Məhkəmə qərarları › İş №1(056)-41/2023

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-41/2023

20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-41/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsnın və onun müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1972-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər Sabirabad rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(056)-13/2022 saylı qərarı ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il 03 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Sabirabad rayonu Şıxlar kəndində qeydiyyatda olan və hazırda 17 saylı Cəzaçəkmə Müəsissəsində cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan 0.432 qram çəkidə narkotik vasitə - heroini və 0.044 qram olan psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində daşımaqla Sabirabad rayonu Şıxlar kəndində yerləşən qardaşı Eynulla Rzayevin yaşayış olmayan evində saxlamış, 16 iyul 2022-ci il tarixdə saat 20 radələrində Sabirabad RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin evə baxış keçirilərkən evin qonaq otağında olan masanın alt hissəsində 01 ədəd polietilen bükümdə təmiz çəkisi-0.432 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 01 ədəd bükümdə təmiz çəkisi 0.044 qram olan psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa keçirilmiş əməliyyat tədbirləri zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda kustar üsulla hazırlanmış, iki tərəfi kəsici, ucu deşici xassəyə malik, soyuq silah hesab edilən xəncəri və zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici və vurucu-əzici xassələrə malik soyuq silah hesab edilən kombinə edilmiş kastet bıçağı əldə edib rayonun Şıxlar kəndində yerləşən qardaşı Eynulla Rzayevə məxsus yaşayış olmayan evə gətirib saxlamış, 16 iyul 2022-ci il tarixdə hər iki soyuq silah hesab edilən xəncər və bıçaq həmin ünvanda yataq otağında olan dolabın üzərindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özü mütəmadi olaraq narkotik istifadəçisidir. 2022-ci ilin iyun ayının əvvəlində yaşadığı evin yaxınlığında olan zaman yerdə 01 ədəd sellfon torba görüb onu götürmüş, sellofan torbanın içərisinə baxdığı zaman orada 01 büküm narkotik vasitə heroin və 01 büküm psixotrop maddə metamfetamin olduğunu görmüşdür. O, narkotik istifadəçisi olduğuna görə onu gələcəkdə istifadə edər deyə götürmüşdür. Onun rayonun Şıxlar kəndində özünə məxsus evi olsa da, lakin şəraiti olmadığı üçün orada deyil qardaşı Eynulla Rzayevə məxsus evdə yaşayır. O, tapdığı narkotiki qardaşına məxsus evdə saxlamağa başlamış, ara-sıra narkotikdən istifadə etmişdir. Bundan başqa o, təxminən 10 il bundan əvvəl Bakı şəhərindən hazırda xatırlamadığı ünvandan 02 ədəd bıçaq almışdır. Bıçaqlara maraq olduğundan xoşuna gələn bıçaqları alıb saxlamışdır. 01 ədəd dəsti taxtadan olan və 01 ədəd isə beşbarmaq formasında açılıb bağlanan bıçaq olmuşdur. Həmin bıçaqları qardaşına məxsus evdə yataq otağında dolabın üstündə saxlamışdır. 16 iyul 2022-ci il tarixdə o, evdə olan zaman polis əməkdaşları evə gəlib barəsində rayon məhkəməsinin axtarış qərarı verdiyini və onu rayon polis şöbəsinə aparmalı olduqlarını bildirmişlər. Həmin zaman qardaşına məxsus evdə qonaq otağında yatmışdır. Polis əməkdaşları evə daxil olan zaman isə onun yatdığı yerdə 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin aşkar etmişlər. O, şifahi sorğu zamanı polis əməkdaşlarına həmin bükümlərin özünə məxsus olduğunu, öz istifadəsi üçün saxladığını bildirmişdir. Bundan başqa polis əməkdaşları axtarışı davam etdirmiş və yataq otağında dolabın üzərindən qeyd olunan bıçaqlar aşkarlanmış və götürülmüşdür. Həmin vaxt iki hal şahidi də dəvət olunmuş və baxışla bağlı protokol tərtib edilmiş və tərtib olunmuş protokola o, hal şahidləri və polis əməkdaşları imza etmişlər. Cinayət işinin istintaq materiallarından görünür ki, ibtidai istintaq zamanı, eləcə də, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, evində aşkar edilən xəncər və kastet bıçağı 10 il bundan öncə əldə etmişdir. Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsinə əsasən “qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə” cinayət məsuliyyəti yaradır. Göründüyü kimi həmin maddəyə əsasən qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı saxlamağa görə cinayət məsuliyyəti müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bildiyini göstərərək, ərizə ilə məhkəməyə müraciət edib ona Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar barəsində olan iş üzrə icraata bəraətverici əsaslar olmadan xitam verilməsi məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcələsinin 39.1.3-cü maddəsinə müvafiq olaraq cinayət təqibini istisna edən hallar mövcud olduqda, o cümlədən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması istisna edilməklə) cinayət təqibi və ya cinayət işi başlana bilməz, başlanmış cinayət təqibinə və ya cinayət işi üzrə icraata xitam verilməlidir. Məhkəmə iclasında iştirak etmiş Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyi üçün həmin hissədə iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. İş materiallarında olan Məhkəmə-ballistik ekspertizasının 20 iyul 2022-ci il tarixli, 18/765 nömrəli rəyindən görünür ki, İ.Tədqiqata təqdim edilmiş bir ədəd predmet –kustar üsulla hazırlanmış xəncərdir, iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silahdır. İİ.Tədqiqata təqdim edilmiş bir ədəd predmet-zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici və vurucu-əzici xassələrə malik olan kombinə edilmiş kastet-bıçaqdır və soyuq silah hesab edilir. Azərbaycan Respublikası CM-nın 15.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi CM-nın 228.4-ci maddəsi ilə olan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan, həmin Məcəllənin 75.1.1-ci maddəsinə müvafiq olaraq hazırkı cinayət işi üzrə CM-nin 228.4-ci maddəsinə əsasən cinayət əməlini törətdiyi gündən iki il keçdiyindən və həmin silahları saxlağa görə cinayət məsuliyyəti müəyyən edilmədiyindən, belə olan halda isə Azərbaycan Respublikası CPM-nın 39.1.3-cü maddəsinin tələbləri cinayət təqibini istisna etdiyindən Təqsirləndirilən şəxs CM-nın 228.4-ci maddəsi ilə nəzərdə tutulan böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, ona elan olunmuş CM-nin 228.4-ci maddə üzrə cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi ilə əlaqədar özünün ərizə və ifadəsini nəzərə alıb, Cinayət Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-nin 228.4-ci maddə üzrə cinayət təqibinə həmin hissədə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 39, 41-44, 347-349, 351- 354, 357-358, 381-384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət-Prosessaul Məcəllənin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə həmin hissədə xitam verilsin. Hökmdən 20 gün müddətinə Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar