Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-46/2025 16.04.2025 SABİRABAD RAYON MƏHKƏMƏSİ Hakim Allahverdiyev Səlim Məhərrəm oğlunun sədrliyi, X9 oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-cü ildə Şamaxı şəhəri Mədrəsə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, Şamaxı şəhəri Mədrəsə qəsəbəsi C.Cabbarlı 13 ünvanında qeydiyyatda olmaqla ünvan 2 “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə elan edilmiş ittihama görə, o, xx.xx.2024-cü il tarixdə saat 18 radələrində “B1, B, C1, C, D1, D, C1E, CE” kateqoriyalı sürücülük vəsiqəsi ilə tanışı X3 məxsus “X14” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili etibarnamə əsasında Sabirabad rayonu Qaratuğay kəndi istiqamətindən Bulduq kəndi istiqamətində idarə edərkən «Yol Hərəkəti haqqında» Azərbaycan Respublikası Qanunun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 “Maksimum sürətin məhdudlaşdırılması” yol nişanının) tələblərini pozmaqla müvafiq olaraq hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli və avtomobili hərəkət sürəti 50 km/saata qədər məhdudlaşdırılmış yolda 60 km/saatla idarə etməməli olduğu halda, cinayətkarcasına etinasızlıq göstərərək bunlara əməl etməqzhzr yolu sağdan sola keçən piyada - xx.xx.1944-cü il təvəllüdlü Zərərçəkmiş şəxs vurmuş, nəticədə Zərərçəkmiş şəxs kəllənin açıq küt travması, sağ təpə, sağ gicgah sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, baş beynin və ağ çiyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ təpə, ənsə nahiyəsində, qaşarası proyeksiyada, burnun tinində, sağ gözün üst qapağında yaralar, sağ dirsək oynağının bayır səthində, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ və sol əlin üst səthində, sağ qalça tinində, sol böyrək proyeksiyasında, sağ və sol diz oynağının bayır səthində, sağ baldırın orta 1/3-də ön səthdə, sağ bayır topuq proyeksiyasında, sol baldırın aşağı 1/3-də ön səthdə, sağ budun yuxarı 1/3-də bayır səthdə çoxsaylı sıyrıqlar, sağ budun yuxarı 1/3-də qapalı yerdəyişən sınığı ilə müşayiət edilən, ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmadan ibarət xəsarətlər yetirib ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs almış olduğu başın açıq küt travması ilə müşayiət olunan baş beyin toxumasının əzilməsi xəsarətləri nəticəsində hadisə yerində ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, 01 sentyabr 2024-cü il tarixdə Şirvan şəhərinə X14” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə getmiş, orada avtomobilə təxminən 2 ton çəkidə boş taxta yeşiklər yükləmiş, həmin yükü Sabirabad rayonu Bulduq kəndinə gətirmək üçün yola çıxmışdır. Avtomobildə tək olmuş, saat təxminən 18 radələrində Sabirabad rayonu Qaratuğay kəndi ərazisində 50 km/saat sürətlə öz zolağında hərəkət edən zaman yolun hərəkət hissəsinin sağ tərəfində qoyun sürüsünün getdiyini görmüş, sürünün yanı ilə sonradan adını bildiyi Zərərçəkmiş şəxs hərəkət etmiş, o, Yusifi 100 metr məsafədən görmüş, onlara yaxınlaşdıqda yolun əks istiqamətində avtomobil gəlmədiyini görüb yolun əks zolağına çıxaraq sürünü keçmək istəmiş, bu zaman sürüdə olan qoyunlar yolun sol tərəfinə qaçmağa başladıqda Yusif də yolun sol tərəfinə qaçmış, belə olduqda o, idarə etdiyi avtomobil ilə Yusifi vurmamaq üçün sola doğru istiqamətləndirmiş, həmin vaxt Yusif onun idarə etdiyi avtomobilə çırpılmışdır. Avtomobilini saxlayıb aşağı düşmüş, Yusifin yerdə uzandığını, başından xəsarət aldığını görmüşdür. Həmin yerə xeyli tanımadığı adamlar toplaşmışdır. Həmin şəxslərdən Yusif adlı şəxsin təcili olaraq xəstəxanaya aparılmasında ona köməklik etmələrini xahiş etmiş, 103 təcili tibbi yardıma zəng etmiş, orada tanımadığı qara rəngli “Mercedes” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü Yusif adlı şəxsi öz avtomobilinə qoyub Şirvan ŞMX-na aparmışdır. O isə hadisə yerini tərk etməmiş, orada polisin gəlməsini gözləmiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Polis əməkdaşları onun və iki nəfər hal şahidinin iştirakı ilə hadisə yerinə baxış keçirmiş, baxış zamanı hadisənin baş vermə mexanizmini göstərmişdir. Hazırda hadisə ehtiyyatsızlıqdan baş vermiş olsa da, avtomobilini qanuni tələblər çərçivəsində idarə etmədiyi üçün peşmançılıq hissi keçirir. Həlak olmuş zərərçəkmişin ailəsinə maddi köməklik göstərmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbi yoxdur. İlk dəfədir cinayət əməli törədir. Ailəlidir, himayəsində iki azyaşlı övladı və xəstə anası vardır. Ailəsinə yeganə qazanc gətirən şəxsdir. Göstərdiyi xüsusatlara əsasən o, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəməyə ərizə ilə müraciət edən zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəmə iclasında iştirak edə bilməyəcəyini, təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmadığını qeyd etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Sabirabad RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. 01 sentyabr 2024-cü tarixdə xidmətdə olan zaman, həmin gün təxminən saat 17:20-də ona tanımadığı nömrədən zəng gəlmiş, ona Sabirabad rayonu Qaratuğay kəndi ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi, piyadanın vurulması ilə bağlı məlumat vermiş, o da həmin məlumat ilə bağlı şəxsə biriki sual verdikdən sonra dərhal Sabirabad RPŞ-nin Növbətçi Hissəsinə zəng etmiş, ona daxil olmuş məlumatı Növbətçi Hissəyə ötürmüş, sonradan əslən Şamaxı rayonundan olan Təqsirləndirilən şəxs idarə etdiyi “X14” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Sabirabad rayonu Qaratuğay kəndi ərazisində hərəkətdə olarkən piyada Zərərçəkmiş şəxs vurmasını, piyada Zərərçəkmiş şəxs hadisə yerində ölməsini və xəstəxanaya aparıldığını öyrənmişdir. Cinayət işində olan BD No 078175 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs sürücülük hüququna malikdir, vəsiqə xx.xx.2024-cü ildə verilmiş, xx.xx.2034-cü il tarixinə kimi etibarlıdır. Cinayət işində olan BD No 346039 seriyalı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, ““X14” markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X4r. Cinayət işində olan etibarnamələrlə bağlı elektron sistemdən çıxarışdan görünür ki, “X14” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobillə bağlı X1 Zaur Yaşar oğluna xx.xx.2023cü ildə xx.xx.2030-cu il tarixinədək etibarnamə vermişdir. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X5 və X10 X13 xx.xx.2024-cü il tarixli 53 nömrəli rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs meyitində aşkar edilmiş xəsarətlər- sağ təpə, sağ gicgah sümüklərinin açıq basılmış, qəlpəli sınığı, sınıq proyeksiyasında baş beyinin sərt və yumşaq qişasının cırılması, qansızması, baş beynin əzilməsi, qansızması, baş beynin və ağ çiyərin ödemi, daxili orqanların doluqanlılığı, sağ təpə, ənsə nahiyəsində, qaşarası proyeksiyada, burnun tinində, sağ gözün üst qapağında yaralar, sağ dirsək oynağının bayır səthində, sağ saidin aşağı 1/3-də bayır səthdə, sağ və sol əlin üst səthində, sağ qalça tinində, sol böyrək proyeksiyasında, sağ və sol diz oynağının bayır səthində, sağ baldırın orta 1/3-də ön səthdə, sağ bayır topuq proyeksiyasında, sol baldırın aşağı 1/3-də ön səthdə, sağ budun yuxarı 1/3-də bayır səthdə çoxsaylı sıyrıqlar, sağ budun yuxarı 1/3-də qapalı yerdəyişən sınığı - həyatidir, küt travma təsirinə malik əşyanın (əşyaların) təsirindən əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2024-cü il tarixə uyğundur, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurma əlamətlərinə malikdirlər. Xəsarətlər qərarda göstərilən şəraitdə əmələ gələ bilərdi. Mərhum Zərərçəkmiş şəxs ölümündən az əvvəl spirtli içkilər və güclü təsiredici maddələr qəbul etməmişdir. Zərərçəkmiş şəxs ölümünə səbəb almış olduğu başın açıq küt travması nəticəsində, baş beyin toxumasının əzilməsi olmuşdur. Cinayət işində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-X5 və X10 X13 xx.xx.2024-cü il tarixli, 2999/K saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs götürülmüş qan nümumnəsinin tərkibində metil, etil, propil, butil,amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenialkilamin qrupuna aid olan amfetamin və metamfetamin, fenotiazin, pirazalon, 1,4-benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının xx.xx.2024-cü il tarixli 8/2821 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “Mercedes Benz” markalı, **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Həsənov maksimum hərəkət sürəti 3.24 «Maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı ilə 50 km/saata qədər məhdudlaşdırılmış yol sahəsində 60 km/saat sürətlə idarə etdiyindən, onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin (3.24 «maksimum sürətin məhdudlaşdırılması» qadağan nişanı) tələblərinə uyğunsuzluq olmuşdur. İş materiallarında olan tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, ekspertiza rəyləri, Təqsirləndirilən şəxs məhkəmədə verdiyi etirafedici ifadəsi, Şahid ifadəsi, eyni zamanda digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Onun əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Həmçinin cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına, cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X2 ərizəsindən görünür ki, onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzanın həddini və növünü müəyyən edərkən onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq ehtiyatsızlıqdan az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin ailəsi ilə razılıq əldə etmə nəticəsində zərərçəkmişin hüquqi varisinin ondan şikayət və tələblərinin olmamasını, təqsirini etiraf etməsini, törətdiyi əməldən peşmançılıq hissi keçirməsini, ailəli olmaqla himayəsində iki azyaşlı övladının və xəstə anasının olmasını və ailəsinə yeganə qazanc gətirən şəxs olmasını Azərbaycan Respublikasının CM-nin 59.2-ci maddəsinə əsasən təyin ediləcək cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən etmədi. Qeyd olunanlara əsaslanıb məhkəmə təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, eyni zamanda təyin ediləcək cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların müəyyən edilməməsini, həmçinin cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. Azərbaycan Respublikasının CM-nin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197 və 198-ci maddələrinə əsasən iş üzrə keçirilmiş məhkəmə yol-nəqliyyat ekspertizası tədqiqatının dəyəri olan 85 (səksən beş) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülməli, iş üzrə maddi sübut olan X3 məxsus “X14” markalı **- BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması və iş üzrə mülki iddianın olmaması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346, 347, 349, 351-354, 381 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 1 (bir) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə məhkəmə məsrəfi, aparılmış xx.xx.2024-cü il tarixli, 8/2821 nömrəli Yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertiza tədqiqatının dəyəri - 85 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (DXA kod: 210005 VÖEN **********, müxbir hesab: AZ41NABZ******************** SFİFT BİK: CTREAZ22 Az.MEM VÖEN **********, hesab AZ34CTRE********************) köçürülsün. Hökmün ekspertiza xərci - 85 manat pulun tutulması hissəsinin icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sabirabad Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. İş üzrə maddi sübut olan X3 məxsus “X14” markalı **-BX-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün sahibinə qaytarılması nəzərə alınsın və həmçinin iş üzrə mülki iddianın olmaması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(056)-46/2025
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-46/2025
16.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver