Məhkəmə qərarları › İş №1(056)-44/2023

Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-44/2023

26.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-44/2023 26.04.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Ələkbər Əlisahib oğlu Əliyevin katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi - vəkil Müdafiəçi iştirakları ilə, xx xxxxx 1969-cu ildə Sabirabad rayonu Kürkəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Sabirabad rayonu Kürkəndi kəndində yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədilə təmiz çəkisi 0,053 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 6,50 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Kürkəndi kəndində olan evinə gətirərək, evin həyətyanı sahəsindəki tikilidə 01 ədəd kağız bükümdə və 02 ədəd kibrit qutularında qanunsuz saxlamış, 24 noyabr 2022-ci il tarixdə saat 12 radələrində Sabirabad RPŞ-nin əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə, evin həyətyanı sahəsində olan tikililərə baxış keçirilən zaman, həyətyanı sahədəki tikilidə olan stolun üzərində 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,053 qram narkotik vasitə heroin, həmin otaqda olan nərdin içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 3,35 qram, 3,15 qram olmaqla ümumi təmiz çəkisi 6,50 qram olan narkotik vasitə qurudulmuş marixuana və həmin narkotik vasitələrin satışı məqsədi ilə istifadə olunan iki ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bu əməlinə görə ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, məhkəməyə verilmişdir. Məhkəmə iclasında iştirak edən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, uzun müddətdir narkotik vasitədən istifadə edir. Təxminən on gün əvvəl yaşadığı kənddə kür çayının kənarı ilə gedərkən yolda sellofan torba görmüş, həmin torbaya baxdıqda içərisində 02 ədəd kibrit qutusu və 01 ədəd kağız büküm olmuş, kibrit qutularının içərisində narkotik vasitə qurudulmuş marixuana, kağız bükümdə isə narkotik vasitə heroin olduğunu görmüşdür. O, narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı narkotik vasitələri özü ilə götürmüş, həmin narkotik vasitələri yaşadığı evin həyətində olan tikilidə saxlamışdır. 24 noyabr 2022-ci il tarixdə günorta saatlarında evdə olduğu zaman polis əməkdaşları həyətə yaxınlaşıb özlərini təqdim edərək ona narkotik vasitələrin istifadəsində, saxlanmasında, daşınmasında şübhəli olduğunu və yaşadığı evə həyətyanı sahəsində olan tikililərə baxış keçirəcəklərini bildirmişlər. O, bununla bağlı etiraz etməmiş, evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə yazmışdır. Bundan sonra iki hal şahidinin iştirakı ilə yaşadığı evə, evin həyətyanı sahəsinə baxış keçirilmiş, evin həyətindəki tikilidə olan stolun üzərində istifadə etmək üçün qoyduğu 01 ədəd kağız bükümdə narkotik vasitə heroin, stolun üzərində iki ədəd elektron tərəzi, həmin tikilidə olan nərdin içərisində 02 ədəd kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilmişdir. O, həmin narkotik vasitəni özü istifadə etdiyini demişdir. Aşkar edilmiş narkotik vasitələr və elektron tərəzilər qablaşdırılaraq götürülmüşdür. Bundan başqa evdən və həyətyanı sahədə olan tikililərdən hər hansı qanunla qadağan edilmiş əşya və predmet aşkar edilməmişdir. Bundan sonra baxışla bağlı protokol tərtib edilmiş, o da digər iştirakçılar kimi protokola imza etmişdir. Həmçinin, o, narkotik vasitə istifadəçisi olduğunu, narkotik vasitələrin satışı ilə məşğul olmadığını, aşkar edilmiş elektron tərəzilərin uzun müddətdir onda olduğunu, həmin tərəzilərdən Rusiyya Federasiyasında olan zaman qızıl alveri ilə məşğul olduğu üçün orada aldığını bildirmişdir. O, özünü Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilmir, lakin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə özünü tam təqsirli bilir. Hazırda əməlindən peşmandır, ailədə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alaraq məhkəmədən onu məhz CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilib yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sabirabad RPŞ-nin PPXB-nün komandiri vəzifəsində işləyən Şahid2 ifadəsində göstərdi ki, 24 noyabr 2022-ci il tarixdə Sabirabad rayonu Kürkəndi kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, yaşadığı evdə narkotik vasitə saxlaması və satması barədə daxil olmuş əməliyyat məlumat əsasında Sabirabad RPŞ-nin CAB-nin əməliyat müvəkkili vəzifəsində işləyən Şahid1 tərəfindən təxirə salınmadan əməliyat-axtarış tədbirləri keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəisi tərəfindən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair qərar təsdiq olunmuşdur. Bundan sonra, əməliyyat tədbirində iştirak edəcək polis əməkdaşlarının tərkibi müəyyən edilmiş, baxış keçirilməsində iştirak etmələri üçün Sabirabad rayonu Kürkəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində müavin işləyən Şahid4 və həmin kəndin bələdiyyə sədri Şahid5 hal şahidi kimi dəvət olunmuşlar. Həmin şəxslər baxış keçirilməsində hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilməsi prosesində hal şahidi kimi iştirak edəcəklərini bildirmişlər. Bundan sonra, Təqsirləndirilən şəxs Sabirabad rayonu Kürkəndi kəndində yerləşən evinə getmişlər. Təqsirləndirilən şəxs evində qanunsuz olaraq narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı aldıqlarını, evinə və həyətyanı sahəsinə baxış keçirməli olduqlarını bildirmişlər. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş, bu barədə ərizə yazmış, bundan sonra hal şahidlərinin və polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs evinə, həyətyanı sahəsinə və həyətyanı sahəsində olan tikililərə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs həyətyanı sahəsindəki tikilidə olan stolun üzərində 01 ədəd kağız bükümdə narkotik vasitə heroinəoxşar kütlə, iki ədəd elektron tərəzi və həmin otaqda olan nərdin içərisində polietilen torbada olan 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuanaya oxşar kütlələr aşkar edilmişdir. Aşkar edilmiş kütlələr və elektron tərəzilər götürülərək qablaşdırılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, lakin hər hans cinayət xarakterli əşya və ya predment aşkar edilməmişdir. Baxışla bağlı protokol yazılmış, fotoşəkillər çəkilmiş, hal şahidlərinin və iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 digər Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, 24 noyabr 2022-ci il tarixdə günorta saatlarında Kürkəndi kəndinin bələdiyyə sədri Şahid5 ilə birlikdə inzibati ərazidə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq yaxınlıqda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələr əldə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını, yaşadığı evə, həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşları baxış keçirdikləri zaman ona və Şahid5 hal şahidi qismində iştirak etməklərini təklif etmişlər, onlar da baxış keçirilən zaman hal şahidi qismində iştirak etməyə heç bir etiraz etmədiklərini və baxış keçirilən zaman hal şahidi qismində iştirak etmək istədiklərini bildirmişlər. Bundan sonra, polis əməkdaşları ilə birlikdə Sabirabad rayonu Kürkəndi kəndində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evə getmişlər, polis əməkdaşları Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması və saxlaması barədə məlumat aldıqlarını, təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərarla həyətinə, həyətyanı sahəsinə, həyətində olan tikililərə və yaşadığı evə baxış keçirəcəklərini bildirmiş və onların da hal şahidi qismində iştirak edəcəklərini izah etmişlər. Təqsirləndirilən şəxs evinə və həyətyanı sahəsinə baxış keçirməyə etirazının olmadığını bildirərək, bu barədə ərizə yazmış, bundan sonra onlara hüquq və vəzifələri izah edilmiş və polis əməkdaşlarının iştirakı ilə həyətyanı sahəsinə və evə baxış keçirilmişdir. Həyətyanı sahədə olan tikilidə stolun üzərində 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroinəoxşar kütlə, iki ədəd elektron tərəzi, həmin otaqda olan nərdin içərisində polietilen torbada olan 02 ədəd kibrit qutusunda narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüş və qablaşdırılmışdır. Bundan başqa Təqsirləndirilən şəxs yaşadığı evə də baxış keçirilmiş, lakin cinayət xarakterli əşya və ya predment tapılmamışdır. Bundan sonra aşkar olunanlarla bağlı protokol tərtib edilmiş və fotoşəkillər çəkilmiş, o da digər iştirakçılar kimi protokolun doğru olmasını imzası ilə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 digər Şahid4 ifadəsinə oxşar məzmunlu ifadə verərək, həmin xüsusatları təsdiq etmişdir. İş üzrə təyin edilmiş məhkəmə-kimyəvi və məhkəmə-bioloji ekspertizasının 24 noyabr 2022-ci il tarixli 18/1258-1259 saylı rəyindən görünür ki, Tədqiqata təqdim olunmuş, üzərində kağızda: “... Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki tikilidən...” sözləri yazılmış və imzalar olan kağız paketdə 01 ədəd bükümdə təmiz çəkisi-0,053 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 02 ədəd kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 3,35 qram, 3,15 qram ümumi çəkisi 6,50 qram olan kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin məhkəmənarkoloji ekspertizasının 17 dekabr 2022-ci il tarixli 7671 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan Sabirabad rayon Kürkəndi kənd İƏD-si üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs şəxsiyyəti yaşadığı yer üzrə mənfi xarakterizə edilir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma cinayət məsuliyyətinə səbəb olur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun 1.0.11-ci maddəsində göstərilir: narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılmasımiqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarın 8-ci və 9-cu maddələrində məhkəmələrə izah edilir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla yanaşı narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. İşin hallarından göründüyü kimi, Təqsirləndirilən şəxs satış məqsədilə təmiz çəkisi 0,053 qram narkotik vasitə heroini və ümumi təmiz çəkisi 6,50 qram narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində daşımaqla yaşadığı Sabirabad rayonu Kürkəndi kəndində olan evinə gətirərək, evin həyətyanı sahəsindəki tikilidə 01 ədəd kağız bükümdə və 02 ədəd kibrit qutularında qanunsuz saxlaması, həmçinin həmin tikilidə aşkar olunmuş iki ədəd elektron tərəzi onun narkotik vasitələri məhz satış məqsədilə əldə etməsini bir daha təsdiq edir. Məhkəmə hökmü haqqında «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il» tarixli 15 saylı qərarının 23-cü bəndində qeyd edilir ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilibyetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilibyetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Təqsirləndirilən şəxs məhkəmədə özünü CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilməyərək narkotik vasitələri satmaq niyyətində olmaması və özünün istifadə etmək məqsədi ilə ayrı ayrı, yəni 1 ədəd kağız bükülüdə və iki ədəd kibrit qutusunda saxlaması barədə göstərdiyi xüsusatlar özünü müdafiə məqsədi daşımaqla məhkəmədə heç bir sübutla təsdiq edilmədiyindən və məhkəmədə tədqiq edilmiş şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, sənədlər və işin faktiki halları ilə təkzib olunduğundan məhkəmə həmin ifadəyə tənqidi yanaşır və sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri əldə etmə, saxlama və daşıma cinayətini törətməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutların məcmusu, ekspert rəyləri, maddi sübut, şahid ifadələri və digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli düzgün olaraq CM-nın 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nın 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmin Məcəllənin 58.3-cü maddəsinə uyğun olaraq, məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın növünü və həddini müəyyən edərkən, himayəsində 1 nəfər azyaşlı uşağının olmasını CM-nın 59-cu maddəsinə əsasən təyin ediləcək cəzanın yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən və Azərbaycan Respublikası CM-nin 61ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilmədi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanın yüngülləşdirən və ağırlaşdıran hallarının olmamasını nəzərə alıb hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində 3 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğun hesab edir. İş materillarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək müddətdə şübhəli şəxs qismində 02 gün həbsdə, qətimkan tədbiri qismində ev dustaqlığında 05 ay – cəmi 05 ay 02 gün həbsdə saxlanılmışdır. Məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutulduğu 02 gün, qətimkan tədbiri qismində ev dustaqlığında saxlandığı 05 ay – cəmi 05 ay 02 gün saxlanılmasının 01 (bir) həbs günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 05 (beş) ay 02 (iki) gün çıxılmalı və onun üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlanılmalıdır. Qeyd olunanlarla yanaşı, həmçinin məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunmuş cəzanın çəkilməsi müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilərək, məhkəmə iclası zalından dərhal həbsə alınmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 63,90 AZN məbləğində dəyərinin ondan tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan, saxlanılan tədqiqatdan sonra 0,033 qram olan narkotik vasitə heroin, 6,46 qram olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197-198, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən – xx.xx.2022-ci il tarixədək müddətdə şübhəli şəxs qismində tutulduğu 02 gün, qətimkan tədbiri qismində ev dustaqlığında saxlandığı 05 ay – cəmi 05 ay 02 gün 01 (bir) həbs günü 01 (bir) gün azadlıqdan məhrumetmə cəzasına bərabər tutularaq hesablanmaqla, təyin olunmuş 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından 05 (beş) ay 02 (iki) gün çıxılsın və onun üzərində qəti olaraq 03 (üç) il 28 (iyirmi səkkiz) gün müddətində azadlıqdan məhrumetmə cəzası saxlansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «ev dustaqlığı» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının 63,90 AZN məbləğində dəyəri Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********,hesab AZ34CTRE********************) köçürülsün. İş üzrə maddi sübut olan Sabirabad rayon Polis Şöbəsində saxlanılan tədqiqatdan sonra 0,033 qram olan narkotik vasitə heroin, 6,46 qram olan narkotik vasitə qurudulmuş marixuana və iki ədəd elektron tərəzi hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar