Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-43/2023 15.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, Məsləhətçi (məhkəmə iclasının katibi) Quliyev Mətin Azər oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiçi Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisi və Zərərçəkmiş şəxs1 nümayəndəsi X2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxxxxxx 1964-cü il tarixdə Sabirabad rayonu Qalaqayın kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, Sabirabad Melioservis idarəsində traktorçu işləyən, Sabirabad rayonu Qalaqayın kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, 16 sentyabr 2022-ci il tarixdə saat 05:20 radələrində etibarnamə ilə idarə etdiyi texniki cəhətdən saz vəziyyətdə olan özünə məxsus «Mercedes- Benz E200» markalı **-EO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Hacıqabul-Horadiz yolunun Sabirabad rayonunun Bulaqlı kəndinin ərazisindən keçən 40,6-cı kilometrliyində Hacıqabul istiqamətində 60 km/saat sürətlə hərəkət etdirərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq, yol hərəkətinin iştirakçısı olmaqla yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, qarşıda onunla eyni istiqamətdə, eyni zolaqda at arabasının hərəkətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, həmin at arabası ilə təhlükəsiz ara məsafəsi saxlamaqla hərəkətini davam etdirməli, lazım gələrsə sola doğru təhlükəsiz manevr aparmaqla həmin at arabasını ötüb keçməli və hərəkət təhlükəsizliyini təmin etməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, bunu etməyərək sükan arxasında diqqətsizlik etdiyindən avtomobilin qabaq sağ hissəsi ilə onunla eyni istiqamətdə, eyni zolaqda hərəkətdə olan 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sürdüyü dörd təkərli at arabasının sol arxa hissəsi ilə toqquşdurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulması ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs2 qarının qapalı küt travması, peritonarxası hematoma, sol böyrəkətrafı toxumanın hematoması, qansızması, sol böyrəküstü vəzidə qansızma, sol böyrək ləyənində qansızma, miokarda damarətrafı xırda skleroz ocaqları, stromanın ödemi, damar ətrafı xırda ocaqlı qansızmalar, ağ ciyərdə ödem, ocaqlı qansızmalar, ocaqlı pnevmoniya, atelektaz və emfizema ocaqları, qara ciyərdə ocaqlı piy distrofiyası, miokarda, qara ciyərdə və böyrəklərdə parenximatoz zülal distofiyası, baş beyinin ödemi, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq sümüyünün qapalı sınığı, onurğanın küt travması, L4 fəqərəsinin qopmuş sınığı, alın nahiyəsində sağ və solda, sifətin sağ yarısında, alt çənədə, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində sıyrıqlar, sol təpə nahiyəsində, sol almacıq sümüyü proyeksiyasında, onurğa xətti üzrə 3-5-ci bel fəqərəsi səviyəsində, sol böyrək proyeksiyasında qançırlar kimi xəsarətlərlə müşayiət olunan dərəcəsinə görə canlı şəxslərdə götürüldüyü kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaqla zərərçəkmiş şəxsin 20 sentyabr 2022ci il tarixdə Sabarabad rayon mərkəzi xəstəxanasında ölümünə, həmin arabanın sərnişini 1960cı il təvəllüdül Zərərçəkmiş şəxs1 sağ Vİİ-Vİİİ qabırğalarda az yerini dəyişən sınıq, Th 7 fəqərəsində kompression sınıq, sol qasıq və oturaq sümüklərinin qapalı sınıqları, alın nahiyəsində yara, sol gözaltı nahiyədə, sağ arxa qoltuqaltı xətti üzrə Vİ-Vİİİ qabırğa səviyyəsində, onurğa xətti üzrə 5-6-cı döş fəqərəsi səviyyəsində, büzdüm proyeksiyasında qançırlar xəsarətləri almaqla sağlamlığın uzun müddət pozulmasına səbəb olan zərər çəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olmaqla yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o, «BC» dərəcəli sürücüdür. “Mercedes Benz E200” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobil onun özünə məxsusdur. Həmin avtomobilin pulunu tam ödəyib almışdır. Lakin adına sənədləşdirməmişdir və buna görə həmin avtomobili etibarnamə ilə idarə edir. 16 sentyabr 2022-ci il tarixdə səhər saat 05 radələrində yaşadığı Sabirabad rayonu Qalağayın kəndində yerləşən evdən çıxıb idarə etdiyi “Mercedes Benz E200” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Qobustan qəsəbəsinə işə yola düşmüşdür. O, Qalağayın kəndindən Hacıqabul-Horadiz yoluna daxil olub hərəkətə başlamış, tək olmuş, avtomobili yüksüz olmaqla texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Avtomobinin yaxın vuran ışığında 6-7 metr, uzaq vuran ışığında isə 50 metr qarşı yolu tam aydın şəkildə görmüşdür. O, hərəkət edib saat 05:20 radələrində Hacıqabul-Horadiz yolunun Sabirabad rayonu Bulaqlı kəndi ərazisindən keçən hissəsinə çatmış, Hacıqabul istiqamətinə 60 km/saat sürətlə hərəkətdə olan zaman qarşıdan gələn avtomobilin ışıqları gözünə düşmüş və bu vaxt qarşıda yolun sağ hissəsi ilə gedən, sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 sürdüyü at arabasını görmədiyi üçün avtomobilinin qabaq sağ hissəsi ilə at arabasının sol arxa hissəsindən vurmuşdur. Zərbənin təsirindən at yerə yıxılmış, araba isə sağ tərəfə çevirilib dayanmışdır. O, dərhal qarşıda avtomobilini saxlamış və yerə düşüb at arabasına tərəf qaçmış, görmüşdür ki, at atarabasında olan X5, onun həyat yoldaşı Zərərçəkmiş şəxs1 yerə yıxılıblar. X1 isə ayaq üstədir. O, dərhal onları avtomobilinə qoyub təcili olaraq Sabirabad rayon xəstəxanasına çatdırmışdır. Xəstəxanada həkimlər onlara yardım etməyə başlamışlar. Bundan sonra o, özü hadisə barədə polisə məlumat vermişdir. Daha sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onun, eləcə də 2 nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirib, hadisə yerinin sxemini və foto şəkillərini çəkmişlər. O, idarə etdiyi Mercedes Benz E200 markalı, ** EO *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə qarşıda hərəkət hissənin saği ilə gedən at arabasını arxadan vurduğu üçün at arabaçı Xudaşükür və arabada olan Kifayət ilə Xudaverdi xəsarət aldıqlarından onların müalicə aldığı Sabirabad rayon xəstəxanasına yanlarına getmişdir. Onların sağalmaları üçün lazımi köməklik etməyə başlamışdır. 20 sentyabr 2022-ci il tarixdə at arabasını sürən Zərərçəkmiş şəxs2 müalicə aldığı Sabirabad rayon xəstəxanasında vəfat etmişdir. Zərərçəkmiş şəxs2 yas mərasiminin verilməsindən ötrü onun yaxınlarına maddi yardım etmiş və yas mərasimində iştirak etmişdir. Yas mərasiminə o, 3273 (üz min iki yüz yetmiş üç) manat pul xərcələmişdir. Sonra da hadisə zamanı arabada olan və xəsarət alan Zərərçəkmiş şəxs1 tez sağalmasına görə Bakı şəhərinə aparıb müalicə etdirmiş və müalicə xərclərini də tam ödəmişdir. Vəfat etmiş zərərçəkmişin ailəsinə maddi köməklik göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir ki, cinayət əməli törədir. Özü ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Belə ki, ürəyinin işləmə faizi 20% təşkil edir. Göstərdiyi xüsusatlara əsasən o, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi və zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, mərhum X6 atası, xəsarət alan Zərərçəkmiş şəxs1 isə anasıdır. 16 sentyabr 2022-ci il tarixdə saat 05:10 radələrində o, atası Xüdaşükür Mirzəyev və anası Zərərçəkmiş şəxs1 ilə birlikdə yaşadıqları evdən özlərinə məxsus at arabası ilə çıxıb çöl sahəyə, çöl süpürgəsi yığmağa yola düşmüşlər. At arabasını atası Xüdaşükür taxta oturacağın üzərində ötürüb sürmüş, onunla anası Kifayət isə at arabasının döşəməsi üzərində əyləşmişdir. Atası Xüdaşükür at arabasını sürüb kəndlərindən keçən Hacıqabul-Horadiz yoluna çıxıb, yolunun sağ kənarı ilə Hacıqabul istiqamətinə at arabasını sürmüşdür ki, qarşıdan sağa-kənd yoluna dönsünlər. Atası Xüdaşükür at arabasını yolun sağ kənarı ilə adi at yeri ilə sürüb qarşıya bir qədər gəlmişdir ki, qəflətən arabanın arxa hissəsinə nəyinsə zərbə ilə çırpıldığını görmüş və bu anda o, sağ tərəfə yerə atın qarşısına yıxılmışdır. O, tez ayağa durub baxanda sonradan adını bildiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E200” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobillə onları vurduğunu görmüşdür. Buna görə ucadan qışqırmış və sürücü Rəsul avtomobili saxlamışdır. Hadisə nəticəsində ciddi xəsarət alan və yerdə yıxılıb qalan atası ilə anasına sürücü köməklik etmiş, onunla birlikdə anasını və atasını sürücü Rəsulun avtomobilinə qoyub Sabirabad rayon xəstəxanasına çatdırmışlar. Xəstəxanada atası və anasına həkimlər yardım etmişlər. Onları xəstəxananın palatasına yerləşdirmişlər. 20 sentyabr 2022-ci il tarixdə saat 20:15 radələrində atası Xüdaşükür Mirzəyev müalicə aldığı Sabirabad rayon xəstəxanasında vəfat etmişdir. Atasının meyiti Sabirabad rayon xəstəxanasının morquna yerləşdirilmiş və ekspertiza müayinəsindən sonra onlara təhvil verilmişdir. Səhəri günü də atası X4 rayon Qalağayın kənd qəbirsanlığında dəfn etmişlər. Anası Zərərçəkmiş şəxs1 isə götürüb Bakı şəhərinə Respublika klinik xəstəxanasına aparmışlar və orada anası yataraq müalicə olunmuşdur. Onun özü isə hadisə zamanı başın alın nahiyyəsindən sıyrıqlar kimi xəsarət almışdır. Bundan əlavə, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “Mercedes Benz E200” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobili ilə onların at arabasını arxadan vurduğu üçün at arabası zədələnmiş, arabanı çəkən at isə hadisə yerində ölmüşdür. Hazırda təqsirləndirilən şəxslə barışmışdır. Buna görə də ona qarşı heç bir şikayət və tələbi yoxdur. Hadisə ehtiyyatsızlıqdan baş vermişdir. Ona görə də o, təqsirləndirilən şəxsə qarşı yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Cinayət işində olan AE No 522833 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququna malikdir, vəsiqə xx.xx.2017-ci ildə verilmiş, xx.xx.2027-ci il tarixinə kimi etibarlıdır. Cinayət işində olan AD No 707120 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “Mercedes Benz” E 200 CDİ minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X8r. Cinayət işində olan etibarnamənin surətindən görünür ki, “Mercedes Benz” E 200 CDİ minik markalı, **-EO-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı Təqsirləndirilən şəxs xx.xx.2022-ci ildən xx.xx.2027-ci il tarixinədək etibarnamə vermişdir. Cinayət işində olan xx.xx.2022-ci il tarixli 25 №-li ekspert rəyindən görünür ki, 1962-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 meyitinin məhkəmə-tibbi ekspertizası zamanı bədənində aşkar edilmiş xəsarətlər-qarının qapalı küt travması, peritonarxası hematoma, sol böyrəkətrafı toxumanın hematoması, qansızması, sol böyrəküstü vəzidə qansızma, sol böyrək ləyənində qansızma, miokarda damarətrafı xırda skleroz ocaqları, stromanın ödemi, damar ətrafı xırda ocaqlı qansızmalar, ağ ciyərdə ödem, ocaqlı qansızmalar, ocaqlı pnevmoniya, atelektaz və emfizema ocaqları, qara ciyərdə ocaqlı piy distrofiyası, miokarda, qara ciyərdə və böyrəklərdə parenximatoz zülal distofiyası, baş beyinin ödemi, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, sol almacıq sümüyünün qapalı sınığı, onurğanın küt travması, L4 fəqərəsinin qopmuş sınığı, alın nahiyəsində sağ və solda, sifətin sağ yarısında, alt çənədə, sağ əlin üst səthində, sağ diz oynağının ön səthində sıyrıqlar, sol təpə nahiyəsində, sol almacıq sümüyü proyeksiyasında, onurğa xətti üzrə 3-5-ci bel fəqərəsi səviyəsində, sol böyrək proyeksiyasında qançırlar-həyatidır, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlərin qərarda göstərilən şəraitdə əmələ gəlməsi inkar edilmir. Zərərçəkmiş şəxs2 ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs2 ölümünə səbəb almış olduğu xəsarətlər-qarının qapalı peritonarxası küt travması nəticəsində baş vermiş kəskin böyrək çatmamazlığı olmuşdur. Cinayət işində olan məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 647 №-li rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 sağ Vİİ-Vİİİ qabırğalarında az yerini dəyişən sınıq, Th 7 fəqərəsində kompression sınıq, sol qasıq və oturaq sümüklərinin qapalı sınıqları, alın nahiyəsində yara, sol gözaltı nahiyədə, sağ arxa qoltuqaltı xətti üzrə Vİ-Vİİİ qabırğa səviyyəsində, onurğa xətti üzrə 5-6-cı döş fəqərəsi səviyyəsində, büzdüm proyeksiyasında qançırlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddir.Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Cinayət işində olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 8/2885 №-li rəyindən görünür ki, “Mercedes Benz E200” markalı, ** EO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 36-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 016-129375-1222 nömrəli məktubundan görünür ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin Qeydiyyat-İmtahan İdarəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1964-cü il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2017-ci il tarixdə (xx.xx.2027-ci il tarixədək etibarlı olan) AE 522833 nömrəli «BC» katoqoriyalı sürücülük vəsiqəsi verilmiş və onun sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı hər hansı məlumat qeydə alınmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, şahid və zərərçəkmiş şəxsin hüquqi varisinin ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X3 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıq üzündən az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ailəsi ilə razılıq əldə etmə nəticəsində zərərçəkmişin hüquqi varisinin və zərərşəkmiş şəxsin ondan şikayət və tələblərinin olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ürək çatışmazlığı xəstəliyindən əziyyət çəkməsini Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran hallarının müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2022-ci il tarixli 8/2885 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci - 85 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut və mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-43/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-43/2023
15.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver