Məhkəmə qərarları › İş №1(056)-4/2024

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-4/2024

27.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-4/2024 27.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, həmçinin təqsirləndirilən şəxs X2 və onun müdafiəçisi Şirvan Regional Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi2 iştirakları ilə, xx xxx 1974-cü ildə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsnində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 və xx xxxxxxx 1986-cı ildə Sabirabad rayonu, Moranlı kəndində anadan olmuş, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Moranlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsnində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 28 iyun 2023-ci il tarixdə saat 24 radələrində, bacısı oğlu X2, onun Sabirabad rayonu Moranlı kəndində yerləşən evinin həyətində qızı Şahid5 həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə həyətdəki tualetə daxil olmasını görüb, onların intim münasibətdə olmalarını yəqin edərək, bu barədə ona telefonla zəng edib məlumat verməsindən bir neçə dəqiqə sonra evinə gəlmiş, həmin vaxt evin mətbəx otağında olan Zərərçəkmiş şəxs təpik və yumruqları ilə bədəninin müxtəlif nahiyələrinə vurmaqla döymüş, daha sonra sonuncudan qızı ilə intim münasibətdə olması səbəbindən qisas almaq üçün, Samid İbişovla danışıb razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs idarə etdiyi “Niva” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Moranlı kəndinin kənarındakı “Həzi xarabası” adlanan çöl sahəsinə gətirmiş, avtomobillə gələrkən əvvəlcə o, daha sonra isə Samid İbişov, əlində olan istintaqla müəyyən edilməyən kəsici-deşici alət-bıçaqla Zərərçəkmiş şəxs bud, baldır və sol əlinin dırnaq falanqasına zərbələr endirmiş, çöl sahəyə çatdıqda isə Zərərçəkmiş şəxs avtomobildən düşürüb Samid İbişovla birlikdə yerdə təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin sikələnməsi ilə müşayiət olunan, sağ təpə-alın nahiyəsində yara, sağ və sol gözaltı nahiyədə, sol gicgah nahiyəsində qançırlar, boynun sağ və sol yan səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ budun aşağı 1/3-də ön səthdə, sol baldırın orta 1/3-də ön səthdə qançırlar, sol budun aşağı 1/3-də iç səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə, sol əlin 5-ci barmağının dırnaq falanqası proyeksiyasında çapıqlarla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. X4 28 iyun 2023-ci il tarixdə saat 24 radələrində Sabirabad rayonu Moranlı kəndində yaşayan dayısı Təqsirləndirilən şəxs1 evinin həyətinə gələrkən Tahir Abbsovun qızı, yəni dayısı qızı Şahid5 həmkəndlisi Zərərçəkmiş şəxs ilə birlikdə həyətdəki tualetə daxil olmasını görüb, onların intim münasibətdə olmalarını yəqin edərək Zərərçəkmiş şəxs qisas almaq qərarına gəlmiş, bu məqsədlə sonuncunu tualetdən çıxarıb evin həyətində təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla döymüş, Zərərçəkmiş şəxs evin mətbəx otağına gətirərək, orada baş vermiş hadisə barədə dayısı Təqsirləndirilən şəxs1 telefonla zəng edərək məlumat vermiş, bir neçə dəqiqədən sonra evinə gəlmiş Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs qızı ilə intim münasibətdə olması səbəbindən qisas almaq üçün, onunla danışıb razılaşmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib cinayət əlaqəsinə girərək, Zərərçəkmiş şəxs Tahir Abbsovun idarə etdiyi “Niva” markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə mindirib Moranlı kəndinin kənarındakı “Həzi xarabası” adlanan çöl sahəsinə gətirmiş, avtomobillə gələrkən əvvəlcə Tahir Abbsov, daha sonra isə o, əlində olan istintaqla müəyyən edilməyən kəsici-deşici alət-bıçaqla Zərərçəkmiş şəxs bud, baldır və sol əlinin dırnaq falanqasına zərbələr endirmiş, çöl sahəyə çatdıqda isə Zərərçəkmiş şəxs avtomobildən düşürüb Təqsirləndirilən şəxs1la birlikdə yerdə təpik və yumruqları ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin sikələnməsi ilə müşayiət olunan, sağ təpə-alın nahiyəsində yara, sağ və sol gözaltı nahiyədə, sol gicgah nahiyəsində qançırlar, boynun sağ və sol yan səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ budun aşağı 1/3-də ön səthdə, sol baldırın orta 1/3-də ön səthdə qançırlar, sol budun aşağı 1/3-də iç səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə, sol əlin 5-ci barmağının dırnaq falanqası proyeksiyasında çapıqlarla müşayiət olunan, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olub qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Bu hərəkətləri ilə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və X4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Moranlı kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə Qaragüney polis bölməsinə ərizə ilə barəsində həmkəndlisi Zərərçəkmiş şəxs muraciət etmişdir. Zərərçəkmiş şəxs əmisi Vəlişin nəvəsidir, Yusiflə münasibəti normal olmuş, atası Asiflə bir sinifdə oxumuşlar. xx.xx.2023-cü il tarixdə saat 00:15 radələrində bacısı oğlu Samid İbişov ona telefonla zəng edərək, həmkəndlisi Yusifi evin həyətində yerləşən tualetdə qızı Aysellə birlikdə görməsini, tez evə gəlməsini bildirmişdir. O, həmin vaxt fermada olmuş, təxminən 15 dəqiqədən sonra evə gəlib çatmışdır. Evə çatan zaman həyətdə bacısı oğlu Samid və qonşusu Şahid2 görmüşdür. O, Samiddən nə baş verdiyini soruşmuş, Samid də ona Zərərçəkmiş şəxs tualetdə qızı Aysellə tutduğunu bildirmiş, Yusifin evin mətbəx otağında onu gözləməsini demişdir. O, evə daxil olan zaman Yusifin mətbəxtdə pəncərənin qarşısında oturmasını, ağzı burnu qan içində olduğunu görmüşdür. Sonra isə Yusifdən onun evində nə gəzdiyini, evinə hansı məqsədlə gəldiyini soruşmuşdur. Yusif isə ona əvvəlcə həyat yoldaşını xəstəxanaya aparmağa gəldiyini, sonra isə arvadı Kamilənin ona zəng edərək, onları İmişli rayonuna aparmağa xahiş etdiyi üçün gəldiyini bildirəndə, Yusifdən avtomobilinin harada olduğunu soruşmuş, Yusif də heçnə cavab verə bilməmişdir. Sonra isə Yusifdən onun ailəsini İmişli rayonuna aparmasını ona kimin icazə verməsini soruşmuş, Yusif yenə də sakit dayanıb heç bir söz deməmişdir. Həmin vaxt arvadı Kamilədən Yusifin burada nə gəzdiyini soruşduqda, Kamilə də Yusifi İmişli rayonuna getmək üçün çağırdığını demişdir. O da Yusifin yalan danışdığını düşünüb yumruqla onun sifət nahiyəsinə, dirsəyi ilə baş nahiyyəsinə bir neçə dəfə zərbələr vurmuşdur. Həmin vaxt Samid və arvadı Kamilə onun yanında olmuşdur. O, Yusifi döyən zaman nəvələrinin onların olduqları otağa gəldiyini görüb, uşaqlar qorxmasınlar deyə Yusifə evdən çıxmasını və avtomobilə əyləşib, onunla getməsini bildirəndə, Yusif qorxusundan buna etriazını bildirmişdir. Sonra Samidə ona kömək etməsini demiş, Samid də onunla razılaşdıqdan sonra Yusifi kəmərindən tutaraq avtomobilinə tərəfə gətirmişlər. Həmin vaxt qonşuları Xəyal həyətdə olmuş, sonra qardaşı oğlu Şahid1 da həyətlərinə gəlmişdir. Rafət də nə baş verməsini soruşmuş, o, Xəyal və Rafətə söhbətə qarışmamalarını bildirmişdir. Bundan sonra, onlar Yusifi özünə məxsus Niva markalı **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobilə oturtmuşlar. Samid də onun arxasınca avtomobilə minmişdir. Daha sonra o, avtomobili sürüb yaşadığı Moranlı kənd ərazisində yerləşən çöl sahəyə gəlmişlər. Avtomobili saxlayıb Yusifə avtomobildən aşağı düşməsini bildirsə də, Yusif avtomobildən düşməkdən imtina etmiş, o da Samidlə birlikdə Yusifin bel kəmərindən tutaraq avtomobildən yerə sürümüşlər. Sonra Yusifdən ona düzgün danışmasını, bir daha evinə hansı məqsədlə gəlməsini soruşmuş, Yusif isə ona yalan danışdığı üçün üz nahiyyəsinə bir necə dəfə yumruqla və dizi ilə baş və sifət nahiyyəsinə vurmuşdur. Samid də onunla birlikdə yumruq və təpiklə Yusifin baş və bədəninin müxtəlif nahiyələrinə vurmuşdur. Həmin vaxt Yusif bir anlıq huşunu itirmiş, sonra Yusifin özünə gəldiyini görüb Samidlə avtomobilə əyləşmiş və Yusifin əmisi Şahid3 zəng edərək, Yusifin qaynatası Sərdarın evinin yaxınlığında olan çöl sahədə su kollektorunun kənarında olduğunu, Yusifi döydüyünü bildirmiş və gəlib aparmasını demişdir. Daha sonra avtomobillə oradan uzaqlaşmış və Samidi öz yaşadığı evinə aparıb düşürdükdən sonra, özü də yaşadığı evinə getmişdir. Yusif Abbasov onun namusuna sataşdığı üçün, onu cəzalandırmaq məqsədi ilə Moranlı kəndində çöl sahəyə aparmış, Yusifi öldürmək fikri olmamış, sadəcə cəzalandırmaq istəmişdir. Hadisə zamanı nə onun, nə də Samidin Yusifə bıçaqla xəsarət yetirmədiyini, Yusifin bədəninin hansısa nahiyəsində kəsilmiş xəsarətlər varsa, ola bilər ki, Yusifi çöl sahədə Samidlə birlikdə döyən zaman yerdə sürünərkən almış olduğunu bildirmişdır. Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda, əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə belə hərəkətə yol verdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 məhkəmədə dindirilərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində Təqsirləndirilən şəxs1 dediklərini eyni ilə təsdiq etmiş, həmşinin, əməlindən peşimançılıq hissi keçirdiyini, ilk dəfə belə hərəkətə yol verdiyini, iş üzrə zərərçəkmiş şəxslə barışdıqlarını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını nəzərə alınaraq, cinayət məsuliyyətindən azad olunmasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Zərərçəkmiş şəxs əvvəlki məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edəırək təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmamasını bildirərək növbəti məhkəmə iclasılarının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmədə yoxlanmış və işin 111-113 -cü vərəqlə\rində olan məhkəmə-tibbi ekspertizasının 05 avqust 2023-cü il tarixli, 478 nömrəli rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs müayinə zamanı aşkar edilmiş xəsarətlər – qapalı kəllə beyin travması, baş beyin sikələnməsi ilə müşayiət olunan, sağ təpə-alın nahiyəsində yara, sağ və sol gözaltı nahiyədə, sol gicgah nahiyəsində qançırlar, boynun sağ və sol yan səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ budun aşağı 1/3-də ön səthdə, sol baldırın orta 1/3-də ön səthdə qançırlar küt əşyanın /əşyaların/, sol budun aşağı 1/3-də iç səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə, sol əlin 5-ci barmağının dırnaq falanqası proyeksiyasında çapıqlar-sağalmış səthi kəsilmiş yaralar isə kəsici səthə malik əşyanın /əşyaların/ ola bilsin bıçağın təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğun gəlir. Ayrı-ayrılıqda dərəcəsinə görə qapalı kəllə beyin travması, baş beyin sikələnməsi ilə müşayiət olunan, sağ təpə-alın nahiyəsində yara, sağ və sol gözaltı nahiyədə, sol gicgah nahiyəsində qançırlar, boynun sağ və sol yan səthində, sol bazunun yuxarı 1/3-də bayır səthdə, sol saidin orta 1/3-də bayır səthdə, sağ budun aşağı 1/3-də ön səthdə, sol baldırın orta 1/3-də ön səthdə qançırlar sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. Digər xəsarətlər- sol budun aşağı 1/3-də iç səthdə, sol baldırın aşağı 1/3-də bayır səthdə, sol əlin 5-ci barmağının dırnaq falanqası proyeksiyasında çapıqlar-sağalmış səthi kəsilmiş yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Məhkəmədə yoxlanmış və işin 94-94 -cü vərəqlərində olan Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2023-cü il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmayan şəxsdir, X7 isə əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Sabirabad rayon Moranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və X2 şəxsiyyəti yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad rayon Moranlı kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, X2 himayəsində 2 nəfər (2012 və 2015-ci il təvəllüdlü) azyaşlı uşaqları vardır. Məhkəmə cinayət işi üzrə toplanmış sübutların məcmusuna tam, hərtərəfli və obyektiv qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 və X3 istinad olunan cinayət əməli tam sübuta yetirmişdir və onların əməli Azərbaycan Respublikası CM-in 127.1-ci maddəsi ilə düzgün tövsüf olunmuşdur. Odur ki, onlar həmin cinayəti törətməkdə təqsirlidirlər. Cinayət Məcəllənin 73.2-ci maddəsində göstərilmişdir ki, bu Məcəlləsinin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və (ya) ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 və X4 Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eyni zamanda zərərçəkmiş şəxslə barışmış, zərərçəkmişin onlara qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 40.1-ci maddəsindən görünür ki, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu - cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsində qeyd edilir ki, şəxsin cinatyət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət- Məcəlləsinin72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1 ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissənin müvafiq maddələrində nəzərdətutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanmır və ya ona xitam verilir. Təqsirləndirilən şəxs1 və X2 ərizəsindən (vəsatətindən) görünür ki, onlar, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə, yəni barələrində olan cinayət işi üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsinə razıdırlar. Beləliklə də, məhkəmə - Təqsirləndirilən şəxs1 və X2 CM-nın 127.1-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətmələrini, zərərçəkmiş şəxsin təqsirləndirilən şəxslərlə barışdığını və onlara qarşı şikayət və tələbinin olmadığını, eləcə də Təqsirləndirilən şəxs1 və S.Y.İbişovun cinayət məsuliyyətindən azad edilərək iş üzrə icraata xitam verilməsi barədə özlərinin və zərərçəkmiş şəxsin ərizə və ifadəsini nəzərə alıb, Cinayət Məcəlləsinin 73.2-ci və Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 və S.Y.İbişovun barələrində cinayət təqibinə xitam verilməli və onlar cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxslər barəsində cinayət təqibinə xitam verildikdən sonra Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 175.5-ci maddəsinə əsasən qətimkan tədbiri qüvvədən düşmüş sayılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39, 40, 43, 321, 346, 347, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslə barışdığına görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. X4 zərərçəkmiş şəxslə barışdığına görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və onun barəsində Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 və X4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərar elan olunduğu andan 20 gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar