Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-39/2024 15.08.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət İttihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və müdafiəçisi - vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs2 və müdafiəçisi - vəkil Müdafiəçi1, Təqsirləndirilən şəxs3 və müdafiəçisi - vəkil Müdafiəçi4, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs5 və müdafiəçisi - vəkil Müdafiəçi3 iştirakları ilə xx xxxx 1985-ci ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işsiz, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən 4(dörd) il 09(doqquz) ay müddətinə azadlıəqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002)- 1180/2022 saylı qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07(yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş və məhkumluğu ödənilməmiş, İmişli şəhəri T.lsmayılov küçəsi ev 05-də qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən həbsdə olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə, 02 avqust 1969-cu ildə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmuş, hal-hazırda məhkumluğu ödənilmiş, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə xx.xx.2023-cü il tarixdən həbsdə olan, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1996-cı il tarixdə İmişli rayonu Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası Vətəndaşı , evil, himayəsində bir nıfər azyaşlı uşağı olan, 2-ci qurup əlil, orta təhsilli , işsiz, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-118/2021 saylı hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Oruclu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə 11 iyul 2024-cü il tarixdən həbsdə olan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxxx 1996-cı il tarixdə Rusiya Federasiyasında anadan olmuş , Azərbaycan Respublikası Vətəndaşı , subay, orta təhsilli , işsiz, əvvəllər məhkum olunmuş, hal-hazırda məhkumluğu ödənilmiş, İmişli şəhəri, Meliorator qəsəbəsi ev 12, mənzil 5-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə 15 iyun 2024-cü il tarixdən həbsdə olan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx xxxxxx 1990-cı il tarixdə İmişli rayonu, Rəsullu kəndində anadan olmuş, Azərbaycan Respublikası Vətəndaşı, evli, orta təhsilli, işsiz, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-79/2021 saylı hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyimi altı) gün müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, İmişli rayonu, Rəsullu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Cinayət işi üzrə təqsirləndirilən şəxslərə ittiham elan edilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 26 fevral 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu, Muradxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gəlmiş, həmin vaxt o, avtomobildə gözləyib ətrafı müşahidə etmiş, Təqsirləndirilən şəxs3 isə evin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus hər birinin qiyməti 450 (dörd yüz yüz əlli) manat dəyərində 2 baş xırdabuynuzlu heyvanları tövlədən çıxarıb avtomobilə yükləyib aparmaqla, Rəcəb Müstəcəbova 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi 29 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 yaşadığı İmişli rayonu, Ağaməmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki iribuynuzlu heyvanlar saxladığı qəhələ qanunsuz daxil olmaqla iplə bağlanmış 530 (beş yüz otuz) manat dəyərində, 1 baş, 65-70 kiloqram çəkidə, sağlam vəziyyətdə, 5 aylıq, erkək cinsli iribuynuzlu heyvanı gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 530 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 11 may 2023-cü il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs3 məxsus, İmişli rayonu, Rəsullu kəndində yerləşən, iribuynuzlu heyvanlar saxladığı fermasındakı qəhələ qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 530 manat olan erkək cinsli, 7 aylıq, 65-70 kiloqram çəkidə 2 baş iribuynuzlu heyvanları gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumlikdə 1060 (min altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 19 may 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, İmişli rayonu Ağaməmmədli kənd sakini X1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin dəmir qapısının qıfıl yerini əvvəlcədən özü ilə gətirdiyi məftilkəsən alətlə kəsərək tövləyə qanunsuz daxil olmuş və oradan sonuncuya məxsus bir baş, erkək cinsli, beş aylıq, qara rəngli, baş hissəsində ağ rəngli əlaməti olan, 80-100 kq diri çəkidə iribuynuzlu heyvanı gizli yolla talamaqla, zərərçəkmiş Tahir Qaçayevə 1000 (min) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 may 2023- cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs5 yaşadığı İmişli rayonu, Ağaməmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki iribuynuzlu heyvanlar saxladığı qəhələ qapıdan qanunsuz daxil olaraq orada saxlanılan 25 baş iribuynuzlu heyvanların içərisindən 6 aylıq, erkək cinsli 1200 (min iki yüz) manat dəyərində 1 (bir) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq, Zərərçəkmiş şəxs5 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 14 iyul 2023-cü il tarixdə saat 13 radələrində Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs8 kənd ərazisindəki örüş sahəsində otlayan hər birinin qiyməti 300 manat olan qoyunlardan 3 başını köməkləşərək, idarə etdiyi VAZ-2107 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs8 900 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bundan əlavə, o, təkrarən özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 17 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs7 yaşadığı evinin yaxınlığına gəlib, hasardan həyətyanı sahəyə keçməklə, saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, oradan iki baş qoyunu tövlənin çölə açılan qapısından küçəyə çıxarmış, aralarında olan röl bölgüsünə əsasən Təqsirləndirilən şəxs2 tövlənin küçəyə açılan qapısının yanında, Təqsirləndirilən şəxs4 isə onun idarə etdiyi VAZ-2107 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, o, iki baş qoyunu tövlədən küçəyə çıxardıqdan sonra Zərərçəkmiş şəxs7 evindən kənarda saxladığı avtomobilini sürüb sonuncunun yaşadığı evin yaxınlığına gətirmiş, daha sonra birlikdə köməkləşərək iki baş qoyunu avtomobilin arxa yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs7 480 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 14 iyul 2023-cü il tarixdə saat 13 radələrində Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs8 kənd ərazisindəki örüş sahəsində otlayan hər birinin qiyməti 300 manat olan qoyunlardan 3 başını köməkləşərək, Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ- 2107 markalı, 10-CR- 835 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs8 900 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 17 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs7 yaşadığı evinin yaxınlığına gəlib, aralarında olan röl bölgüsünə əsasən, Təqsirləndirilən şəxs1 hasardan həyətyanı sahəyə keçməklə, saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, oradan iki baş qoyunu tövlənin çölə açılan qapısından küçəyə çıxarmış, o, tövlənin küçəyə açılan qapısının yanında, Təqsirləndirilən şəxs4 isə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, Təqsirləndirilən şəxs1 iki baş qoyunu tövlədən küçəyə çıxardıqdan sonra, Zərərçəkmiş şəxs7 evindən kənarda saxladığı avtomobilini sürüb sonuncunun yaşadığı evin yaxınlığına gətirmiş, daha sonra birlikdə köməkləşərək iki baş qoyunu avtomobilin arxa yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs7 480 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 özgənin əmlakını talama məqsədi ilə 26 fevral 2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ 2107” markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli rayonu, Muradxanlı kəndində yaşayan Zərərçəkmiş şəxs1 yaşadığı evin qarşısına gələrək avtomobildə gözləyib ətrafı müşahidə etmiş, o, isə evin həyətyanı sahəsində yerləşən saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olaraq, oradan sonuncuya məxsus hər birinin qiyməti 450 (dörd yüz yüz əlli) manat dəyərində 2 baş xırdabuynuzlu heyvanları tövlədən çıxarıb avtomobilə mindirməklə apardıqlarından, Rəcəb Müstəcəbova 900 (doqquz yüz) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o,özgənin əmlakını gizli olaraq talama məqsədi 29 aprel 2023-cü il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs2 yaşadığı İmişli rayonu, Ağaməmmədli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindəki iribuynuzlu heyvanlar saxladığı qəhələ qanunsuz daxil olmaqla iplə bağlanmış 530 (beş yüz otuz) manat dəyərində, 1 baş, 65-70 kiloqram çəkidə, sağlam vəziyyətdə, 5 aylıq, erkək cinsli iribuynuzlu heyvanı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs2 530 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını talama məqsədi ilə 11 may 2023-cü il tarixdə gecə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, Zərərçəkmiş şəxs3 məxsus, İmişli rayonu, Rəsullu kəndində yerləşən iribuynuzlu heyvanlar saxladığı fermasındakı qəhələ qanunsuz daxil olaraq oradan hər birinin qiyməti 530 manat olan erkək cinsli, 7 aylıq, 65-70 kiloqram çəkidə 2 baş iribuynuzlu heyvanları gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs3 ümumlikdə 1060 (min altmış) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını talama məqsədi ilə 19 may 2023-cü il tarixdə saat 01 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, İmişli rayonu Ağaməmmədli kənd sakini X1 məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən tövlənin dəmir qapısının qıfıl yerini əvvəlcədən özü ilə gətirdiyi məftilkəsən alətlə kəsərək tövləyə qanunsuz daxil olmuş və oradan sonuncuya məxsus bir baş erkək cinsli, beş aylıq, qara rəngli, baş hissəsində ağ rəngli əlaməti olan, 80-100 kq diri çəkidə iribuynuzlu heyvanı gizli yolla talamaqla, zərərçəkmiş Tahir Qaçayevə 1000 (min) manat məbləğində maddi ziyan vurub oğurluq etmişdir. Bundan başqa, o, özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 25 may 2023-cü il tarixdə saat 05 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Zərərçəkmiş şəxs5 yaşadığı İmişli rayonu, Ağaməmmədli kəndində yerləşən fərdi yaşavıs evinin - həyətyanı sahəsindəki iribuynuzlu heyvanlar saxladığı qəhələ qapıdan qanunsuz daxil olaraq orada saxlanılan 25 baş iribuynuzlu heyvanların içərisindən 6 aylıq erkək cinsli - 1200 (min iki yüz) manat dəyərində 1 (bir) baş iribuynuzlu heyvanı gizli yolla talayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs5 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 özgə əmlakını gizli olaraq talamaq məqsədi ilə 06 iyun 2023cü il tarixdə saat 00:30 radələrində İmişli şəhər Melorator qəsəbəsi ev 12 mənzil 2 ünvanında yaşayan Zərərçəkmiş şəxs6 mənzilinə pəncərədən qanunsuz daxil olaraq oradan orta bazar qiyməti 200 (iki yüz) manat olan bir ədəd “hp” markalı printer, orta bazar qiyməti 500 (beş yüz) manat olan iki dəst qazan, orta bazar qiyməti 40 (qırx) manat olan bir ədəd xrustal güldan, orta bazar qiyməti 200 (iki yüz) manat olan bir ədəd palaz, orta bazar qiyməti 70 (yetmiş) manat olan iki dəst yataq üzü dəsti, orta bazar qiyməti 120 (yüz iyirmi) manat olan bir ədəd “Bosch” markalı tozsoran, orta bazar qiyməti 30 (otuz) manat olan bir ədəd ləpə çəkən aparat, orta bazar qiyməti 30 (otuz) manat olan bir ədəd mikseri götürüb aparmaqla, zərərçəkmiş Zərərçəkmiş şəxs6 cəmi 1190 (min yüz doxsan) manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bundan başqa, o, təkrarən özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 17 iyul 2023-cü il tarixdə saat 23 radələrində Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs7 yaşadığı evinin yaxınlığına gəlib, hasardan həyətyanı sahəyə keçməklə, saxlanc veri hesab edilən tövləyə qanunsuz daxil olaraq orada iki baş qoyunu tövlənin çölə açılan qapısından küçəyə çıxarmış, aralarında olan röl bölgüsünə əsasən, Təqsirləndirilən şəxs2 tövlənin küçəyə açılan qapısının yanında, o isə Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobildə gözləmiş, sonra Təqsirləndirilən şəxs1 iki baş qoyunu tövlədən küçəyə çıxardıqdan sonra, Zərərçəkmiş şəxs7 evindən kənarda saxladığı avtomobilini sürüb sonuncunun yaşadığı evin yaxınlığına gətirmiş, daha sonra birlikdə köməkləşərək iki baş qoyunu avtomobilin arxa yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs7 480 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nin 177.2.1ci, 177.2.2-ci, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs5 özgə əmlakını gizli talamaq məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, 14 iyul 2023-cü il tarixdə saat 13 radələrində Sabirabad ravomı Məmişlər kənd sakiqi Zərərçəkmiş şəxs8, həmin kənd ərazisindəki örüş sahəsində otlayan hər birinin qiyməti 300 manat olan qoyunlardan 3 başım köməkləşərək Təqsirləndirilən şəxs1 idarə etdiyi VAZ-2107 markalı, 10-CR- 835 dövlət qeydiyyat nişanlı avtomobilin arxa yük yerinə yükləyib aparmaqla, ümumilikdə Zərərçəkmiş şəxs8 900 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli talayaraq oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 3 baş erkək qoyunları tanışı - İmişli rayon sakini Təqsirləndirilən şəxs5 və Sabirabad rayon Məmişlər kənd sakini Təqsirləndirilən şəxs2 ilə birlikdə oğurlamışlar. Belə ki, narkotik tapmaq məqsədi ilə tanışı İmişli rayon sakini Təqsirləndirilən şəxs5 ilə birlikdə idarə etdiyi avtomobillə Sabirabad rayonuna gəlmiş Şəfahətlə görüşmüş və oğurluq etmək qərarına gəlmişlər. Bu məqsədlə həmin gün saat 13 radələrində o, Şəfahət və İmişli rayonundan olan Mayislə birlikdə Sabirabad rayonu Məmişlər kəndində çöl sahə ilə gedən zaman, sahədə bir neçə qoyunların otladığını görmüşlər. Qoyunların yanında heç kim olmadığına görə, o avtomobili bir qədər kənarda saxlamış və Şəfahətlə birlikdə avtomobildən düşüb sahəyə tərəf getmişlər. Mayis maşında oturub ətrafa nəzər yetirmişdir ki, gələn olsa onlara xəbər etsin. Şəfahətlə birlikdə çöl sahədən 3 baş qoyunları oğurlamış, eyni qayda ilə avtomobilin arxa yük yerinə yükləmiş və həmin qoyunları Sabirabad rayon sakini Vamiqə adlı şəxsə 330 manata satmış, bunun müqabilində Vamiq onlara 60 manat pul, 3 qram da narkotik vasitə heroin vermişdir. 60 manat pul siqaret və benzinə xərclənmiş, 3 qram narkotiki isə özü, Şəfahət və Mais arasında bölmüşlər. Bundan əlavə, Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs7 yaşadığı evin həyətindəki tövlədən iki baş erkək cinsli qoyunları da o, İmişli rayon sakini, tanışı Təqsirləndirilən şəxs4 və Sabirabad rayon Məmişlər kənd sakini X5 ilə birlikdə oğurlamışdır. O, Zərərçəkmiş şəxs7 əvvəllər tanımasa da, həmin oğurluğun törədilməsində o da iştirak etmişdir. Belə ki, 17 iyul 2023-cü il tarixdə 17 radələrində tanışı Vüsalla narkotik istifadəçisi olduğu üçün, narkotik tapmaq üçün İmişli rayonundan çıxıb Sabirabad rayonuna gəlmişlər. Həmin vaxt o, etibarnamə ilə idarə etdiyi ağ rəngli, VAZ-2107 markalı, 10- CR-835 dövlət qeydiyyat nişanlı avtomobillə gəlmişlər. Yola çıxmamışdan gəlmələri barədə Şəfahətə zəng etmiş, Sabirabad rayonunda avtovağzalın yanında görüşəcəklərini demişdir. Sabirabad rayonunda avtovağzal deyilən yerdə Şəfahətlə görüşmüş və orada olan çayxanalardan birində çay içmişlər. Söhbət əsnasında narkotik lazım olduğunu, bunun üçün oğurluq etməkləri barədə razılaşmışlar. Şəfahət həmkəndlisi Zərərçəkmiş şəxs7 həyətindəki tövlədən qoyun oğurlamağı məsləhət bilmiş, o və Vüsal da onunla razılaşmışlar. Onlar bir neçə saat həmin çayxanada oturmuş, həmin gün saat 23 radələrində o, Vüsal və Şəfahət onun idarə etdiyi avtomobillə Məmişlər kəndinə getmişlər. Məmişlər kəndinə Zərərçəkmiş şəxs7 evlərinə yaxınlaşanda o, avtomobili saxlamış və Şəfahətlə birlikdə avtomobildən düşmüş evə tərəf getmişlər. O, Vüsala avtomobildə gözləməsini, lazım olsa, onu çağıracağını demişdir. Bundan sonra, o, Şəfahətlə tövlənin küçəyə tərəf qapısına yaxınlaşmışlar. O, hasardan aşıb həyətə keçmiş və tövləyə daxil olmuşdur. Tövlədən iki baş qoyun götürmüş, tövlənin qapısını açmış, iki baş qoyunu küçəyə çıxartmışdır və qapını küçə tərəfdən əlilə örtmüşdür. Daha sonra, Şəfahətlə birlikdə qoyunların ayaqlarını bağlamışlar, sonra o, avtomobilə tərəf getmiş avtomobili evə tərəf sürmüşdür. O, Vüsaldan kiminsə gəlib gəlmədiyini soruşmuş, Vüsal da ətrafa diqqətlə baxdığını, sakitçilik olduğunu demişdir. Sonra o, Vüsal və Şəfahətlə birlikdə qoyunları avtomobilin arxa yük yerinə qoymuş və avtomobilə əyləşmişlər. Bundan sonra, Şəfahət və o, əvvəldən tanıdığı Vamiq adlı Sabirabad şəhər sakini ilə danışmış və narkotik almaq üçün Vamiqgilə gələcəklərini bildirmişlər. Sonra, onlar birlikdə Vamiqin yaşadığı evin yaxınlığına gəlib onunla görüşmüşlər. Şəfahət Vamiqə avtomobildə iki baş qoyun olduğunu, həmin qoyunları fermadan gətirdiklərini və sataraq narkotik almaq istədiklərini bildirmişlər. Vamiq də onlarla iki baş qoyuna 220 manat pul verəcəyi barədə razılaşmışdır. Onlar razılaşdıqdan sonra Vamiq həyətin darvazasını açmış və avtomobili həyətə salmışlar. Avtomobili həyətə saldıqdan sonra Vüsal və o, qoyunları həyətə qoymuşlar. Vamiq bunun müqabilində ona iki qram heroin vermiş və avtomobilə əyləşib çıxıb getmişlər. Yolda olan zaman o, Vamiqdən aldığı iki qram heroini bərabər üç hissəyə bölmüş, özünə, Şəfahətə və Vüsala vermişdir. Bundan sonra, Şəfahəti evlərinə düşürtmüş, oradan da Vüsalla birlikdə yaşadığı İmişli rayonuna gəlmişlər. Bundan əlavə, o, Təqsirləndirilən şəxs3la birlikdə İmişli rayonunda da bir neçə oğurluqlar törətmişdir. Belə ki, O, 29 aprel 2023-cü il tarixdə əvvəllərdən tanıdığı Şəmsinin planı üzrə onunla birlikdə heyvan oğurlamaq məqsədilə gecə saat 01 radələrində görüşüb onun tanımadığı istiqamətdə gedərək avtomobili, adını sonradan öyrəndiyi Zərərçəkmiş şəxs2 məxsus evin yaxınlığında Şəmsinin göstərdiyi yerdə saxlamışdır. Şəmsi maşından düşüb harasa getmiş, o isə özünə məxsus olan “VAZ-2107” markalı, ağ rəngli, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobilinin yanında gözləmişdir. Şəmsi təxminən 10-15 dəqiqə sonra qayıtmış və özü ilə balaca dana gətirmişdir, Onlar birlikdə həmin dananı avtomobilin arxa oturacağına yerləşdirmişlər və oradan birbaşa Beyləqan rayonundakı mal-qara bazarına aparıb 380 manata satmışlar. Həmin 380 manatı isə aralarında bölüşmüşlər. 10 may 2023-cü il tarixdə axşam saatlarında Şəmsi yenə də ona telefonla zəng edərək yaşadığı Oruclu kəndinə gəlməyini onu götürməyini və harasa gedəcəklərini demişdir. O da həmin vaxt İmişli şəhərində yaşadığı evdə olmuşdur. Şəmsinin ona zəng etməsindən təxminən 5 dəqiqə sonra evdən çıxmış və Oruclu kəndinə Şəmsini götürməyə getmişdir. Oruclu kəndində Şəmsinin yaşadığı evin qarışından onu götürmüş və sonra Şəmsi ona bir yer olduğunu va oradan dana oğurlayacağını, onun da Şəmsiyə kömək etməyini istəmişdir. O, Şəmsiylə razılaşmış və gecə saat 01 radələrində onun dediyi ünvana getmişlər. O həmin getdiyi yeri tanımamışdır. Getdiyi yerdə köhnə taxta parçaları ilə hasarlanmış açıq ferma kimi bir yer olmuşdur. O, avtomobili bir az aralıda saxlamış, Şəmsi maşından düşüb həmin fermaya tərəf getmişdir. Təxminən 20 dəqiqə sonra Şəmsi özü ilə bir baş inək balası gətirdikdən sonra yenidən qayıtmış bir baş da inək balası gətirmiş və həmin iki baş inək balasının birini maşının yük yeri hissəsinə, birini isə arxa salon hissəsinə qoyaraq oradan uzaqlaşmışlar. Şəmsi həmin heyvanları həmin günün axşamı Sabirabad mal bazarında 700-800 manat dəyərində satmış və ona 350 manat pul vermişdir. Sonra bazardan çıxmış, rayona qayıtmış və rayonda ayrılıb hər kəs öz evinə getmişdir. Bundan başqa, Şəmsinin çağırışı ilə, yenə də Ağaməmmədli kəndinə getmişlər. Bundan başqa, 18 may 2023-cü il tarixdə saat 23 radələrində Şəmsi istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə onun istifadəsində olan və hazırda xatırlamadığı telefon nömrəsinə zəng etmiş, Şəmsinin yaşadığı kəndə gəlməsini, onunla işi olduğunu demişdir. O, həmin vaxtı evində olmuşdur. O da razı olub istifadəsində olan ağ rəngli, 10- CR-835 dövlət qeydiyyat nişanlı, "VAZ2107” markalı minik maşını ilə İmişli rayonu Oruclu kəndinə getmişdir. O, İmişli rayonu Oruclu kəndinə, Şəmsinin evinin qarşısına gəlmiş Şəmsini ilə görüşmüş, bu zaman Şəmsi İmişli rayonu Ağaməmmədli kəndində dana olduğunu, həmin dananı oğurlamağı təklif etmişdir. O da Şəmsinin bu təklifi ilə razılaşmış, gecə saat 24-01 radələrində birlikdə həmin kəndə - Şəmsinin dediyi evin qarşısına gəlmişlər. Tövlə evin həyət qapısından çöldə yerləşirmişdir. Tövlənin üç ədəd dəmirdən qapısı olmuşdur. O, tövlənin kənarında dayanmış ətrafı gözləmişdir ki, kimsə gəlsə, Şəmsiyə xəbər versin. Şəmsi qapının kilid yerini sındırmış tövləyə daxil olmuş, oradan bir baş dana heyvanını tövlədən çölə çıxarmışdır. Dananın başında ip olmuşdur. Şəmsi ipi dartıb dananı aparmışdır. O da arxadan dananın belinə əlilə vurub hərəkət etməsini təmin etmişdir. Köməkli şəkildə dananı maşını saxladığı yerə gətirmişlər. Orada dananın başındakı iplə ayaqlarını bağlamış, dananı maşının arxa salonuna salmışlar. Şəmsi qabaq oturacaqda əyləşmiş, o isə maşını sürmüşdür. Birlikdə Bərdə rayonu heyvan bazarına getmişlər. 19 may 2023-cü il tarixdə sübh tezdən saat 04 radələrində onlar Bərdə rayon heyvan bazarına gəlmişlər. Bazar qapısinın çölündə bir nəfər tanımadığı şəxsə heyvanı 630 manata satıb İmişli rayonuna qayıtmışlar. Onlar həmin 630 manat pulu yolda gələn zaman bölmüşlər. Təxminən 60 manat yol pulu etmişdir. Yerdə qalan 570 manat pulu da iki yerə bölmüşlər. Şəmsini İmişli şəhərinin mərkəzində maşından düşüb eve getmişlər. Bundan başqa, 24 may 2023-cü il saat 23 radələrində Şəmsi ona zəng vurmuş, inək oğurlamağı təklif etmişdir. O da Şəmsi ilə razılşamışdır. 25 may 2023-cü il tarixdə saat 01 radələrində Şəmsi ona zəng vuaraq çağırmış, o, özünə məxsus“Vaz 2107” markalı, **- CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şəmisini yaşadığı İmişli rayonu, Ourclu kəndinə getmiş, Şəmsini evlərindən götürmüş və İmişli rayonu, Ağaməmmədli kəndi istiqamətində getmişlər. Şəmsi onun tanımadığı evin yaxınlığında, asfalt yolun kənarında avtomobili saxlamağını demişdir. O da avtomobili gəldiyi yol istiqamətində döndərmiş, plakatın yanında saxlamışdır. Bundan sonra, Şəmsi avtomobildən düşmüş ərazinin sakitliyini yoxlamışdır. O da avtomobildə gözləmişdir. Təxminən 10 dəqiqə sonra Şəmsi geri qayıtmış sakitçilik olduğunu demişdir. Lakin oğurluq edəcəyi evin həyətində bir nəfər kişinin fit çaldığını eşidib, kişinin evə girib yatmağını, tam sakitçilik olmasını gözləmişlər. səhərə yaxın saat05 radələrində azan səsi bitdikdən sonra Şəmsi ona: “Kişi namazın qılıb gedib yatıb, gedək inəyi götürək” demişdir. Şəmsi ilə birilikdə tövlənin arxasındakı qəhəlin qapısını açıb içəri daxil olmuşlar. Qəhəlin qapısı iplə bağlanmışdır. Qəhəlin qapısını Şəmsi açmış, Şəmsi qəhəldə heyvanı tutub, bağlamış, sonra Şəmsiylə birlikdə heyvanı avtomobilinin yanma apamışlar. Avtomobilin arxa oturacağını çıxarmış, heyvanın ayağını bağlayıb avtomibilin arxa oturacaq yerinə mindirmişlər. Sonra avtomobili döndərib Kürdəmir yoluna çıxmış və oradan da Sabirabad bazarında heyvanı satmaq üçün getmişlər. Sabirabad rayonun mal bazarda heyvanı avtomobildən düşürtdükdən sonra Şəmsi ona: “Aralı dur. Özüm satacam. Sən bacarmayacaqsan” demişdir. O da aralıda durmuş ,Şəmsinin heyvanı satmağını gözləmişdir. Həmin vaxt heyvana 1000 manat pul verən olmuşdur. Lakin, Şəmsi heyvanı satmamışdır. Bu vaxt 2 nəfər polis əməkdaşı Şəmsiyə yaxınlaşmış, heyvanın Şəmsinin olub-olmamasını soruşdu. Şəmsi isə heyvanın özünün olduğunu demişdir. Bu vaxt Şəmsi heyvanın ipini buraxıb qaçmaq istəmiş. Lakin, polis əməkdaşları Şəmsini saxlamışlar. Bunu görən kimi yavaş addımlarla oradan uzaqlaşmış avtomobilə minib rayona gəlmişdir. Tutduğu əməldən peşimançılıq hissi keçirdiyini və himayəsində bir azyaşlı uşağının olduğunu və zərərçəkmiş şəxslərlə razılığa gəldiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 məhkəmədə dindirilərkən Təqsirləndirilən şəxs3 ilə birlikdə 25 fevral 2023-cü il tarixdə İmişli rayonu, Muradxanlı kəndindən Zərərçəkmiş şəxs1 həyətindən 2 baş qoyun oğurlamasını etiraf etməyərək həmin oğurluqda iştirak etmədiyini bildirmişdir. Həmçinin, qeyd etmişdir ki, o, istifadısində olan 10 - CR-835 dövlət qeydiyyat nişanlı, "VAZ2107” markalı minik maşını qeyd edilən oğurluq hadisəsindən sonra əldə etmişdir. Təbii ki, o, həmin tarixdə həmin avtomaşınla oğurluq hadisəsi törədə bilməzdı. Məhkəmə Təqsirləndirilən şəxs1 bu ifadəsinə digər Təqsirləndirilən şəxs3 ifadəsi, ifadənin yerində yoxlanması və digər iş materialları ilə tam təkzib olunur. Məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs1 bu ifadəsi özünümüdafiə xarakteri daşıyır, odur ki, məhkəmə tərəfindən qəbul edilmir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 14 iyul 2023-cü il tarixdə Sabirabad rayonu Məmişlər kənd sakini Zərərçəkmiş şəxs8 məxsus 3 baş erkək qoyunları tanışı, İmişli rayon sakini Təqsirləndirilən şəxs1 və Samirin tanışı Təqsirləndirilən şəxs5 ilə birlikdə oğurlamışlar. Belə ki, narkotik tapmaq məqsədi ilə tanışı, İmişli rayon sakini Təqsirləndirilən şəxs1 və Samirin tanışı Təqsirləndirilən şəxs5 ilə birlikdə həmin gün saat 13 radələrində o, Samir və İmişli rayonundan olan Mayislə birlikdə Samirin idarə etdiyi maşınla Sabirabad rayonu Məmişlər kəndində çöl sahə ilə gedən zaman, sahədə bir neçə qoyunların otladığını görmüşlər. Qoyunların yanında heç kim olmadığına görə, razılaşdıqları kimi Samir avtomobili bir qədər kənarda saxlamış və onunla birlikdə avtomobildən düşüb sahəyə tərəf getmişlər. Samir Mayisə maşında oturmasını, ətrafa nəzər yetirməsini, gələn olsa onlara xəbər etməsini bildirmişdir. Samirlə birlikdə çöl sahədən 3 baş qoyunları oğurlayıb avtomobilin arxa yük yerinə yükləmişlər və həmin qoyunları Vamiqə 330 manata satmışlar. Bunun müqabilində Vamiq onlara 60 manat pul, 3 qram da narkotik vasitə heroin vermişdir. 60 manat pul siqaret və benzinə xərclənmiş, 3 qram narkotiki isə öz aralarında bölüşüb istifadə etmişlər. Bundan əlavə, o, Sabirabad rayon Məmişlər kənd sakini Zərərçəkmiş şəxs7 qoyunlarının oğurlanmasında da iştirak etmişdir. Həmin oğurluğu o, tanışları İmişli rayon sakinləri Samir və Vüsalla birlikdə törətmişlər. Belə ki, 17 iyul 2023-cü il tarixdə saat 16 radələrində tanışı Samir ona zəng etmiş, Sabirabad rayonuna gələcəklərini demişdir. Həmin gün saat 17 radələrində Sabirabad şəhərində Samir və onunla birlikdə gəlmiş Vüsal adlı şəxslə görüşmüş və çayxanada çay içmişlər. Həmin vaxt Samir idarə etdiyi ağ rəngli, VAZ-2107 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlmişdir. Söhbət əsnasında Samir narkotik lazım olduğunu, lakin pullarının olmadığını bildirmişlər. O da ağlında həmkəndlisi Zərərçəkmiş şəxs7 həyətindəki qoyunları nəzərdə tutaraq, həmin həyətdən oğurluq etməyi, qoyun oğurladıqdan sonra həmin qoyunları satıb narkotik almağı məsləhət bilmişdir. Samir və Vüsal da onunla razılaşmışlar. Onlar bir neçə saat həmin çayxanada oturmuş, həmin gün saat 23 radələrində o, Vüsal və Samir, Samirin idarə etdiyi avtomobili ilə Məmişlər kəndinə getmişlər. Məmişlər kəndinə Zərərçəkmiş şəxs7 evlərinə yaxınlaşanda Samir avtomobili saxlamış və onunla birlikdə avtomobildən düşüb evə tərəf getmişdir. Samir Vüsala avtomobildə gözləməsini, lazım olsa Vüsalı çağıracağını demişdir. Bundan sonra, o, Samirlə tövlənin küçəyə tərəf açılan qapısına yaxınlaşmış, Samir hasardan aşıb həyətə keçmiş və tövləyə daxil olmuşdur. Tövlədən iki baş qoyun götürmüş, tövlənin qapısını açmış və iki baş qoyunu küçəyə çıxartmışdır və qapını küçə tərəfdən əli ilə örtmüşdür. Daha sonra, Samir onunla birlikdə qoyunların ayaqlarını bağlamış, sonra Samir avtomobilə tərəf getmiş avtomobili evə tərəf sürmüşdür. Samirlə birlikdə qoyunları avtomobilin arxa yük yerinə qoymuş və avtomobilə əyləşmişlər. Bundan sonra, birlikdə yenə də Vamiqlə danışmış və narkotik almaq üçün gələcəklərini demişdir. Daha sonra, onlar birlikdə Vamiqin yaşadığı evin yaxınlığına gəlmiş və Vamiq küçəyə çıxmışdır. O, Vamiqə demişdir ki, avtomobildə iki baş qoyun var, həmin qoyunları Samir fermadan gətirmişdir, qoyunları satıb yerinə narkotik almaq istəmişlər. Vamiq də onlarla iki baş qoyuna 220 manat pul verəcəyi barədə razılaşdı. Onlar razılaşdıqdan sonra Vamiq həyətin darvazasını açmış və avtomobili həyətə salmışlar. Vüsal və Samirlə birlikdə qoyunları götürüb həyətə qoymuşlar, Vamiq də bunun müqabilində Samirə iki qram heroin vermiş və avtomobilə əyləşib çıxıb getmişlər. Yolda olan zaman Samir Vamiqdən aldığı iki qram heroini bərabər üç hissəyə bölmüş, özünə, ona və Vüsala vermişdir. Bundan sonra, onlar onu evinə tərəf düşürtmüşlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir.O, həmçinin, maddi imkanı olmadığından zərərçəkmişlər Zərərçəkmiş şəxs7 və Zərərçəkmiş şəxs8 vurulmuç ziyanın onun tərəfindən ödənmədiyini bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hazırda ailə üzvlərilə birlikdə İmişli rayonu Oruclu kəndində yaşayır. O, 2021-ci ilin avqust ayında narkotik vasitədən istifadə etdiyinə görə məhkum olunmuşdur. İmişli rayon məhkəməsinin qərarı ilə barəsində 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 1 dekabr 2022-ci il tarixdə şərti olaraq azadlığa buraxılmışdır. 10 fevral 2023-cü ildə cəzası başa çatmışdır. Bir neçə yerə iş üçün müraciət etmiş, lakin ona iş verən olmamışdır. O da pulsuz qalmış, məcbur olub oğurluq etmək qərarına gəlmişdir. 25 fevral 2023-cü il tarixdə 23:40 radələrində tanışı, taksi fəaliyyəti ilə məşğul olan Təqsirləndirilən şəxs1 zəng vurmuş onu İmişli rayonu, Oruclu kəndində yerləşən evindən götürməsini istəmişdir. Təqsirləndirilən şəxs1 özünə məxsus olan VAZ-2107 markalı, **-CR-*** dövlət qeydiyyat nişanlı avtomobillə onlara gəlmişdir. Onlar İmişli rayonu, Muradxanlı kəndindən qoyun oğurlamaq qərarına gəlmişlər. 26 fevral 2023-cü il tarixdə saat 01 radələrində onlar İmişli rayonu, Muradxanlı kəndinə getmişlər. Orada Samir avtomobili saxlamış, o isə avtomobildən düşüb təxminən 50 metr uzaqlaşaraq orada yerləşən evin həyətyanı sahəsinə hasardan tullanmaq yolu ilə keçmiş və tövləyə daxil olmuşdur. Oradan bir neçə qoyunun içərisindən iri olanın 2 qoyunu oğurlamaq qərarına gəlmişdir. Qoyunlardan ilk öncə birini bağlayaraq tövlənin qapısından çıxarmış və gətirib Samirlə birlikdə avtomobilin yük yerinə qoymuşdur. Daha sonra isə, digər qoyunu da həmin qaydada gətirib avtomobilə yerləşdirmişlər. Daha sonra isə, heyvanları satmaq üçün Bərdə rayonu, mal bazarına getmişlər. Orada həmin 2 baş qoyunu tanımadığı şəxsə biri 215 manat olmaqla 430 manata satmışlar. Həmin pulu yarı-yarı bölmüş və 30 manatı da yol xərci olmaqla 230 manatı Samirə, 200 manatı isə özünə çatmışdır. Bundan başqa, 29 aprel 2023-cü il saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1la sonuncuya məxsus “VAZ 2107” markalı avtomobili ilə Kürdəmir rayonundan evinə gələn zaman İmişli rayonu, Ağaməmmədli kəndindən keçərkən yol kənarında qəhəlin içərisində iribuynuzlu heyvanlar olduğunu görmüşlər. Qəhəlin işığı yanırmış və diqqət çəkmişdir. Samir avtomobili həmin yol kənarında, qəhələ yaxın yerdə saxlamışdır. Sonra onlar avtomobildən düşüb qəhələ yaxınlaşmışlar. Qəhələ yaxınlaşarkən bir baş iribyunuzlu inək balasının qəhəldən bayıra ağaca bağlandığını görmüş, həmin heyvanı açıb gətirmiş Samirin avtomobilinin arxa yük yerinə yerləşdirmişdir. Sonra birlikdə Beyləqan rayonu ərazisində təşkil edilən “Mal-qara” bazarına getmiş, həmin heyvanı 320 manata satmış, pulunu Samirlə arasında bölmüşlər. Bundan sonra, o, evə gəlmişdir. Bundan başqa, 10 may 2023-cü il tarixdə saat 17 radələrində o, Samirə zəng etmiş yaşadığı İmişli rayonu Oruclu kəndinə gəlib onu götürməsini xahiş etmişdir. Samirə zəng edib onu götürməsində məqsədi Rəsullu kəndində Qara adında bir nəfər şəxsin fermasından oğurluq etmək olmuşdur. Belə ki, o həmin fermada heyvanların olmasını həmin istiqamətdə gedən zaman görmüşdür. Təxminən bir saatdan sonra Samir avtomobili ilə onun evinin qarşısına gəlmişdir. Samir gəldikdən sonra yaşadıqları kənddə oturub söhbət etmişlər. Söhbət əsnasında o, Samirə Rəsullu kəndinə çöl sahədə bir ferma olduğunu, həmin fermadan dana oğurlayacağını, Samirin də ona köməklik etməsini təklif etmişdir, Samir də onunla razılaşmışdır. 11 may 2023-cü il tarixə keçən gecə saat 01 radələrində onun göstərdiyi yolla Qaranın fermasının yaxınlığına getmişlər. Yol nahamar olduğu üçün Samir avtomobili fermadan 150-200 metr kənarda saxlamışdır. O, avtomobildən düşmüş, qəhələ sol tərəfdən ağaclığın altından yaxınlaşmış, qəhəlin qapısını açmış və içəri daxil olmuş, bir baş iribuynuzlu buzov heyvanını tutub bağlamaq üçün Samirə vermişdir. Sonra o, qəhəldən digər buzovu gətirmişdir. Həmin heyvanıda eyni qayda ilə gətirmiş, Təqsirləndirilən şəxs1 da buzovu bağlamışdır. Bundan sonra, Samirlə köməkləşərək heyvanları Samirin avtomobilinə tərəf aparmış, yük yerinə qoymuşlar. Heyvanları Sabirabad rayonu ərazisində mal bazarında iki baş heyvanı ümumilikdə 750- 800 manata satmış və pulu aralarınnda bölmüşlər. Hər birilərinə 300 manatdan çox pul düşmüşdür. Bundan başqa, 18 may 2023-cü il tarixdə saat 23 radələrində o, istifadəsində olan 050-985- 38-86 saylı nömrə ilə Samirin istifadəsində olan və hazırda xatırlamadığı telefon nömrəsinə zəng etmiş yaşadığı İmişli rayonu Oruclu kəndinə gəlməsini istəmişdir. Samirlə işinin olduğunu bildirmişdir. Samir də razı olub gəlmişdir. Samir ağ rəngli, **-CR-*** dövlət qeydiyyat nişanlı, “VAZ2107” markalı minik maşını ilə gəlmişdir. Samir onu maşınla götürdükdən sonra İmişli rayonu Ağaməmmədli kəndində dana var və gedib həmin heyvanı oğurlayacaqlarını demişdir. Samir də onun oğurluq təklifilə razılaşmışdır. Birlikdə həmin kəndə, onun dediyi evin qarşısına gəlmişlər. Samir maşını yolun kənarında saxlamışdır. Ev yolun kənarından torpaq-daşlı yolla düşüb təxminən 100 metr məsafədə yerləşirdi. Tövlə evin həyət qapısından çöldə yerləşirdi. Tövlənin üç ədəd dəmirdən qapısı var idi. Samir tövlənin kənarında dayanaraq ətrafı gözləmiş, o isə tövlənin qapısının kilid yerini sındırıb tövləyə daxil olmuşdur. Tövlənin ortasındakı yemləmə üçün nəzərdə tutulan yerdən tullanmış o biri cərgəyə keçmişdir. Orada bir baş dana heryvanmı yemləmə cərgəsinin üzərindən keçirib tövlədən çölə çıxarmışdır. Dananın başında ip olmuşdur. O ipi dartıb dananı aparmışdır. Samir də arxadan dananın belinə əlilə vurub hərəkət etməsini təmin etmişdir. Köməkli şəkildə dananı maşının yanma gətirib ayaqlarını bağlayıb maşının arxa salonuna salmışlar. Birlikdə Bərdə rayonu heyvan bazarına getmişlər. 19 may 2023cü il tarixdə saat 04 radələrində onlar Bərdə rayon heyvan bazarına gəlmişlər. Bazaram içərisinə girməmiş, qapının çölündə bir nəfər tanımadığı şəxsə heyvanı 630 manata satmışlar. Birlikdə Bərdə rayonundan çıxıb İmişli rayonuna gəlmişlər. Onlar həmin 630 manat pulu yolda gələn zaman bölmüşlər. Təxminən 60 manat yol pulu etmişdir. Yerdə qalan 570 manat pulu da iki yerə bölmüşlər. Bundan başqa, Zərərçəkmiş şəxs5 həyətyanı sahəsindən oğurluq etməmişdən 3 gün əvvəl ot sahəsinə getmişdir. Bünyad həmin vaxt heyvanları otarırmış. O da Zərərçəkmiş şəxs5 heyvanlarını görmüş və həmin heyvanlardan bir başını, balaca olanını oğurlamaq qərarına gəlmişdir. Balaca olanı ona görə oğurlamaq istəmiş ki, minik avtomobilinə mindirmək mümkün olsun. O, 24 may 2024-cü il tarixdə Samirə bir baş heyvanını Sabirabad rayonunda mal-qara bazarına aparıb satmaq istədiyini demişdir. Samir ondan heyvanın harada olduğu soruşmuşdur. O da heyvanın Ağaməmmədlidə qohum qapısında olduğunu demişdir. Samir onunla 100 manat qarşılığında razılaşmışdır. Samir may ayının 24-dən 25-nə keçən gecə saat 01 radələrində onu evdən götürmüşdür. Sonra, Bünyadgilin evinə gəlmişdir. Samir avtomobili Bünyadgilə dönən yolun kənarında, asfalt yolda saxlamış və o piyada Bünyadgilin evinə tərəf getmişdir. Bünyadın atası Ənvərin evin həyətində gəzdiyini görmüş, Samirin yanına qayıtmışdır. Samirə birazda səbrli olmasını, gözləməsini demişdir. Samir ondan nəyi gözlədiyini soruşmuş. O da Samirə Ənvər kişinin evin həyətində olduğunu, heyvanı götürməyə qoymayacağım demişdir. Samir ondan heyvanın oğurladığını soruşmuşdur. O da Samirə heyvanı alıb Ənvər kişinin heyvanlarının içərisinə atdığını, Ənvər kişinin verməyəcəyini, onun atasına zəng edib deyəcəyini demişdir. Samir ondan şübhələnmişdir. Onlar biraz gözləmişlər. Bu vaxt əzanın səsini eşitmişdir. Ənvər kişinin namaz qılmağa getməsini bilmişdir. O da dərhal avtomobildən düşmüş, qəhələ daxil olmuşdur. Sonra heyvanların içərisindən bir başını boynundakı iplə “burun toraq” verib aparmışdır. Avtomobilin yanında heyvanı ayaqlarında bağlayıb avtomobilin salonuna mindirmişdir. Heyvanı avtomobilə mindirdikdən sonra Sabirabad rayonuna getmişlər. Orada heyvanı avtomobildən düşürmüş, satmaq istəmişdir. Həmin vaxt Samir onuda orada avotomobilinin yanında gözləmişdir. Bu vaxt polis əməkdaşları gəlmiş, ondan heyvanın özünün olub-olmadığını soruşmuşlar. O, heyvanı atıb qaçmaq istəmiş, lakin onu saxlamışlar. Sonra rayon polis şöbəsinə gətirmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, İmişli şəhər Meliorator qəsəbəsi 12 nömrəli evin 5 nömrəli məzilində yaşayır. O, subaydır, həmin evdə anası X2 ilə bir yerdə yaşayır. Onun yaşdığı ev ikimərtəbəli bina evidir. Həmin binanın alt mərtəbəsində Zərərçəkmiş şəxs6 yaşayır. Evin üst, ikinici mərtəbəsində olan 5 saylı mənzildə isə onlar yaşayırlar. O, 7 il əvvəl narkotik maddə saxlama üstündə həbs edilmişdir, 1 il cəzaçəkmə müəsəsində həbsdə olmuşdur. Hazırda hərdənbir narkotik vasitələrdən istifadə etmişdir. Elçin və ailə üzvləri 6-7 aydır ki, Bakı şəhərində köçüb orada yaşayırlar, qonşuda olan mənzilləri sahibsiz qalmışdır. 05 iyun 2023-cü ildən 06 iyun 2023-cü il tarixə keçən gecə saat 00:30 radələrində həyətə düşmüş, Elçinin evinin arxa pəncərəsinə baxanda pəncərənin içəridən açıq vəziyyətdə olduğunu, oradan evə daxil olmağın mümkün olmasını görmüşdür. O pulunun olmadığı üçün daxil olub evdən əşyalardan oğurlayıb satıb pul əldə etmək qərarına gəlmişdir. Həyətə taxta və şifer çəpərin üzərindən atılaraq keçmişdir. Evin içərisinə çöl tərəfdə setka qoruyucu pərdə olmuşdur. O mənzilin pəncərəsinə yaxınlaşmış, evin işıqları yanmırmış, evdə heç kim olmamışdır. Həmin pəncərənin çöl tərəfdən setkasmı əli ilə dartıb cıraraq pəncərəni əli ilə itləyib açmış və oradan mənzilə daxil olmuşdur. Evə daxil olub alışqan işığında evdə axtarış aparmışdır. Evin içərisində otaqlardan birində bir ədəd HP markalı printer qurğusu, digər otaqda isə xrustal güldan, palaz, yataq üzü, tozsoran, ləpə çəkən aparat, mikser, 4 ədəd qazan və 1 ədəd tava olmaqla təzə qazan dəsti olmuşdur. O, həmin əşyaları evdə olan kağız yeşiyə doldurub girdiyi pəncərədən evin çölünə çıxarmış, oradan da həyətə çıxarmışdır. Oğurladığı əşyaları evə aparmamış, aparıb evinin yanında olan bir sökülmüş sahibsiz binanın içərisində gizlətmişdir. Sonra evə getmişdir. Pirinteri 2 gün sonra 08 iyun 2023-cü ildə Şahid1 40 manat satmışdır. Printeri satarkən Şahid1 özünə məxsus olmasını bildirmişdir. Digər əşyaları isə gizlətdiyi yerdə saxlamışdır. Zərərçəkmiş şəxs6 evindən oğurladığı xrustal güldan, palaz, yataq üzü, tozsoran, ləpə çəkən aparat və mikseri İmişli bazarında tanımadığı şəxslərə satmış, 4 ədəd qazan dəsti və 1 ədəd tava isə gizlətdiyi yerdə qalmışdır.Polis əməkdaşları onu İmişli rayon polis şöbəsinə dəvət edən zaman, oğurladığı əşyaların yerini soruşmuş, o da qalan həmin 4 ədəd qazan dəsti və 1 ədəd tavanı gətirib təqdim etmişdir. O, İmişli rayon polis şöbəsində vermiş olduğu ifadələrində məsuliyyəti yüngül olsun deyə Zərərçəkmiş şəxs6 evindən yalnız printer və qazan dəstlərini oğurladığını bildirmişdir. Həqiqətdə isə o, Zərərçəkmiş şəxs6 dediyi kimi, sonuncunun evindən xrustal güldan, palaz, yataq üzü, tozsoran, ləpə çəkən aparat və mikser də oğurlamışdır. Bundan başqa, Sabirabad rayon Məmişlər kənd sakini Zərərçəkmiş şəxs7 yaşadığı evin həyətindəki tövlədən iki baş erkək qoyunun oğurlanmasında iştirak etmişdir. Zərərçəkmiş şəxs7 əvvəllər tanımasa da, həmin oğurluğun törədilməsində o da iştirak etmişdir. Həmin oğurluğu o, İmişli rayon sakini, tanışı Samir və Sabirabad rayon Məmişlər kənd sakini Şəfahət adlı şəxslərlə birlikdə törətmişlər. Belə ki, 17 iyul 2023-cü il tarixdə saat 17 radələrində tanışı Samirlə narkotik tapmaq üçün İmişli rayonundan çıxıb Sabirabad rayonuna gəlmişlər. Həmin vaxt Samirin ağ rəngli, VAZ-2107 markalı avtomobili ilə gəlmişlər. Yolda onu avtomobilinə götürməmişdən əvvəl, Samir Sabirabad rayon sakini Şəfahət ilə mobil telefonla danışıb əlaqə saxlamış və Sabirabad gələcəklərini dediyini bilmişdir. Sabirabad rayonuna gəldikdən sonra avtovağzal deyilən yerdə Şəfahət ilə görüşmüşlər və orada olan çayxanalardan birində çay içmişlər. Söhbət əsnasında Şəfahət və Samir demişlər ki, narkotik almaq üçün pul lazımdı, pul da əldə etmək üçün oğurluq etmək lazımdı. O da digərləri ilə razılaşmışdır. Şəfahət həmkəndlisi Zərərçəkmiş şəxs7 həyətindəki tövlədən qoyun oğurlamağı məsləhət bilmiş, o və Samir də Şəfahətlə razılaşmışlar. Onlar bir neçə saat həmin çayxanada oturmuşlar, həmin gün saat 23 radələrində o, Samir və Şəfahət, Samirin avtomobili ilə Məmişlər kəndinə getmişlər. Məmişlər kəndinə Zərərçəkmiş şəxs7 evlərinə yaxınlaşanda, Samir avtomobili saxlamış və Şəfahətlə birlikdə avtomobildən düşüb evə tərəf getmişlər. Ona isə avtomobildə gözləməyini, lazım olsa onu çağıracaqlarını demişlər. O da onları avtomobildə gözləmişdir. Təxminən yarımsaat sonra Samir avtomobilə əyləşmiş, avtomobili oğurluq etdikləri evin yaxınlığına sürmüşdür. Evin yaxınlığında o görmüşdür ki, həyətdən iki baş erkək qoyun oğurlamış, hasardan küçəyə çıxarmışlar.O yenə də avtomobildən düşməmişdir, Samirlə Şəfahət birlikdə qoyunları avtomobilin arxa yük yerinə qoymuşlar və avtomobilə əyləşmişlər. Bundan sonra, Şəfahət və Samir, adını sonradan bildiyi Vamiq adlı Sabirabad şəhər sakini ilə danışmışlar və narkotik almaq üçün Vamiqgilə gələcəyini bildirmişlər. Daha sonra onlar birlikdə Vamiqin yaşadığı evin yaxınlığına gəlmiş və Vamiq küçəyə çıxmışdır. Onlar Vamiqlə avtomobildə iki baş qoyun olduğunu, həmin qoyunları fermadan gətirdiklərini və satıb yerinə narkotik alacaqlarını bildirmişlər. Vamiq də onlarla iki baş qoyuna 220 manat pul verəcəyini demiş, onlar razılaşdıqdan sonra Vamiq həyətin darvazasını açmış və avtomobili həyətə salmışdır. Avtomobili həyətə saldıqdan sonra Samir və o, qoyunları götürmüş həyətə qoymuşlar. Vamiq də bunun müqabilində Samirə iki qram heroin vermiş və avtomobilə əyləşib çıxıb getmişlər. Yolda olan zaman Samir Vamiqdən aldığı iki qram heroini bərabər üç hissəyə bölmüş, ona, Şəfahətə və özünə götürmüşdür. Bundan sonra, Şəfahəti evlərinə tərəf düşürtmüş, oradan da Samirlə birlikdə yaşadığı İmişli rayonuna gəlmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs5 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, O, Sabirabad rayon Məmişlər kənd sakini Zərərçəkmiş şəxs8 həmin kənd ərazisindəki örüş sahəsindən üç baş erkək qoyununun oğurlanmasında iştirak etmişdir. Həmin oğurluğu o, İmişli rayon sakini, tanışı Samir və Sabirabad rayon Məmişlər kənd sakini Şəfahət adlı şəxslərlə birlikdə törətmişlər. Belə ki, 14 iyul 2023-cü il tarixdə səhər saatlarında tanışı Samirlə narkotik tapmaq üçün İmişli rayonundan çıxıb Sabirabad rayonuna gəlmişlər. Həmin vaxt Samirin ağ rəngli, VAZ-2107 markalı avtomobili ilə gəlmişlər. Yolda o, bilmiş ki, onu avtomobilinə götürməmişdən əvvəl, Samir Sabirabad rayon sakini Şəfahət ilə mobil telefonla danışmış, əlaqə saxlamış və Sabirabad rayonuna gələcəklərini demişdir. Sabirabad rayonuna gəldikdən sonra Sabirabad rayon ərazisində Şəfahət ilə görüşmüşlər və çayxanalardan birində çay içmişlər. Söhbət əsnasında Şəfahət və Samir narkotik almaq üçün pul lazım olduğunu, pul da əldə etmək üçün oğurluq etmək lazım olduğunu bildirmişdir. O da razılaşmışdır. Şəfahət yaşadığı Məmişlər kəndində örüş sahəsində heyvanlarının otladığını, həmin heyvanlardan oğurlamağı məsləhət bilmişdir, o və Samir də onunla razılaşmışlar. Bu məqsədlə həmin gün saat 13 radələrində o, Şəfahət və Samirlə birlikdə Sabirabad rayonu Məmişlər kəndində çöl sahəyə getmiş, sahədə bir neçə qoyunların otladığını görmüşlər. Qoyunların yanında heç kim olmadığına görə, Samir avtomobilini bir qədər kənarda saxlamış və Şəfahətlə birlikdə avtomobildən düşüb sahəyə tərəf getmişlər. Ona maşında oturmağını, ətrafa nəzər yetirməsini, gələn olsa onlara xəbər etməsini bildirmişdir. Şəfahətlə Samir birlikdə çöl sahədən 3 baş qoyunları oğurlamış avtomobilin arxa yük yerinə yükləmişlər. Bundan sonra, Şəfahət adını sonradan bildiyi Vamiq adlı Sabirabad şəhər sakini ilə danışmış və narkotik almaq üçün onlara gələcəklərini bildirmişdir. Onlar birlikdə Vamiqin yaşadığı evin yaxınlığına gəlmiş və Vamiq küçəyə çıxmışdır. Şəfahət Vamiqlə avtomobildə üç baş qoyun olduğunu, həmin qoyunları fermadan gətirdiklərini və satıb yerinə narkotik almaq istədiyini demişdir. Vamiq də onlarla üç baş qoyuna 330 manat pul verəcəyini demişdir, onlar razılaşdıqdan sonra Vamiq qoyunları götürüb bunun müqabilində onlara 60 manat pul və 3 qram heroin vermişdir. 60 manat pul siqaret və benzinə xərclənmiş, 3 qram narkotiki isə aralarında bölməklə istifadə etmişlər. Bundan sonra, Şəfahəti evlərinə tərəf düşürtmüş və oradan da Samirlə birlikdə yaşadığı İmişli rayonuna gəlmişlər. Tutduğu əməldən peşmançılıq hissi keçirdiyini və zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini qeyd etməklə ona köməklik göstərilməsini məhkəmədən xahiş etmişdir. Zərər çəkmiş şəxs qismində məhkəmədə dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, hazırda ailə üzvləri ilə birlikdə yuxarıda göstərilən ünvanda yaşayır. Özünə məxsus İmişli rayonu, Rəsullu kəndinin çöl sahəsində yerləşən təsərüffatı vardır. Həmin təsərüffatda özünə məxsus 20 baş iribuynuzlu heyvanları vardır. 10 may 2023-cü il saat 21 radələrində heyvanlarını qəhələ salıb qapısını bağlayıb evinə getmişdir. 11 may 2023-cü il saat 7 radələrində heyvanlarını örüşə ötümək üçün gedən zaman qəhəlin iplə bağlanmış qapısının açıq olduğunu görmüşdür. Bunu görüb qəhələ daxil olmuşdur. Qəhəldə 2 baş iribuynuzlu dişi heyvanının erkək balalarının olmadığını görmüşdür. O, heyvanların oğurlanmasından şübhələnib bu barədə yerli icra nümayəndəsinə və 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra, hadisə yerinə polis əməkdaşları gəlmiş və məlum olmuşdur ki, onun 2 baş iribuynuzlu heyvanları oğurlanmışdır. Baş vermiş hadisə nəticəsində ona 1600 manat maddi ziyan dəymişdir. Hal-hazırda ona dəymiş ziyan ödənilmiş və ona görə də təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini xahiş etdi. Digər zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs2, X3, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6 Mirləm oğlu, Zərərçəkmiş şəxs7, Zərərçəkmiş şəxs8 və Zərərçəkmiş şəxs1 məhkəmənin hazırlıq iclasında məhkəməyə ərizə təqdim edərək onlara vurulmuş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərə qarşı heç bir şikayət və tələblərinin olmadığını və işə onların iştirakı olmadan baxılmasını xahiş etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, heyvan alqı-satıqısı ilə məşğul olmaqla ailəsini dolandırır. 18 iyul 2023-cü il tarixdə həmkəndlisi Şahid4 ona zəng edərək Sabirabad rayon sakini Əli adlı şəxsin zəng etdiyini, Sabirabad rayonunda bir nəfərdə 3 baş kəsilmiş qoyunlar olduğunu, onları almaq istəyib-istəmədiyini soruşmuşdur. O da Elşadla razılaşmış və Elşadın Əli adlı şəxsin ona verdiyi nömrəsi ilə danışıb əlaqə saxlamışdır. Həmin gün Əli ilə, sonradan adını bildiyi Sabirabad şəhər sakini Vamiq adlı şəxsin evində görüşmüşdür. Belə ki, o, Vamiqin evinə həmkəndlisi - taksi fəaliyyəti ilə məşğul olan Fərhadın 09 markalı avtomobili ilə gəlmişdir. O, həyətə daxil olanda iki baş qoyun, 3 baş da başı kəsilmiş qoyunları görmüşdür. O, qoyunların niyə başlarının kəsildiyini soruşmuş, Vamiq də arpaya düşdüyünü bildirmişdir. Bir qədər söhbət etdikdən sonra o, iki baş diri qoyunları Vamiqdən özü üçün 320 manata almağa razılaşmışdır. Kəsilmiş qoyunları isə 82 manata almış, ümumilikdə Vamiqə 402 manat pul vermişdir. Razılaşdıqdan sonra 5 baş qoyunları gəldiyi taksi avtomobilinə yükləyib kəndə gəlmiş və danışdıqları kimi 3 baş kəsilmiş qoyunları həmkəndlisi Elşadın evlərinə aparmışdır. Elşad da qoyunları götürüb evlərinə aparmışdır. O, həmin qoyunların oğurluq olmasını bilməmişdir. Vamiq adlı şəxsin deməsinə görə həmin qoyunlar arpaya düşdüyündən, heyvanları kəsmək məcburiyyətində qaldığından uzuc qiymətə satmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç yerdə işləmir, heyvan alqı-satıqısı ilə məşğul olmaqla ailəsini dolandırır. 18 iyul 2023-cü il tarixdə Sabirabad rayon sakini olduğunu dediyi Əli adlı şəxs ona zəng edib, Sabirabad rayonunda bir nəfərdə 3 baş, başı kəsilmiş və soyulmuş vəziyyətdə qoyun olduğunu, həmin qoyunları alıb-almayacağım soruşmuş, o da qiymətini soruşmuş, həmin şəxs də ona 3 baş qoyunu 82 manat satdığını demişdir. O da həmkəndlisi Şahid3 zəng edib, Sabirabad rayonunda bir nəfərdə 82 manata 3 baş qoyun olduğunu, həmin qoyunları almaq lazım olduğunu demiş, Zamin də onunla razılaşmış və əlaqə yaratması üçün Əli adlı şəxsin nömrəsini Zaminə vermişdir. Bir neçə saat sonra Zamin 3 baş qoyunu gətirmiş, həmin vaxt o, qoyunların başlarının kəsildiyini və soyulmuş vəziyyətdə olduğunu görmüşdür. O, Zaminin Vamiq adlı şəxsə verdiyi 82 manatı Zaminə vermiş və əziyyət çəkdiyini deyib, başqa vaxt da Zaminə pul verəcəyini demişdir. Həmin gün onun Bakı şəhərində işi olmuş, ona görə də heyvanları satıb özünə benzin pulu etmək istəmişdir. Bu səbəbdən Abşeron rayon Güzdək qəsəbəsində yaşayan tanışı Seymur adlı şəxslə mobil telefonla əlaqə saxlamış və 3 baş başı kəsilərək soyulmuş vəziyyətdə qoyun olduğunu, ucuz qiymətə istədiyi təqdirdə gətirə biləcəyini demiş, Seymur da gətirməsini bildirmişdir. Seymuru iki il əvvəl atasının vasitəsi ilə tanımış, Seymurun atası ilə “Təzə Bazar” da tanış olmuşdur. O da özünə məxsus avtomobillə qoyunları aparıb, Abşeron rayon Güzdək qəsəbəsində yaşayan tanışı Seymura 150 manata satmışdır. O, aldığı 3 baş qoyunların oğurluq olmasını bilməmiş, Vamiq adlı şəxsin deməsinə görə həmin qoyunlar arpaya düşdüyündən, heyvanları kəsmək məcburiyyətində qaldığından, uzuc qiymətə satmışdır. Cinayət işində olan: Sabirabad rayon “Fərid” mal-qara alqı-satğı bazarından daxil olmuş məktublardan görünür ki, diri çəkisi 45 kq olmaqla 15 aylıq dişi cinsli qoyunların, eləcə də diri çəkisi 50 kq olmaqla qarnında balası olan boğaz dişi cinsli qoyunların 14 iyul 2023-cü il tarixə olan orta bzar qiymətləri 300 manat, diri çəkisi 45 kq olan, qulaqsız sortlu, 10 aylıq erkən cinsli qoyunların 17 iyul 2023-cü il tarixə olan orta bazar qiyməti 300 manat, eləcə də diri çəkisi 18 kq olan, qulaqsız sortlu, 6 aylıq erkək cinsli qoyunların 17 iyul 2023-cü il tarixə olan orta bazar qiyməti 180 manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli 9/5311 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş malların qiymətləri: bir ədəd “hp” markalı printerin qiyməti 200 manat, çuqundan hər bir dəstin içərisində 4 ədəd müxtəlif ölçülü qazan və 1 tava olmaqla qazan dəstləri (fotoşəkillər təqdim edilib) 500 manat, bir ədəd xrustal güldan 40 manat, bir ədəd 2x3 metr en və uzunluqda yun palaz 200 manat, iki dəst yataq üzü dəsti (prostina) 70 manat, bir ədəd “Bosch” markalı tozsoran 120 manat, bir ədəd ləpə çəkən aparat 30 manat və bir ədəd mikser 30 manat olmaqla, ümumilikdə 1190,0 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli 9/5543 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məxsus sağlam vəziyyətdə, yerli sort, dişi cinsli, 3 yaşında, 65 kiloqram çəkidə iki baş xırdabuynuzlu heyvanların 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 900,00 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli 9/5754 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus bir baş erkək cinsli, 5 aylıq, 65-70 kq çəkidə iribuynuzlu heyvanın 2023-cü ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 530,00 manat müəyyən edilir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 09 avqust 2023-cü il tarixli 9/5755 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 məxsus 02 baş erkək cinsli, 7 aylıq, 65-70 kq çəkidə iribuynuzlu heyvanların 2023-cü ilin may ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 1060 manat müəyyən edilir. İş materiallarında olan tələbnamədən və hökümlərin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 İmişli rayon məhkəməsinin 18.12. 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 170.1, 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələrilə təqsirli bilinib həmin Məcəllənin 66.2 və 66.5-ci maddələri tətbiq edilməklə 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 66.2 və 66.5-ci maddələrinə əsasən 4(dörd) il 09(doqquz) ay müddətinə azadlıəqdan məhrumetmə cəzasına məhkum olunmuş, Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(002) - 1180/2022 saylı qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş qalan 07(yeddi) ay 29 (iyirmi doqquz) gün hissəsindən şərti olaraq azad edilmiş və məhkumluğu ödənilməmişdir. İşə əlavə edilmiş qərar və protokollardan müəyyən olunur ki, hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs1 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23.07.20-23-cü il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilməklə həmin tarixdən həbsdədir. İşə əlavə edilmiş tələbnamədən müəyyən olur ki, Təqsirləndirilən şəxs2 məhkumluğu yoxdur. İşə əlavə edilmiş qərar və protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 21 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, 23.07.20-23-cü il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilməklə həmin tarixdən həbsdədir. İş materiallarında olan tələbnamədən və hökmün surətlərindən görünür ki, Əmirov X4 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrilə təqsirli bilinib həmin Məcəlləni 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)- 118/2021 saylı hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İşə əlavə edilmiş qərardan və həmin tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 25 may 2023-cü iltarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixli qərarla barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 25.10 2023-cü il tarixədək uzadılmış, Sabirabad rayon məhkəməsinin xx.xx.2023cü il tarixli qərarı ilə həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilmişdir. 25.10 2023-cü il tarixədə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Sabirabad rayon məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək eyni zamanda barəsində axtarış elan olunmuş, 11 iyul 2024-cü il tarixdə tutulmuşdur. Həmin tarixdən həbsdədir. İş materiallarında olan tələbnamədən və hökmün surətlərindən görünür ki, Təqsirləndirilən şəxs5 İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-79/2021 saylı hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 177.2.1,177.2.2 və 177.2.3cü maddələri ilə təqsirli bilinib qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26(iyimi altı) gün müddətinə azdlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmişdir. İşə əlavə edilmiş qərar və protokollardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs5 21-23 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş və 23 iyil 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. İşə əlavə edilmiş tələbnamədən müəyyən olur ki, Təqsirləndirilən şəxs4 məhkumluğu yoxdur. O, 22 - 24 iyun 2023-cü il və 21 - 23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulmuş, 23 iyul 2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməklə həbsdən azad olunmuşdur. Sabirabad rayon məhkəməsinin 23 may 2024-cü il tarixli qərarı ilə onun barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilərək eyni zamanda barəsində axtarış elan olunmuş, 15 iyun 2024-cü il tarixdə tutulmuşdur. Həmin tarixdən həbsdədir. Beləliklə, məhkəmə iş üztə toplanmış sübutlari araşdırıb, onlara hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslərə istinad olunan cinayət əməli məhkəmə iclasında onların özlərinin etirafedici ifadələri, dındirilmiş zərərçəkmişlərin, şahidlərin ifadələri, məhkəmədə araşdırılmış hadisə yerlərinin müayinəsi, ifadələrin yerində yoxlanması protokolları və digər iş materialları ilə tam sübuta yetrilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs5 əməli isə Azərbaycan Respublikası CM-nın 177.2.1 maddəsi ilə düzgün tövsüf olunmuşdur. Odur ki, onlar həmin maddələr üzrə təqsirli bilinib cəzalanmalıdırlar. Onların cəzadan azad edilmələri və işin icraatına xitam verilməsi üçün əsas yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən cinayət qanununun aşağıda qeyd olunan prinsip və müddəalarını əsas tutur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş daha ciddi cəza növü o halda təyin edilir ki,az ciddi cəza növü cəzanın məqsəsdlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarın 1-ci bəndində qeyd olunmuşdur ki,məhkəmələrə izah edilsin ki,hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı,cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsni təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsinin tələbinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini xarakterizə edən hallar, onların cinayətdə iştirakçılıq dərəcələri, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsiri nəzərə alınaraq, təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs5 təqsirləndirildikləri maddənin sanksiyasınında nəzərdə tutulan hədd daxilində ədalətli cəzası təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edərək aşağıda qeyd olunanları nəzərə alır: Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olmasını, CM-nin - 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən vurulmuş ziyanı ödəməsini Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi, onun hərəkətlərində cinayətlərin residivliyinin olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzırə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində qeyd edilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmişdaha ciddi cəza növünün yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə Təqsirləndirilən şəxs1 məhz hansı cəzanın təyin edilməsi məsələsini müzakirə edərək, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı hesab edir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3–cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(056)-1180/2022 saylı qərarı ləğv edilməli və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 66.2 və 66.5-ci maddələri ilə təyin edilmiş 4 (dörd) il 9 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07(yeddi) ay 29(iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki cinayət əməli üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilməli və ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasdı təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirlmədən saxlanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3 -cü maddəsinə əsasən cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edərək aşağıda qeyd olunanları nəzərə alır: Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 vurulmuş ziyanın ödənilməsinə təşəbbüs göstərməməklə zərərçəkmişlərlə barışıq əldə etməməsini və məhkumluq müddəti keçsə də, əvvəllər cinayət törətməsini onun şəxsiyyətini mənfi xarakterizə edən hallar kimi nəzərə alaraq, təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da, ona azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin edilməsini məqsədəmüvafiq və əsaslı hesab etmir və ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı hesab edir. Onun cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlmədən saxlanmalı və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs3 hansı cəzanın təyin olunmasını müzakirə edərək aşağıda qeyd olunanları nəzərə alır: Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin - 59.1.4-cü maddəsinə əsasən himayəsində bir nəfər azyaşlı uşağının olmasını, CM-nin - 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini və CM-nin 59.1.13-cü maddəsinə əsasən vurulmuş ziyanı ödəməsini Təqsirləndirilən şəxs3n cəzasını yüngülləşdirən hal kimi, onun İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(036)-118/2021 saylı hökmü ilə Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib Azərbaycan Respublikas Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qəti olaraq 1 (bir) il 06(altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmaqla məhkumluğu ödənilmədənyenidən qəsdən cinayət törətməsi və hərəkətlərində cinayətlərin residivliyinin olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsində qeyd edilir ki, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmişdaha ciddi cəza növünün yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirlidir və yüxarıda qeyd olunan cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında qaldığı 05 ay ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 1 ay azadlıqdan məhrumetmə cəzası saxlanmalı, cəzaçəkmə müddətinin əvvəli qətimkan tədbiri qismində tutulduğu 11 iyul 2024-cü il tarixdən hesablanmaı, barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlmədən saxlanmalı və Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs4 cəza təyini məsələsini müzakirə edərək onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən və vurulmuş ziyani ödəməsini Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun barəsində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkumluğu yoxdur. İş materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs4 22 - 24 iyun 2023-cü il və 21 - 23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq 04 gün və qətimkan tədbiri qismində 02 ay, ümumilikdə 02 ay 04 gün həbsdə saxlanmışdır. Məhkəmə Təqsirləndirilən şəxs4 təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası daxilində 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasınin təyin edilməsini əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası CM-nın 69.3-cü maddəsinə əsasən onun 22 - 24 iyun 2023-cü il və 21 - 23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 04 gün və qətimkan qismində həbsdə qaldığı 02 ay, ümumilikdə 02 ay 04 günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 08 (səkkiz) gün çıxılmalı və ona qəti olaraq 2 (iki) il 07 (yeddi) ay 22 (iyirimi iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib məhkəmə iclas zalından dərhal həbsdən azad edilməli, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməli və seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən təTəqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddət ərzində daimi yaşadığı İmişli rayon ərazisini tərk etməmək, hər gün axşam saat 23:00- dan səhər saat 06:00-dək yaşadığı evi tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulmasını məqsədəmüvafiq hesab edir. Təqsirləndirilən şəxs4 cəzaçəkmə müddətinin əvvəli onun cəzasının icrasına nəzarət edən orqanda qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün Təqsirləndirilən şəxs4 aid hissədə icrası onun yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs5 hansı cəzanın təyin olunmasını müzakirə edərək onun zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nın 59.1.12-ci maddəsinə əsasən, vurulmuş ziyanı ödəməsini həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Onun hərəkətlərində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs5 21-23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində 2 gün tutulmuşdur. İş materiallarından müəyyən olur ki, Təqsirləndirilən şəxs5 İmişli rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2, və 177.2.3-cü maddələrilətəqsirli bilinib həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən qəti olaraq 1 il 11 ay 26 gün azadlığın məhdudlaşmasdı cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nın 177.2.1 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun 21-23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılmalı və ona qəti olaraq 2(iki) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə Azərbaycan Respublikası CM-nın 52-1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddət ərzində daimi yaşadığı İmişli rayon ərazisini tərk etməmək, hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşadığı evi tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Onun cəzaçəkmə müddətinin əvvəli cəzasının icrasına nəzarət edən orqanda qeydə alındığı vaxtdan hesablanmalıdır. Hökmün Təqsirləndirilən şəxs5 aid hissədə icrası onun yaşayış yeri üzrə İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 200 (iki yüz) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 356-358, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; Təqsirləndirilən şəxs1 cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(056)-1180/2022 saylı qərarı ləğv edilsin və Beyləqan Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1, 66.2 və 66.5-ci maddələri ona təyin edilmiş 4 (dörd) il 9(doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 07(yeddi) ay 29(iyirmi doqquz) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinə əsasən hazırki cinayət əməli üzrə təyin edilmiş cəza ilə qismən birləşdirilsin, ona 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasdı təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlmədən saxlansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3- cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; cəzaçəkmə müddətinin əvvəli 21 iyul 2023-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlmədən saxlansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin; CM-nin 69.3-cü maddəsinə əsasən xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə və ev dustaqlığında qaldığı 05 ay ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 il 1 ay azadlıqdan məhrumetmə cəzası saxlansın; cəzaçəkmə müddətinin əvvəli 11 iyul 2024-cü il tarixdən hesablansın; barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirlmədən saxlansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; 22 - 24 iyun 2023-cü il və 21 - 23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 04 gün və həbsdə qaldığı 02 ay, ümumilikdə 02 ay 04 gün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) ay 08 (səkkiz) gün çıxılsın və ona qəti olaraq 2 (iki) il 07 (yeddi) ay 22 (iyirimi iki) müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalından dərhal həbsdən azad edilsin; Təqsirləndirilən şəxs4 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilsin; qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın. Təqsirləndirilən şəxs4 üzərinə cəza çəkdiyi müddət ərzində daimi yaşadığı İmişli rayon ərazisini tərk etməmək, hər gün axşam saat 23:00- dan səhər saat 06:00-dək yaşadığı evi tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun; cəzaçəkmə müddətinin əvvəli onun cəzasının icrasına nəzarət edən orqanda qeydə alındığı vaxtdan hesablansın; Hökmün Təqsirləndirilən şəxs4 aid hissədə icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası CM-nın 177.2.1 maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin; onun 21-23 iyul 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2 gün günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər hesablanmaqla ona təyin olunmuş 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından 04 (dörd) gün çıxılsın və ona qəti olaraq 2(iki) 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlansın.Təqsirləndirilən şəxs5 üzərinə cəza çəkdiyi müddət ərzində daimi yaşadığı İmişli rayon ərazisini tərk etməmək, hər gün axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşadığı evi tərk etməmək, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun; cəzaçəkmə müddətinin əvvəli onun cəzasının icrasına nəzarət edən orqanda qeydə alındığı vaxtdan hesablansın; Hökmün Təqsirləndirilən şəxs5 aid hissədə icrası onun yaşayış yeri üzrə İcra və Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri - 200 (iki yüz) manat təqsirləndirilən şəxslərdən müştərək qaydada tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya, şikayəti və protesti verilə bilər. HAKİM :FÜZULİ PƏNAHOV
Məhkəmə qərarları › İş №1(056)-39/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-39/2024
15.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver