Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-33/2023 28.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun və onun müdafiəçisi Müdafiəçi1, təqsirləndirilən şəxs X1 və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə xx.xx.1999-cu ildə Saatlı rayonu Qara Nuru kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul, məhkumluğu olmayan, Saatlı rayonu Qara Nuru kəndində qeydiyyatda olan və yaşayan, “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, və xx.xx.1979-cu ildə Saatlı rayonu Krasnoselski kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul, məhkumluğu olmayan, Saatlı rayonu Qara Nuru qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 Əlisahib oğlu və X3 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrilə məhkəməyə verilmişlər ona görə ki, onlar tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 23 may 2022-ci il tarixdə gecə saat 01 radələrində sonuncunun idarə etdiyi “VAZ 2106” markalı ** DV *** dövlət qeydiyyat nişanlı avtomobillə Sabirabad rayonu Əsədli kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin yaxınlığına gəlmiş, Təqsirləndirilən şəxs1la avtomobildən düşdükdən sonra, əvvəldən aralarındakı razılığa əsasən o, ətrafa nəzarət etmiş, Təqsirləndirilən şəxs1 isə Zərərçəkmiş şəxs evinin qarşısında saxladığı Vaz 2101 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanc yeri hesab edilən baqajlığını əli ilə açıb qanunsuz daxil olmaqla, oradan bir ədəd 50 manat dəyərində “Rosova” markalı ehtiyyat təkərini, bir ədəd 4 manat dəyərində 17-lik təkər açarını, bir ədəd 3,5 manat dəyərində 14-17-lik bolt açan açarı, bir ədəd 3,5 manat dəyərində 17-19-luq bolt açan açarı, avtomobilin mühərrik hissəsindən bir ədəd 40 manat dəyərində “İnsta” markalı akkumlyatoru, avtomobilin salonundan bir ədəd 3 manat dəyərində telefon saxlamaq üçün qabı, 10 manat dəyərində bir ədəd gün eynəyini, əl tormozunun yanında olan tibbi maskanın içərisindəki 94 manat pulu və avtomobilin üzərində 5 manat dəyərində taksi işarəsini götürüb onunla birlikdə avtomobilinə yığaraq oradan uzaqlaşmaqla saxlanc yerinə qanunsuz daxil olub zərərçəkmiş Zərərçəkmiş şəxs ümumlikdə 213 manat məbləğdə maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamaqla oğurlamışlar Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Əlisahib oğlu ona Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, idarə etdiyi Vaz 2106 markalı **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə taksi fəaliyyəti ilə məşğul olur. 22 may 2022-ci il tarixdə təxminən saat 24 radələrində əmisi oğlu Təqsirləndirilən şəxs2 ilə birlikdə Sabirabad şəhəri H.Əliyev prospektində yol kənarında idarə etdiyi avtomobildə oturub dönər yeyirmişlər. Həmin vaxtı bir nəfər tanımadığı şəxs avtomobilə yaxınlaşmış, Məmişlər kəndinə getmək istədiyini bildirərək apara biləcəyini soruşmuş, o da həmin şəxsə avtomobilə əyləşməsini Məmişlər kəndinə aparacağını bildirmişdir. Həmin şəxs avtomobilə əyləşmiş, o, həmin şəxsi Məmişlər kəndinə aparmışdır. Həmin şəxs düşdükdən sonra ona kəndin içərisindən keçən yolu göstərmiş, həmin yolun daha yaxın olduğunu və oradan qayıtmağını demişdir. O, həmin yol ilə qayıtdıqda Əsədli kəndi ərazisindən keçərkən təxminən saat 01 radələrində yol ilə gedərkən yolun kənarında Vaz 21011 markalı avtomobilin dayandığını görmüş, həmin avtomobilin yanında saxlamış, avtomobilin yanında sahibinin olmadığını görmüş, fikirləşmişlər ki, düşüb avtomobilə baxsınlar lazımlı bir əşya olsa götürsünlər. O, əmisi oğlu Rövşən ilə birlikdə avtomobildən düşmüş, Vaz 21011 markalı avtomobilə yaxınlaşmışlar, həmin avtomobilin qapıları açıq vəziyyətdə olmuşdur. O, avtomobilin mühərrik olan hissəsini açıb akkumlyatoru götürmüş, sonra yük yerini açıb ehtiyyat təkər və təkər açarı görmüş, onları da götürüb yerə qoymuş, sonra Rövşən də ona kömək etmiş, götürdüklərini onun avtomobilinə qoymuşlar. Sonra Vaz 21011 markalı avtomobilin içərisindən telefon üçün qab və gün eynəyi də götürmüş, bundan sonra oradan uzaqlaşmışlar. Səhəri gün Sabirabad şəhərində metal qəbulu məntəqəsinə gedərək, Rövşən akumlyatoru 17 manata satmış və pulu bölmüşlər. Həmin gün gecə saatlarında onlar Sabirabad şəhəri H.Əliyev prospektində olarkən polis əməkdaşları onları saxlayaraq, RPŞ-nə dəvət etmişlər. O, ilk əvvəl avtomobilin salonundan 94 manat pul, yük hissəsindən iki ədəd bolt açan açarları, avtomobilin üzərindən taksi işarəsini oğurlamadığını bildirsə də, sonra cinayətini tam etiraf etmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 Əlisahib oğlu ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması, əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət əməli törətməsini və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X3 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun ifadəsində qeyd etdiyi halları eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs X3 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması, əməlindən peşimançılıq hissi keçirməsini və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ərizəsi ilə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsinin təqsdiq etdiyini, məhkəmə iclaslarında iştirak edə bilməyəcəyini, həmçinin ona dəymiş zərərin əvəzinin tam həcmdə ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirərək təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş zərərçəkmiş Zərərçəkmiş şəxsnın ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərilmişdir ki, ona məxsus etibarnamə ilə idarə etdiyi Vaz 2101 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Həmin avtomobili ondan başqa oğlu Samir də etibarnamə ilə idarə edir. Oğlu Samir arada avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olur. 22 may 2022-ci il tarixdə oğlu işlərini görüb qutardıqdan sonra gətirib avtomobili yaşadıqları evin həyətlərinin qarşısında saxlamışdır. Həmin gün təxminən saat 24-radələrində o, siqaret almaq üçün avtomobilə minib mağazaya getmiş, mağazadan siqaret alaraq yenidən evə qayıtmışdır. Səhəri gün oğlu kredit ödəməli olduğu üçün o, 94 manat pulu avtomobilin salonunda əl tormozunun yanında tibbi maskanın arasında qoymuşdur ki, səhər oğlu həmin pulu götürüb krediti ödəsin. O, evə çatdıqda avtomobili evin darvazasının qarşısında saxlamış, darvaza bağlı olduğu üçün avtomobili həyətə salmamışdır. O, avtomobildən düşmüş, avtomobilin açarını avtomobilin üzərində saxlamış və avtomobilin qapıları da açıq qalmışdır. O, oğlu Samirin avtomobili həyətə salması üçün açarı avtomobilin üzərindən götürməmişdir. O, evə girdikdə gəlinlərinə demişdir ki, Samir avtomobili həyətə salsın. Lakin Samir yatdığı üçün durub avtomobili həyətə salmamışdır. 23 may 2022-ci il tarixdə səhər 07-radələrində oğlunun həyətdən səsinin gəldiyini eşitmiş, durub həyətə çıxdıqda oğlu ona avtomobildən oğurluq olmasını bildirmişdir. O, oğluna heç nəyə əl vurmamağını demiş və DİN-nin 102 xidmətinə zəng edib məlumat vermişdir. Polis əməkdaşları gəldikdən sonra avtomobilə baxmışlar. Məlum olmuşdur ki, gecə saatlarında onun avtomobilinin yük yerindən ehtiyyat təkərini, bir ədəd 17-lik təkər açarını, bir ədəd 14-17-lik boltaçan açarı, bir ədəd də 17-19-luq boltaçan açarı, avtomobilin üzərində olan taksi işarəsini, avtomobilin mühərrik hissəsindən akumlyatoru, avtomobilin salonundan əl tormozunun yanında tibbi maskanın içərisində qoyduğu 94 manat pulu, mobil telefon saxlamaq üçün nəzərdə tutulmuş qabı və bir ədəd ona məxsus gün eynəyi oğurlanmışdır. Həmin vaxt onlar oğurluq edən şəxslərin kim olmasını bilməmişlər, polis əməkdaşları avtomobildən barmaq izlərini götürmüşlər, hadisə yerinə baxış keçirtmişlər və çıxıb getmişlər. O, oğurluq nəticəsində ona ümumlikdə 245 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 oxşar məzmunlu ifadə verərək atası Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Əlisahib oğlu əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, təqsirləndirilən şəxs X1 məhkumluğu yoxdur. İş materiallarında olan Saatlı rayonu Qara Nuru kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, X1 və Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun şəxsiyyətləri yaşadıqları ərazi üzrə müasbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. İş materiallarında olan Sabirabad rayon kooperativ cəmiyyətinin 29 noyabr 2022-ci il tarixli rəyindən görünür ki, 01 ədəd “İnsta” markalı akumlyatorun hazırki bazar qiyməti 40 manat, 01 ədəd “Rosova” markalı disk ilə birlikdə təkərin qiyməti 50 manat, bir ədəd taksi işarəsi 5 manat, bir ədəd mobil telefon saxlamaq üçün qab 3 manat, bir ədəd gün eynəyi 10 manat, bir ədəd 17-lik təkər açarı 4 manat, bir ədəd 14-17-lik bolt açan açar 3,5 manat, bir ədəd 17-19luq bolt açan açar 3,5 manat olmaqla ümumlikdə 119 manat müəyyən edilir. Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru – Dövlət ittihamçısı məhkəməyə vəsatət verərək təqsirləndirilən şəxslərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsinin tərkibi, “yəni saxlanc yerinə qanunsuz daxil olmaqla” oğurluq tövsüfüfedici əlamət olmadığından təqsirləndirilən şəxslərəqarşı irəli sürülmüş ittihamdan Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsindən imtina edərək və həmin maddənin ittihamdan xaric edilməsini xahiş etmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər - X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmə cinayətini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Lakin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin hərəkətlərində Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan tövsüfedici əlamət mövcud deyil. Odur ki, həmin maddə onlara qarşı irəli sürülən ittihamdan xaric edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında Plenumunun xx.xx.2005-ci il tarixli qərarının 19-cu bəndinə əsasən. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CPM-nin 318.1-cimaddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 Əlisahib oğluna cəza təyin edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nın 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.13-cü, təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən R.Ə.Rüstəmova təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxs X2 cəza təyin edərkən, zərərçəkmiş şəxslə barışıq əldə edilməsini CM-nın 59.1.12-ci, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.13-cü, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nın 59.2-ci maddəsinə əsasən R.N.Rüstəmova təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Təqsirləndirilən şəxs X3 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğluna cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər - X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğluna azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindiyi maddənin sanksiyası həddində 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər - X3 və Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun cəzaçəkməsi müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. İş üzrə maddi subut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Əlisahib oğlu Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 Əlisahib oğlunun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. X3 Azərbaycan Respublikası CM-nın 177.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təyin edilmiş cəza müddəti ərzində X1 üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 07:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Saatlı inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. X1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. X1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 Əlisahib oğlu və X1 yaşayış yeri üzrə Saatlı rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-33/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-33/2023
28.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver