Məhkəmə qərarları › İş №1(056)-43/2024

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-43/2024

29.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-43/2024 29.02.2024 SABİRABAD RAYON MƏHKƏMƏSİ X21 Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X2 üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı Zərərçəkmiş şəxs X7 hüquqi varisi X3, Müdafiəçi- Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, Sabirabad rayon məhkəməsinin binasında xx.xx.1968-ci il tarixdə Sabirabad rayonu Cavad kəndində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Sabirabad rayon Cavad kənd 2 saylı tam orta məktəbində mühafizəçi vəzifəsində çalışan, məhkumluğu olmayan, Sabirabad rayonu Cavad kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbayjan Respublikası CM-nin 124.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsində yerləşən dəmir su çənini su ilə doldurmaq, eləcə də məişətdə istifadə etmək üçün təxminən 2021-ci ilin yay aylarında Bakı şəhəri Sabunçu rayon bazarından 40 manat pul müqabilində aldığı, istifadə nəticəsində üzərindəki marka və model göstəriciləri silinmiş məişət təyinatlı, işlənmiş su nasosunu, texniki vəziyyətini yoxlamadan, üzərindəki calaq naqil hissəsi ilə birlikdə evinin qarşısından keçməklə kənd sakinlərinin su ehtiyacını təmin edən su arxının içərisinə salmış, nasosun elektrik naqillərini kauçuk borunun daxilinə salıb evin qarşısındakı torpaq yolun altı ilə keçirməklə evlərinin hamam otağının tavanında olan elektrik yuvasına istiqamətləndirməklə mütəmadi olaraq su nasosundan istifadə etmiş, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o, evdə olmadığı vaxt oğlu X6 kranından su gəlmədiyini görüb su nasosunun naqilini elektrik yuvasına salmaqla işə salmış, daha sonra oğlu Orxan Əlizadə, həmçinin, onun qardaşı nəvələri X16 və X17 birlikdə sərinləmək üçün su nasosunun olduğu istiqamətdən su arxına girmiş, həmin vaxt o, “Elektrik enerjisindən istifadə qaydaları»nın 9.1 bəndinin və «Elektrik qurğularının quraşdırılması Qaydası”nın 1.8.2.1 bəndinin tələbləri pozması səbəbindən, yəni fərdi yaşayış evinə su çəkmək üçün istifadə edilən elektrik su nasosunun və onun naqilinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasına cavabdeh şəxs olmasına baxmayaraq, cinayətkarcasına etinasızlıq göstərərək həmin tədbirləri təmin etmədiyinə görə nasaz vəziyyətdə olan su nasosundan suya elektrik cərəyanı keçməsi nəticəsində X4 budun aşağı 1/3-də arxa səthdə, sol ayağın 4-5-ci barmaqlarının alt səthlərində-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi ilə müşayiət olunan, X5 baldırın orta 1/3-də ön səthdə-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi ilə müşayiət olunan, X16 isə sağ budun aşağı 1/3-də ön səthdə-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi ilə müşayiət olunan, həyati hesab edilən xəsarətlər almış, adları qeyd olunan hər üç şəxs elektrik cərəyanı təsirindən baş vermiş kəskin ağciyər ürək çatışmazlığı nəticəsində hadisə yerində öldüyündən, o ehtiyatsızlıqdan X15, X16 və X11 öldürmüşdür. Bununla da, Əliyev X1 Respublikası CM-nin 124.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 oğlu, bir qızı vardır. Ailəsi ilə birlikdə Sabirabad rayonu Cavad kəndində özünə məxsus evdə yaşayır. Qızı Güllü evlənib köçmüş, digər oğulları Heydər və Orxan isə onunla birlikdə yaşamışdır. Mərhum uşaqlar Nihat və Əjdər onun qardaşı Əjdərin nəvələri olmuş, sonuncular ilə münasibəti hər zaman yaxşı olmuş, heç bir ədavətləri olmamışdır. Nihat və Əjdərin evləri ilə öz evləri arasında təxminən 1 km-dən az məsafə olmuş, sonuncular tez-tez gəlib oğlu Orxan ilə vaxt keçirmiş, oyun oynamışlar. Evlərinin qabağında kənd boyu axan arx vardır və bütün kənd içmək və məişətdə istifadə edilmək üçün su ehtiyatını oradan qarşılayır. Həmin arx mənbəyini Kür çayından götürməklə bütün kənd boyu axır. Həmin arxın içinə 2 il əvvəl Bakı şəhərindəki Sabunçu bazarından tanımadığı bir şəxsdən 40 manata aldığı su motoru qoymuşdur. Həmin motoru evə gətirib yoxladıqdan sonra işlədiyini görmüşdür. Motorun naqilləri də elə üzərində gələnlər olmuş, ona əlavə naqil bağlamamışdır. Daha sonra naqilləri kauçuk borunun daxilinə salmış və kəndin torpaq yolunun altı ilə keçirməklə evin hamamındakı elektrik yuvasına bağlamışdır. Motoru isə suyun daxilinə, elektrik naqilləri ilə birlikdə salmış, elə calaq hissə də suyun altında olmuşdur. Su palçıqlı olduğundan çürümənin qarşısını almaq üçün motoru təxminən 10 gündən bir çıxarıb palçığını təmizləmiş, daha sonra yenidən suyun altına salmışdır. Həftədə bir dəfə həmin su motoru ilə çəni doldurmuşdur. Oğlu Orxan, Nihat və Əjdər tez-tez həm motorun olduğu tərəfdə, həm də arxın digər tərəfində çimmiş, çimdikdən sonra hamamda yuyunmuşlar. Uşaqlar adətən ilandan, qurbağadan qorxduqları üçün paltar ilə çimmiş, onları hər zaman paltarda görmüşdür. xx.xx.2023-cü il tarixdə hadisə günü saat 8 də işə getmiş, saat təxmini 10:30 radələrində övladını cərəyan vurması barədə ona məlumat verilmişdir. Hadisə yerinə gələndə uşaqların üçünün də yolun ortasında uzadıldığını görmüş, həmin vaxtı yoldaşı Ruhiyyə də məsciddə olmuşdur. Bir müddət sonra uşaqları təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparsalar da, həyatlarını xilas etmək mümkün olmamışdır. Həmin günü motoru Orxanın işə saldığını düşündüyünü qeyd edərək, ona bunu mütəmadi qadağan etdiyini, hər dəfə suyu özünün doldurduğunu, lakin sonuncunun dəcəl bir uşaq olduğunu və sözə baxmadığını, məlum hadisə günü dəfndən qayıtdıqdan sonra çəndən su gəlmədiyini bildirmişdir. Qeyd etmişdir ki, su motorunun naqillərinə edilmiş calağı özü etməmiş, həmin calaq motoru aldığı vaxtdan üzərində olmuşdur. Həmin motoru təmizləyərkən hər hansı elektrik keçiriciliyi olmamış, hadisə yerinə çatanda motor işlək olmamış, naqillər yuvadan çıxarılmış, habelə evin elektriki də sayğacdan söndürülmüşdür. Əlavə olaraq göstərmişdir ki, həmin arxda ancaq özünün su motoru olmuşdur. Eşitmişdir ki, həmin su motorunu sudan çıxarmaq olmaz, əks halda bu motorun “salnik”lərinin qurumasına səbəb olur. Lakin, buna baxmayaraq mütəmadi həmin su motorunu çıxarıb təmizləmişdir. Həmin su arxının altı ilə hər hansı elekrik xətti keçməmiş, evinə gələn elektrik xəttinə hər hansı kənar müdaxilə etməmiş, kənar elektrik xətti çəkməmişdir. Təqsirləndirilən şəxs ifadəsinin sonunda ölmüş şəxslərdən birinin onun öz övladı olmasını, zərərçəkmiş şəxslərinin hüquqi varislərinin ondan heç bir şikayət və tələbinin olmamasını, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq ona yüngül cəza təyin etməyi məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli, məhkəmə iclası zamanı dindirilmiş zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, hadisə yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanması haqqında protokollar, məhkəmə-tibb və məhkəmə komisyon-tibb ekspertizasının rəyləri, cinayət işinə əlavə edilmiş və məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlarla aşağıdakı qaydada sübuta yetirilir. Belə ki, məhkəmə iclası zamanı zərərçəkmiş şəxs X12 hüquqi varisi qismində dindirilmiş anası X13 – təqsirləndirilən şəxsin həyat yoldaşı- Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək, eyni məzmunlu ifadə vermiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Digər zərərçəkmiş şəxs X16 və X8 hüquqi varisi X18 məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə ilə müraciət edərək təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmamasını, səhətində yaranmış problemlərlə bağlı məhkəmə iclasının onun iştirakıl olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında elan olunmuş zərərçəkmiş şəxslər X16 və X8 hüquqi varisi X14 ibtidai istintaq orqanında verdiyi ifadəsindən görünür ki, övladları Əjdər və Nihad əkiz olmaqla xx.xx.2011ci il doğumlu olmuş və ailəsi ilə birlikdə Sabirabad rayonu Cavad kəndində özünə məxsus evdə yaşamışlar Nihat və Əjdər əmisi Cəlilin oğlu Orxan ilə birlikdə böyümüşlər və günlərini bir keçirmişlər. İstər onun övladları, istərsə də Orxan mütəmadi bir-birilərinin evinə gəlib getmiş, münasibətləri hər zaman yaxşı olmuşdur. Cəlilin evinin qarşısında kənd boyu axan arx vardır və bütün kənd içməli, istifadə edilməli suyunu oradan qarşılamışdır. Həmin arx mənbəyini Kür çayından götürmüş və kənd boyu axmışdır. Həmin arxın içinə Cəlil təxminən 2-3 il olar ki, su motoru qoymuş, lakin onun motoru haradan aldığını, kimlər vasitəsilə qoşduğunu, necə quraşdırdığını, motora qulluq edib etmədiyini, təmir edib-etmədiyini bilmir. Motor mütəmadi olaraq suyun daxilində olmuş və oradan suyu həyətdəki su çəninə çəkmişdir. Nihad, Əjdər və Orxan həmin hadisənin baş verdiyi arxın digər tərəfində, nisbətən dərin yerdə, onun icazəsi ilə mütəmadi alt paltarı ilə çimmiş, çimdikdən sonra ya Cəlilin evində, ya da ki öz evlərində gəlib yuyunmuşlar. Hadisə günü saat 9-da ailə üzvləri ilə səhər yeməyi yemiş, 10-a 5-10 dəqiqə işləmiş Əjdər və Nihat Orxanın yanına getmək üçün evdən çıxmışlar. Özü də evdən çıxıb çayçıya, oradan da çölə yoncaya baxmağa getmişdir. Sahədən qayıdarkən əmisi İlham ona zəng edərək məlum hadisə barədə məlumat vermişdir. Hadisənin baş verdiyi yerə getdikdə övladlarının yerdə uzadılmış vəziyyətdə olduğunu görmüş, dərhal onları xəstəxanaya aparmışdır. Lakin həkimlərin bildirdiyinə görə övladları artıq ölmüşdür. Kənd sakinlərindən eşitmişdir ki, qonşu Aytəkin hadisə vaxtı suyun içində qırmızı bir şey görmüş, daha sonra suya yaxınlaşıb baxdıqda uşaqların olduğunu anlamışdır. Bu zaman suya enəndə onu da cərəyan vurmuş, daha sonra digər qonşuların köməyi ilə uşaqları sudan çıxarmışdır. Hadisə günü su motorunu kimini işə saldığını bilməmişdir. Uşaqların su motorunu işə salma mexanizmindən məlumatı olub-olmadığını bilməmiş, əvvəllər həmin motorun kimisə cərəyan keçirdiyini eşitməmişdir. Həmin arxın altından hər hansı elektrik xətti keçməmiş, suyun daxilində başqasının su moturu, o cümlədən kənarda suya düşən elektrik naqili olmamış, əmisi Cəlilin evində də kənar elektrik xətti olmamışdır. Hadisə günü Orxanın çəni su ilə doldurmaq üçün motoru taxdığını, lakin motorun işləməməsi səbəbindən suya daxil olduqda onu cərəyan vurduğunu, uşaqlarının da onu xilas etməyə çalışarkən məlum hadisənin baş verdiyini düşündüyünü qeyd etmiş, hadisə barədə heç kimdən şikayət və ya tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 9 ildir ki, Sabirabad rayonu Cavad kəndində əri X19 ilə birlikdə yaşayır. Mərhum uşaqlar Nihat, Əjdər və Orxanı kənd sakinləri kimi tanımış, onlarla hər zaman münasibəti yaxşı olmuş, Orxan Əlizadənin atası Təqsirləndirilən şəxs ilə üzbəüz qonşu olmuşlar. Əjdər və Nihat isə əvvəllər həmin evin arxasındakı babalarına məxsus evdə yaşasalar da, sonradan ataları Elçin özünə ev tikmiş və 6-7 il əvvəl köçmüşlər. Əjdər və Nihat tez-tez Orxanın yanına gəlmiş, birlikdə vaxt keçirmişlər. Qeyd etmişdir ki, evlərinin kənarı boyu axır. Bütün kənd sakinləri içməli su ehtiyatını oradan təmin edir. Sonuncular çox vaxt kənd sakinlərindən utandıqları üçün paltar ilə çimmişlər. Təxminən bir ildir ki, Cəlilin sözügedən arxın içində su motoru olmuşdur. Sonuncu ehtiyacları olanda motoru qoşub arxdan suyu çəkmiş, daha sonra söndürmüşdür. Cəlil motorun naqillərini və borusunu torpaq yolun altı ilə keçirmiş və evlərinə istiqamətləndirmişdir. Lakin, motoru kimin quraşdırdığını bilməmiş və işləyəndə də motorun səsi çox zəif gəlmişdir. Əvvəllər heç vaxt motorla bağlı problem yaşanmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində evlərində tək olmuş, həyətdə paltarları yumuşdur. Döşəmə dəsmalını arxın içində yaxalamaq üçün küçəyə çıxdıqda küçənin ortasında qara rəngli şort görmüş, daha sonra suyun içində əl kimi bir şey görmüşdür. Oraya yaxınlaşdıqda əkizlərdən birinin üzünü görmüş, əvvəl onların arxası üstə üzdüklərini zənn edərək irad bildirmişdir. Lakin, bir neçə dəfə səslənsə də, uşaqdan cavab gəlməmişdir. Daha sonra dərhal qonşu Gülzarı səsləmişdir. Gülzar tövlələrinin tininə tərəf çatana yaxın, motordan 1 metr məsafədə suya atlamış, həmin vaxt suyun dərinliyi dizindən olmuşdur. Bu zaman əkizlərdən birinə əlini vuranda onu cərəyan vurmuş, dərhal “öldüm, öldüm” deyə qışqırmağa başlamış və Gülzara motoru keçirməsini bildirmişdir. Bu vaxt motordan cərəyan gəldiyini anlamışdır. Həmin vaxt elektrik onu da vurmuş, dərhal sudan çıxmaq üçün çırpınmış, bu zaman arxın kənarındakı kol-kos da qollarını kəsmişdir. Özü görməsə də, qonşuların dediyinə görə dodağı partlamış və qan gəlmişdir. Bu vaxt Gülzar elektrik yuvasını tapa bilməyəcəyini dedikdən sonra ona işığı avtomatdan söndürməsini tapşırmışdır. Gülzar daha sonra Cəlilin sayğacını söndürən kimi onu cərəyan buraxmış və Gülzarın ona uzatdığı taxta vasitəsilə sudan çıxmışdır. Həmin vaxt kənd sakini Aynur da oraya gəlmiş və suya atlayıb bütün uşaqları sudan çıxarmışdır. Həmin vaxt əkizlərdən birinin əynində şort olmamış, digərləri paltarda olmuşdur. Uşaqlar təxminən motorun 1-1.5 metr məsafəsində olmuş, əkizləri çıxardıqdan sonra Orxanın da suyun altında olduğunu və tamamilə batdığını görmüşdür. Daha sonra köməkli şəkildə onu da sudan çıxarmışlar. Həmin vaxt kənd sakini Seyfulla da gəlmiş və uşaqların nəbzlərinə yoxlamış, lakin artıq heç birinin nəbzinin vurmadığını anlamışlar. Dərhal təcili tibbi yardıma zəng etmişlər və uşaqları xəstəxanaya çatdırmışlar. Lakin, uşaqların həyatını xilas etmək mümkün olmamışdır. Cəlilin və ya başqasının sözügedən motoru sudan çıxardığını, ona texniki qulluq etdiyini görməmiş, hadisə vaxtı da motor işlək vəziyyətdə olmamışdır. Həmin arxın altından elektrik xətti keçib-keçmədiyini bilmədiyini, hadisə vaxtı ətrafda zədəli elektrik xətti, habelə kənar şəxs görmədiyini bildirmişdir. Məhkəmə iclası zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Sabirabad rayonu Cavad kəndində ailəsi ilə birlikdə yaşayır. Mərhum uşaqlar Nihat, Əjdər və Orxanı kənd sakinləri kimi tanımışdır və Orxan Əlizadənin atası Təqsirləndirilən şəxs ilə üzbəüz qonşudurlar. Əjdər və Nihat da əvvəl həmin evin arxasındakı evdə yaşamış, sonradan Elçin Əliyev özünə yeni ev tikdiyindən həmin yerdən köçmüşlər. Əjdər və Nihad tez-tez yaşıdları Orxanın yanına gəlmiş, günlərini birlikdə keçirmişlər Evlərinin kənarı boyu su arxı axır. Həmin arx 30 ildən artıqdır ki, oradadır və mənbəyini Kürdən götürür. Arx çox da dərin olmamaqla, bütün kənd sakinləri içməli su ehtiyatını oradan təmin edir. Özləri də həmin arxdan suyu çəkmək üçün su motorundan istifadə etmiş, işləri bitəndən sonra çıxardıb kənara qoymuşlar. Orxan, Nihat və Əjdərin bu il təxminən 2-3 dəfə həmin arxın digər tərəfində, nisbətən dərin yerində çimdiklərini görmüş, sonuncuları çimərkən şortla, lakin maykasız görmüşdür. Həmin arxın içində Cəlilin su motorun olduğunu bilmiş, onun işləməyinə heç vaxt fikir verməmişdir. Məlum hadisəyə kimi heç vaxt motorla bağlı problem yaşanmamışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində evlərində qızı Xədicə ilə birlikdə olmuş, bu vaxt sonuncu gəlib qonşu Aytəkinin onu çağırdığını bildirmişdir. Daha sonra Aytəkinin yanına, küçəyə getmiş, tövlələrinin tininə çatanda Aytəkinin onu köməyə çağırdığını eşitmişdir. Daha sonra Aytəkin arxın içinə tullanmış və əlini uşaqlara vuran kimi onu cərəyan vurmuşdur. Dərhal sonuncu ona “burda tok var, gəlmə bura toku ayır” deyə bildirmişdir. Dərhal Cəlilin evinin hamamına tərəf qaçmış, ətrafa baxsa da, elektrik yuvasını tapmamışdır. Daha sonra, geri qayıtmış və işıq sayğacın qapısına yumruqla vuraraq qapını açıb avtomatdan işığı söndürmüşdür. Sayğacı keçirən kimi elektrik verilişi dayanmış, Aytəkin isə dizi üstə arxa oturmuşdur. Bu vaxt onun dodaqlarından qan gəlmişdir. Daha sonra həmkəndlisi Aynur hadisə yerinə gəlmiş və suya atlanaraq birinci əkizlərdən birini, daha sonra digərini çıxarmışdır. Digər əkizi çıxaranda Orxan suyun altından görünmüşdür. Daha sonra uşaqların nəbzlərini yoxlasalar da, heç birində nəbz hiss etməmişlər. Bir müddət sonra həmkəndlisi Seyfulla gəlmiş və təcili tibbi yardıma zəng etmişdir. Üzərindən yarım saat keçdikdən sonra Cəlil və Ruhiyyə, çoxlu sayda kənd sakini hadisə yerinə gəlmiş, sonra uşaqları xəstəxanaya aparsalar da, həyatlarını xilas etmək mümkün olmamışdır. Qeyd etmişdir ki, sözügedən su motorunun nə vaxt və kim tərəfindən quraşdırıldığını, kiminsə motora qulluq etdiyini görməmiş, məlum hadisə vaxtı da motorun səsi gəlməmişdir. Hadisədən sonra əlini yumaq üçün Cəlilin evinə keçdikdə suyun gəlmədiyini görmüş, bu vaxt çəndə su olmadığını anlamışdır. Habelə, hadisədən sonra Cəlilin qızı Güllü hamam otağının tavanındakı elektrik yuvasından motorun naqilini ayırmışdır. Əlavə olaraq göstərmişdir ki, həmin arxın daxilində ancaq Cəlilin su motoru olmuş, ətrafda zədəli elektrik naqili olmamışdır. Məhkəmədə yoxlanmış, cinayət işinin 180-183-cü vərəqlərində olan 29 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X8 meyitinin müayinəsi zamanı aşkar edilmiş xəsarətləri - sağ budun aşağı 1/3-də arxa səthdə, sol ayağın 4-5-ci barmaqlarının alt səthlərində-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi. Qeyd edilmiş elektrik nişanələri həyatidir, elektrik cərəyanının yerli təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. X8 ölümünə səbəb elektrik cərəyanı təsirindən baş vermiş kəskin ağ ciyər ürək çatmazlığı olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. Məhkəmədə yoxlanmış, cinayət işin 185-188-ci vərəqlərində olan 30 nömrəli xx.xx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 2007-ci il təvəllüdlü X7 meyitinin aşkar edilmiş xəsarətləri - sağ baldırın orta 1/3-də ön səthdə-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi. b/Qeyd edilmiş elektrik nişanələri həyatidir, elektrik cərəyanının yerli təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. X7 ölümünə səbəb elektrik cərəyanı təsirindən baş vermiş kəskin ağ ciyər ürək çatmazlığı olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. Məhkəmədə yoxlanmış, cinayət işinin 189-192-ci vərəqlərində olan 31 nömrəli xxxx.2023-cü il tarixli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, 2011-ci il təvəllüdlü X9 müayinə zamanı aşkar edilmiş xəsarətləri sağ budun aşağı 1/3-də ön səthdə-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi. b/Qeyd edilmiş elektrik nişanələri həyatidir, elektrik cərəyanının yerli təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddətləri xx.xx.2023-cü il tarixə uyğundur. X9 ölümünə səbəb elektrik cərəyanı təsirindən baş vermiş kəskin ağ ciyər ürək çatmazlığı olmuşdur. Ölüm müayinədən 4-5 saat əvvəl baş vermişdir. Məhkəmədə yoxlanmış, işin 170-ci vərəqində olan Sabirabad EŞ-dən daxil olmuş xx.xx.2023-cu il tarixli 12/790 nömrəli məktubdan görünür ki, hadisə baş verən ərazi 110/35/10 kV-luq Cavad y/st-dan çıxan 10 kV Cavad hava xəttindən qidalanan 10/0.4 kVluq 250 kVA transformatordan elektrik enerjisi ilə təmin edən 0.4 kV-luq SİP kabel xətti ilə elektrik enerjisi ilə təmin edilir. Həmin 10 kV-luq Cavad hava xətti 1982-ci ildə tikilmişdir. Məlum edirik ki, hadisə yerinin yaxınlığından 0.4 kV-luq SİP kabel xətti keçir və həmin xəttin dayaqları kompozit tipli elektrik dayaqlardır və heç bir su arxı və yaxud da su mənbəyinə toxunmur. Hadisə yerinə baxış keçirilən zaman abonentin heç bir kənar xətt vasitəsi ilə elektrik enerjisindən istifadəsi aşkar edilməmiş, ümumiyyətlə sözü gedən abonentin yaşayış evini qidalandıran elektrik enerjisi verilişi xəttlərində hər hansı bir nasazlıq aşkar olunmamışdır. Həmçinin bildiririk ki, hadisə baş verən tarixdə həmin xətdə heç bir qəza açılması və yaxud da ərazidə olan elektrik xəttlərində zədələnmə hadisəsi baş verməmişdir. Əlavə olaraq bildiririk ki, «EEİQ»-nın tələblərinə əsasən enerji təchizat: müəssisəsi ilə abonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi vardır ki, sayğacdan sonra olan hissədə kənar şəxslərin düzgün olmayan hərəkətləri nəticəsində baş vermiş hadisəyə görə birbaşa istehlakçı özü məsuliyyət daşıyır. Məhkəmədə yoxlanmış, cinayət işinin 195-198-ci vərəqlərində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təhlükəsizlik texnikası ekspertizasının 10/5837 nömrəli «02» oktyabr 2023-cü il tarixli qərarından görünür ki, Sabirabad rayonu, Cavad kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin qarşısında yerləşən su arxından evin su çəninə suyun vurulmasında istifadə edilən elektrik su nasosunun suyun daxilinə salınmış elektrik naqili üzərində izolyasiyası pozulmuş vəziyyətdə olan calaq yerindən, həmçinin suyun içərisində olmuş su nasosunun daxilində yaranmış hansısa nasazlıqdan gövdəsindən su arxına elektrik cərəyanının keçirməsi baş vermiş hadisənin texniki səbəbi olmuşdur. Baş vermiş hadisə ilə əlaqədar, “Elektrik enerjisindən istifadə qaydaları»nın 9.1 bəndinin və «Elektrik qurğularının quraşdırması Qaydası”nın 1.8.2.1 bəndinin tələbləri pozulmuşdur. Sabirabad rayonu, Cavad kəndində Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evində istifadə edilən elektrik qurğusunun, yəni elektrik su nasosunun və onun naqilinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılması təmin edilmədiyinə görə, “Elektrik enerjisindən istifadə qaydaları”nın 9.1 bəndinin və “Elektrik qurğularının quraşdırması Qaydası”nın 1.8.2.1 bəndinin tələbləri istifadəsində olan elektrik qurğularının texniki cəhətdən saz vəziyyətdə saxlanılmasına cavabdeh olan evin sahibi tərəfindən pozulmuşdur. Hadisənin baş vermə şəraitini nəzərə aldıqda, zərərçəkmiş şəxslərin özləri tərəfindən qaydaların və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini şərh olunan qaydada törədərək evinin həyətyanı sahəsində yerləşən dəmir su çənini su ilə doldurmaq, eləcə də, məişətdə istifadə etmək üçün təxminən 2021-ci ilin yay aylarında Bakı şəhəri Sabunçu rayon bazarından 40 manat pul müqabilində aldığı, istifadə nəticəsində üzərindəki marka və model göstəriciləri silinmiş məişət təyinatlı, işlənmiş su nasosunu, texniki vəziyyətini yoxlamadan, üzərindəki calaq naqil hissəsi ilə birlikdə evinin qarşısından keçməklə kənd sakinlərinin su ehtiyacını təmin edən su arxının içərisinə salmış, nasosun elektrik naqillərini kauçuk borunun daxilinə salıb evin qarşısındakı torpaq yolun altı ilə keçirməklə evlərinin hamam otağının tavanında olan elektrik yuvasına istiqamətləndirməklə mütəmadi olaraq su nasosundan istifadə etmiş, xx.xx.2023-cü il tarixdə saat 10 radələrində o evdə olmadığı vaxt oğlu X6 kranından su gəlmədiyini görüb su nasosunu, naqili elektrik yuvasına salmaqla işə salmış, daha sonra Orxan Əlizadə onun qardaşı nəvələri X16 və X17 ilə birlikdə sərinləmək üçün su nasosunun olduğu istiqamətdən su arxına girmiş, həmin vaxt o “Elektrik enerjisindən istifadə qaydaları»nın 9.1 bəndinin və «Elektrik qurğularının quraşdırılması Qaydası”nın 1.8.2.1 bəndinin tələbləri pozması səbəbindən, yəni fərdi yaşayış evinə su çəkmək üçün istifadə edilən elektrik su nasosunun və onun naqilinin izolyasiya örtüyünün saz vəziyyətdə saxlanılmasına cavabdeh şəxs olmasına baxmayaraq, cinayətkarcasına etinasızlıq göstərərək həmin tədbirləri təmin etmədiyinə görə nasaz vəziyyətdə olan su nasosundan suya elektrik cərəyanı keçməsi nəticəsində X4 budun aşağı 1/3-də arxa səthdə, sol ayağın 4-5-ci barmaqlarının alt səthlərində-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi ilə müşayiət olunan, X5 baldırın orta 1/3-də ön səthdə-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi ilə müşayiət olunan, X16 isə sağ budun aşağı 1/3-də ön səthdə-elektrik nişanələri, daxili orqanların doluqanlılığı, baş beyin maddəsinin və ağ ciyərin ödemi ilə müşayiət olunan, həyati hesab edilən xəsarətlər almış, adları qeyd olunan hər üç şəxs elektrik cərəyanı təsirindən baş vermiş kəskin ağciyər ürək çatışmazlığı nəticəsində hadisə yerində öldükləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilir. Bununla da, Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan üç nəfər şəxsin ölmünə səbəb olan cinayət əməli törətmişdir. Onun hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsinin tərkibi vardır və onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsində ehtiyatsızlıqdan iki və ya daha çox adamı öldürməyə görə cinayət məsuliyyəti müəyyən edilir. Məhkəmədə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması və işin icraatına xitam verilməsi üçün əsaslar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin hüquqi varisləri ilə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, zərərçəkmiş şəxslərdən birinin onun öz uşağı olmasını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İş üzrə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nızərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd edilən Qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələləri müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub-olmaması (məsələn, sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və s.) kimi hallara da diqqət yetirilməlidir. Cəzanın anlayışı və məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, təyin ediləcək cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Həmçinin, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs hazırkı hökmlə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını çəkməli olduğu cəzaçəkmə müəssisəsinin növü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla müəyyən edilməlidir. Həmən maddələrin tələbinə əsasə o, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Sabirabad rayon Prokurorluğunda saxlanılan sözügedən hadisənin baş vermə səbəbi olan, marka və model göstəricisi silinmiş məişət təyinatlı su nasosu məhv edilməli, mərhum zərərçəkmiş şəxslər X10 əynində olmuş qısaqol köynək, tuman, mayka, şort, X8 əynində olmuş mayka, qısaqol köynək, tuman, X7 əynində olmuş şort və tuman hökm qanuni qüvvəsini aldıqdan sonra onların hüquqi varislərinə qaytarılmalıdır. İşdə olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, aparılmış tədqiqatların dəyəri 212 manat təşkil edir. Ona görə də həmin xərc Təqsirləndirilən şəxs alınıb Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 381-384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan təbdiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Sabirabad rayon Prokurorluğunda saxlanılan sözügedən hadisənin baş vermə səbəbi olan, marka və model göstəricisi silinmiş məişət təyinatlı su nasosu məhv edilsin, mərhum zərərçəkmiş şəxslər X10 əynində olmuş qısaqol köynək, tuman, mayka, şort, X8 əynində olmuş mayka, qısaqol köynək, tuman, X7 əynində olmuş şort və tuman hökm qanuni qüvvəsini aldıqdan sonra onların hüquqi varislərinə qaytarılsın. İş üzrə keçirilmiş məhkəmə ekspertizası tədqiqatının dəyəri olan 212 (iki yüz on iki) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub ƏN Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün icrası Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 gün müddətinə Saatlı rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsiə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hakim: Füzuli Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar