Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-33/2025 18.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkimiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1971-ci il tarixdə Sabirabad rayonu Moranlı kəndində anadan olmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, Sabirabad rayonu Moranlı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə irəli sürülən ittihama görə o, 19 sentyabr 2024-cü il tarixdə saat 11 radələrində, yaşadığı Sabirabad rayonu Moranlı kəndi ərazisində, çöl sahədə, kollektorun üzərində qoyun otararkən qoyunlarının həmkəndlisi Zərərçəkmiş şəxs pambıq sahəsinə girməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı o, əlində olan ağacla Zərərçəkmiş şəxs sol ön qoltuqaltı nahiyəsinə 2 dəfə vurmaqla sonuncuya sol ön qoltuqaltı xətt üzrə 9-10-cu qabırğaların qapalı yerini dəyişən sınığı, sol ön qoltuqaltı xətt üzrə 7-10-cu qabırğa səviyəsində qançır və sıyrıqla müşayiət edilən bədən xəsarətləri yetirməklə dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında iştirak etmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Moranlı kəndində yaşayaraq fərdi təsərrüfatla məşğul olur. Əvvəllər Zərərçəkmiş şəxsla münasibəti yaxşı olmuş, onun yaşadığı evin yaxınlığında Zərərçəkmiş şəxs 3 ha çöl pay torpaq sahəsi var. Zərərçəkmiş şəxs həmin torpaq sahəsinə pambıq və yonca əkmiş, Zərərçəkmiş şəxs torpaq sahəsinin kənarında kollektor olmaqla həmin kollektorun üzəri ilə digər kənd sakinlərinin çöl pay torpaq sahəsinə yol gedir. 19 sentyabr 2024-cü il tarixdə yaşadığı evdən çıxıb saat 10 radələrindən sonra özünə məxsus olan qoyunlarını Zərərçəkmiş şəxs çöl pay torpaq sahəsinin kənarından keçən kollektorun üzəri ilə çöl sahəyə otarmağa aparmağa başlamış, həmin vaxt Zərərçəkmiş şəxs öz pambıq sahəsində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs onun qoyun apardığını görüb qoyunlarının qarşısını kəsərək oradan qoyun aparmamasını demişdir. O da Əflana kollektorun üzəri yol olduğunu və onun torpaq sahəsinə aidd olmadığını, qoyunları da onun əkin sahəsinə zərər vurmadığını və qoyunların qarşısından çəkilməsini demişdir. Lakin Əflan qoyunların qarşısından çəkilməmiş, ona görə də qoyunları Əflanın torpaq sahəsinin yanında olan həmkəndlisi Alim İmanovun yonca sahəsinə tərəf sürməyə başlamışdır. Sonra o, Əflana ondan uzaq gəzməsini demiş, sonra isə qaçıb qoyunlarının qarşısını kəsib Alim İmanovun yonca sahəsinə girməyə qoymamışdır. Bundan sonra yenidən Əflan qaçıb onun qoyunlarının qarşısını kəsmək istəyərkən onun ayağı biyan ağaclarına ilişərək yerə yıxılmış, bundan sonra Əflan yerdən qalxaraq ona yaxınlaşıb gedib evə özünü doğrayacağını və şərini onun üstünə atacağını demişdir. Bundan sonra Əflan çıxıb evləri istiqamətinə getmiş, o isə qoyunlarını otarmağa aparmış, həmin günün səhəri də Əflan onun barəsində X3 şikayət etdiyini eşitmişdir. Təqsirləndirilən şəxs ifadəsində Zərərçəkmiş şəxs ağacla vurmadığını, ona qarşı heç bir xəsarət yetirmədiyini göstərmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda, iş üzrə zərərçəkmiş şəxsin onunla barışdığını, zərərçəkmişin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işinin icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon Moranlı kəndində yaşayaraq fərdi təsərrüfatla məşğul olur. Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla yaşadığları Moranlı kəndində Təqsirləndirilən şəxs evinin yaxınlığında onun 3 ha. çöl pay torpaq sahəsi var. Həmin torpaq sahəsinə pambıq və yonca əkmiş, 19 sentyabr 2024-cü il tarixdə yaşadığı evdən çıxıb saat 10 radələrində çöl pay torpaq sahəsinə işləmək üçün getmişdir. Torpaq sahəsinə çatandan sonra Təqsirləndirilən şəxs özünə məxsus olan qoyunlarını onun pambıq sahəsinin kənarındakı kollektorun üzərində otardığını görmüşdür. Bundan sonra çöl sahəsində işləyərkən Təqsirləndirilən şəxs qoyunları onun pambıq sahəsinə keçdiyini görmüş, ona görə də Elxan Məmmədova yaxınlaşıb iradını bildirərək qoyunlarını onun pambıq sahəsinə keçməyə qoymamasını demişdir. Onun bu sözündən sonra Təqsirləndirilən şəxs ona cavab verərək qoyunları kollektorun üzərində otardığını və kolektorun üzəri onun olmadığını demişdir. O da Təqsirləndirilən şəxs kollektorun üzərində qoyunlarını otararkən qoyunlarının qarşısında dayanmasını və pambıq sahəsinə keçməyə qoymamasını bir daha demişdir. Elə bu səbəbdən Təqsirləndirilən şəxsla aralarında mübahisə yaranmış, mübahisə zamanı Təqsirləndirilən şəxs əlində dəmirağacından olan çomaqla onun sol qabırğa nahiyəsindən 2 dəfə güclü zərbə ilə vurmuşdur. Sonra o, güclü ağrı hiss edərək yerə yıxılmış, bundan sonra Təqsirləndirilən şəxs ondan kənarlaşaraq gedib qoyunlarını yığıb aparmışdır. O, Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edərək Təqsirləndirilən şəxs tərəfindən döyülməsi barədə məlumat vermiş, bundan sonra isə ağrıları çox olduğu üçün təcili tibbi yardım məntəqəsinə zəng edərək həkim çağırraraq yaşadığı evə getmişdir. Bir qədərdən sonra təcili tibbi yardım avtomobili gələrək onu xəstəxanaya gətirmiş, xəstəxanada həkimlər onu tibbi müayinədən keçirdərək Təqsirləndirilən şəxs onu ağacla vurduğu üçün sol qabırğaları sındığı müəyyən olunmuşdur. Elə həmin günü də xəstəxanadan evlərinə qayıtmış, bundan sonra X2 əməkdaşları onu Polis Bölməsinə dəvət etmiş və o, bölməyə gedərək Təqsirləndirilən şəxs barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alaraq onun barəsindəki cinayət iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Moranlı kəndində yaşayır, əri Əfqan 2015-ci ildə ölüb. Zərərçəkmiş şəxs onun oğlu olmaqla başqa övladı yoxdur və Moranlı kəndindəki evlərində Əflanla birlikdə yaşayaraq Əflan təsərrüfat işləri ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndliləri olmaqla uzaq qohumluq əlaqələri var. Təqsirləndirilən şəxs evinin yaxınlığında onların 3 ha. çöl pay torpaq sahələri olmaqla həmin torpaq sahələrinə yonca və pambıq əkmişlər. 19 sentyabr 2024-cü il tarixdə saat 10 radələrində oğlu Zərərçəkmiş şəxs evlərindən çıxıb pambıq sahələrinə baxmağa getmiş, bundan sonra o özü isə kəndlərində olan mərhum Salehin 40 mərasiminə getmişdir. Saat təxminən 12:30 radələrində evlərinə gələrkən küçələrində təcili tibbi yardım avtomobili olduğunu görmüşdür. Küçə qapılarına yaxınlaşarakən oğlu Əflan həyətlərindən çıxaraq təcili tibbi yardım avtomobilinə tərəf getdiyini görmüş, Əflandan nə baş verdiyini xəbər almış, Əflan ona Təqsirləndirilən şəxs pambıq sahələrinin kənarındakı kollektorun üzərində qoyunlarını otararkən onun qoyunları onların pambıq sahələrinə girdiyi üçün aralarında mübahisə yarandığını, mübahisə zamanı Elxan əlində olan ağacla onun sol qabırğa nahiyəsinə 2 dəfə güclü zərbə ilə vuraraq ona xəsarət yetirdiyini və ona görə də təcili tibbi yardım çağırdığını və xəstəxanaya getdiyini demişdir. Sonra Əflan təcili tibbi yardım avtomobili ilə xəstəxanaya gəlmiş, o özü isə evlərində qalmışdır. Elə həmin günü də Əflan xəstəxanadan evlərinə qayıtmış, müayinə zamanı Əflanın sol qabırğalarında sınıq xəsarətləri aşkar olunduğu ona məlum olmuş, Elxan Əflanı döyüb qabırğalarını sındırdığı üçün Əflan Elxanın barəsində X3 şikayət ərizəsi ilə müraciət etmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının 20 sentyabr 2024-cü il tarixli 584 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı sol ön qoltuqaltı xətt üzrə 9-10-cu qabırğaların qapalı yerini dəyişən sınığı ilə müşayiət olunan, sol ön qoltuqaltı xətt üzrə 7-10-cu qabırğa səviyyəsində qançır, sıyrıq küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri 19 sentyabr 2024-cü il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az Ağır zərər vurmaya aiddir. Xəsarətlər müayinə olunanın göstərdiyi şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan DİN-in BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Məhkəmə cinayət iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs istinad olunan cinayət əməli tam sübuta yetirilmiş və onun əməli Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsində göstərilmişdir ki, şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 127.1, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsinin tələblərinə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə tövsüf edilmiş əməli - böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs CM-nın 127.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin ona qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2 və 40.2.2-ci maddələrinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda, onun cinayət məsuliyyətindən azad edilməsi üçün işin icraatına xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən, məhkəmə baxışının gedişində cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə qarşı cinayət təqibinə, həmin Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda da müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barəsində olan cinayət iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdır. Beləliklə də məhkəmə - Təqsirləndirilən şəxs CM-nın 127.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslə barışmasını və ona qarşı şikayət və tələbinin olmamasını, eləcə də Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək cinayət iş üzrə icraata xitam verilməsi barədə özünün və zərərçəkmiş şəxsin ərizə və ifadələrini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən E.S.Babayev barəsində cinayət təqibinə xitam verildiyi halda, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri də ləğv edilməlidir. Həmçinin iş materiallarından görünür ki Təqsirləndirilən şəxs məhkəmə prosesində hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb olunmuşdur. Müdafiəçı Müdafiəçi məhkəməyə təqdim etdiyi huquqi yardım barədə hesabatında təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə 06 saat 10 dəqiqə vaxt (işin öyrənilməsi də daxil edilməklə) sərf etdiyini qeyd etmışdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinın 03 may 2018-ci il tarixli 202 saylı Qərarında müdafiəçiyə hüquqi yardımın hər saatı uçun 6 manat ödənilməsi müəyyən edilmişdir. Məhkəmə müdafiəçı Müdafiəçi təqdim etdiyi dövlət hesabına müdafiəçi qismində məhkəmədə iştirakı ilə əlaqədar hesablama arayışına əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 06 saat 10 dəqiqə hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 06 (altı) manat hesablanmaqla müəyyən edilmiş 37 (otuz yeddi) manat pul vəsaiti Vəkillər Kollegiyasının üzvü, Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Zərərçəkmiş Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı maddi tələbi olmadığı üçün və onlar arasında barışıq olduğundan Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 06 saat 10 dəqiqə hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 06 (altı) manat hesablanmaqla müəyyən edilmiş 37 (otuz yeddi) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. İş üzrə maddi sübutun, dəymiş zərərin və mülki iddianın olmaması nəzərə alınsın. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-33/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-33/2025
18.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver