Məhkəmə qərarları › İş №1(056)-36/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-36/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-36/2024 29.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1995-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, məhkum olunmamış, Sabirabad rayon Heyvan Sağlamlığı və Baytarlıq xidmətləri idarəsində baytar köməkçisi işləyən, Sabirabad rayonunun Axtaçı-Muğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2024-cü il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 01 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrni idarəetmə hüququna malik sürücülük vəsiqəsi olmadan etibarnamə ilə idarə etdiyi «Mercedes-Benz 190» markalı **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Dadaşbəyli kəndi ərazisindən keçən 8-ci kilometrliyində Horadiz istiqamətində hərəkətdə olarkən həmin Qanunun 50-ci maddəsinin 2ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq yol hərəkətinin iştirakçısı olmaqla nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib avtomobili saatda 80-90 km/saat sürətlə hərəkət etdirdiyindən onun idarə etdiyi avtomobil «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin (2.4 «Yol verin» üstünlük yol nişanının) tələblərini pozaraq yolayırıcı hesab edilən Dadaşbəyli kəndi ərazisindən baş yola çıxaraq baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməyib Horadiz istiqamətində dönüb 19 metr məsafə qət edən sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21070 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan VAZ-21074 markalı **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs sol əlin 2-3-cü daraq sümüklərinin əsasının açıq sınığı,sol əlin arxa və ovuc səthlərinin geniş həcmli didilmiş cırılmış yarası, vətərlərin kəsilməsi xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263 - 1.1 - ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Axtaçı-Muğan kəndində yaşayır. Mercedes-Benz 190 markalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini baş etibarnamə ilə idarə edir. Lakin avtomobil idarə etməyə sürücülük vəsiqəsi yoxdur. 01 sentyabr 2023-cü il tarixdə o, sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes-Benz 190 markalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Şirvan şəhərindən yaşadığı Sabirabad rayonu Axtaçı-Muğan kəndinə qayıdarkən avtomobili texniki cəhətdən saz vəziyyətdə olmaqla Hacıqabul-Horadiz yoluna daxil olmuş və yolun Sabirabad rayonu Dadaşbəyli kəndi ərazisindən keçən hissəsinə çatmışdır. O, saat 12 radələrində Kürün kürpüsü üzərindən keçib Horadiz istiqamətində 80-90 km/saat sürətlə düzünə hərəkətdə olmuşdur. Bu vaxt 30-40 metr məsafədən yolun sol tərəfindən sonradan adını bildiyi sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21070 markalı, **- BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə yola çıxıb sola dönmək istədiyini görmüşdür. O, siqnal verib, yola çıxan sürücü Zərərçəkmiş şəxs onu gözləməsini xəbərdarlıq etmişdir. Lakin sürücü Zərərçəkmiş şəxs onu gözləməmiş və qarşısına yola çıxıb sola dönmüşdür. O,da tormuz vermiş və bu an sürücü Zərərçəkmiş şəxs idarə etdiyi VAZ-21070 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinin sol arxa hissəsindən avtomobilinin sağ qabaq qarşı hissəsi ilə vurmuşdur. Zərbənin təsirindən vurduğu VAZ-21070 markalı avtomobil yolun sağ kənarında olan dəmir metal səddə dəyib aşmışdır. O, qarşıda dayanmış və yerə düşərək toqquşduğu avtomobilin sürücüsü Zərərçəkmiş şəxs köməklik etmişdir. Tanımadığı yol adamları Zərərçəkmiş şəxs xəsarət aldığından Şirvan şəhər Mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlib onun iştirakı ilə hadisə yerinə baxış keçirtmişlər. O da toqquşma yerini göstərmişdir. Bu barədə protokol, sxem tərtib edilmiş və tanış olduqdan sonra doğruluğunu imzalamışdır. Həmin hadisə zamanı özü də xəsarətlər almışdır. Təqsirləndirilən şəxs sonda, onun ehtiyatsızlıqdan cinayət törətməsini, əməlindən peşimançılıq hissi keçirdiyini, müharibə veterani olmasını, zərərçəkmiş şəxsə maddi və mənəvi köməklik göstərdiyini, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, «B» dərəcəli sürücülük hüququ var. VAZ-21070 markalı, **-BF-*** dövlət qeydiyyat nişanlı minik avtomobili onun özünə məxsusdur. 01 sentyabr 2023-cü il tarixdə saat 12 radələrində həmin avtomobili ilə Sabirabad rayonu Dadaşbəyli kəndindən Hacıqabul-Horadiz yoluna daxil olub, Şirvan şəhəri Bayramlı qəsəbəsinə getmək istəmişdir. O, Dadaşbəyli kəndindən Hacıqabul-Horadiz yoluna çatıb dayanmışdır. Yolun boş olduğunu görüb Hacıqabul-Horadiz yoluna daxıl olmuşdur. Sola Horadiz istiqamətinə dönüb təxminən 20-25 metr qarşıya hərəkət etmişdir. Bu vaxt arxadan sürətlə gələn sonradan adını bildiyi Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes- Benz 190 markalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə onun avtomobilinin sol arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən avtomobili sol yanı üzərində aşmış və banı üzərində qalmışdır. Hadisə nəticəsində sol əlindən xəsarətlər almışdır. Tanımadığı yol adamlarının köməkliyi ilə avtomobildən çıxmışdır. Xəsarət aldığı üçün Şirvan şəhər xəstəxanasına aparılmışdır. Daha sonrada, Bakı şəhərində müalicə olunmuşdur. Onu vuran sürücü Təqsirləndirilən şəxs tərəfindən ona sağalması üçün heç bir köməklik olunmamışdır. Ona görədə sürücüdən şikayətçidir. Lakin sonradan təqsirləndirilən şəxs və sonuncunun valideyni on vurulmuş maddi ziyanı tam olaraq, razılaşdıqları həddə tam ödəmiş, təqsirləndirilən şəxs səhvini başa düşərək ondan üzr istəmiş və onlar barışmışlar. Hazırda təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarında olan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin xx.xx.2023-cü il tarixli 691 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-sol əlin 2-3-cü daraq sümüklərinin əsasının açıq sınığı,sol əlin arxa və ovuc səthlərinin geniş həcmli didilmiş cırılmış yarası,vətərlərin kəsilməsi küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. İş materiallarında olan məhkəmə yol nəqliyyat hadisələri eksprertizasının xx.xx.2023-cü il tarixli, 8/2727 №li rəyindən görünür ki, Mercedes-Benz 190 markalı, **-US-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində tədqiq olunan şəraitdə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, sürücünün hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuş və «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. -sürücü Baxışlı Mercedes-Benz 190 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. İş üzrə verilmiş sərxoşluq vəziyyətinin tibbi müayinəsinə dair 01 sentyabr 2023-cü il tarixli aktlardan görünür ki, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs sərxoşluq müəyyən olunmamışdır. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-129932/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1995-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. İş üzrə Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat- İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 3-13-16/2-129954/2023 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1960-ci il təvəllüdlü Zərərçəkmiş şəxs xx.xx.2018-ci il tarixdə (xx.xx.2028-ci il tarixədək etibarlı olan) AE 527921 nömrəli «B» kateqoriyalı sürücülük vəsiqəsi verilib və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmayıb. İş materiallarından olan Şsabirabad rayon Güdəcühür kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” və Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspert rəyləri, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 263-1.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulduqda cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda “- cinayət məsuliyyəti müəyyən edilir və üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X1 İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun hadisələrin təsadüfi axarı zəminində ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxsə diqqət və qayğı göstərərək, zəruri olan bütün xərclərin çəkilməsini, zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, həmçinin onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməklə “Vətən müharibəsi iştirakçısı”, “Laçının azad olunmasına görə” və Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunmasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası CMnın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanları nəzərə almaqla məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, habelə təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alaraq barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan 1 (bir) il müddətinə məhrum edilməklə, 6000 ( altı min) manat məbləğində cərimə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, həmçinin barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut Mercedes-Benz 190 markalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobili sahibində saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə, 6000 (altı min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut Mercedes-Benz 190 markalı, **-US-*** dövlət qeydiyyat nişanlı minik avtomobilin sahibində saxlanılması nəzərə alınsın. Hökm elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən:Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar