Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-40/2024 29.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X4 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx xxxx 1989-cu ildə Sabirabad rayonu Suqovuşan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və hazırkı günədək cəzasının çəkilməmiş hissəsi 01 (bir) il, 02 (iki) ay 08 (səkkiz) gün qalan, Sabirabad rayonu Suqovuşan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xx.xx.2024-cü il tarixdə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda 9,16 qram çəkidə narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşımaqla bir ədəd siqaret qutusunda saxlamış, 05 oktyabr 2023-cü il tarixdə saat 14:55-də Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilən təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində, Sabirabad şəhəri İ.İsgəndərov küçəsində saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən rayon polis şöbəsinə gətirilmiş, həmin tarixdə saat 17:45-də Təqsirləndirilən şəxs üzərinə polis şöbəsinin inzibati binasında şəxsi axtarış aparılan zaman əynindəki şalvarın sağ yan cibindən 1 ədəd siqaret qutusunun içərisindəki 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi - 9,16 qram olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respubikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmidir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərdi ki, Sabirabad rayonu Suqovuşan kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Sabirabad rayon məhkəməsinin 27 iyul 2022-ci il tarixli hökmü ilə 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Hal-hazırda cəzasını çəkir. 02 oktyabr 2023-cü il tarixdə axşam saatlarında Sabirabad rayonu Suqovuşan kəndində yaşadığı evin yaxınlığında piyada gedərkən yol kənarında 01 ədəd siqaret qutusunun olduğunu görüb əlinə götürərək içinə baxmış, içərisində 01 ədəd polietilen kəsiyi bükümündə narkotik vasitə qurudulmuş marixuana olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğu üçün həmin kütlədən biraz istifadə etmişdir. Bundan sonra tam əmin olmuşdur ki, həmin kütlə narkotik vasitə qurudulmuş marixuanadır. Həmin narkotik vasitəni istifadə etmək məqsədilə əynində olan şalvarın sağ yan cibinə qoymuş və üstündə saxlamışdır. 05 oktyabr 2023-cü il tarixdə saat 14 radərində tanışı X3 ilə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində görüşmüş və birlikdə çayxanaya getmək qərarlaşdırmışlar. Həmin vaxt yol kənarında söhbət edən zaman polis əməkdaşları onlara yaxınlaşıb özlərini təqdim etmiş, daha sonra onun və İlqarın narkotik vasitələrin dövriyyəsində şübhəli olduqları bildirərək, Sabirabad RPŞ-nə dəvət etmişlər. Onlar etiraz etmədən polis işşiləri ilə birlikdə Sabirabad RPŞ-yə gəlmişlər. Daha sonra, müstəntiqin xidməti otağına qalxmış və müstəntiq tərəfindən narkotik vasitələrdən istifadə etmələri barədə şübhəli olduqları bildirilmiş və sonra vəkil təqdim edilərək, hüquq və vəzifələri izah olunmuşdur. Müstəntiq ona üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa, təqdim etməsini bildirmişdir. O da üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmiş və həmin kütləni təqdim etmişdir. Müstəntiq ona üzərində olan digər əşyaları da təqdim etməsini istədikdə üzərində heç bir əşyanın olmadığını bildirmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmış və üzərindən 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd “LD” markalı siqaret qutusu, 01 ədəd alışqan və 30 manat pul vəsaiti aşkar olunaraq götürülmüşdür. Müstəntiq onun təqdim etdiyi siqaret qutusunu açaraq içinə baxdıqdan sonra həmin kütlə barədə soruşduqda həmin kütləni Sabirabad rayonu Suqovuşan kəndində piyada hərəkətdə olan zaman yol kənarından tapdığını bildirmişdir. Müstəntiq həmin kütləni nə üçün üzərində saxladığını soruşduqda isə gələcəkdə istifadə etmək məqsədilə üzərində saxladığını və satış məqsədinin olmadığını demişdir. Şəxsi axtarışın sonunda üzərindən aşkar edilmiş həmin kütlə müstəntiq tərəfindən qablaşdırılmış, paketə qoyulub möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Əlavə olaraq bildirmişdir ki, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu tanışı X3 bilməmişdir. İlqar Cəbiyevin üzərində narkotik vasitə olan qurudulmuş marixuana saxlamasından da onun xəbəri olmamışdır. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, Sabirabad RPŞ-nin CAB-nin əməliyyat müvəkili vəzifəsində işləyir. Sabirabad rayonu Suqovuşan kənd sakini Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq raportla polis şöbəsinin rəhbərliyinə məruzə etmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi özünə həvalə olunmuşdur. Bundan sonra, tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, bundan sonra əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdir. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Nurlan Mirzəyev, PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 və özündən ibarət olması təsdiqlənmişdir. 05 oktyabr 2023-cü il tarixdə saat 14 radələrində keçirilmiş müvafiq əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yanında dayanan başqa bir nəfər şəxslə, sonradan adını bildiyi İlqar Cəbiyevlə birlikdə Sabirabad şəhəri İ.İsgəndərov küçəsində saxlanılıb polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində dəvət edilmiş vəkilin, polis əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs izah edilmişdir ki, şəxsi axtarış aparılan zaman telefon vasitəsi ilə video çəkiliş aparılacaq, eyni zamanda təklif edilmişdir ki, üzərində narkotik vasitə və ya digər dövriyyəsi qadağan edilmiş əşya və predmet varsa təqdim etsin. Təqsirləndirilən şəxs şifahi olaraq bildirmişdir ki, üzərində 1 ədəd siqaret qutusunda narkotik vasitə qurudulmuş marixuana vardır, təqdim edə bilər. Bundan sonra, Təqsirləndirilən şəxsyev əynində olan tünd-göy rəngli şalvarının sağ yan cibindən 01 ədəd siqaret qutusunda olan kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zaman əlavə olaraq 01 ədəd “Samsung” markalı mobil telefon, 01 ədəd LD markalı siqaret qutusu, 01 ədəd alışqan və 30 manat pul aşkar edilmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd siqaret qutusu açıldıqda 01 ədəd polietilen kəsiyi bükümünün içərisində narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmiş, həmin kütlə 1 ədəd zərfə qoyularaq qablaşdırılmış, polis şöbəsinin 139 saylı möhürü ilə möhürlənmiş, üzərində o, digər polis əməkdaşı, Təqsirləndirilən şəxs və müdafiəçisi imza etmiş və müstəntiq tərəfindən götürülmüşdür. Şəxsi axtarışın keçirilməsi ilə bağlı müstəntiq tərəfindən protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 digər Şahid2 göstərdiklərinə uyğun məzmunlu ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmədə yoxlanmış və işin 37-38-ci vərəqlərində olan məhkəmə-bioloji ekspertizasının 06 oktyabr 2023-cü il tarixli 18/975 №-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərində.” sözləri yazılmış və imzalar olan kağız paketdə 1 ədəd siqaret qutusunda təmiz çəkisi - 9,16 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır.Həmin marixuanadan tədqiqata 0,02 qram sərf edilmiş, 9,14 qram qalıq qalmışdır. Ekspertiza tədqiqatının dəyəri-49,74 ( qırx doqquz manat yetmiş dörd qəpik) təşkil edir. Məhkəmədə yoxlanmış və işin 82-83-cü vərəqlərində olan İş üzrə keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 17 oktyabr 2023-cü il tarixli 6641 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs kannabinoidlərin qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin, öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur.Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmədə yoxlanmış və işin 79-cu vərəqində olan Azərbaycan Respublikası DİN-in BƏSİİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən və işə əlavə edilmiş xx.xx.2022 ci il tarixli 1(056)-104/ 2022 saylı hökmün surətində görünür ki, Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə təqsirli bilinib Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsi tətbiq olunmaqla qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq çəkidə - 9,16 qram narkotik vasitə olanqurudulmuş marixuana əldə etmə, saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidlərin ifadələri, baxış keçirilməsi protokolu, video görüntü materialı və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59-cü maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar müəyyən edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs əvvəllər eyni tərkibli cinayət törətməyə görə ona azadlığın məhdudlaşdırılması növündə cəzası təyin olunmasına baxmayaraq islah olunmaq yolunu tutmadığından təqsirli bilindiyi maddənin sanksiyasında azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza nəzərdə tutulsa da, ona yenidən həmin cəzanın təyin edilməsini məqsədəmüvafiq hesab etmir və təqirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını əsaslı hesab edir. Qeyd olunanlara əsasən, məhkəmə ona hazırki cinayətə görə 1(bir) il müddətə azadlqdan məhrumetmə cinayəti təyin etməyi məqsədəmüvafiq bilir. Azərbaycan Respublikası CM-nın 67-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəza azadlıqdan mərhum etmə ilə toplandıqda, azadlığın məhdudlaşdırılmasının 02 gününə azadlıqdan məhrum etmənin 01 günü hesablıanır. Məhkəmədə yoxlanmış və iş materiallarına əlavə edilmiş Sabirabad Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli 101900/2023 saylı məktubundan görünür ki, Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-104/2022 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün hissəsi çəkilməmiş qalmışdır. Odur ki, məhkəmə CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasına Sabirabad Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(056)-104/2022 saylı hökmü ilə təqsirləndirilən Təqsirləndirilən şəxs təyin edilmiş və hazırki günədə çəkilməmiş 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası ilə qismən birləşdirilərək, onun üzərində 01 (bir) il 02 (iki) ay müddətə cəza müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-ci il tarixdən xx.xx.2023ci il tarixədək şübhəli şəxs qismində 2 gün tutulmuşdur. Belə olan halda Təqsirləndirilən şəxsnin şübhəli şəxs qismində saxlanıldığı 2 gün, 1 həbs günü 1 gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla ona təyin olunacaq cəzadan çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Həmçinin, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilməli olduğu halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilməli və o, məhkəmə iclas zalından həbsə alınmalı, seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalı, o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, həmçinin, iş üzrə maddi sübut olan, Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkis - 9,14 qram olan narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, iş üzrə ekspertiza xərcinin dəyəri 49,74 AZN məbləğində pul təqsirləndirilən şəxsdən alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE**********00********) köçürülməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67 və 68.1.1-1 - ci maddələrinə əsasən ona Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-104/2022 saylı hökmü ilə təyin olunmuş 01(bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi - 1(bir) il 2 (iki) ay 8 (səkkiz) gün hazırki cəza ilə qismən birləşdirilsin və ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunsun; Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05-07 oktyabr 2023-cü il tarixlərdə şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər hesablanmaqla təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətə azadlıqdan məhrumetmə cəzasından iki gün çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın; cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; haqqında seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın; barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE**********00********) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonrakı çəkisi - 9,14 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-40/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-40/2024
29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver