Azərbaycan Respublikası adından QƏRAR Sabirabad rayon İş № 1(056)-46/2023 28.03.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ X1 Allahverdiyevin sədrliyi, Məhkəmə iclasının katibi Mətin Azər oğlu Quliyevin katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs iştirakları ilə Sabirabad Rayon Məhkəməsinin binasında xx.xx.1984-cü il Şirvan şəhərində kəndində anadan olmuş, orta təhsilli, evli, işləməyən, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, məhkumluğu olmayan, Şirvan şəhəri, Xanlar küçəsi, ev 9-da qeydiyyatda olan və Şirvan şəhəri M.Ə.Rəsulzadə prospekti ev 1, mənzil 22-də yaşayan, barəsində “Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-cİ maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-cİ maddəsi ilə elan edilmiş ittihama görə, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Belə ki, o, aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Hacıqabul rayonu Qarasu qəsəbəsində yerləşən «Paşa Holding MMC» şirkətində mühafizəçi vəzifəsinə işə düzəldəcəyinə dair yalan vədlər verib aldadaraq, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində Şamaxı rayonu Dədəgünəş kəndində yerləşən “Göy Qurşağı” istirahət mərkəzində ümumilikdə 1000 manat, xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Sabirabad rayonu Şıxsalahlı kəndində Zərərçəkmiş şəxs yaşadığı evin həyətyanı sahəsində sonuncunun həmin dövr üçün 1870 (min səkkiz yüz yetmiş) manat ekvivalentində 1100 ABŞ dolları pulunu ələ keçirib, ümumilikdə, vahid niyyətlə əhatə olunan qəsdlə zərərçəkmiş Zərərçəkmiş şəxs 2870 (iki min səkkiz yüz yetmiş) manat məbləğində pulunu ələ keçirməklə dələduzluq etmişdir. Məhkəmə iclası zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Zərərçəkmiş şəxs təxminən 10 ildir ki, tanıyır. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 25 iyun 2022-ci il tarixdə saat təxminən 18 radələrində o, Fərhadla Şirvan şəhərində yerləşən “Şam qalası” restoranında görüşmüş, Fərhad ona işsiz olduğunu və iş axtardığını bildirmişdir. O, Fərhada Hacıqabul rayonu Qarasu qəsəbəsində yerləşən "xxxx" MMC-də işlədiyini və həmin yerdə onu mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Daha sonra o, Fərhada bu işin xərcinin 5000 manat olduğunu bildirmişdir. O, Fərhada əvvəlcə 3000 manat verməsini, işin sonunda isə qalan 2000 manatı verməli olduğunu demişdir. Fərhad onunla razılaşmışdır. 26 iyun 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, Fərhadla Şirvan şəhərində görüşmüş, Zərərçəkmiş şəxs istirahət etmək məqsədilə Şamaxı rayonuna getməyi təklif etmişdir. Bundan sonra Fərhadla birlikdə sonuncuya məxsus «Chevrolet Cruze» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonuna getmişlər. Şamaxı rayonunda «Göy Qurşağı» restoranında Fərhadla oturmuş və yemək yemişlər. Həmin zaman o, Fərhada Şamaxı rayonunda nə xərc çəksə həmin pul vəsaitini hesablayacağını və Fərhadın işə düzəlməsi məqsədilə ona verməli olduğu puldan çıxacağını bildirmişdir. Beləliklə, Fərhad onunla şam yeməyinə 200 manat pul vermişdir. Daha sonra o, başqa otağa, Fərhad isə başqa otağa keçmişdir. Növbəti gün, yəni 27 iyun 2022-ci il tarixdə birlikdə oteldən çıxmışlar. Oteldən çıxanda Fərhad otelə yeməklə birlikdə ümumilikdə 1000 manat pul vermişdir. 28 iyun 2022-ci il tarixdə saat təxminən 23 radələrində o, Fərhada işə düzəltmək üçün 3000 manat pulu özündən verdiyini və buna görə də Şirvan şəhərindən Sabirabad rayonu Şıxsalahlı kəndində yerləşən Fərhadın yaşadığı evə doğru maşınla hərəkətdə olduğunu bildirərək, Fərhada «pulu hazırla gəlirəm» demiş, Sabirabad rayonu, Şıxsalahlı kəndində Fərhadın yaşadığı evin qarşısına gəlmişdir. Bu zaman Fərhad ona «Paşa Holdingǝ» işə düzəltmək üçün 1100 ABŞ dolları və digər sənədləri yəni, şəxsiyyət vəsiqəsinin surətini, xəstəxanadan arayışı, diplomu, hərbi bileti, tərcümeyi-halına dair sənədi vermişdir. O, Fərhada növbəti gün, yəni 29 iyun 2022-ci il tarixdə sənədləri və pulu rəisə verəcəyini bildirmişdir. 04 iyul 2022-ci il tarixdə o, Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən başqa şəxsə qarşı dələduzluq etdiyinə görə tutulmuşdur. Həmin zaman onun xalası oğlu Şahin onun yaşadığı evdən Fərhadın ona vemiş olduğu sənədləri və 200 ABŞ dolları məbləğində pulu onun razılığı ilə Fərhada qaytarmışdır. Bundan sonra 01 dekabr 2022-ci il tarixdə o, həbsdən çıxmışdır. Etdiyi əməldən peşmandır. Hazırda zərərçəkmiş şəxsə dəymiş zərəri tam ödəmişdir. Zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Özü xərçəng xəstəliyindən əziyyət çəkir. Qollarında və ayaqlarında çürümə gedir. Ayaqlarında çürümə daha çox olduğundan almış olduğu müalicə effektiv olmazsa ayaqlarının kəsilmə ehtimalı vardır. Məhkəmədən göstərdiyi xüsusatların nəzərə alınaraq ona köməklik edilməsini xahiş edir. Məhkəmə iclası zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, o, Təqsirləndirilən şəxs Şirvan şəhər sakini kimi tanıyır. Aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. 25 iyun 2022-ci il tarixdə saat təxminən 18 radələrində o, Şirvan şəhərində yerləşən «Şam Qalası» restoranında tək oturmuş, həmin vaxt Vurğun həmin restorana gəlmiş və onlar təsadüfən restoranda görüşmüşlər. Onların yanında heç kim olmamışdır. Vurğunla görüşən zaman o, Vurğuna işsiz olduğunu və iş axtardığını bildirmişdir. Vurğun ona Hacıqabul rayonu Qarasu qəsəbəsində yerləşən "xxxx" MMC-də işlədiyini və onu da həmin yerdə mühafizəçi işinə düzəldə biləcəyini demişdir. Daha sonra Vurğun tanımadığı şəxsə zəng edərək, onu işə düzəlmək istədiyini həmin şəxsə bildirmiş və buna görə nə etməli olduğunu həmin şəxsdən soruşmuşdur. Vurğun əlaqəni sonlandırdıqdan sonra bu işin xərcinin 5000 manat olduğunu bildirmişdir. Vurğun ona əvvəlcə 3000 manat verməyini, işin sonunda isə qalan 2000 manat verməli olduğunu bildirmişdir. O, Vurğunla razılaşmışdır. 26 iyun 2022-ci il tarixdə saat təxminən 20 radələrində o, Vurğunla Şirvan şəhərində görüşmüş, Vurğun ona Şamaxı rayonuna getməyi təklif etmişdir. O, Vurğunla razılaşmı və birlikdə özünə məxsus «Chevrolet Cruze» markalı **-LP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şamaxı rayonuna getmişlər. Şamaxı rayonunda «Göy Qurşağı» restoranında Vurğunla oturmuş və yemək yemişlər. Həmin zaman Vurğun Şamaxı rayonunda nə xərc çəksə həmin pul vəsaitini hesablayacaq və onun işə düzələk məqsədilə Vurğuna verməli olduğu puldan çıxacağını bildirmişdir. O, Vurğunla şam yeməyinə 200 manat pul vermişdir. Daha sonra Vurğun başqa otağa, o isə başqa otağa keçmişdir. Növbəti gün, yəni 27 iyun 2022-ci il tarixdə birlikdə oteldən çıxmışlar. Oteldən çıxanda o, otelə yeməklə birlikdə ümumilikdə 1000 manat pul vermişdir. 28 iyun 2022-ci il tarixdə saat təxminən 23 radələrində Vurğun ona işə düzəltməsi üçün 3000 manat pulu özündən verdiyini və buna görə də Şirvan şəhərindən Sabirabad rayonu Şıxsalahlı kəndində yerləşən onun yaşadığı evə doğru maşınla gəldiyini bildirərək ona «pulu hazırla gəlirəm» demişdir. Saat 23 radələrində Sabirabad rayonu, Şıxsalahlı kəndində yaşadığı evin qarşısında Vurğuna onu "xxxx"ə işə düzəltməsi üçün 1100 ABŞ dolları və digər sənədlərini (şəxsiyyət vəqisənin surəti, xəstəxanadan arayış, diplom, hərbi bilet, tərcümeyi-hal) vermişdir. Vurğun səhəri gün, yəni 29 iyun 2022-ci il tarixdə sənədləri və pulu rəisə verəcəyini bildirmişdir. Bir müddət sonra o, Vurğunun Şirvan ŞPŞ-nin əməkdaşları tərəfindən tutulmasını eşitmiş, Vurğunun tutulması ilə əlaqədar polis şöbəsinə gələn zaman Vurğunun xalası oğlu Şahini görmüş, Şahin ona Vurğunun aldığı pulun evdə olmasını demişdir. O, Şahinlə birlikdə Vurğungilə getmişdir. Şahin Vurğunun yaşadığı evə getmiş, o, Şahini aşağıda gözləmişdir. Bir az sonra Şahin onun Vurğuna vermiş olduğu sənədləri və 200 ABŞ dolları məbləğində pulu ona qaytarmışdır. Bundan sonra o, evə getmişdir. Qalan 900 ABŞ dolları və 1000 manat pul vəsaitlərini isə Vurğundan ala bilməmişdir. Hazırda təsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona vurmuş olduğu maddi ziyanı tam ödəmişdir. Ona görə də onun Vurğuna qarşı şikayət və tələbi yoxdur və məhkəmədən Təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan Şirvan Apellyasiya Məhkəməsinin 30 noyabr 2022-ci il tarixli, 1(106) 874/2022 saylı qərarından görünür ki, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(032)- 150/2022 saylı hökmü ləğv edilərək, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 73-1.2ci maddəsinə və CPM-nin 43.1.2-ci maddəsinə əsasən CM-nin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilərək barəsində olan cinayət təqibinə xitam verilmişdir. Məhkəmə baxışı zamanı zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək, təqsirləndirilən şəxsin ona dəymiş ziyanı tamamilə ödədiyini, buna görə də ona qarşı şikayət və tələbinin olmadığını göstərmişdir. İş materialında olan fotoşəkillərdən görünür ki, təqsirləndirilən şəxsin ayaqları şişmiş, qollarında və ayaqlarında üzəri qabar şəklində yaralar mövcuddur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna obyektiv və hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs aldatma və etibardan sui-istifadə etmə yolu ilə özgənin əmlakını ələ keçirərək zərərçəkmiş şəxsə maddi ziyan vurmaqla dələduzluq etməsi məhkəmə istintaqı zamanı tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1-ci maddəsinə görə 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixində cinayət məsuliyyətindən azad edilmiş, lakin hazırda ittiham olunduğu cinayət əməlini cinayət məsuliyyətindən azad edilməsinə dair qərar qəbul edilənədək, yəni xx.xx.2022-ci il tarixində törətmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının 2-ci bəndinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs hazırda ittiham olunduğu cinayət əməlini barəsində cinayət məsuliyyətindən azad edilməsinə dair qəbul edilmiş məhkəmə qərarının qəbul edilməsindən əvvəl törətdiyindən, hazırki cinayət işi üzrə də vurulmuş ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən hazırki cinayət işi üzrə də cinayət məsuliyyətindən azad edilməli, barəsində olan cinayət təqibinə xitam verilməli, həmçinin iş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 321, 344-347, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Qərardan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-46/2023
Sabirabad Rayon Məhkəməsi Qərar — İş №1(056)-46/2023
28.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver