Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-43/2025 29.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ X5 Bağırovun sədrliyi, Anar Neymət oğlu Qafarovun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakı ilə, xx xxxxx 1996-cı il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, əvvəllər məhkum olunmamış, Füzuli rayonu, Pirəhmədli kəndində qeydiyyatda olmaqla Bakı şəhəri, Sabunçu rayonu E.Mehdiyev küçəsində yerləşən məcburi köçkün yataqxanasında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitə olan metadonu əldə edib üzərində saxlamışdır. Belə ki, Sabirabad RPŞ-nın CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Sahil Murtuzayev və polis baş leytenantı Şahid2 04 dekabr 2024-cü il tarixdə saat 01 radələrində Sabirabad rayonu Nərmankənd kəndi ərazisində, baş verə biləcək oğlurluq və digər cinayət hadisələrinin qarşısının alınması məqəsdilə apardıqları xidmət zamanı, yol kənarında dayanmış “Chevrolet Damas” markalı ** JM *** dövlət nömrə nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətləri onlarda şübhə yaratdığından sonuncunu profilaktik söhbət aparılması məqsədilə Sabirabad şəhəri, H.Əliyev prospekti 91 ünvanda yerləşən Sabirabad RPŞ-nın inzibati binasına gətirmiş, həmin vaxt ondan üzərində olan əşyaları tətbiq etməsi tələb edildikdə o, istintaqa məlum məlum olmayan mənbədən və vaxtda satış məqsədi olmadan qanunsuz olaraq əldə edib əynindəki şalvarının sağ yan cibində saxladığı, təsiredici maddəsinin miqdarı 0,04 qram olmaqla xeyli miqdarda, üzərində «Methadone 40» əmtəə göstəricisi qeyd olunmuş bir ədəd konvalyutda üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı dərman preparatı narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Füzüli rayonunun Pirəhmədli kəndində qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən məcburi köçkün yataqxanasında ailəsi ilə müvəqqəti olaraq məskunlaşmışdır. Arabir narkotik vasitədən istifadə edir. Bir neçə gün əvvəl Bakı şəhəri, Sabunçu rayonu, E.Mehdiyev küçəsində yerləşən məcburi köçkün yataqxanasının yaxınlığında piyada gəzərkən, yerdən bir ədəd tablet tapmışdır. O, tabletə baxdıqda narkotik vasitə metadon 40 həbi olduğunu görmüşdür. Həmin həbi götürüb istifadə etmək üçün “Palmall” markalı siqaret qutusunun içərisinə qoyub, siqaret qutusunu həblə birlikdə əynində olan şalvarın sağ yan cibinə qoyub özündə saxlamışdır. 04 dekabr 2024-cü il tarixdə saat 00:35 radələrində idarə etdiyi «Chevrolet Damas» markalı ** JM *** qeydiyyat nişanlı yük avtomobili ilə Sabirabad rayonunun Nərimankənd kəndi ərazisindən ötüb keçərkən yolun kənarında dayanıb istirahət etmək istəmişdir. Həmin vaxt mülki geyimdə olan 2 nəfər şəxs ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib, polis əməkdaşı olduğunu bildirmişlər. Onlar həmin ərazidə oğurluq hadisəsinin baş verdiyini, bu barədə hər hansı məlumatı olub-olmadığını soruşduqdan sonra, onun şəxsiyyətini müəyyən edib sorğu-sual edilməsi üçün onu Sabirabad RPŞ-yə getməyi təklif etmişlər. Sabirabad RPŞ-yə çatandan sonra növbətçi hissədə bir nəfər polis əməkdaşı üzərində olan əşyalarıı təqdim etməyi ona təklif etmişdir. O, üzərində olan bir ədəd 1 manatlıq pulu və əynindəki şalvarın sağ yan cibində olan “Pallmall” markalı siqaret qutusunu, içərisində olan 1 ədəd “Metadon 40” həbini təqdim etmişdir. Ondan həbin nə olmasını soruşulduqda, həmin 1 ədəd həbin narkotik vasitə metadon 40 olmasını bildirmişdir. Sona o, təhqiqatçının otağına aparılmış və müdafiəçi ilə təmin olunmuşdur. Müdafiəçinin iştirakı ilə üzərindən aşkar edilmiş əşyalara video çəkliş vasitəsilə baxış keçirilmişdir. Baxış zamanı təqdim etdiyi 1 ədəd siqaret qutusu içərisində 1 ədəd metadon həbi kağız zərfdə qablaşdırılqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Təqdim etdiyi bir ədəd 1 manatlıq pul əskinası ona qaytarılmışdır. Qeyd olunanlar barədə protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Hazırda ona qarşı istinad edilən cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini və məhkumluğunun olmamasını nəzərə alaraq, ona yüngül cəza təyin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. 04 dekabr 2024-cü il tarixdə gecə saat 00:30 radələrində CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2la birlikdə Sabirabad rayonunun Nərimankənd kəndi ərazisində xidmətdə olarkən, yolun kənarında ** JM *** qeydiyyat nişalı avtomobilin dayanmış vəziyyətdə olduğunu görmüşlər. Onlar mülki geyimdə olduqları halda avtomobilə yaxınlaşaraq, kabinədə olan sürücüyə polis işçisi olduqlarını bildirib, xidməti vəsiqələrini ona göstərib, onun kim olmasını, harada yaşamasını soruşmuşdur. Sürücü, Təqsirləndirilən şəxs olduğunu, əslən Füzuli rayonundan olduğunu, Bakı şəhərində köçkün yataqxanasında yaşadığını bildirmişdir. Ərazidə oğurluq hadisəsi olmasını, bununla əlaqədar hər hansı məlumatı olub-olmamasını ondan soruşmuşlar. Təqsirləndirilən şəxs əsəbləşərək oğurluq edənin ünvanına nalayiq söyüşlər söymüşdür. Belə olduqda onu intizama dəvət edib, RPŞ-yə gəlməyini təklif etmişlər. O, təklifə razı olmuş, sonra Təqsirləndirilən şəxs 04 dekabr 2024-cü il tarixdə saat 01 radələrində RPŞnin Növbətçi hissəsinə gətirib, növbətçi polis mayoru Şahid1 ərazidə baş verən oğurluqda şübhəli olduğuna görə gətirdiklərini bildirmişlər. Şahid1 onların yanında Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini təklif etmişdir. Təqsirləndirilən şəxs əynində olan şalvarının sağ cibindən 1 ədəd manatlıq pul əskinasını və bir ədəd həb çıxararaq təqdim etmişdir. Ondan təqdim etdiyi həbin nə olması soruşulduqda o, şəxsi istifadəsi üçün narkotik tərkibli M40 həbi olmasını bildirmişdir. Növbətçi Şahid1 raport tərtib edərək rəhbərliyə məruzə etmişdir. İşin icrası tapşırılan RPŞ-nin təhqiqatçısı polis kapitanı Şamxal Həsənov vəkil Saxavət Məmmədlini müdafiəçi kimi dəvət etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi narkotik tərkibli 1 ədəd həbə video çəkiliş aparmaqla baxış keçirilmişdir. O, baxış keçirilən həbi özü istifadə etmək məqsədi ilə cibində saxladığını bildirmişdir. Həmin 1 narkotik vasitəyə bənzər 1 ədəd həb iş üzrə əhəmiyyətli olduğuna görə təhqiqatçı tərəfindən zərfə qoyularaq qablaşdırılmaqla möhürləndikdən sonra götürülmüşdür. Baxış keçirilməsi barədə müvafiq protokol tərtib edilmiş, protokol ucadan oxunmuş, o da iştirakçılar kimi zərfin üzərini və protokolun doğruluğunu imza etmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, digər şahid X2 göstərdiklərinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 04 dekabr 2024-cü il tarixli əşyaya baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi qəhvəyi rəngli dairəvi formada narkotik vasitə olan 1 ədəd M40 həb iş üzrə əhəmiyyətli olduğu üçün qablaşdırılaraq möhürləndikdən sonra götürülmüş və baxış zamanı video çəkiliş aparılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X3 Regional Bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 04 dekabr 2024-cü il tarixli 6/5380 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 1 ədəd həb «Methadone 40» əmtəə göstəricisi olan konvalyutdakı 1 ədəd üzərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəfi formalı həb metadon tərkibli həbdir. Tədqiqata təqdim edilmiş 1 ədəd həbdə metadonun təsiredici maddəsinin miqdarı 0,04 qram təşkil edir (üzərindən qeyd edilmiş göstəriciyə əsasən). Tədqiqatda 1 (bir) ədəd həbdən ½ həb hissəsi sərf edilmiş, ½ həb hissəsi qalıq qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş ambulator məcburi-narkoloji tibbi yoxlama komissiyasının 20 fevral 2025-ci il tarixli 1010 №-li rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimilyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə təqsirləndirilən Təqsirləndirilən şəxs satış məqsədi olmadan, xeyli miqdarda (miqdarı 0,04 qram) narkotik vasitə metadonu qanunsuz olaraq əldə edib saxlama cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyi, maddi sübut, şahid ifadələri, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən onun məhkumluğunun olmamasını, törətdiyi əməlindən peşmançılıq hissi keçirməsini, ilkin araşdırmadan başlayaraq cinayəti səmimi etiraf etməsini və ailəli olmasını CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən halları kimi nəzərə alır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu mövcud deyil. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində CM-nın 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, təyin ediləcək cəzanın ağırlaşdıran hallarının olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onun islah olunması mümkündür və ona təqsirli bilindiyi maddənin sanksiyası həddində 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğun olardı. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən olunmuş dörd gün, ona təyin olunacaq 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Həmçinin məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsaslanaraq Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmasını məqsədə müvafiq hesab edir. Qeyd edilənlərlə yanaşı, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin narkoloji dispanserdə qeydiyyata alınmasını, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin hökmün qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmasını, iş üzrə maddi sübut kimi Sabirabad rayon Polis Şöbəsində saxlanılan, ekspertiza tədqiqatına sərf olunduqdan sonrakı qalığı - ½ hissədə “metadon M 40” həbin hökmün qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsini, məhkəmə xərclərinin təqsirləndirilən şəxsin hesabına ödənilməsini əsaslı hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197- 198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən - xx.xx.2024-cü il tarixədək şübhəli şəxs qismində tutularaq iki gün həbsdə saxlanmasının bir həbs günü iki gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutulub hesablanmaqla müəyyən edilmiş 04 gün, ona təyin olunmuş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətində azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini hər gün saat 23:00-dan növbəti gün saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Bakı şəhər inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzaçəkməsi müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazı narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114 AZN məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut - Sabirabad rayon Polis Şöbəsində saxlanılan, narkotik vasitə, tədqiqatdan sonrakı qalığı - ½ hissədə metadon M 40 həb hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmün icrası Təqsirləndirilən şəxs qeydiyyatda olduğu və yaşadığı yer üzrə Bakı şəhər Probasiya Şöbəsinə həvalə edilsin . Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-43/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-43/2025
29.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver