Məhkəmə qərarları › İş №1(056)-38/2025

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-38/2025

23.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-38/2025 23.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1974-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş (Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-52/2025№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi 02 il 11 ay 26 gün təşkil edir), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan heroini və xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə edib daşımaqla üzərində saxlamışdır. Belə ki, o, naməlum mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni, təmiz çəkisi 0,244 qram olan bir ədəd kağız bükümdə kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” və bir ədəd kağız bükümdə xeyli miqdarda olmaqla təmiz çəkisi 0,154 qram kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” əldə edib üzərində daşımaqla saxlamış, 21 noyabr 2024-cü il tarixdə saat 17:40-da Sabirabad RPŞ-nin əməkdaşlarının təxirəsalınmadan keçirdikləri əməliyyət-axtarış tədbirləri zamanı Sabirabad şəhəri, M.Müşfiq adına tam orta məktəbin həyətindən keçib gedərkən, narkotik vasitələrin qununsuz dövriyyəsi ilə məşğul olması səbəbinə görə şübhəli olduğu üçün saxlanılmış, fasiləsiz video çəkiliş aparılmaqla üzərinə baxış keçirilərkən, əynindəki gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,244 qram qəhvəyimtil rəngli kustar üsulla hazırlanmış narkotik vasitə “heroin” və bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,154 qram ağımtıl rəngli kustar üsulla hazırlanmış psixotrop maddə olan “metamfetamin” aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak etmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ünvan 1 yaşayır. Əvvəllər bir neçə dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 2020-ci ildə isə axırıncı dəfə cəzaçəkmə müəssisəsindən cəzasının sonu ilə azad olunmuşdur. Təxminən 10 il əvvəldən narkotik vasitələrdən və psixotrop maddədən ineksiya vasitəsi ilə istifadə etmişdir. 19 noyabr 2024-cü il tarixdə təxminən saat 10 radələrində Sabirabad şəhəri, H.Əliyev prospekti ilə dəmir yolu keçidinin yaxınlığından piyada keçib gedərkən yerdə bir ədəd kibrit qutusu olduğunu görmüşdür. Həmin kibrit qutusunu yerdən götürüb açıb baxarkən qutunun içərsində 2 ədəd kağız büküm olduğunu, bükümləri açıb baxarkən bükümün birində narkotik vasitə heroin, digər bükümdə isə psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, həmin bükümləri götürüb əynindəki gödəkçənin cibinə qoyaraq kibrit qutusunu isə tullamışdır. 21 noyabr 2024-cü il tarixdə saat 17:40 radələrində Sabirabad şəhər M.Müşfiq adına tam orta məktəbin həyətindən keçib gedərkən, Sabirabad RPŞ-nin 4 nəfər əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib, üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqda şübhəli olduğunu bildirib, video çəkliş vasitəsi ilə üzəriə baxış keçirmişlər. Baxış zamanı onun əynində olan gödəkçənin sol yan cibindən bir ədəd ağ kağız bükümdəki narkotik vasitə heroin, bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb tərəzidə çəkildikdən sonra kağız zərfə qablaşdırılaraq zərfin ağızını möhürləmişlər. Bununla əlaqədar protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o da zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Sonra polis əməkdaşları onun yaşadığı evə baxış keçirəcəklərini bildirmiş, evinə baxış keçirilməsinə razılıq verərək ərizə ilə də müraciət edərək baxış keçirilməsinə narazı olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə video çəkliş vasitəsilə yaşadığı mənzilə baxış keçirmişlər. Baxış zamanı yaşadığı mənzildən narkotik vasitə, psixotrop maddə və saxlanılması qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmiş, bununla əlaqədar da protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 21 noyabr 2024-cü il tarixdə Sabirabad şəhəri, S.Vurğun küçəsi ev 8 A, mənzil 9 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə və yaşadığı mənzildə saxlaması barədə keçirilən əməliyyat tədbirində iştirak etmişdir. Belə ki, RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili polis baş leytenantı Şahid1 əməliyyat qrupunun rəhbəri, RPŞ-nın NH-nin sürücü polis nəfəri, polis baş serjantı Şahid3, RPŞ-nin PPXB-nin polis nəfəri, polis kiçik serjantı Şahid4 və o, əməliyyat qrupunun üzvləri təyin olunmuşlar. Bundan sonra onlar Təqsirləndirilən şəxs yaşadığı əraziyə gedib, müşahidə aparmağa başlamışlır. Saat 17:40-da Təqsirləndirilən şəxs Sabirabad şəhər, M.Müşfiq adına tam orta məktəbin həyətindən keçib getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Sonra Təqsirləndirilən şəxs narkotik vasitə saxlaması barədə şübhəli olduğunu deyərək video çəkiliş aparılmaqla üzərinə baxış keçirilmişdir. Baxış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol yan cibindən bir ədəd kağız bükümdə heroinə oxşar kütlə və bir ədəd gümüşü rəngli kağız bükümdə metamfetaminə oxşar kütlə aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərdə olan narkotikləri özü istifadə etmək üçün cibində saxladığını bildirmişdir. Aşkar edilmiş həmin bükümlərdə olan kütlələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və zərfə qoulmaqla qablaşdırılaraq möhürləndikdən sonra götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs razılığı ilə yazdığı ərizə əsasında onun yaşadığı mənzilə video çəkiliş vasitəsi ilə baxış keçirilmiş, lakin baxış zamanı mənzildən hər hansı narkotik vasitə, qanunsuz saxlanılan əşya aşkar edilməmiş, bu barədə də protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin NH-nin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 digər Şahid2 göstərdiyinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarında olan 21 noyabr 2024-cü il tarixli şübhəli şəxsin üstünün yoxlanılması haqqında protokoldan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs 21 noyabr 2024-cü il tarixdə Sabirabad şəhər M.Müşfiq adına tam orta məktəbin həyətindən keçib gedərkən, şübhəli oldluğu üçün saxlanılmış və video çəkiliş aparılmaqla əynindəki gödəkçənin sol yan cibindən bir ədəd ağ rəngli kağız bükümdə heroinə oxşar kütlə və bir ədəd gümüşü rəngli kağız bükümdə psixotrop maddə metamfetamenə oxşar kütlə aşkar edilib qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 22 noyabr 2024-cü il tarixli 3-16-16/2-18/931 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükmüdə təmiz çəkisi 0,244 qram olan qəhvəyimtil rəngli maddə kustar üsülla hazırlanmış narkotik vasitə olan heroindir. 01 bir ədəd bükümdə təmiz çəkisi 0,154 qram olan ağımtıl rəngli maddə kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqatda heroindən 0,05 qram sərf edilmiş, 0,194 qram qalıq qalmışdır. Metamfetamindən isə 0,05 qram sərf edilərək 0,104 qram qalıq qalmışdır. Cinayət işi materiallarında olan ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 07 yanvar 2025-ci il tarixli 39 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin, kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə Təqsirləndirilən şəxs xeyli miqdarda kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini və kustar üsülla hazırlanmış psixotrop maddə metamfetamini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində daşımaqla, saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun cinayəti səmimi etiraf edərək, əməlindən peşmançılıq hissi keçirməsini ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə müəyyən olunmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını və cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarında olan tələbnamədən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(001)-52/2025№-li hökmündən və Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-52/2025№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi 02 il 11 ay 26 gün təşkil edir, eyni zamanda həmin xx.xx.2025-ci il tarixli hökm qəbul olunmadan, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə hazırkı cinayət əməlini törətmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə cinayət əməlini Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-52/2025№-li hökmü qəbul olunmadan törətdiyi halda, ona cəza CM-nın 66 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq cinayətlərin məcmusu üzrə qaydalar əsasında təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nın 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Azərbaycan Respublikası CM-nın 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin maddədə qeyd olunan “eyni qaydalar” ifadəsi Azərbaycan Respublikası CM-nın 66.1- 66.2-ci maddələrində əks olunan cəzanın təyin edilməsi qaydalarını göstərir. CM-nın 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə yuxarıda istinad olunan Azərbaycan Respublikası CM-nın 66.1, 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-52/2025№-li hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin edilmiş cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və daha məqsədəuyğun olardı. Cinayət işi materiallarından görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq iki gün, yəni xx.xx.2024-cü il tarixdən-xx.xx.2024-cü il tarixədək həbsdə saxlanılmışdır. Məhkəmə CM-nın 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü, bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün təyin edilmiş cəzadan çıxılmalı və onun üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirimi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək, onun, məhkəmə iclas zalından dərhal həbsə alınmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31.95 AZN məbləğində dəyərinin ondan tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, iş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 0.194 qram narkotik vasitə heroinin və 0.104 qram psixotrop maddə metamfetaminin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 66.1, 66.2, 66.5 və 68.1.1-1-ci maddələrinə uyğun olaraq Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(001)-52/2025№-li hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 il 11 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 01 il 05 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə qismən toplansın və ona qəti olaraq 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək müddətdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir günü, bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş iki gün təyin edilmiş cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirimi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi 0.194 qram narkotik vasitə “heroin” və 0.104 qram psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar