Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-39/2025 02.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X1 oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakı ilə, 18 avqust1979-cu il tarixdə Sabirabad rayonunun Cavad kəndidnə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, Sabirabad rayonu Yaşıllaşma idarəsində fəhlə işləyən, evli, əvvəllər məhkum olunmamış, Sabirabad şəhəri, Z.Əliyev küçəsi, ev 43-də qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktına görə, Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Sabirabad şəhər sakini Zərərçəkmiş şəxs DOST MMC-yə fəhlə içinə düzəltmək kimi imkanına malik olmasına inandırıb, 2023-cü ilin sentyabr ayının 10-da Sabirabad rayonu “Bayraq Meydanı” deyilən yerdə 1200 manat məbləğində pulunu alaraq, sonradan verdiyi vədə əməl etməyib aldatmaqla zərərçəkmiş Zərərçəkmiş şəxs 1200 manat məbləğində məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərdi ki, o, DOST MMC-də fəhlə işləyir. İş yerində Ruslan adlı şaxslə tanış olmuş, sonuncu ilə münasibəti yaxşı olmuşdur. 2023-cü ilin sentyabr ayının əvvəllərində dəqiq gün yadında qalmayan vaxtda iş yoldaşı Ruslan ona zəng edərək Asəf adlı tanışının Mahaçqaladan təzə gəldiyini, sonuncunun işə düzəlməsinə köməklik göstərməsini xahiş etmişdir. O, Ruslana görüşüb söhbət etməyi məsləhət görmüş, həmin gün axşam saatlarında Ruslan Asəfi də özü ilə gətirmiş, Sabirabad şəhər ərazisində kafelərin birində görüşmüşlər. O. Asəfə sonuncunu Məşğulluq idarəsində fəhlə kimi işə düzəldəcəyini, lakin bunun üçün 1200 manat pul lazım olduğunu demiş, lakin işin alınması üçün heç bir səlahiyyətə malik olmamışdır. Maddi imkanı zəif olduğu üçün Asəfə yalandan sonuncunu işə düzəldə biləcəyini deyib pulunu ələ keçirmək istəmiş, Asəf də ona fikirləşib cavab vərəcəyini bildirmişdir. Təxminən 2023-cü ilin sentyabr ayının 10-da Sabirabad rayonu ərazisində bayraq meydanı adlanan yerdə Ruslana məxsus VAZ 2107 markah dövlət qeydiyyat nişanını bilmədiyi tünd rəngli avtomobildə Asəf ilə görüşmüş. avtomobilin ön sağ tərəfində, Asəf isə arxada oturmuşdur. X2 yanında ona 50 və 100 manatlıq əskinaslardan ibarət 1200 manat pulu sayaraq əlbəəl vermiş, o da pulu alıb cibinə qoymuş, sonra sağollaşaraq ayrılmışlar. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmiş, həmin vaxt pula ehtiyacı olduğu üçün belə bir hərəkət etmişdir. Asəfi heç bir yerdə işə düzəldə bilməyəcəyini bilmişdir. Asəfdən pulu alıb işlərini həll etdikdən sonra bankdan kredit götürüb Asəfin pulunu qaytarmağı fikirləşsə də, adında başqa kredit olduğu üçün ona kredit verilməmişdir. Bu səbəbdən Asəfin pulunu geri qaytara bilməmişdir. O, səhv etdiyini başa düşür. Hazırda əməlindən peşmandır və həmin pulu qaytarmışdır. Buna görə də zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və tələbi yoxdur. Ona görə də o, məhkəmədən cinayət məsuliyyətindən azad olunması haqqında qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hazırda təqsirləndirilən şəxs ona vurduğu ziyanın əvəzini tam ödəmiş, ondan üzr istəyərək barışmışdır. Ona görə də onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Bu barədə ərizəsini məhkəməyə təqdim edir. Odur ki, qeyd olunanları nəzərə alaraq onun barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs Sabirabad rayon Məhkəməsinə təqdim etdiyi ərizədən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı tam ödəmiş, aralarında barışıq əldə olunmuş, ona görə də Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərərçəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlininin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Lakin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar vardır. Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən Cinayət Məcəlləsinin 73-1ci maddəsinə görə 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 10.1-ci maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza, bu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədildiyi zaman qüvvədə olan cinayət qanunu ilə müəyyən edilir. Qeyd edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilərək barəsindəki cinayət işinin icraatına xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-39/2025
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-39/2025
02.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver