Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-41/2024 08.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakı ilə, xx.xx.1988-ci il təvəllüdlü, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində 3 nəfər azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər Azərbaycan Respublikası CM-in 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə məhkum edilmiş və xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatmaqla hal-hazırda məhkumluğu ödənilməyən, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olmaqla yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi – 1,189 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib, üzərində daşımaqla saxlamış, 16 sentyabr 2023-cü il tarixdə Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində, Sabirabad şəhəri, H.Həmidov küçəsində piyada hərəkətdə olarkən saat 14:50 dəqiqədə polis əməkdaşları tərəfindən saxlanılaraq, Sabirabad şəhəri H.Əliyev prospekti 91 ünvanında yerləşən Sabirabad rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada həmin tarixdə saat 16.40 dəqiqədə üzərində şəxsi axtarış keçirilərkən əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi – 1,189 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü tam təqsirli bilərək göstərdi ki, o, 3-4 ildir ki, narkotik vasitə istifadə edir. 16 sentyabr 2023-cü il tarixdə saat təxminən 13 radələrində Sabirabad rayonu ərazisində zibillikdə metal axtararkən bükülmüş kağız görmüşdür. Həmin kağız bükmünü açıdıqda içərisində 01 ədəd polietilen bükümdə heroin olduğunu bilmişdir. Həmin kütlənin az bir hissəsini istifadə etmiş, qalan hissəsini isə daha sonra istifadə etmək məqsədilə əynində olan göy rəngli cins şalvarın sağ yan kiçik cibinə qoymuşdur. O, 16 sentyabr 2023-cü il tarixdə saat 16 radələrində Sabirabad şəhəri, H.Həmidov küçəsində rayonun RTS adlanan ərazisində olarkən, polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib onun narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər və bu səbəbdən onu polis şöbəsinə dəvət etmişlər. O da bununla razılaşmış və polis əməkdaşları ilə birlikdə Sabirabad RPŞ-nə gəlmişdir. Polis şöbəsində o, müstəntiq tərəfindən şübhəli şəxs kimi tutulduqdan sonra ona vəkil təqdim edilmiş və hüquq və vəzifələri ona izah olunmuş, bununla bağlı ona bildiriş təqdim edilmişdir. Daha sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Müstəntiq ona təklif etmişdir ki, üzərində qanunla qadağan edilmiş əşya, predmet, narkotik vasitə və ya psixotrop maddə varsa təqdim edərək masanın üzərinə qoysun. O da əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxladığı 01 ədəd polietilen bükümdə heroin olduğunu bildirmiş, həmin kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Daha sonra onun üzərində şəxsi axtarış keçirilmiş və üzərindən əlavə əşya aşkar edilməmişdir. Müstəntiq onun təqdim etdiyi bükümü açaraq içinə baxdıqdan sonra ondan həmin kütlə barədə soruşduqda o, həmin kütləni 16 sentyabr 2023-cü il tarixdə saat 13 radələrində Sabirabad rayonu ərazisində zibillikdə metal axtararkən tapdığını bildirmiş və öz istifadəsi üçün götürdüyünü və satış məqsədinin olmadığını bildirmişdir. Şəxsi axtarışın sonunda onun üzərindən aşkar edilmiş kütlə müstəntiq tərəfindən zərfə qoyularaq qablaşdırılmış, “Zərflər üçün №139” möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən imzalandıqdan sonra müstəntiq tərəfindən götürülmüşdür. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşimançılıq hissi keçirdiyini, himayəsində 3 nəfər azyaşlı uaşğının olmasını və ailədə yeganə qazanc gətirən şəxs olmasını qeyd edərək ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləyir. 16 sentyabr 2023-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə ona əməliyyat məlumatı daxil olmuşdur. Bununla bağlı olaraq o, raportla polis şöbəsinin rəisinə məruzə etmişdir. Bundan sonra, raport üzrə əməliyyat axtarış tədbirlərinin keçirilməsi ona həvalə olunmuşdur. Onun tərəfindən təxirəsalınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul olunmuş, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmişdur. Belə ki, əməliyyat tədbirində iştirak edəcək şəxslərin İstintaq bölməsinin müstəntiqi Araz Fərəcov, RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2 və ondan ibarət olması təsdiqlənmişdir. Bundan sonra, Təqsirləndirilən şəxs Sabirabad rayonu ərazisində ola biləcəyi ehtimal olunan yerləri əməliyyat nəzarətinə götürmüşlər. Həmin gün Təqsirləndirilən şəxs Sabirabad şəhəri H.Həmidov küçəsində müşahidə edib Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etdikdən sonra üzərində narkotik vasitə gəzdirməsi barədə şübhəli olduğunu izah edilərək, birlikdə Sabirabad Rayon Polis Şöbəsinə gəlməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da razılıq verərək polislərlə birlikdə polis şöbəsinə gəlmişlər. Polis şöbəsində Təqsirləndirilən şəxs müstəntiq tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli şəxs qismində tutulmuş və təqdim olunmuş müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı müstəntiq Təqsirləndirilən şəxs təklif etmişdir ki, üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etsin. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs özü könüllü şəkildə bildirmiş ki, cibində heroin vardır və çıxarıb stolun üstünə qoymuşdur. Həmin büküm müstəntiq tərəfindən açılmış və baxış keçirilən zaman, içərisindəki maddənin narkotik vasitə olan heroinə oxşaması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu və istifadə etdiyini, satış məqsədinin olmadığını bildirmişdir. Aşkar edilmiş bükümə polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, daha sonra isə qablaşdırılaraq DİN-nin 139 saylı möhürü ilə möhürlənmiş, müstəntiq tərəfindən götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən bundan başqa heç bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmişdir. O da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-nin X3 məhkəmə-kimyəvi ekspertizasının 17 sentyabr 2023-cü il tarixli, 18/923 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: “...Təqsirləndirilən şəxs üzərindən...” sözləri yazılmış və imzalar olan kağız paketdəki 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi – 1,189 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin xx.xx.2023-cü il tarixli, 7163 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər Az. Resp. CM-nin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrilə məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Sabirabad rayon Qalaqayın kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində (2010, 2014 və 2016-cı il təvəllüdlü) 3 nəfər azyaşlı uşağı vardır. Sabirabad rayon Qalaqayın kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə müsbət xarakterizə edilir. Məhkəmədə baxış keçirilmiş videogörüntü məlumatının daşıyıcısı olan diskə baxılarkən təqsirləndirilən şəxsin üzərindən narkotik vasitənin aşkar edilib götürülməsi təsdiq olunmuşdur. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, şahidin ifadəsi, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi, baxış keçirilməsi protokolu və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxsin barəsində Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən təqsirləndirilən şəxsin himayəsində 3 azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Həmin Məcəllənin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulsa da, onun əvvəllər cinauyət törətməsini, məhkumluq müddəti başa çatmadan yeni bir cinayət törətməsini şəxsiyyətini xarakterizə edən hal kimi nəzərə alaraq ona həbslə əlaqədar olmayan cəza təyin etməyi məqsədəmüvafiq hesab etməyərək ona 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin etməyi əsaslı və qanuni hesab edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanır. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək iki gün həbsdə saxlanmasının bir günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulub hesablanmaqla, təyin olunan cəzadan iki gün çıxılaraq ona qəti olaraq 01 (bir) il 01 (bir) ay 28(iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələbləri baxımından Təqsirləndirilən şəxsin barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsini, seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını, cəzanın əvvəlinin xx.xx.2024-cü il tarixdən hesablanmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilməsini və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, həmçinin iş üzrə maddi sübut olub, Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ekspert tədqiqatı nəticəsində qalıq qalmış 1,139 qram narkotik vasitə heroinin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsini, ekspertiza xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək 02 (iki) gün həbsdə saxlanmasının bir həbs günü bir gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutulub hesablanmaqla, ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasından 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın; cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin; barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və seçilmiş qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanısınl. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatlarının cəmi 49,74 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE**********00********) köçürülsün. Sabirabad Rayon Polis Şöbəsində saxlanılan, iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tədqiqatdan sonrakı çəkisi 1,139 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Sədrlik edən: Füzuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-41/2024
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-41/2024
08.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver