbs günü 2 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan 4 gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub Sabirabad rayon Polis Şöbəsində saxlanılan 8 ədəd tərkibində narkotik maddə olan çətənə bitkiləri və həmin çətənə bitkilərinin arasında 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi – 145 qram, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 285 qram, ümumi çəkisi – 430 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasın, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 07-09 sentyabr 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulmaqla, ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay azadlığın məhdudlaşdırılması cəzasından dörd gün çıxılaraq, onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut 8 ədəd tərkibində narkotik maddə olan çətənə bitkiləri və həmin çətənə bitkilərinin arasında 01 ədəd ağ rəngli polietilen torbada təmiz çəkisi – 145 qram, 01 ədəd göy rəngli polietilen torbada təmiz çəkisi – 285 qram, ümumi çəkisi – 430 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar