Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-34/2025 12.02.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlu, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilən ittihama görə, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 5,17 qram çəkidə, 06 ədəd müxtəlif bükümlərdə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində və yaşadığı evdə saxlamış, 11 oktyabr 2024-cü il tarixdə, saat 19:46 dəqiqədə bacısı Şahid2 DİN-in 102 Xidmətinə onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə verdiyi məlumat əsasında Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanına yerləşən fərdi yaşayış evinə baxış keçirilən zaman, əvvəlcə Təqsirləndirilən şəxs əynindəki nazik gödəkçənin sağ üst cibindən 02 ədəd kağız bükümdə 1,14 qram, 1,24 qram olmaqla, ümumi çəkisi 2,38 qram, evin yataq otağındakı dolabın güzgüsünün arxa tərəfindən 04 ədəd bükümlərdə - 0,72 qram, 0,83 qram, 0,60 qram, 0,64 qram olmaqla, ümumi çəkisi 2,79 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək bildirmişdir ki, o, anası Şahid3 ilə birlikdə Sabirabad şəhəri, A.Abdullayev küçəsi, ev 51 A-da yaşayır. O, narkotik vasitə istifadəçisidir. xx.xx.2024-cü il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları evə gələrək ona bacısı Şahid2 barəsində etdiyi şikayətlə tanış etmişlər və ona evə baxış keçiriləcəyini bildirmişlər. O, etiraz etməmiş, bundan sonra polis əməkdaşları hal şahidlərinin və ailə üzvlərinin iştirakı ilə yaşadığı evə baxış keçirmişlər. Baxış zamanı polis əməkdaşları ona üzərində və yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddənin olubolmamasını soruşmuşlar. O, cavabında üzərindəki boz rəngli gödəkçənin sağ cibində olan içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd bükümləri çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlər açılaraq içərisinə baxılmışdır. Bükümlərin içərisində narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkildikdən sonra 01 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Bundan sonra o, yataq otağında da narkotik vasitə saxladığını bildirmiş, yataq otağına keçdikdə, orada yerləşən dolabın güzgüsünün arxa tərəfində gizlətdiyi, içərisində narkotk vasitə qurudulmuş marixuana olan 04 ədəd bükümləri çıxarıb dolabın üzərinə qoymuşdur. Bundan sonra orada olan polis əməkdaşları həmin bükümləri açıb içərisinə baxmışlar və bükümlərin içərisində qurudulmuş marixuana aşkar etmişlər. Onlar həmin bükümləri elektron tərəzidə çəkdikdən sonra 01 ədəd ağ rəngli kağız zərfə qoyaraq qablaşdırmışlar. O, həmin narkotik vasitəni Sabirabad şəhəri ərazisində xatırlamadığı yerdən tapmışdır və istifadəçisi olduğu üçün həmin narkotik vasitəni özü üçün saxlamış, satmaq məqsədi olmamışdır. Hazırda əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, o, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə polis sahə rəisi kimi Sabirabad RPŞ-nin əməliyyat qrupunun üzvü olarkən ünvan 3 ünvanında yaşayan Şahid2 tərəfindən DİN-in 102 Xidmətindən daxil olmuş məlumatda sonuncunun qardaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması, yaşadığı ünvana təcili polisin yaxınlaşmasını istəməsi göstərilmişdir. O və digər əməliyyat qrupu üzvləri təcili toplanaraq yuxarıda qeyd olunan ünvana getmişlər. Orada Şahid2 ilə şifahi söhbət aparmışlar və Lalə qardaşı Zamiqin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu, mərhum atasının yas mərasimi günləri olmasına baxmayaraq, Zamiqin evin həyətinə narkomanlar gətirib narkomanlarla birlikdə narkotik vasitə istifadə etdiyini, narkotik vasitələrin satışı ilə məşğul olduğunu deyərək bu barədə və evinə baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə ilə müraciət etmişdir. Bunun ardınca evin həyətinə, oradan da evə daxil olmuşlar və Təqsirləndirilən şəxs üzərində istifadəsi qanunla qadağan olunmuş narkotik vasitə varsa təqdim etməsini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçənin sağ yan cibindən içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olan iki kağız bükümü çıxararaq masanın üzərinə qoymuş və həmin kütlələrin el arasında “nəşə” kimi tanınan narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra Zamiqdən evində başqa narkotik vasitə varsa, təqdim etməsini bildirmişlər. Zamiq onları evin yataq otağına aparmış və güzgülü dolabın arxa hissəsində 4 kağız bükümdə narkotik vasitə gizlətdiyini bildirərək həmin narkotik vasitələri güzgünün arxa hissəsindən çıxarıb masanın üzərinə qoymuşdur. Aşkar olunan ümumilikdə 6 büküm narkotik vasitə ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, ağ rəngli kağız zərfə qoyulub qablaşdırılaraq üzəri möhürlənmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. Zamiq əvvəllər narkotik vasitə istifadəçisi kimi məhkum olunmuşdur. Zamiq uzun illərdir ki, narkotik vasitə istifadəçisidir və onun narkomanlığı onun ailəsi üçün böyük bəlaya çevrilmişdir. Mərhum atası Zakir Təqsirləndirilən şəxs fikrini çəkərək xəstələnmiş, insult keçirmişdir. Son vaxtlarda da Zamiqin narkomanlığına görə fikir çəkməyə davam etmişdir. Beləcə, xx.xx.2024cü il tarixdə atası X3 vəfat etmişdir. Atasının vəfatından sonra o, artıq Zamiqdən qorxmağabaşlamışdır. Belə ki, atasının vəfatından sonra Zamiqin birlikdə yaşadığı anası Sənubərin həyatı üçün təhlükə yaradacaq hərəkətlər etməsindən qorxmuşdur. Atasının üç mərasimindən sonra o, yaşadığı Masazır qəsəbəsinə getmişdir. Yeddi mərasimi günü isə ünvan 4 ünvanında yerləşən evə gəlmişdir. Günün əvvəlində Zamiq özünü sakit aparsa da, axşam saatlarında Zamiqin narkotik vasitə qəbul etdikdən artıq ayaq üstə dayanmağa çətinlik çəkdiyini görmüşdür. Bundan sonra o, Zamiqin yataq otağına keçmiş və yataq otağında dolabın arxa tərəfində 04 ədəd kağız büküm olduğunu, həmin bükümləri açdıqda isə içərisində narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. O, narkotikləri gördükdən sonra əsəblərini cilovlaya bilməmiş və DİN-in 102 Xidmətinə bu barədə məlumat vermişdir. Onun DİN-in 102 Xidmətinə məlumat verdiyini görən Zamiq yataq otağına daxil olmaq istəmiş, lakin buna mane olmuş və bu zaman Zamiq əsəbləşərək əlini divara vurmuşdur. Bir neçə dəqiqə sonra evə polislər gəlmişlər və o, polislərə evə baxış keçirmələrinə etiraz etmədiyini bildirərək ərizə yazmışdır. Zamiqin üzərində şəxsi axtarış keçirilərkən, onun gödəkçəsinin cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kağız büküm aşkar edilmişdir. Polis əməkdaşları evə baxış keçirərkən, Zamiqin yataq otağındakı dolabın arxa tərəfindən də içərisində narkotik vasitə qurudulmuş marixuana olan 04 ədəd kağız bükümlər aşkar edilmişdir. Aşkar edilərək götürülən narkotik vasitələr polis əməkdaşları tərəfindən qablaşdırılmışdır. Zamiq həm narkotik vasitə istifadəçisidir və həm də narkotik vasitələrin satışı ilə məşğuldur. O, dəfələrlə Zamiqin evin həyətinə narkoman dostlarını gətirdiyini, onlardan pul alıb kağızda narkotik verdiyini görmüşdür. Zamiqdən narkotik alan şəxslərin kim olduğunu bilmir, onların üzünü görməmişdir. Həmin şəxslər həyətə daha çox gecə vaxtı gəlmişlər və onları qaranlıqda görmək mümkün olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Zamiq əvvəllər narkotik vasitə istifadəçisi kimi məhkum olunmuşdur. Zamiq uzun illərdir ki, narkotik vasitə istifadəçisidir və bu hal onun ailəsi üçün böyük bəlaya çevrilmişdir. xx.xx.2024-cü il tarixdə əri X3 vəfat etmişdir. Ərinin ölümündən sonra o, Zamiqin onun həyatı üçün təhlükə yaradacaq hərəkətlər etməsindən qorxmuşdur. Yas mərasimindən sonra evdə kimsə olmamış və gecə saatlarında o, Zamiqin evin həyətinə adamlar gətirdiyini, onlardan pul alıb cibinə qoyduğunu və təlaşlı halda evə daxil olaraq yataq otağından nəyisə götürüb yenidən həyətə düşərək həyətdə gözləyən adamlara verdiyini görmüşdür. xx.xx.2024-cü il tarixdə, mərhum əri Zakir Mirzəyevin yeddi mərasimi günü Bakı şəhərində yaşayan qızı Lalə də Bakıdan evə gəlmiş, saat 19 radələrində o, evdə namaz qılarkən, həyətdə və küçədə səs-küy eşitmişdir. O, çölə çıxmış və Zamiqin narkotik vasitənin təsiri altında, ayaq üstə dayana bilməyərək Lalə ilə mübahisə etdiyini görmüşdür. O, qızı Lalənin söhbətlərindən anlamışdır ki, Zamiq narkotik vasitənin təsiri altındadır və təhlükəli vəziyyətdədir. Buna görə də qızı Lalə DİN-in 102 Xidmətinə məlumat vermişdir. Bir neçə dəqiqə sonra evə polis əməkdaşları gəlmişlər. Daha sonra onlar polis əməkdaşları tərəfindən evə baxış keçirilməsinə etiraz etməmələri ilə bağlı ərizə vermişlər. Polis əməkdaşları Zamiqin üzərində şəxsi axtarış həyata keçirmişlər. Şəxsi axtarış zamanı Zamiqin əynindəki gödəkçənin cibindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 02 ədəd kağız büküm aşkar etmişlər. Polis əməkdaşları evə baxış keçirdikdən sonra Zamiqin yataq otağındakı dolabın arxa tərəfindən də içərisində narkotik vasitə qurudulmuş marixuana olan 04 ədəd kağız bükümlər aşkar edilərək götürülmüşdür. Oğlu Təqsirləndirilən şəxs həm narkotik vasitə istifadəçisidir, həm də narkotik vasitələrin satışı ilə məşğuldur. Zamiqin dəfələrlə evin həyətinə narkoman dostlarını gətirdiyini, onlardan nəsə alıb kağızda nəsə verdiyini görmüşdür ki, həmin kağızdakı əşya narkotik vasitə olmuşdur. İşdə olan məhkəmə-bioloji ekspertizasının 12 oktyabr 2024-cü il tarixli, 18/856 nömrəli ekspert rəyindən görünür ki; 1) Tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri və imzalar olan kağız paketdə 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 1,14 qr, 1,24 qr, ümumi çəkisi – 2,38 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. 2) Tədiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan...” sözləri və imzalar olan kağız paketdə 04 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi – 0,72 qr, 0,83 qr, 0,60 qr, 0,64 qr, ümumi çəkisi – 2,79 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş cəmi 06 ədəd bükümdə qurudulmuş marixuananın ümumi çəkisi 5,17 qramdır. İstintaq materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 7694 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs Eyni zamanda bir neçə narkotik vasitə və digər psixoaktiv maddələrin qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür”. İş materiallarında olan Sabirabad RİHB-nin Şəhər İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə edilir. İş materiallarında olan tələbnamədən görünür ki, Mirzəyev X2 Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 1 (bir) il 1 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-170/2024 saylı hökm çıxmazdan əvvəl, yəni xx.xx.2024-cü il tarixdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cinayətini etiraf edib əməlindən peşmançılıq hissi keçirməsini məhkəmə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alınır. Onun Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin obyekti əhalinin sağlamlığının təhlükəsizliyini təmin edən ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına aidddir. Sabirabad rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 250367 saylı məktubda qeyd edilmişdir ki, Mirzəyev X2 rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)- 170/2024 saylı hökmü ilə qəti olaraq 01 il 1 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Məhkum Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın çəkilməmiş hisssəsi 1 il 1 ay 26 gün təşkil edir. Məhkəmə, təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən halları o cümlədən cəzanı yüngülləşdirən halları və iş üzrə cəzanı ağırlaşdıran halların olmamasını, həmçinin maddənin sanksiyasında alternativ cəzanın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədd daxilində azadlıqdan məhrumetmə cəzası təyin olunmasını əsaslı, qanuni və cəzanın məqsədinə nail olunması üçün daha səmərəli hesab edir. Azərbaycan Repsublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin tələbinə görə, şəxsin hökmlə təyin edilmiş cəzanı çəkib qurtardıqdan sonra bu hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə təqsirli olması müəyyən edildiyi halda, Cinayət Məcəlləsinin 66.1-66.4-cü maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilmiş cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Republikası CM-nin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsində qeyd edilir ki, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 66.4-cü maddəsinə əsasən cinayətlərin məcmusu üzrə təyin edilən əsas cəzaya, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində həmin cinayətlərə görə müəyyən edilmiş əlavə cəza növləri birləşdirilə bilər. Tamamilə və ya qismən toplamaq yolu ilə təyin edilən qəti əlavə cəzanın müddəti və ya həcmi həmin cəza növü üçün bu Məcəllənin Ümumi hissəsində müəyyən edilmiş yuxarı həddən çox ola bilməz. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə CM-nın 66.5-ci maddəsinə əsasən hesab edir ki, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrumetmə cəzası cinayətlərin məcmusu qaydasında Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-170/2024 saylı hökmü ilə qəti təyin olunmuş 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən toplanmaq yolu ilə qəti olaraq azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4 (056)145/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin barəsində narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, iş üzrə maddi subut olub Sabirabad rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs əynindəki nazik gödəkçənin sağ üst cibindən 02 ədəd kağız bükümdə 1,14 qram, 1,24 qram olmaqla, ümumi çəkisi 2,38 qram, evin yataq otağındakı dolabın güzgüsünün arxa tərəfindən 04 ədəd bükümlərdə - 0,72 qram, 0,83 qram, 0,60 qram, 0,64 qram olmaqla, ümumi çəkisi 2,79 qram narkotik vasitə ümumi çəkisi tədqiqatdan sonra qalıq qalan 5,05 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsini və məhkəmə xərclərinin təqsirləndirilən şəxsdən tutulmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökmlə təyin edilmiş 04 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(056)-170/2024 saylı hökmü ilə qəti təyin olunmuş 01 il 01 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etmə cəzasına bərabər tutulub hesablanmaqla qismən toplanmaq yolu ilə ona qəti olaraq 4 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi subut Sabirabad rayon Polis Şöbəsində saxlanılan saxlanılan Təqsirləndirilən şəxs əynindəki nazik gödəkçənin sağ üst cibindən 02 ədəd kağız bükümdə 1,14 qram, 1,24 qram olmaqla, ümumi çəkisi 2,38 qram, evin yataq otağındakı dolabın güzgüsünün arxa tərəfindən 04 ədəd bükümlərdə - 0,72 qram, 0,83 qram, 0,60 qram, 0,64 qram olmaqla, ümumi çəkisi 2,79 qram narkotik vasitə ümumi çəkisi tədqiqatdan sonra qalıq qalan 5,05 qram qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-34/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-34/2025
12.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver