Məhkəmə qərarları › İş №1(056)-45/2025

Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-45/2025

16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-45/2025 16.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X5 oğlunun katibliyi, Xüsusi ittihamçı X6 və müdafiəçisi X1, xüsusi ittiham qaydasında şikayət olunan X7 və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Xüsusi ittihamçı X2 X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddələri ilə xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Xüsusi ittihamçı X6 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci-ci maddələri ilə cinayət işi başlanaraq həmin maddələrin sanskiyası həddində ən ağır cəza ilə cəzalandırılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında şikayət olunan X4 müdafiəçisi Müdafiəçi2 vəsatət verərək xüsusi ittiham qaydasında şikayətin CPM-nin maddələrinə uyğun tərtib edilmədiyini və bu səbəbdən icraata qəbul edilməsindən imtina edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı xüsusi ittiham qaydasında şikayət olunan X7 müdafiəçinin vəsatətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclası zamanı xüsusi ittihamçı X6 və onun müdafiəçisi X3 ayrı-ayrılıqda vəsatətin təmin edilməməsini xahiş etdilər. Məhkəmə prosess iştirakçılarının fikirlərini dinləyib, iş materiallarını araşdıraraq xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməsindən imtina olunması qənaətinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən törədilmiş böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği), şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməlidir. Həmin Məcəllənin 299.3-cü maddəsinə əsasən, hər bir halda cinayət prosesi tərəflərinin iştirakçı ilə məhkəmənin hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayətin məzmununun bu Məcəllənin 293.3.1—293.3.7-ci maddələrinin müddəalarına uyğun olub-olmaması barədə məsələyə baxılır. Həmin Məcəllənin 300.1.3-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina olunması barədə qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası CPM-nin 299-300, 381, 383 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Xüsusi ittihamçı X2 X4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.2 və 147.1-ci maddələri ilə xüsusi ittiham qaydasında vermiş olduğu şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar