Məhkəmə qərarları › İş №1(056)-36/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-36/2025

14.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-36/2025 14.03.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X7 İbrahim oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Sabirabad rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respblikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və hazırda cəza çəkən, ünvan 1 ünvanda yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan xeyli miqdarda, yəni 0,630 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz əldə edib üzərində saxlamış, 15 noyabr 2024-cü il tarixdə, saat 17 radələrində Sabirabad şəhəri H.Əliyev prospekti 19 ünvanında yerləşən avtomobil təmir sexində olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan xırda xuliqanlıq hərəkətlərini törətdiyindən, barəsində inzibati tənbeh tədbiri görülməsi üçün Sabirabad RPŞ-nin NMQ-nın əməkdaşları polis baş leytenantı Şahid2 və polis baş leytenantı Şahid1 tərəfindən Sabirabad RPŞ-nin inzibati binasına gətirilmiş, orada saat 17:15-dəqiqədə növbətçi hissədə üzərində saxladığı əşyaları təqdim etməsi tələb olunarkən o, əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,630 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini təqdim etmişdir. Bu hərəkətləri ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə verən Təqsirləndirilən şəxs elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 4 aydır ki, psixotrop maddə metamfetamin istifadə edir. 15 noyabr 2024-cü il tarixdə səhər saatlarında yaşadığı Sabirabad şəhəri H.Həmidov küçəsində piyada hərəkət edən zaman yerdə bir ədəd qızılı rəngli kağız büküm görmüş, həmin büküm onda maraq yaratdığı üçün yerdən götürüb içərisinə baxdıqda içərisində psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, psixotrop maddə istifadəçisi olduğu üçün həmin kütləni götürüb əynində olan şalvarın sağ yan cibinə qoymuşdur. 15 noyabr 2024-cü il tarixdə, axşam saat 17 radələrində Sabirabad şəhəri H.Əliyev prospektində yerləşən avtomobil təmiri sexində olarkən əsəbi halda ucadan ünvansız söyüşlər söymüş, həmin vaxt iki nəfər polis əməkdaşı ona yaxınlaşaraq özlərini təqdim edib ona etdiyi əməlin qanun pozuntusu olduğunu izah etmişlər. Həmin vaxt onun üzərində psixotrop maddə olduğu üçün polis əməkdaşlarından qaçmağa cəhd etmiş, lakin polis əməkdaşları onu rayon polis şöbəsinə gətirmişlər. Polis Şöbəsinə gəldikdən sonra Növbətçi Hissədə məsul növbətçi tərəfindən üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, o, həmin vaxt əynində olan şalvarın sağ yan cibindən 1 ədəd qızılı rəngli kağız bükümdəki psixotrop maddə metamfetamini, şalvarının sağ arxa cibindən 01 ədəd pulqabının içərisində 34 manat pulu və özünə məxsus sənədləri, gödəkçəsininin sağ yan cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu və 01 ədəd avtomobil açarını çıxararaq masanın üzərinə qoymuşdur. Ondan təqdim etdiyi bir ədəd qızılı rəngli bükümün nə olması soruşulduqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu və həmin kütləni öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra müdafiəçisinin iştirakı ilə üzərindən aşkar edilmiş əşyalara videoçəkilişlə baxış keçirilmişdir. Müstəntiq onun təqdim etdiyi 01 ədəd kağız bükümdə olan kütləyə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütlənin psixotrop maddə metamfetamin olduğunu və yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını, həmin kütlədən heç kəsə satmadığımı bildirmişdir. Həmin kütlə müstəntiq tərəfindən bir ədəd kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri DİN-in 139 nömrəli möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Baxış zamanı ondan aşkar edilmiş 01 ədəd pulqabının içərisindəki 34 manat pul və özünə məxsus sənədlər, eləcə də 01 ədəd “Samsung” markalı mobil telefon və 01 ədəd avtomobil açarı isə iş üçün əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Sonda keçirilmiş baxışla əlaqədar olaraq müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzaları ilə təsdiq etmişlər.Əməlindən səmimi peşman olduğunu bildirərək məhkəmədən ona yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxsə istinad olunan cinayət əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, işdə olan sənədlər və cinayət işinin digər rəsmi dəlilləri ilə məhkəmə araşdırması zamanı tam sübuta yetirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Sabirabad RPŞ-nin NMQ-nın əməliyyat müvəkkilidir, polis baş leytenantı rütbəsindədir. Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə xəta törətdiyi üçün RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Həmin vaxt növbətçi hissənin polis mayoru X1 Əzizova üzərində olan əşyalarını təqdim etməsini təklif etmiş, sonuncu əynində olan şalvarın sağ arxa cibindən bir ədəd pulqabının içərisində 34 manat məbləğində pul və özünə məxsus sənədləri, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon və bir ədəd avtomobil açarını, şalvarın sağ yan cibindən isə bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərində qoymuşdur. O, Təqsirləndirilən şəxs qızılı rəngli bükümün içərisində nə olmasını soruşduqda sonuncu həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmiş və o, bu barədə dərhal şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara keçirilmiş baxışda iştirak etmiş, baxış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin üzərindən aşkar olunmuş 01 ədəd qızılı rəngli kağız bükümdə olan kütlə barədə soruşulduqda sonuncu həmin kütlənin psxotrop maddə metamfetamin olduğunu, bir neçə gün əvvəl Sabirabad şəhəri ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını və heç bir şəxsə satmadığını bildirmişdir. Daha sonra həmin kütlə bir ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri “Zərflər üçün №139” möhürü ilə möhürləndikdən sonra o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd pulqabının içərisində 34 manat pulu və özünə məxsus sənədləri, ö cümlədən 01 ədəd “Samsung” markalı mobil telefonu və eləcə də avtomobil açarı iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncunun özünə geri qaytarılmışdır. Sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. İş üzrə Şahid3 istintaqa vermiş olduğu və məhkəmə iclasında elan olunmuş ifadəsində, o, göstərmişdir ki, Sabirabad RPŞ-nin NH-nin məsul növbətçisi vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İXMnin tələblərini pozduğu üçün Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs RPŞ-yə gətirilərək növbətçi hissəyə təhvil verilmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs üzərində olan əşyalarını təqdim etməsini təklif etmiş, sonuncu əynində olan şalvarın sağ arxa cibindən bir ədəd pulqabının içərisində 34 manat məbləğində pul və özünə məxsus sənədləri, əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd Samsung markalı mobil telefon və bir ədəd avtomobil açarını, şalvarın sağ yan cibindən isə bir ədəd qızılı rəngli kağız bükümü çıxarıb masanın üzərində qoymuşdur. O, Təqsirləndirilən şəxs qızılı rəngli bükümün içərisində nə olmasını soruşduqda sonuncu həmin bükümün içərisində psixotrop maddə metamfetamin olmasını bildirmiş və o, bu barədə dərhal şöbə rəhbərliyinə raportla müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara keçirilmiş baxışda iştirak etmiş, baxış zamanı müstəntiq tərəfindən Təqsirləndirilən şəxs həmin üzərindən aşkar olunmuş 01 ədəd qızılı rəngli kağız bükümdə olan kütlə barədə soruşulduqda sonuncu həmin kütlənin psxotrop maddə metamfetamin olduğunu, bir neçə gün əvvəl Sabirabad şəhəri ərazisində piyada hərəkət edən zaman yerdən tapdığını, öz istifadəsi üçün üzərində saxladığını və heç bir şəxsə satmadığını bildirmişdir. Daha sonra həmin kütlə bir ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, zərfin üzəri “Zərflər üçün №139” möhürü ilə möhürləndikdən sonra o və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd pulqabının içərisində 34 manat pulu və özünə məxsus sənədləri, ö cümlədən 01 ədəd “Samsung” markalı mobil telefonu və eləcə də avtomobil açarı iş üçün əhəmiyyət kəsb etmədiyindən sonuncunun özünə geri qaytarılmışdır. Sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib edilərək ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı tədqiq edilən DVD diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. İşdə olan Məhkəmə-bioloji ekspertizasının 16 noyabr 2024-cü il tarixli, 18/917 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan 1 ədəd qızılı rəngli kağız bükümdə tədqiqatdan sonra qalan təmiz çəkisi 0,530 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin ambulator məhkəmə-narkoloji ekspertizasının İstintaq materiallarında olan xx.xx.2025-ci il tarixli, 212 nömrəli rəyindən görünür ki, “hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı kannabionoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu Narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respblikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Sabirabad rayon İcra və Probasiya şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqəsirli bilinib 2(iki) il azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2025-ci il tarixədək çəkilməmiş hissəsi 1(bir) il, 9 (doqquz) ay 3 (üç) gün təşkil edir. Cinayət işinin istintaq materiallarında olan Sabirabad Rayon İHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin tərkibi vardır. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq onun barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin, onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41- ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi ” barədə 2668 saylı 10 fevral 2017-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamının 13-cü bəndinə əsasən tövsiyyə olunur ki, məhkəmələr, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutmalı, həmçinin, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirməlidirlər. Məhkəmə təsirləndirilən şəxs Təqsirləndirilən şəxs cinayət əməli törətməsini səmimi etiraf etməsini, bu cinayət əməlini törətməsindən peşimançılıq hissi keçirməsini və ailəyə yeganə qazanc gətirən şəxs olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61 maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15-16 noyabr 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq ümumilikdə 2 gün həbsdə saxlanılmışdır. Məhkəmə təqsirləndirilən şəxsə hansı cəzanın təyin olunmasını müzakirə edərək ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə və həmin Məcəllənin 67-ci maddəsi ilə -yəni hökmlərin məcmusu halında qismən birləşdirilməklə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini əsaslı və onun islah olunması üçün yetərli hesab edir.Həmçinin, məhkəmə hesab edir ki, onun şübhəli şəxs qismində tutulduğu 2 gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökm qanuni qüvvəsini alanədək barəsində seçilmiş “polisin nəzarəti altına vermə “qətimkan tədbiri dəyişdirirlmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət onun qeydiyyatda olduğu və yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədə müvafiq hesab edir. İş üzrə ekspertiza xərcini təşkil edən 31,95 manat təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində nəzarətə götürülməli, iş üzrə maddi sübut olan və Sabirabad rayon Polis şöbəsində saxlanılan tədqiqatdan sonra təmiz çəkisi 0,530 qram olan narkotik vasitə psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi tərəfindən 05 ( beş) saat 40 (qırx) dəqiqə iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi 34 (otuz dörd) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə həmin Məcəllənin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərillənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-354, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə təyin olunmuş 2 (iki) il azadlığın məhdudlaşıdırlması cəzasının xx.xx.2025-ci il tarixədək çəkilməmiş qalan 1(bir) il 9 (doqquz) ay 3 (üç) gün hissəsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki hökmlə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 15-16 noyabr 2024-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu və 2(iki) gün həbsdə saxlanmasının 1( bir) günü, 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunmuş 3 (üç) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və qəti olaraq 3 (üç) il 5 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın və hökm qanuni qüvvəsini alanadək barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilmədən saxlansın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış, yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin, o, yaşadığı ərazi üzrə narkoloji dispanserində nəzarətə götürülsün. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 (otuz bir manat, 95 qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE ********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonra çəkisi 0,530 qram olan psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs hüquqlarını Sabirabad Rayon Məhkəməsində dövlət vəsaiti hesabına 05 saat 40 dəqiqə müddətində müdafiə etdiyi üçün, Vəkillər Kollegiyasına ayrılan vəsaitdən 34 (otuz dörd) manat Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi adına olan bank hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Azər İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar