Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-37/2025 01.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X8 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxs - yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs və onun qanuni nümayəndəsi Qanuni nümayəndə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, xx.xx.1991-ci il tarixdə Zəngilan rayonu Pirveyis kəndində anadan olmuş, orta təhsilli, evli, işsiz, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmamış, Zəngilan rayonu Pirveyis kəndində qeydiyyatda olan Sabirabad rayon Rüstəmli kəndində yerləşən Yeni Zəngilan qəsəbəsi 23 nömrıli evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2025-ci il tarixdə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə verilmiş ittihama görə, o, 12 yanvar 2024-cü il tarixdə saat 23 radələrində, yaşadığı Sabirabad rayonu Rüstəmli kəndi ərazisində yerləşən Yeni Zəngilan qəsəbəsindəki 23 nömrəli evdə evlənmək məqsədilə, xx xxxxxx 2008-ci il tarixdə anadan olmaqla, həmin an on dörd yaşına çatmış, lakin 16 yaşına çatmayan Zərərçəkmiş şəxs ilə sonuncunun öz razılığı əsasında gərilmiş vəziyyətdə olan cinsiyyət orqanını Zərərçəkmiş şəxs uşaqlıq yoluna daxil etməklə qızlıq pərdəsinin tamlığını pozub, eyni əməllərinə bundan sonrakı ayrı-ayrı tarixlərdə mütamadi davam etməklə təkrarən cinsi əlaqədə olmuşdur. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Rüstəmli kəndi ərazisində yerləşən “Yeni Zəngilan” qəsəbəsində ailə üzvləri ilə birlikdə yaşayır. Onun VAZ-2106 markalı 64BB633 dövlət qeydiyyat nişanlı avtomobil olmaqla həmin avtomobillə rayon ərazisində taksi kimi fəaliyyət göstərərək çörək pulu qazanır. 2023-cü ilin oktyabr ayında Şirvan şəhərində «Elvin» şadlıq sarayına toy mərasimində iştirak edərkən Salyan rayonun Pambıqkənd kəndində yaşayan Zərərçəkmiş şəxs ilə tanış olmuş, telefon nömrələrini bir-birinə verməklə danışmışlar. İlahə onunla evlənməyə razılaşmış, 26 dekabr 2023-cü il tarixdə axşam saatlarında o, idarə etdiyi VAZ-2106 markalı avtomobillə İlahəni yaşadığı Salyan rayon Pambıqkənd kəndindən götürərək yaşadığı Sabirabad rayonu Rustəmli kəndi ərazisində yerləşən Yeni Zəngilan qəsəbəsindəki evlərinə gətirmişdir. İlahənin və öz ailə üzvlərinin razılığı ilə 12 yanvar 2024-cü il tarixə Şirvan şəhərində yerləşən «Elvin» şadlıq sarayında toy mərasimləri olmuşdur. Toy mərasimi saat 22 radələrində başa çatandan sonra yaşadıqları evə gəlmiş, həmin gün də evdə İlahə ilə cinsi əlaqədə olaraq onun qızlıq bakirəliyini pozmuşdur. Elə həmin gündən ər-arvad münasibətlərini davam etdirirlər. Təqsirləndirilən şəxs ifadəsinin sonunda əməlindən peşimançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslə ər-arvad münasibətlərində olmaqla birlikdə yaşamaqlarını, həmin münasibətlərdən bir azyaşlı uşaqlarının olmasını və zərərçəkmiş şəxsin ondan şıkayət və tələbinin olmadığını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, xx xxxxxx 2008-ci il tarixdə Salyan rayonu Pambıqkənd kəndində anadan olmuşdur. 2023-cü ilin oktyabr ayında Şirvan şəhərində yerləşən «Elvin» şadlıq sarayında qohumlarının toy mərasimi olmuş, o da orada iştirak etmişdir. Həmin toy mərasimində Təqsirləndirilən şəxsla tanış olmuş, Möhlət ondan xoşu gəldiyi üçün onunla evlənmək istədiyini demişdir. Onun da Möhlətdən xoşu gəldiyi üçün evlənmələrinə razılıq vermiş, orada Möhlət mobil telefon nömrəsini kağız parçasına yazaraq ona vermişdir. Onun özünün mobil telefonu olmadığı üçün sonrakı günlərdə atası Azərə məxsus mobil telefonla Möhlətin mobil telefon nömrəsinə zəng edərək danışmışdır. Telefonla danışarkən Möhlət ona, əgər razı olarsa onu evlənmək məqsədilə götürüb qaçmasını demişdir. O da Möhlətin sözünə razılıq vermiş, sonra Möhlət ona gəlməmişdən bir gün əvvəl xəbər edəcəyini demişdir. 25 dekabr 2023-cü il tarixdə o, Möhlətlə danışaraq qoşulub qaçmaq üçün razılaşmış, 26 dekabr 2023-cü il tarixdə axşam üstü Möhlət ona zəng edərək onların kəndində asfalt yolun kənarında olduğunu demiş, ona görə də evlərindən çıxıb Möhlətin yanına gedərək Möhlətin VAZ-2106 markalı avtomobilinə əyləşmiş, Sabirabad rayon Rüstəmli kəndi ərazisində yerləşən Yeni Zəngilan qəsəbəsindəki evlərinə gəlmişlər. Sonra atası Azərə zəng edərək evlənmək məqsədilə Möhlətlə onlara gəldiyini və ona görə narahat olmamalarını demişdir. Həmin günün səhəri atası Azər və anası Dilarə Möhlətgilə gələrək onu qaytarıb evlərinə aparmaq istəmişlər. Lakin o, qayıdıb getməsinə razılıq verməyərək öz razılığı ilə gəldiyini demişdir. Ona görə də atası və anası onun sözü ilə razılaşaraq qayıdıb getmişlər. 12 yanvar 2024-cü il tarixə Şirvan şəhərində yerləşən «Elvin» şadlıq sarayında toyları olmuş, toy şənliyi saat 22 radələrində başa çatmış, sonra Möhlətgilin evinə gəlmişlər. Elə həmin gecə də öz razılığı əsasında Möhlət onunla təbii yolla cinsi əlaqədə olaraq qızlıq bakirəliyini pozmuş, həmin gündən də Möhlətlə ər-arvad qismində yaşamağa başlamaqla mütəmadi olaraq cinsi əlaqədə olmuşlar. O, Möhlətdən hamilə qalmış və 13 avqust 2024-cü il tarixdə Sabirabad rayon Mərkəzi Xəstəxanasında 8 aylıq qızı uşağı doğmuşdur. Hazırda da Möhlətlə ər-arvad münasibətləri davam edir. Zərərçəkmiş şəxs ifadəsinin sonunda təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını, hazırda təqsirləndirilən şəxslə ər-arvad münasibətlərində birlikdə yaşamaqlarını və həmin münasibətlərdən bir azyaşlı uşaqlarının olmasını nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadəsində göstərmişdir ki, o, Salyan rayonu Pambıqkənd kəndində ailə üzvüləri ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs onun qızı olmaqla xx xxxxxx 2008-ci il təvəllüdlüdür. 2023-cü ilin oktyabr ayında İlahə əri Azərlə birlikdə Şirvan şəhərinə toy şənliyinə gəlmiş, toy şənliyində İlahə Təqsirləndirilən şəxsla tanış olaraq sonra da bir-birləri ilə telefonda danışmış, İlahə ilə Möhlətin telefonla danışığından onların xəbəri olmamışdır. İlahə və Möhlət öz aralarında evlənmək qərarına gəlmiş, ona görə də 26 dekabr 2023-cü il tarixdə İlahənin öz razılığı əsasında Möhlət onların kəndinə gələrək İlahə onlardan gizlin evdən çıxaraq Möhlətin avtomobilinə əyləşərək Sabirabad rayonunun Rüstəmli kəndində yerləşən Yeni Zəngilan qəsəbəsindəki evlərinə gəlmişdir. İlahə onların evinə gələndən sonra onlara zəng edərək Möhlətlə gəldiyini və ona görə narahat olmamalarını demiş, həmin günün səhəri o, əri Azərlə Möhlətgilə gələrək İlahəni qaytarıb evlərinə aparmaq istəmişlər. Lakin İlahə onlarla qayıdıb getməyəcəyini, evlənmək məqsədilə Möhlətlə gəldiyini demiş, ona görə də İlahə Möhlətgilin evində qalmış, əri Azərlə isə o qayıdıb evlərinə getmişlər. Sonradan Möhlətin ailə üzvləri ona toy şənliyi etmiş, hazırda X9 adında bir qızı vardır. Hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonu Rüstəmli kəndi ərazisində yerləşən “Yeni Zəngilan” qəsəbəsində ailə üzvüləri ilə birlikdə yaşayaraq fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs onun kiçik qardaşı olmaqla bir evdə yaşayırlar. Möhlətin VAZ-2106 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil olmaqla həmin avtomobili ilə rayon ərazisində taksi kimi fəaliyyət göstir. Səhətində yaranan problemlə əlaqədar 2023-cü ilin dekabr ayında Bakı şəhərinə xəstəxanaya həkim müayinəsinə getmiş, Bakı şəhərində bir neçə gün qalandan sonra dekabr ayının son günlərində yaşadığı evə qayıtmışdır. Evlərinə gələndən sonra ona qardaşı Təqsirləndirilən şəxs Salyan rayonunun Pambıqkənd kəndində yaşayan Zərərçəkmiş şəxs öz razılığı əsasında evlənmək məqsədilə evlərinə gətirdiyini bilmişdir. Söhbət zamanı Möhlət ona İlahə ilə əvvəllər Şirvan şəhərində toy şənliyində tanış olduqlarını, sonradan da bir-biri ilə telefonda danışdıqlarını demişdir. Möhlət İlahənin evlərinə gətirən günün səhəri İlahənin atası Azər, anası Dilarə onlara gələrək İlahəni evlərinə aparmaq istədiklərini, lakin İlahə valideyinləri ilə qayıdıb getmədiyini bilmişdir. Həmin vaxt İlahə 16 yaşına çatmasa da anaları xəstə olduğu üçün Möhlətə toy şənliyi etmək qərarına gəlmiş, ona görə də 12 yanvar 2024-cü il tarixə Şirvan şəhərində yerləşən «Elvin» şadlıq sarayında Möhlətə toy şənliyi etmiş, həmin gündən də Möhlət İlahə ilə əra-arvad münasibətlərində yaşamağa başlamış, hazırda da Möhlət və İlahənin Şövkət adında qızları vardır. Cinayət işinə əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 1298 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs müayinəsi zamanı aşağıdakılar aşkar edilmişdir: 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti 2 həftədən artıqdır. Müayinə zamanı Zərərçəkmiş şəxs bədəni səthində, arxa keçəcək dəliyi girəcəyində və ətrafında hər hansı bir xəsarət izləri aşkar olunmamışdır. Cinayət işinə əlavə edilmiş Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2024-cü il təvəllüdlü X4 valideynləri kimi atası Təqsirləndirilən şəxs, anası isə Zərərçəkmiş şəxs göstərilmişdir. Cinayət işi materiallarında olan Sabirabad rayon Canbar kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayətini törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, zərərçəkmiş və şahidlərin ifadəsi ilə, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 152.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, zərərçəkmiş şəxslə ər-arvad münasibətlərində olmaqla birlikdə yaşamaqlarını, həmin münasibətlərdən bir azyaşlı uşaqlarının olmasını, və gənc olmasını, zərərçəkmiş şəxsin və ailəsinin ona qarşı şikayət və tələbinin olmamasını təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, zərərçəkmişin və ailəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının müəyyən edilməməsini müstəsna hallar kimi qiymətləndirərək, CM-nın istinad edilən 152.1-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğuna görə və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəza çəkmədən də islah olunması mümkündür və ona təyin ediləcək cəza şərti olaraq tətbiq edilə bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CMnın 152.1-ci maddəsilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-nın 70-ci maddəsi tətbiq edilərək 01 il sınaq müddəti müəyyən edilməklə barəsində təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Belə ki, Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama, azadlığın məhdudlaşdırılması və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Qeyd edilənlərlə bərabər, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hazırkı hökmün qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin dəyişdirilmədən saxlanmasını məqsədəuyğun hesab edir. Həmçinin iş materiallarından görünür ki təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə prosesində hüquqlarının müdafiəsi üçün Sabirabad rayonunda fərdi fəaliyyət göstərən vəkil X6 Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə uyğun olaraq dövlət büdcəsinin vəsaiti hesabına müdafiəçi kimi işə cəlb olunmuşdur. X1 məhkəməyə təqdim etdiyi huquqi yardım barədə hesabatında təqsirləndirilən Təqsirləndirilən şəxs dövlət büdcəsinin vəsaiti hesabına göstərdiyi hüquqi yardıma görə cəmi 06 (altı) saat vaxt (işin öyrənilməsi də daxil edilməklə) sərf etdiyini qeyd etmışdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinın 03 may 2018-ci il tarixli 202 saylı Qərarında müdafiəçiyə hüquqi yardımın hər saatı uçun 6 manat ödənilməsi müəyyən edilmişdir. Məhkəmə vəkilin təqdim etdiyi dövlət hesabına müdafiəçi qismində məhkəmədə iştirakı ilə əlaqədar hesablama arayışına əsaslanaraq hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 06 saat hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 06 (altı) manat hesablanmaqla müəyyən edilmiş 36 (otuz altı) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sabirabad rayonunda fərdi fəaliyyət göstərən vəkil X5 dövlət büdcəsi vəsaiti hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nın 70-ci maddəsinə əsasən təyin edilmiş 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası şərti tətbiq edilərək, ona 1 (bir) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin olunmuş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəsini aldığı gündən hesablansın. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində yeni cinayət törətməzsə hökm icra edilməsin. Təqsirləndirilən şəxs üzərinə, onun davranışına nəzarəti həyata keçirən müvafiq icra və probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş « başqa yerə getməmək haqqında iltizam » qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası və Təqsirləndirilən şəxs davranışı üzərində nəzarətin həyata keçirilməsi onun yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsində göstərdiyi 06 saat hüquqi yardımla bağlı (işin öyrənilməsi də daxil edilməklə) hər saatı üçün 06 (altı) manat hesablanmaqla müəyyən edilmiş 36 (otuz altı) manat pul vəsaiti Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Sabirabad rayonunda fərdi fəaliyyət göstərən vəkil X5 dövlət büdcəsi vəsaiti hesabına ödənilsin. Hökm elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsinin vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-37/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-37/2025
01.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver