Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-40/2025 08.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X3 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamı üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxx 1992-ci il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmuş (Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-117/2024№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi 02 il 02 ay 02 gün təşkil edir), məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, həbsdə saxlanma müddəti xx.xx.2024-cü il tarixdən hesablanmaqla barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə elan edilən ittihama görə o, satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində və yaşadığı ünvanda saxlamışdır. Belə ki, o, istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 1 ədəd polietilen torbada, ayrı-ayrı qablaşdırmalarda olmaqla, ümumi çəkisi 478.54 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib, həmin marixuananın 5.57 qramını 1 ədəd kibrit qutusunda olmaqla üzərində daşımış, 472.97 qramını isə ayrı-ayrı qablaşdırmalarda olmaqla yaşadığı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yarımtikilidə saxlamış, 26 noyabr 2024-cü il tarixdə saat 20:40 radələrində Sabirabad şəhəri, Təbriz küçəsində olarkən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılmış, həmin vaxt əməliyyat-axtarış tədbirlərini həyata keçirən əməliyyat-axtarış fəaliyyəti subyekti - Sabirabad RPŞ-nın NMQ-nın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 tərəfindən üstü yoxlanılarkən əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kibrit qutusunda 5.57 qram, həmin tədbirlərin davamı olaraq yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə həmin tarixdə saat 21:15-də baxış zamanı isə evin həyətyanı sahəsindəki yarımtikilidə qara rəngli polietilen torbada 20 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri - 4,56 qr, 6,39 qr, 6,54 qr, 5,83 qr, 6,37 qr, 6,07 qr, 5,09 qr, 6,24 qr, 5,28 qr, 5,74 qr, 5,72 qr, 5,37 qr, 5,90 qr, 5,85 qr, 5,76 qr, 6,10 qr, 4,95 qr, 6,06 qr, 5,51 qr, 6,87 qr və 01 ədəd şəffaf polietilen torbacıqda təmiz çəkisi 245,0 qram, həmin torbanın içərisində 3 ədəd şəffaf polietilen torbacıqda isə ayrı-ayrılıqda təmiz çəkiləri - 16,77 qr, 62,50 qr və 32,50 qr, ümumi çəkisi - 472,97 qram olmaqla ümumilikdə 478.54 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyib, hec bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını, özünü CM-nın məhz 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, həbs edilənədək ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Bir neçə ildir ki, narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etmiş, sonuncu dəfə Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cazasına məhkum edilmiş və hazırda cəzasını çəkməkdədir. Polis əməkdaşları tərəfindən saxlanılmazdan təxminən 5-6 gün əvvəl günorta saatlarında Şirvan su kanalının Sabirabad rayonu Padarçöl adlanan ərazisindən keçən hissəsindən balıq tutan zaman kolların arasında bir ədəd qara rəngli polietilen torba görmüş, həmin torbanın içərisinə baxdıqda 21 ədəd kibrit qutusunda və 4 ədəd şəffaf rəngli polietilen torbalarda “nəşə”, yəni qurudulmuş marixuana olmasını müəyyən etmişdir. O, tapdığı narkotik vasitəni gələcəkdə istifadə etmək üçün götürüb yaşadığı ünvana gətirmiş, qara rəngli torbada olan kibrit qutularındakı narkotik vasitəni olduğu kimi saxlamış, digərlərini isə çıxarıb ayrıca bir polietilen torbaya qoymuşdur. Sonra içərisində narkotik vasitə qurudulmuş marixuana olan qara rəngli torbanı yaşadığı evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə apararaq oradakı dəmir vedrənin içərisində gizlətmişdir. 26 noyabr 2024-cü il tarixdə saat 19 radələrində gizlətdiyi narkotik vasitədən bir ədəd kibrit qutusunu istifadə etmək məqsədilə götürüb əynində olan idman şalvarının sağ yan cibinə qoymuş, həmin zaman eyni həyətda ayrı-ayrı evlərdə yaşadığı, balaca qardaşı Şahid5 görmüşdür. Aralarında olan söhbətlər zamanı qardaşı ona taksi sürücüsü Etimad Əliyevi çağırdığını, sonuncu ilə birlikdə Sabirabad şəhəri ərazisində yerləşən bazara gedəcəyini bildirmiş, o isə qardaşı Şahid5 onu da taksi ilə Sabirabad şəhəri Təbriz küçəsinə aparmalarını xahiş etmişdir. Bundan sonra qardaşı Şahid5la birlikdə Etimad Əliyevin idarə etdiyi “Mercedes” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, həmin vaxt o avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobillə hərəkət edərək Sabirabad şəhəri Təbriz küçəsinə çatdıqda küçədə tanışı Şahid7 görmüş, bu zaman sürücüdən avtomobili dayandırmağını xahiş etmişdir. O, avtomobildən düşdükdən sonra Şahid7 yaxınlaşaraq sonuncunun xəstə anasının halını soruşmuş, bu zaman “VAZ 21011” markalı avtomobil onların yanında dayanmış, avtomobildən bir neçə mülki geyimli şəxslər aşağıya düşərkən o, həmin şəxslərin Sabirabad RPŞ-nin əməkdaşları olduqlarını tanımış və polis əməkdaşları onu saxlayaraq üzərinə videoçəkiliş vasitəsilə baxış keçirmiş, baxış zamanı ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmiş və üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. O, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib əynində olan şalvarın sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərinə o və polis əməkdaşları ilə yanaşı yanında olan tanışları olmuş Şahid7 və Etimad Əliyev, eləcə də qardaşı Şahid5 da imza etmişlər. Sonra ondan üzərindən aşkar ediləndən başqa hər hansı bir yerdə narkotik vasitə saxlayıbsaxlamaması soruşulmuş, o, yaşadığı evdə də narkotik vasitə olan qurudulmuş marixuana saxlamasını bildirmişdir. Sonra o, və qardaşı Şahid5 polis əməkdaşları ilə birlikdə yaşadığı ünvan 5 ünvanında yerləşən evinə getmiş, orada yaşadığı ünvana baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Baxış zamanı evin həyətyanı sahəsində yerləşən yarımtikiliyə daxil olub, oradakı vedrənin içərisində saxladığı narkotiki göstərmiş, polis əməkdaşları vedrəyə baxış keçirərkən içərisindəki polietilen torbanda olan 20 ədəd kibrit qutusunda və 4 ədəd şəffaf polietilen torbada olan narkotik vasitə qurudulmuş marixuananı aşkar etmişlər. Daha sonra aşkar olunmuş kütlələr elə həmin poolietilen torbada da olduğu torbada qablaşdılaraq götürülmüş və üzəri işitrakçılar tərəfindən imzalanmışdır. Daha sonra polis əməkdaşları onu Sabirabad Sabirabad RPŞ-yə gətirmiş, orada şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçisi Müdafiəçi iştirakı ilə üzərindən və yaşadığı ünvandan aşkar edilmiş kütlələrə videoçəkiliş ilə baxış keçirilmişdir. Baxış zamanı verilmiş suallara cavab olaraq o, aşkar olunmuş narkotik vasitələri Şirvan kanalının kənarından tapdığını və kiməsə satmamasını bildirmişdir. Sonra ona məxsus olan Samsung 10 A + markalı mobil telefonu da iş üçün əhəmiyyət kəsb etdiyi üçün müstəntiq tərəfindən götürülmüş, sonda keçirilmiş baxışla əlaqədar protokol tərtib olunaraq ucadan oxunmuş, o və digər iştirakçılar protokola imza edərək doğruluğunu təsdiq etmişlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadəsinin sonunda ona qarşı CM-nın 234.2-ci maddəsi ilə istinad olunan ittiham üzrə özünü təqsirli bilməyərək, hec bir zaman narkotik vasitənin satışı ilə məşğul olmadığını, özünü CM-nın məhz 234.1-ci maddəsi ilə təqsirli bildiyini, əməlindən peşmançılıq hissi keçirdiyini, ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını qeyd edərək, ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayon X1 Mübarizə Qrupunun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 26 noyabr 2024-cü il tarixdə Sabirabad şəhər sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri əldə edərək üzərində saxlaması, istifadə etməsi və satışında şübhəli olması barədə ona daxil olmuş əməliyyat məlumatı əsasında tərəfindən təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və əməliyyat qrupunun üzvləri müəyyən olunmuşdur. Belə ki, əməliyyat qrupunun üzvləri o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid9, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid4, CAB-ın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid10, RPŞ-nin NH-nın sürücü-polis nəfəri, polis baş serjantı Şahid8 Əlmövsüm oğlu və RPŞ-nin Təminat hissəsinin sürücü polis nəfəri, polis baş serjantı Şahid3 ibarət olmuşdur. Həmin gün Təqsirləndirilən şəxs ola biləcəyi yerləri əməliyyat nəzarətinə götürərək sonuncunun saat 20 radələrində Sabirabad şəhəri Təbriz küçəsində yolun kənarında olan “Mercedes-Benz” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayandığını müəyyən etmiş və dərhal Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmişlər. Bu vaxt Təqsirləndirilən şəxs yanında qardaşı Şahid5, həmçinin tanışları Şahid7 və Etimad Əliyev də olmuş, onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olmasını bildirib üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğunu qeyd edib əynində olan qara rəngli idman şalvarının sağ yan cibində 1 ədəd kibrit qutusunu çıxarıb təqdim etmiş, həmin qutu açılaraq içərisinə baxış keçirildikdə içərisində yaşıl rəngli, spesifik qoxuya malik bitki mənşəli kütlə olması müəyyən olunmuş və aşkar olunmuş kütlə elə həmin kibrit qutusunda da bir ədəd ağ rəngli kağız zərfin içərisində qablaşdırılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar ediləndən başqa dövriyyəsi qanunla qadağan edilmiş əşya və ya predmet saxlayıb-saxlamaması soruşulduqda, sonuncu üzərindən aşkar edilən narkotik vasitə qurudulmuş marixuanadan başqa yaşadığı evdə də özünə məxsus narkotik vasitə olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə heç bir etirazının olmamasını bildirib bu barədə ərizə yazaraq onlara təqdim etmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs evin həyətində yerləşən yarımtikilinin içərisində 1 ədəd vedrədə saxladığı polietilen torbada olan qara rəngli polietilen torbadan 20 ədəd kibrit qutusunda, 01 ədəd şəffaf polietilen torbacıqda, həmin torbanın içərisində və 3 ədəd şəffaf polietilen torbacıqda olan narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələri təqdim etmiş, həmin kütlələrə baxış keçirildikdən sonra qablaşdırılaraq DİN-nin 139 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs və aşkar olunaraq qablaşdırılmış kütlələr Sabirabad RPŞ-yə gətirilmiş, orada müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra aşkar olunaraq götürülmüş əşyalara yenidən baxış keçirilmiş və həmin əşyalar yenidən qablaşdırılaraq götürülmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8, Şahid2, Şahid9, Şahid3, Şahid4 və Şahid10 digər Şahid1 məhkəmədə göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o, Sabirabad rayonunda taksi fəaliyyəti ilə məşğul olur və bəzi hallarda müştərilərin sifarişi əsasında sərnişin daşımasını həyata keçirir. 26 noyabr 2024-cü il tarixdə saat 19 radələrində tanışı Şahid5 evinə bazarlıq etmək üçün onu Sabirabad şəhərində yerləşən bazara aparmasından ötrü çağırmış və o da Fuadla görüşdükdə, Fuadın qardaşı Bəybala yanlarına gəlmiş və Sabirabad şəhəri Təbriz küçəsinə getmək istədiyini bildirərərk, onu da taksi ilə Sabirabad şəhəri Təbriz küçəsinə aparmalarını xahiş etmişdir. Bundan sonra Şahid5 qardaşı Bəybala ilə birlikdə onun idarə etdiyi “Mercedes” markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşmış, Fuad qabaq oturacaqda, Bəybala isə avtomobilin arxa sağ oturacağında əyləşmişdir. Avtomobillə hərəkət edərək Sabirabad şəhəri Təbriz küçəsinə çatdıqda küçədə Bəybala tanışı Şahid7 gördükdə, ondan avtomobili dayandırmağını xahiş etmişdir. Bəybala avtomobildən düşdükdən sonra Şahid7 yaxınlaşaraq onunla söhbət edən zaman, onların yanında “VAZ 21011” markalı avtomobil dayanmış, avtomobildən bir neçə mülki geyimli şəxslər enib, Bəybalaya yaxınlaşıb onu saxlayaraq, onun üzərinə videoçəkiliş vasitəsilə baxış keçirmiş, baxış zamanı polis əməkdaşları Bəybalaya narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması bildirilmiş və onun üzərində dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub-olmadığı soruşulmuşdur. Bəybala, üzərində narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirib, əynində olan şalvarın sağ yan cibində saxladığı 1 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuananı polis əməkdaşlarına təqdim etmişdir. Həmin kütləyə baxış keçirildikdən sonra elektron tərəzidə çəkilmiş və bir ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmışdır. Həmin zərfin üzərinə o, polis əməkdaşları, Şahid7, Şahid5 və Təqsirləndirilən şəxs imza etmişlər. Cinayət işi materiallarında olan 26 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sabirabad şəhəri Təbriz küçəsi ərazisində tanışları X4, Şahid7 və qardaşı Şahid5 yanında saxlanılmış, onun üstü yoxlanılan zaman əynində olan şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 26 noyabr 2024-cü il tarixli “əməliyyat-axtarış tədbiri qismində yaşayış sahəsinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 6 ünvanına baxış keçirilən zaman evin həyətyanı sahəısində yerləşən yarımtikilinin içərisindəki vedərnin içərisindən bir ədəd polietilen torbada 20 ədəd kibrit qutusunda və 3 ədəd şəffaf polietilen torbacıqda narkotik vasitə qurudulmuş marixuaya bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarında olan 26 noyabr 2024-cü il tarixli “əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs iştirakı ilə onun üzərindən və yaşadığı evdən aşkar olunaraq götürülmüş bir ədəd kağız zərfdə və bir ədəd sellofan torbada qablaşdırılmış kütlələrə həmin kağız zərf və sellofan torba açılmaqla yenidən baxış keçirilərkən içərilərində narkotik vasitə qurudulmuş marixuanya bənzər kütlələrin olması müəyyən olunmuşdur. Baxış zamanı qeyd olunan predmetlər yenidən bir ədəd kağız zərf və bir ədəd sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarında olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/940 nömrəli ekspert rəyində qeyd olunur ki: tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs üzərindən ...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki 01 ədəd kibrit qutusunda təmiz çəkisi - 5,57 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “...Təqsirləndirilən şəxs yaşadığı ünvandan .” sözləri və imzalar olan polietilen torbada olan qara rəngli polietilen torbada 20 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 4,56 qram, 6,39 qram, 6,54 qram, 5,83 qram, 6,37 qram, 6,07 qram, 5,09 qram, 6,24 qram, 5,28 qram, 5,74 qram, 5,72 qram, 5,37 qram, 5,90 qram, 5,85 qram, 5,76 qram, 6,10 qram, 4,95 qram, 6,06 qram, 5,51 qram, 6,87 qram, 01 ədəd şəffaf polietilen torbada təmiz çəkisi 245,0 qram, həmin torbanın içərisində 3 ədəd şəffaf polietilen torbada ayrı-ayrılıqda təmiz çəkiləri – 16,77 qram, 62,50 qram, 32,50 qram, ümumi çəkisi - 472,97 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. Cinayət işi materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 13 dekabr 2024-cü il tarixli, 7812 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs oğlunda kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhər görülür. Cinayət işi materiallarında olan DİN-in BƏSİİ-dən alınmış tələbnamədən və Sabirabad rayon İcra və Probasiya Şöbəsindən alınmış arayışdan görünür ki, Heydərov X2 rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-117/2024№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi 02 il 02 ay 02 gün təşkil edir. Beləliklə Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi ilə xeyli miqdarda narkotik vasitə qurudulmuş marixuananı əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, təqsirləndirilən şəxsin ifadəsi, şahid ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs ifadələrində ondan götürülmüş narkotik vasitələri satış məqsədi ilə deyil, özü istifadə etmək üçün saxlanmasını göstərmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ümumilikdə 478.54 qram narkotik vasitə qurudulmuş marixuananın miqdarı ilə yanaşı, eyni zamanda çəkiləri çox da fərqlənməyən 20 ədəd kibrit qutularında və 3 ədəd şəffaf polietilen bağlamalarda saxlaması halının, qeyd edilən narkotik vasitələri sonuncunun satış məqsədi ilə saxlaması fikrinə gəlməyə əsas verir. Ona görə də təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməməsinə dair ifadəsində göstərdiyi xususatlar məhkəmə iclasında şahid ifadələri ilə yanaşı toplanmış və məhkəmədə tədqiq edilmiş digər sübutlarla təkzib olundu. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs “narkotik vasitələri satış məqsədi ilə deyil, özünün istifadəsi üçün saxlanması” barədə ifadəsini inandırıcı bilmir və hesab edir ki, onun bu cür fikir bildirməsi özünü müdafiə xarakteri daşıyır və o, bu mövqedə qalmaqla məsuliyyətdən yayınmağa çalışır. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi CM-nın 234.2-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini və ailəli olaraq himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını CM-nın 59-cu maddəsinə əsasən ona təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nın 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nın 234.2-ci maddəsinin sanksiyası həddində 03 (üç) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs çəkilməmiş cəzası üzrə qeyd edir ki, iş materiallarında olan Sabirabad rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 1(056)-117/2024№-li hökmü ilə CM-nın 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, cəzasının çəkilməmiş hissəsi 02 il 02 ay 02 gün təşkil edir. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılması cəzasının iki günü bərabər tutulur. Məhkəmə Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs Sabirabad rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-117/2024№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 02 il 02 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutularaq hesablanmaqla müəyyən edilmiş 01 il 01 ay 01 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətində cəzaya qismən birləşdirilməli və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nın 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edildiyi halda, o, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, barəsində narkomaniyadan məcburi müalicə təyin edilərək, onun ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31.95 AZN məbləğində dəyərinin ondan tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməsini, iş üzrə maddi sübut - Sabirabad RPŞ-də saxlanılan, tədqiqatdan sonrakı qalıq çəkisi ümumilikdə 476.04 qram narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 347-349, 351-353, 381-384cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il 02 (iki) ay müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nın 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs Sabirabad Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(056)-117/2024№-li hökmü ilə təyin edilmiş və çəkilməmiş 02 il 02 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 01 il 01 ay 01 gün azadlıqdan məhrum etmə cəzasının, hazırkı hökmlə təyin edilmiş 03 (üç) il 02 (iki) ay müddətində cəzaya qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 03 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 26 noyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 31,95 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı qalıq çəkisi ümumilikdə 476.04 qram narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-40/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-40/2025
08.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver