Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-39/2023 21.06.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X4 və X2, onların qanuni nümayəndəsi Qanuni nümayəndə1 Təqsirləndirilən şəxs və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Saatlı rayonu Qarayevkənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu Orta-Muğan kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə, mobil telefon vasitəsi ilə tanış olduğu Sabirabad rayonu Qaratəpə kənd sakini xx.xx.2009-cu ildə anadan olmaqla, yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olan Zərərçəkmiş şəxs1 2022-ci ilin aprel ayının ortalarında Sabirabad rayonu Qaratəpə kəndində yerləşən çöl sahəsinə gətirərək, sonuncunun öz razılığı ilə cinsiyyət orqanını anus dəliyinə daxil etməklə, arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olub, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs1 qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bundan başqa, o, təkrarən, cinsi ehtirasını pozğun formada təmin etmək məqsədi ilə, mobil telefon vasitəsi ilə tanış olduğu Sabirabad rayonu Qaratəpə kənd sakini xx.xx.2008-ci ildə anadan olmaqla, yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək və müqavimət göstərmək qabiliyyətinə malik olan Zərərçəkmiş şəxs2 2022-ci ilin aprel ayının ortalarında Sabirabad rayonu Qaratəpə kəndində yerləşən çöl sahəsinə gətirərək, sonuncunun öz razılığı ilə cinsiyyət orqanını anus dəliyinə daxil etməklə, arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsinə səbəb olub, 14 yaşına çatmayan Zərərçəkmiş şəxs2 qarşı seksual xarakterli digər hərəkətlər etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Saatlı rayonu Orta-Muğan kəndində valideynləri ilə birlikdə yaşayır. Sabirabad rayonu Qaratəpə kənd sakinləri Şahid1, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tanıyır. Əvvəlcə Məhbubənin adının “Mətanət” olduğunu, sonradan isə əsl adının Məhbubə olduğunu öyrənmişdir. 2022-ci ilin aprel ayının ortalarında həmkəndlisi Orxanla sahədə iş görən zaman, Orxan öz mobil telefonu ilə Məhbubə ilə telefonla danışmışdır. Həmin vaxt Məhbubə Orxana balaca qızı Badamla da cinsi əlaqədə olması üçün bir nəfər tapmasını və onunla birlikdə gəlməsini demişdir. Orxan da bu barədə ona demiş, o da razılaşmış və həmin vaxt Orxanın telefonu ilə Badamla danışmışdır. Sonra həmin gün gecə saat 22-23 radələrində Orxanla birlikdə atasına məxsus VAZ-2107 markalı avtomobillə Qaratəpə kəndinə asfalt yolun kənarına gəlmiş, Qaratəpə kəndində asfalt yolun kənarında Məhbubə və qızı Badam avtomobilə əyləşmiş və birlikdə Qaratəpə kəndin yaxınlığında çöl sahəsinə getmişlər. Onlar bir yerdə olarkən Məhbubə qızı Badamın azyaşlı olduğunu, qız olmasını bildirərək onunla yalnız arxadan olmağı demişdir. Çöl sahədə birbirilərindən kənarda - Orxan Məhbubə ilə cinsi əlaqədə olmuş, o da ereksiya vəziyyətində olan cinsi orqanını əli ilə tüpürcəkləyib Badamın arxa nahiyəsinə daxil etməklə Badamla öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Bundan bir iki gün sonra, Orxanla yenidən danışıb Məhbubə ilə görüşməyə getmişlər. O da özünə məxsus, hazırda istifadə etmədiyi ***-***-**-** nömrəsi ilə Məhbubə ilə danışmış və Məhbubəyə digər qızı Aynurla görüşmək istədiyini demişdir. Həmin vaxt yenə də Orxanla birlikdə saat 22-23 radələrində atasına məxsus VAZ- 2107 markalı avtomobillə Qaratəpə kəndinə getmişlər və asfalt yolun kənarında Məhbubə və qızı Aynuru götürüb yenə də Qaratəpə kəndinin yaxınlığındakı çöl sahəsinə gəlmişlər. Həmin vaxt yenə də Məhbubə qızı Aynurun azyaşlı və qız olduğunu bakirəliyini pozmamaq üçün onunla arxadan cinsi əlaqədə olmasını demişdir. Orada da Orxan Məhbubə ilə getmiş, o isə Aynurə ilə bir qədər kənara getmişdir. O, ereksiya vəziyyətində olan cinsi orqanını əli ilə tüpürcəkləyib Aynurun arxa nahiyəsinə daxil etməklə, Aynurla öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Daha sonra, Məhbubə və Aynuru Qaratəpə kəndinin asflat yolun kənarında yola salıb evlərinə qayıtmışlar. O, Badam və Aynurla bir dəfə cinsi əlaqədə olduğunu, başqa vaxtlarda onlarla görüşmədiyini bildirmişdir. O, ifadəsində göstərmişdir ki, Məhbubəyə qızları Badam və Aynurla cinsi əlaqədə olmaq üçün pul verməmiş, nə də sonuncular onlardan pul istəməmişlər. Badamla arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə olan zaman, Badamın heç bir ağrı hiss etmədiyini, Aynurun isə əlaqədə olan zaman ağrı hiss etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs sonda əməlindən peşimançılıq hissi keçirdiyini, zərərçəkmiş şəxslərin və onların qanuni nümayəndəsinin ona qarşı heç bir şikayət və tələblərinin olmamasını, yaşadığı yer üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, həmçinin, gənc olmasını nəzərə alaraq məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratəpə kəndində atası Qanuni nümayəndə1 və anası Şahid1 ilə birlikdə yaşayır. O, bir neçə nəfər şəxslə öz razılığı ilə qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, anası Şahid1 Qarayevkada yaşayan Tural adlı şəxslə tanış olmuşdur. Sonradan Turalın əsl adının Orxan olduğunu öyrənmişlər. Anası Orxanla birinci dəfə Qaratəpə kəndində çöl sahəsində cinsi əlaqədə olmuşlar. Səhəri günü, 2022-ci ilin təxminən aprel ayının ortalarında gecə saat 22-23 radələrində Orxan yenə kəndlərinə gəlmişdi, həmin vaxt Orxanın yanında həmkəndlisi Qorxmaz adında bir nəfər də olmuşdur. Orxan anasına Qorxmazın onunla əlaqədə olmaq istəməsini demiş, o da buna razılıq verdikdən sonra, anası da razılaşmışdır. Daha sonra o, anası, Orxan və Qorxmaz birlikdə Qaratəpə kəndinə yaxın ərazidə yerləşən çöl sahəyə getmişlər. Çöl sahədə bir-birindən kənarda anası Orxanla cinsi əlaqədə olmuş, o da Qorxmazla öz razılığı ilə qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Anası Şahid1, bacısı Zərərçəkmiş şəxs2 və özü müxtəlif şəxslərlə görüşüb cinsi əlaqədə olan zaman həmin şəxslərdən pul almadıqlarını, cinsi əlaqədə olmağı ürəkləri istədikləri üçün müxtəlif şəxslərlə cinsi əlaqədə olduqlarını bildirmişdir. O, ifadəsində göstərmişdir ki, o və bacısı Zərərçəkmiş şəxs2 qeyri-təbii yolla cinsi əlaqədə olduqları şəxslərə yaşlarını, adlarını və yaşadıqları yeri həmin şəxslərə düzgün demişlər, həmin şəxsləri heç bir şeydə aldatmamışlar. Ona görə də həmin şəxslərlə o cümlədən Qorxmazla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman onların 14 yaşına çatmadıqlarını və ona görə də ancaq arxadan cinsi əlaqədə ola biləcəklərini demişdir. Zərərçəkmiş şəxs1 hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmamasını nəzərər alaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında qanuni nümayəndəsi Qanuni nümayəndə1 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratəpə kəndində atası Qanuni nümayəndə1, anası Şahid1 və bacısı Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşayır. Anası Məhbubənin və bacısı Badamın müxtəlif şəxslərlə cinsi əlaqədə olduqlarından məlumatı olmuşdur. O da bir neçə nəfər ayrı-ayrı şəxslərlə könüllü olaraq qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Belə ki, anası Məhbubənin tanışı Orxan adlı şəxs onu Qarayevkadan olan Qorxmaz adlı şəxslə tanış etmişdir. 2022-ci ilin aprel ayının ortalarında saat 22-23 radələrində Qarayevka kəndinə yaxın ərazidə yerləşən, Qaratəpə kəndindəki çöl sahəsində anası Məhbubə Orxanla təbii yolla, o da Qorxmazla öz razılığı ilə arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Zərərçəkmiş şəxs2 ifadəsini davam etdirərək göstərmişdir ki, anası Şahid1, bacısı Zərərçəkmiş şəxs1 və özü müxtəlif şəxslərlə cinsi əlaqədə olan zaman, həmin şəxslərdən pul almamışlar, cinsi əlaqədə olmağı ürəkləri istədikləri üçün həmin şəxslərlə cinsi əlaqədə olmuşlar. O və bacısı Zərərçəkmiş şəxs1 qeyri-təbii yolla cinsi əlaqədə olduqları şəxslərə o cümlədən Qorxmaza yaşlarını, adlarını və yaşadıqları ünvanı düzgün demişlər, həmin şəxsləri heç bir şeydə aldatmamışlar. Qorxmazla qeyri-təbii yolla cinsi əlaqədə olan zaman 14 yaşına çatmadığını, ona görə də onunla yalnız arxadan cinsi əlaqədə ola biləcəyini demişdir. Zərərçəkmiş şəxs2 hazırda Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi olmamasını nəzərər alaraq təqsirləndirilən şəxsə yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmiş və bu barədə ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə1 ifadəsində, hazırda zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi olmadığını nəzərə alaraq, məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Qaratəpə kəndində əri Qanuni nümayəndə1, qızları Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ilə birlikdə yaşayır. 2022-ci ilin mart ayının əvvəllərində əri İlkinin qohumu Qaratəpə kəndində yaşayan X1 onlara gəlmiş, Səxavət ona tanışlarının olduğunu və onunla görüşmək istədiyini demişdir. O, əvvəlcə razılıq verməmiş, lakin sonralar Səxavət bu barədə onun başını dəng etmişdir. Həmin ərəfələrdə əri İlkinlə küsülü olmuş, İlkin onu atıb işləmək üçün Rusiya Federasiyasına getmişdir. Pandemiya ilə əlaqədar əri İlkin Rusiyadan gəldikdən sonra, Bakıya işləmək üçün getmiş və evə gec-gec gəlmişdir. O da İlkinlə cinsi əlaqədə olmaq istəmiş, lakin İlkin onu istəmədiyini, başqa istədiyinin olduğunu dediyinə görə o, Səxavətin dediyi tanışları ilə cinsi əlaqədə olmaq istəmişdir. Sonradan özü də mobil telefon vasitəsi ilə bir neçə nəfər şəxslə tanış olub cinsi əlaqədə olmuşdur. Səxavət onu Qarayevkada yaşayan Tural adlı şəxslə tanış etmiş, sonradan Turalın əsl adının Orxan olduğunu öyrənmişdir. 2022-ci ilin aprel ayının əvvəllərində saat 22-23 radələrində Orxanla birinci dəfə Qarayevka kəndinə yaxın çöl sahədə iki dəfə cinsi əlaqədə olmuşlar. Səhəri gün yenə də Orxanla görüşmüş, həmin vaxt Orxanın yanında həmkəndlisi Qorxmaz adında bir nəfər olmuşdur. Orxan ona Qorxmazın Badamla əlaqədə olmaq istədiyini demiş, Badam da razılaşdıqdan sonra, o da razılaşmışdır. Daha sonra saat 23 radələrində o və qızı Badam, Orxan və Qorxmazla birlikdə Qarayevka kəndinə yaxın olan Qaratəpə kəndindəki çöl sahəyə getmişlər və bir-birilərindən kənara çəkilmişlər. Orada da o, Orxanla iki dəfə təbii yolla cinsi əlaqədə olmuş, Qorxmaz da Badamla arxa nahiyədən qeyritəbii yolla cinsi əlaqədə olmuşdur. Bundan sonra o, müxtəlif vaxtlarda həmin yerdə Orxanla daha iki dəfə təbii yolla cinsi əlaqədə olmuşdur. 2022-ci ilin aprel ayının ortalarında qızı Zərərçəkmiş şəxs2 da Qaratəpə kəndində yerləşən çöl sahəsində Qorxmaz adlı şəxslə qeyritəbii yolla arxa nahiyədən cinsi əlaqədə olmuşdur. O, qızları Badam və Aynur müxtəlif şəxslərlə əlaqədə olan zaman, həmin şəxslərdən pul almamış, onlar cinsi əlaqədə olmağı ürəkləri istədikləri üçün qeyd etdiyi şəxslərlə cinsi əlaqədə olmuşlar. O, həmçinin bildirmişdir ki, Orxan və Qorxmaza qızlarının 14 yaşları olduğunu, azyaşlı və qız uşağı olmalarını bildirmiş, və onlarla qabaqdan təbii yolla cinsi əlaqədə olmamağı demişdir. O, ifadəsində cinsi əlaqədə olduğu şəxslərə adını “Mətanət” kimi dediyini, lakin əsl adının Məhbubə olduğunu bildirmişdir. Məhkəmə iclasında elan edilmiş ibtidai istintaq dövründə iş üzrə şahid qismində dindirilmiş Şahid2 istintaq orqanında verdiyi izahatından görünür ki, Sabirabad rayonu Qaratəpə kənd sakini Şahid1 və qızı Zərərçəkmiş şəxs1 tanıyır, lakin Məhbubənin digər qızı Zərərçəkmiş şəxs2 adını eşitsə də, özünü görməmişdir. Əvvəlcə Məhbubənin adının “Mətanət” olduğunu, sonradan isə əsl adının Məhbubə olduğunu öyrənmişdir. Belə ki, 2022-ci ilin təxminən aprel ayının əvvəllərində həmkəndlisi Elməddin Hüseynovdan danışmaq üçün qız nömrəsinin olubolmadığını soruşmuşdur. Elməddin də ona özünün görüşmədiyini, lakin Sabirabad rayonu Qaratəpə kəndindən olan Məhbubənin nömrəsini verə biləcəyini demiş, o da razılaşmış və Məhbubənin nömrəsini almışdır. Elməddindən ayrıldıqdan sonra Məhbubənin xatırlamadığı mobil nömrəsinə zəng etmiş və telefonu bir nəfər qadın götürmüşdür. O, Məhbubəyə nömrəsini uşaqlardan tapdığını, adının Tural olduğunu və onunla danışmaq istədiyini demişdir. Bir neçə gün sonra Mətanətə əsl adının Orxan olduğunu demişdir. Məhbubə onunla cinsi əlaqədə olmaq üçün onu Qaratəpə kəndində yaşadığı öz evinə çağırmış, o da Məhbubəyə evə gələ bilməyəcəyini demişdir. Məhbubə də ona evdə olmasa, çöl sahəyə gedə biləcəyini demişdir. Sonra Məhbubə ona balaca qızı Badamla da cinsi əlaqədə olması üçün də bir nəfər tapmasını və həmin şəxslə birlikdə gəlmələrini demişdir. O da dost münasibətində olduğu Təqsirləndirilən şəxs bu barədə demiş, Qorxmaz da onunla razılaşmış və həmin nömrəyə zəng edib Badamla danışmış və onlarla görüşmək qərarına gəlmişlər. 2022-ci ilin təxminən aprel ayının ortalarında, gecə saat 22-23 radələrində Qorxmazın idarə etdiyi VAZ-2107 markalı avtomobillə Qaratəpə kəndində asfalt yolun kənarında gözləmişlər. Bir qədər sonra Məhbubə qızı Badamla gəlmiş və avtomobilin arxa oturacağında əyləşmişlər. Onlar da oradan birlikdə avtomobillə Qaratəpə kəndinin çöl sahəsinə getmişlər. Yolda gələn zaman, Məhbubə ona Badamın qız uşağı olduğunu, ona görə də ona Qormazın Badamla arxadan qeyri-təbii yolla cinsi əlaqədə olmasını demişdir. O da bu barədə Qorxmaza demiş, Qorxmaz da razılaşmışdır. Çöl sahəyə çatdıqdan sonra Qorxmazla Badam avtomobildə qalmışlar, Məhbubə ilə o, onlardan təxminən 100 metr kənara getmişlər. Çöl sahədə o, Məhbubə ilə öz razılığı ilə təbii yolla cinsi əlaqədə olmuş, Qorxmaz da Badamla qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Daha sonra onlar Badam və anasını Qaratəpə kəndində dedikləri kimi asfalt yolun kənarında düşürtmüş və evlərinə getmişlər. Məhbubə və qızını kəndlərində düşürtdükdən sonra Qorxmazla yolda gələrkən, Qorxmazdan Badamın qız uşağı olduğunu, bakirələyini pozub pozmadığını soruşmuş, Qorxmaz da ona Badamın bakirələriyini pozmadığını, Badamla arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə olduğunu demişdir. Bundan bir neçə gün sonra, 2022-ci ilin təxminən aprel ayının ortalarında gecə saat 23 radələrində Qorxmazla birlikdə Məhbubə və digər qızı Aynurla görüşmüşlər. Eyni qayda ilə onları Qaratəpə kəndindəki asfalt yolun kənarından götürüb, həmin kənddəki çöl sahəyə gəlmişlər. X6 avtomobildə qalmış, Məhbubə də onunla bir qədər kənara çəkilmişlər. O, orada Məhbubə ilə təbii yolla cinsi əlaqədə olmuş, Qorxmaz da avtomobildə Aynurla arxa nahiyədən qeyri-təbii yolla cinsi əlaqədə olmuşlar. Daha sonra Məhbubə və Aynuru Qaratəpə kəndində asfalt yolun kənarında düşürtmüş və onlar da evlərinə getmişlər. Yenə də yolda gələn zaman, Qorxmazdan Badamla hansı formada əlaqədə olduğunu soruşmuş, Qorxmaz da ona Badamla arxa nahiyədən cinsi əlaqədə olduğunu bildirmişdir. Qeyd etdiklərindən başqa onlarla cinsi əlaqədə olmamışdır. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 06 iyun 2022-ci il tarixli 324 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 İlham qızının müayinəsi zamanı onda onunla qeyri- təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi) aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izləri aşkar edilmədikdə, müddəti təyin etmək mümkün deyildi. İş üzrə keçirilmiş məhkəmə-tibb ekspertizasının 06 iyun 2022-ci il tarixli 328 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 İlham qızının müayinəsi zamanı onda onunla qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər (arxa keçəcək dəliyinin açıq olması, sfinktorun boşalması, şüavari büküşlərin hamarlaşması, düz bağırsaq selikli qişasının görünməsi) aşkar edildi. Qeyri təbii yolla cinsi əlaqə zamanı xəsarət və ya xəsarət izləri aşkar edilmədikdə, müddəti təyin etmək mümkün deyildi. MTE və PA birliyindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 23 nömrəli məktubundan görünür ki, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 arxa keçəcəklərindən götürülmüş yaxmaların məhkəmə-bioloji tədqiqatları zamanı spermatozoidlər aşkar olunmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1858 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 özündən uydurmaya patoloji meyillik əlamətləri müəyyən olunmasa da, səmimi olmadığı, situasiyanı öz xeyrinə yönəldib danışdığı, özünü psixoloji müdafiə etməyə cəhd göstərdiyi müşahidə edildi. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Emosionallıq, ünsiyyətçilik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs1 hadisə zamanı psixi vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs1 hadisə zamanı ona qarşı cinayət xarakterli hərəkətlər edilərkən yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə, müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs1 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun, norma daxilində olduğundan o, ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X5 məhkəmə-psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1859 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 özündən uydurmaya patoloji meyillik əlamətləri müəyyən olunmasa da, səmimi olmadığı, situasiyanı öz xeyrinə yönəldib danışdığı, özünü psixoloji müdafiə etməyə cəhd göstərdiyi müşahidə edildi. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı normaya uyğundur. Fərdi-psixi xüsusiyyətlərinə görə ekstravertə (psixi fəaliyyətin xarici aləmə yönəlməsi) daha yaxındır. Ünsiyyətçilik, adaptivlik, özünü psixoloji müdafiə etməyə meyillilik kimi xarakterik xüsusiyyətlərə malikdir. Zərərçəkmiş şəxs2 hadisə zamanı psixi vəziyyətində hər hansı dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs2 hadisə zamanı ona qarşı cinayət xarakterli hərəkətlər edilərkən yaş xüsusiyyətləri, intellektual imkanları və emosional halına görə, müqavimət göstərə bilərdi. Zərərçəkmiş şəxs2 əqli və psixi inkişafı yaş xüsusiyyətlərinə uyğun, norma daxilində olduğundan o, ona qarşı edilən seksual xarakterli hərəkətin mahiyyətini dərk etmək qabiliyyətinə malikdir. Məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə tədqiq edilən sübutların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsində nəzərdə tutulmuş aşkar surətdə on dörd yaşına çatmayan şəxslə cinsi əlaqədə olma cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, zərərçəkmiş və şahid ifadələri, həmçinin, digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq CM-nın 152.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası CPM-nın 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin, cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin, cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Medalının vəsiqələrindən müəyyən olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 24 dekabr tarixli 2358 saylı sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə”, 2020-ci il 25 dekabr tarixli 2363 saylı sərəncamı ilə “Zəngilanın azad olunmasına görə”, 2020-ci ilin 25 dekabr tarixli 2362 saylı sərəncamı ilə “Füzulinin azad olunmasına görə”, 2020-ci ilin 29 dekabr tarixli 2373 saylı sərəncamı ilə “Qubadlının azad olunmasına görə”, 2022-ci il 21 aprel tarixli 250 saylı sərəncamı ilə “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuşdur. İş materiallarında olan Saatlı rayonu Orta-Muğan kənd İƏD-si üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 59.1-ci maddəsinə əsasən onun ilk dəfə az ağır cinayət törətməsini (CM-nin 59.1.1-ci maddəsi), zərərçəkmiş şəxslərlə və onların yaxın qohumu ilə - qanuni nümayəndəsilə barışıq əldə etməsini (CM-nin 59.1.12-ci maddəsi), həmçini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun Vətən müharibəsi iştirakçısı olmaqla Azərbaycan Respublikasının yuxarıda qeyd olunan rayon və şəhərlərinin düşməndən azad olunması uğrunda döyüşlərdə göstərdiyi xidmətlərə görə medallarla təltif olunmasını və şəxsiyyətinin yaşadığı ərazi üzrə müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməllərində CM-nin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə qeyd olunanlara əsaslanaraq Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, törədilmiş əməlin xarakterini, onun ilk dəfə cinayət törətməsini, təqsirini etiraf etməklə əməlindən peşimançılıq hissi keçirməsini, gənc olmasını, yaşadığı ərazi üzrə şəxsiyyətinin müsbət xarakterizə olunmasını, onun vətən müharibəsi iştirakçısı olmaqla medallarla təltif olunmasını, həmçinin, zərərçəkmiş şəxslərin və ailəsinin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, eyni zamanda təyin ediləcək cəzanın ağırlaşdıran hallarının müəyyən edilməməsini nəzərə alaraq, CM-nın istinad edilən 152.2-ci maddəsinin sanksiyasında yalnız azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulduğuna görə və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinə təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 152.2-ci maddəsində nəzərdə tutulan ən aşağı həddə, yəni 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəuyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 21-23 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsində qeyd olunur ki, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət, ev dustaqlığında saxlanıldığı müddət və məhkəmənin qərarına əsasən prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 2 günün 1 həbs günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan 2 gün çıxılaraq üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzanın çəkilməsi müddətinin əvvəli hazırki gündən, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə, Məhkəmə cinayət prosessual qanunvericiliyin tələbləri baxımından hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, həmçinin barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 357.0.4 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 21-23 iyun 2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutularaq 02 (iki) gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla, ona təyin olunmuş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; təyin olunmuş cəzanın cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-39/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-39/2023
21.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver