Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-42/2025 07.05.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Sabirabad rayonu Poladtuğay kəndinə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad rayonu Poladtuğay kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan edilən ittihama görə, o istintaqa məlum olmayan mənbədən və vaxtda qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda, yəni iki ədəd kibrit qutusunun içərisində 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,58 qram, 0,55 qram, 0,60 qram, 0,53 qram, 0,49 qram, 0,59 qram, 0,58 qram, 0,55 qram, 0,58 qram olmaqla, ümumi təmiz çəkisi 5,05 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz əldə edib üzərində saxlamış, 14 noyabr 2024-cü il tarixdə saat 17:45-də Sabirabad rayonu Poladtuğay kəndi ərazisində yerləşən çayxanada olan zaman həmin çayxanaya Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin əməkdaşları - cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 və polis sahə rəisi, polis kapitanı Şahid4 daxil olmasını gördükdə üzərindəki, içərisində doqquz ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olan iki ədəd kibrit qutusunu əyləşdiyi oturacağın alt hissəsinə atmış, həmin vaxt adları qeyd olunan polis əməkdaşları onun bu hərəkətini görüb narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasından şübhələnmiş, polis əməkdaşı Şahid3 yerə atdığı narkotik vasitələri götürməklə onu Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinə gətirmiş, bölmənin inzibati binasında onun tərəfindən çayxanada yerə atılmış iki ədəd kibrit qutusunun içərisində 9 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,58 qram, 0, 55 qram, 0,60 qram, 0,53 qram, 0,49 qram, 0,59 qram, 0,58 qram, 0,55 qram, 0,58 qram olmaqla, ümumi təmiz çəkisi 5,05 qram narkotik vasitə qurudulmuş marixuanaya baxış keçirilməklə götürülmüşdür. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, xx.xx.2024-cü il tarixdə yaşadığı kəndin çöl torpaq sahəsində heyvan otararkən yerdə iki ədəd kibrit qutusu görmüş, həmin qutuları götürüb içərisinə baxdıqda birinin içərisində altı ədəd, digərinin isə içərisində üç ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana olmasını müəyyən etmiş və həmin bükümləri yenidən kibrit qutusuna qoymuşdur. Daha sonra həmin kibrit qutusunda olan bükümlərdəki narkotiki sonradan istifadə etmək üçün əynində olan qara rəngli payız gödəkçəsinin sol yan cibinə qoymuş və yaşadığı kənd ərazisinə qayıtmışdır. xx.xx.2024-cü il tarixdə saat 16-17 radələrində kənddə yerləşən çayaxanaların birində tanışları Şahid2, Şahid1 və Toğrul Ağayevlə birlikdə oturub domino oynamış, həmin vaxt qapıdan içəriyə iki nəfər şəxsin daxil olmasını və həmin şəxslərdən birinin polis geyim formasında olmasını görmüşdür. Bu vaxt üzərində narkotik vasitə olduğu üçün qorxub həyəcanlanmış, əynində olan payız gödəkçəsinin sol yan cibində olan iki ədəd kibrit qutusunun birini götürüb gizlin şəkildə oturduğu oturacağın kənarına atmış, daha sonra isə cibində olan digər kibrit qutusunu götürüb masanın alt hissəsinə atmış, lakin həmin vaxt polis əməkdaşları onu görmüş və yanına gələrək masanın alt hissəsinə atdığı kibrit qutusunu götürüb nə üçün yerə atdığını soruşmuşlar. O, qorxub heç nə demədiyi üçün polis əməkdaşları kibrit qutusunu açmış və içərisindəki bükümlərdə narkotik olduğunu müəyyən etmişlər. Daha sonra oturacağından bir qədər kənara atıdığı digər kibrit qutusu da polis əməkdaşları tərəfindən götürülmüş və sonuncular onu Qaragüney polis bölməsinə aparmışlar. Orada müstəntiq tərəfindən şübhəli şəxs qismində tutulduqdan sonra aşkar edilmiş əşyalara baxış keçirilmiş, baxış zamanı kibrit qutuları açılaraq birinin içərisində altı ədəd, digərinin isə içərisində üç ədəd bükümdə narkotik vasitə olmasını müəyyən olunmuş, həmin bükümlər yenidən kibrit qutularına qoyularaq ümumilikdə bir ədəd kağız zərfdə qablaşdırılaraq götürülmüşdür. Hazırda əməlindən peşmandır. İlk dəfədir ki, cinayət əməli törətməkdə ittiham olunur. Ailəli olmaqla himayəsində iki azyaşlı övladı vardır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, o, Sabirabad rayonu Poladtuğay kəndində ailə üzvləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun həmkəndlisi olmaqla aralarında hər hansı bir düşmənçilik münasibəti və ya ədavətləri olmamışdır. xx.xx.2024cü il tarixdə həmkəndlisi Şahid2 onun evinin həyətyanı sahəsində təmir işi ilə məşğul olduqdan sonra Şahid2 kənd ərazisində yerləşən çayxanaya getməyi və orada domino oynamağı təklif etmişdir. Sonuncu onunla razılaşdıqdan sonra birlikdə yaşadıqları kənddə yerləşən çayxanaya getmiş, orada digər həmkəndliləri Təqsirləndirilən şəxs görmüşlər. Təqsirləndirilən şəxsla bir qədər söhbət edərək hal-əhval tutduqdan sonra sonuncuya və rayonun Cavad kənd sakini Toğrul Ağayevə onlarla birlikdə əyləşib oyun oynamalarını təklif etmişlər. Saat təxminən 16 radələrində çayxanaya biri polis xüsusi geyim formasında olmaqla iki nəfər şəxs daxil olmuş, həmin vaxt onunla bir masada əyləşən Təqsirləndirilən şəxs cibindən iki ədəd kibrit qutusu götürüb yerə atmışdır. Polis əməkdaşları kibrit qutularını yerdən götürüb Təqsirləndirilən şəxs həmin qutuları nə üçün yerə atdığını soruşmuş, sonuncu isə qutuların içərisində narkotik olduğunu bildirmişdir. Daha sonra polis əməkdaşları Təqsirləndirilən şəxs, onu, Toğrul Ağayev və Şahid2 Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinə aparmışlar. O, əvvəllər bir neçə dəfə narkotik vasitənin qurudulmuş marixuana növündən istifadə etsə də, heç vaxt Təqsirləndirilən şəxs pul qarşılığında və ya əvəzsiz olaraq narkotik vasitə almamışdır. Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunduqdan sonra, o da polis bölməsinə aparılmış, əvvəllər bir neçə dəfə narkotik vasitə istifadə etdiyi üçün, eləcə də onunla bir masada əyləşən Təqsirləndirilən şəxs üzərindən narkotik aşkar olunduğuna görə qorxmuş və izahatı alınan zaman Şahid2lə birlikdə Sakitdən narkotik alıb istifadə etdiyini bildirmiş, lakin reallıqda isə heç zaman Təqsirləndirilən şəxs narkotik almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ilə oxşar məzmunlu ifadə verərək həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, o, Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinin sahə rəisi vəzifəsində işləyir, xx.xx.2024-cü il tarixdə Qaragüney polis bölməsinin cinayət-axtarış üzrə baş əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Sabirabad rayonu Poladtuğay kəndi ərazisində xidmətdə olmuşlar. Həmin gün saat 18 radələrində kənd ərazisində yerləşən çayxanaların birinə daxil olduqda masaların birində əyləşib domino oynayan bir nəfər şəxsin yerə bir ədəd kibrit qutusu atdığını görmüşlər. Dərhal həmin şəxsə yaxınlaşıb sonuncunun yerə atdığı qutunu götürdükdə masanın arxa tərəfində yerdə də bir ədəd kibrit qutusu olduğunu görmüşlər. Onlar qutuların hər ikisini götürdükdən sonra həmin qutuları yerə atan şəxsdən kim olmasını və kibrit qutuları nə üçün yerə atdığını soruşmuş, sonuncu Sabirabad rayonu Poladtuğay kənd sakini Təqsirləndirilən şəxs olduğunu və yerə atdığı iki ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana olmasını bildirdiyi üçün Təqsirləndirilən şəxs və iki ədəd kibrit qutusunda olan kütlələri götürüb Sabirabad RPŞ-nin Qaragüney polis bölməsinə gətirmişlər. Polis bölməsinə gəldikdən sonra raportla bölmənin rəhbərliyinə məruzə edilmiş və müstəntiq tərəfindən Təqsirləndirilən şəxs aşkar olunmuş əşyalara baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs iki ədəd kibrit qutusunun içərisində narkotik vasitə olduğunu, həmin narkotiki elə kibrit qutularının içərisində xx.xx.2024-cü il tarixdə yaşadığı kənd ərazisində heyvanları otaran zaman tapdığını, özünün narkotik vasitə istifadəçisi olduğu üçün üzərində daşıdığını bildirmişdir. Kibrit qutuları açıldıqda hər birinin içərisində altı ədəd, digərinin içərisində isə 3 ədəd kağız bükümlər olması müəyyən edilmiş, həmin bükümlər ayrı-ayrılıqda açıldıqda içərilərində yaşıl rəngli, spesifik qoxuya malik olan kütlə olması aşkar olunmuşdur. Daha sonra bükümlər yenidən kibrit qutularına qoyularaq müstəntiq tərəfindən ümumilikdə bir ədəd kağız zərfdə qablaşdırılmış, zərfin üzəri möhürləndikdən sonra o və digər iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarından olan məhkəmə-bioloji ekspertizasının xx.xx.2024-cü il tarixli, 18/910 nömrəli ekspert rəyindən görünür ki: Tədqiqata təqdim olunmuş üzərində “... Təqsirləndirilən şəxs aşkar olunmuş kütlələr...” sözləri yazılmış və imzalar olan kağız paketin içərisindəki iki ədəd kibrit qutusundan birində 3 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,58qram, 0,55 qram, 0,60 qram, digər kibrit qutusunda 6 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri -0,53 qram, 0,49 qram, 0,59 qram, 0,58 qraç, 0,55 qram, 0,58 qram, cəmi 9 ədəd bükümdə ümumi təmiz çəkisi – 5,05 qram olan bitki mənşəlli kütlələr tərkibində olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Həmin marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidir. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 17 fevral 2025-ci il tarixli, 906 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannobinoidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad Rayon İHB-nin Azadkəd ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sabirabad Rayon Məhkəməsinin 4(056)-157/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2024-cü il tarixindən, saat 18:50-dən hesablanmış, cinayət işinin ibtidai istintaqını həyata keçirən müstəntiq tərəfindən xx.xx.2025-ci il tarixli qərarla barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma cinayət məsuliyyətinə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 64-cü maddəsi və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsi baxımından həmin Məcəllənin 18-ci maddəsinin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 27.1-ci maddəsinə münasibətdə həmin Məcəllənin 234.1-ci maddəsinin şərh edilməsinə dair” 2020-ci il 18 sentyabr tarixli Qərarından göstərilmişdir ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində göstərilən cinayət əməlləri alternativ tərkiblidir. Alternativ əlamətli cinayət tərkibini o cinayət əməlləri yaradır ki, orada başa çatmış cinayət tərkibinin olması üçün Cinayət Məcəlləsinin müvafiq maddəsinin dispozisiyasında alternativ olaraq nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizlikdən birinin törədilməsi kifayət etsin. Başqa sözlə, alternativ əlamətli cinayət tərkibinin xüsusiyyəti ondan ibarətdir ki, belə cinayətin başa çatmış hesab edilməsi üçün müvafiq maddədə nəzərdə tutulmuş alternativ hərəkətlərdən birinin və ya bir neçəsinin törədilməsi kifayətdir. Bu hərəkətlərdən hətta birinin başa çatması artıq cinayətin törədilməsi kimi qiymətləndirilir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1- 346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Beləliklə, Təqsirləndirilən şəxs göstərilən cinayəti əməlini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, özünün etirafedici ifadəsi, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı övladının olmasını Azərbaycan Respublikasının CM-nin 59cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində həmin Məcəllənin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın ağırlaşdıran hallarının olmamasını, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuananın bükümlərinin sayını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edildiyi üçün məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş az ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər tərəfindən cəza ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkildiyi üçün Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Qeyd olunanlarla yanaşı məhkəmə, qanunvericiliyin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs və təqsirləndirilən şəxs qismində tutulduğu müddətin ona təyin edilmiş cəza müddətindən çıxılmalı olmasını, cəzaçəkmə müddətinin əvvəlinin hökm çıxdığı tarixdən hesablanmasını, onun ərazi narkoloji dispanserində qeydiyyata alınmasını, ona narkomaniyadan məcburi müalicə təyin edilməsini, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli olmasını, seçilmiş «həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı olmasını, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməsini, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış cəmi çəkisi 4,87 qram olan narkotik vasitə qurudulmuş marixuananın hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli olmasını əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2025-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində tutularaq 3 ay həbsdə saxlanıldığı müddət ona təyin olunmuş 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzasından çıxılsın və onun üzərində qəti olaraq 7 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 07 may 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilsin və o, məhkəmə iclası zalından dərhal həbsə alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 49,74 (qırx doqquz manat yetmiş dörd qəpik) məbləğində dəyəri Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olub Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra qalıq qalmış cəmi çəkisi 4,87 qram olan narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-42/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-42/2025
07.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver