Azərbaycan Respublikası adından HÖKM Sabirabad rayon İş № 1(056)-47/2023 20.02.2023 SABİRABAD RAYON MƏHKƏMƏSİ Sabiabad Rayon Məhkəməsinin hakimi Pənahov Füzuli Novruzəli oğlunun sədrliyi, Əliyev Ələkbər Əlisahib oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, onların müdafiəçisi – Sabirabad rayonunda fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə 28 avqust 1987-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, evli, himayəsində 3 nəfər azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə, və 10 iyul 1987-ci ildə Sabirabad rayonu, Həşimxanlı kəndində anadan olmuş, evli, himayəsində 2 nəfər azyaşlı uşaqları olan, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Həşimxanlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sabirabad Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgə əmlakını gizli talamaq məqsədi ilə 27 oktyabr 2022-ci il tarixdə saat 04 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında, Sabirabad rayonu Həşimxanlı kənd sakini Zərərçəkmiş şəxs yaşadığı evin həyətindəki saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmaqla, oradan hər birinin qiyməti 200 manat olan iki baş quzunu oğurlayıb, ümumilikdə Zərərçəkmiş şəxs 400 manat məbləğində ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talamışlar. Bu hərəkətlər ilə Təqsirləndirilən şəxs1 və Hüseynov X1 Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sabirabad rayonu Həşimxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, təsərrüfatla məşğul olmaqla çörək pulu qazanır. Zərərçəkmiş şəxs tanıyır, onun həmkəndlisidir, Rüfətlə münasibətləri həmişə yaxşı olmuşdur. Oğurluq hadisəsini o, həmkəndlisi Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Belə ki, yaşadığı Həşimxanlı kəndində çöl sahədə lobya və badımcan əkmişdir. xx.xx.2022-ci il tarixdə səhər saatlarında ailə üzvləri ilə birlikdə lobya və badımcanları yığmış, lakin yığdıqları bitkiləri satmaq üçün topdansatış yerinə çata bilməmişdir. Ona görə də yığdıqları bitkiləri satmaq üçün xx.xx.2022-ci il tarixdə saat 23 radələrində özünə məxsus VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobillə Şirvan şəhərində yerləşən bazara aparmışdır. xx.xx.2022-ci il tarixə keçən gecə saat 03 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs2 mobil telefonuna zəng edərək harada olduğunu soruşmuş, o da Ərəstuna Şirvan şəhərində bazarda olduğunu demişdir. Ərəstun ona kəndə çatanda zəng etməsini demişdir. Həmin gün saat 03:30 radələrində Həşimxanlı kəndinə yaxınlaşan zaman Ərəstuna zəng etmiş və kəndə yaxınlaşdığını demiş, Ərəstun da ona kəndlərində çöl sahədə talvar deyilən yerə gəlməsini demiş, o da Ərəstunun dediyi yerə gedib görüşmüşdür. Ərəstun ona qonşuları Zərərçəkmiş şəxs həyətindəki tövlədə yaxşı quzularının olduğunu, həmin quzuları oğurlamağı və quzuları oğurlayıb bazarda satdıqdan sonra əldə olunan pulu yarı bölməyi təklif etmiş, onun da pula ehtiyacı olduğuna görə Ərəstunla razılaşmışdır. xx.xx.2022ci il tarixdə saat 04 radələrində öz avtomobilini çöl sahədə saxlamış, Ərəstunun idarə etdiyi QAZ-24 markalı avtomobillə birlikdə Zərərçəkmiş şəxs həyətinin qarşısına gəlmişlər. O və Ərəstun birlikdə avtomobildən düşüb Rüfətin dəmir teldən düzəldilmiş çəpərinin üstündən aşıb həyətə keçmişlər. Həyətə daxil olduqdan sonra Ərəstunla birlikdə həyətyanı sahədə yerləşən tövlənin yanına gəlmişlər. Ərəstun tövlənin taxtadan olan qapısının ipini açıb içəri keçmiş və oradan iki baş boz rəngli quzunu əli ilə tutub tövlədən həyətə çıxartmışdır. Sonra hərəsi bir baş quzunu qucaqlarında aparmaqla yenə də dəmir teldən olan çəpərin üstündən aşıb küçəyə çıxmışlar. Daha sonra oğurladıqları quzuları Ərəstunun avtomobilinin arxa yük yerinə yükləmişlər. Həmin vaxt Ərəstun ona kənddən bazara adam gətirəcəyini deyib quzuları öz avtomobili ilə Şəhriyar bazarına aparıb satmağı xahiş etmiş və neçəyə satacaqsa yarıya bölcəyini demişdir. O da razılaşmış və Ərəstunun avtomobili ilə onun avtomobilinin yanına gəlmişlər. Ərəstunla birlikdə quzuları Ərəstunun avtomobilindən götürüb onun avtomobilinin arxa yük yerinə yükləmişlər. Daha sonra birbaşa Şəhriyar kəndində yerləşən heyvan bazarına getmişdir. Heyvan bazarında olan zaman, təxminən 10 dəqiqə ərzində iki baş quzunu satmışdır. Belə ki, quzulardan birini 130 manata tanımadığı şəxsə, birini isə sonradan tanıdığı, İmişli rayon sakini Canəli adlı şəxsə 150 manata satmışdır. Daha sonra Ərəstuna zəng edib quzuları satdığını, bazardan bir qədər kənarda onu gözlədiyini demişdir. Bir qədər sonra Ərəstun gəlmiş və quzuları ümumilikdə 280 manata satdığını demişdir. Ərəstun da həmin puldan 130 manatı ona vermiş, qalan 150 manat pulu isə özünə götürmüşdür. Sonra o, öz avtomobilinə əyləşib evə gəlmiş, Ərəstun isə bazarda qalmışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması, əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində üç nəfər azyaşlı uşağının olmasını və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək Təqsirləndirilən şəxs1 ifadəsində qeyd etdiyi halları eynilə təsdiq etmişdir. Təqsirləndirilən şəxs2 ifadəsinin sonunda zərərçəkmiş şəxsə dəymiş ziyanın tam şəkildə ödənilməsini, zərərçəkmiş şəxsin ona qarşı şikayəti və tələbinin olmaması, əməlindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını və şəxsiyyətinin yaşadığı yer üzrə müsbət xarakterizə olunması hallarını nəzərə alaraq, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayəti etiraf etmələri barədə verdikləri ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, onlar düzgün ifadə verilər. Belə ki, onların qeyd olunan cinayəti törətmələri məhkəmə iclasında elan edilmiş zərərçəkmiş şəxsin və məhkəmə iclasında ifadə vermiş şahidin, həmçinin cinayət işinin digər materialları ilə kifayət qədər sübuta yetirilir. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyanın tam şəkildə ödənilməsini, onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmamamsını nəzərə alaraq təqsirləndirilən şəxslərə yüngül cəza verilməsini, həmçini səhhətində olan problemlərlə bağlı məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında elan edilmiş zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsindən görünür ki, Sabirabad rayonu Həşimxanlı kəndində ailəsi ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, fərdi təsərrüfatla məşğul olmaqla ailəsini dolandırır. 27 oktyabr 2022-ci il tarixdə həyətindəki tövlədən ona məxsus iki baş quzuların naməlum şəxslər tərəfindən oğurlanması ilə əlaqədar Sabirabad rayon polis şöbəsinə ərizə ilə müraciət etmişdir və bu barədə qeyd etmişdir ki, fərdi təsərrüfatında 20 baş xırdabuynuzlu heyvanları vardır. 26 oktyabr 2022-ci il tarixdə saat 08 radələrində özünə məxsus xırdabuynuzlu heyvanları həmişə olduğu kimi otlamaq üçün həyətə buraxmışdır. Həmin gün saat 18 radələrində heyvanları yaşadığı evin həyətindəki tövləyə salmışdır. Həyətindəki tövlə daş və şiferlə əhatəyə alınmışdır. 27 oktyabr 2022-ci il tarixdə səhər saat 08 radələrində həmişəki kimi heyvanları otlamağa buraxmaq üçün tövləyə yaxınlaşmış, tövləyə daxil olduqda iki baş dişi quzunun yerində olmadığını görmüşdür. O, əvvəlcə quzuların qaçdığını fikirləşmiş, ona görə də yerində olmayan quzuları axtarmağa başlamışdır. Əvvəlcə yaşadığı evin həyətinə baxmış, sonra isə küçəyə çıxıb axtarmağa başlamışdır. Lakin quzuları heç yerdən tapa bilmədiyinə görə quzuların oğurlandığını bilmişdir. Ona görə də bu barədə polisə şikayət etmək qərarına gəlmişdir. Bu məqsədlə həmin gün səhər saatlarında Sabirabad rayon polis şöbəsinə gəlib iki baş quzularının yaşadığı evin həyətindəki tövlədən oğurlanması ilə əlaqədar ərizə ilə müraciət etmişdir. Ərizəsi alındıqdan sonra baş vermiş hadisənin təfərrüatları barədə izahatı alınmışdır. Daha sonra oğurluq hadisəsi baş vermiş yerə müstəntiq tərəfindən baxış keçirilib fotoşəkillər çəkilmişdir. O, ifadəsində oğurlanmış quzuların boz rəngli olmaqla dişi quzular olduğunu, hər ikisinin 9 aylıq olmaqla hər birinin diri çəkisi təxminən 22 kq olan quzular olduğunu, ona məxsus iki baş quzunun oğurlanması nəticəsində hər biri 200 manat olmaqla, cəmi 400 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərdi ki, İmişli rayonu Xəlfəli kəndində valideynləri ilə ilə birlikdə yaşayır. O, rəsmi olaraq heç yerdə işləmir, heyvan alıb-satmaqla ailəsini dolandırır. İşi ilə əlaqədar olaraq İmişli, Biləsuvar və Sabirabad rayonunun bazarlarına gedib ucuz qiymətə heyvan alıb Sabirabad rayonu Şəhriyar kəndində yerləşən mal bazarında bir qədər baha qiymətə satır. xx.xx.2022-ci il tarixə keçən gecə saat 01 radələrində heyvan almaq üçün Sabirabad rayonu Şəhriyar kəndində yerləşən heyvan bazarına getmişdir. Həmin gün saat 03 radələrində bazarın çölündə bir nəfər ağ rəngli VAZ- 2106 markalı avtomobildən düşüb avtomobilin arxa yük yerini açmışdır. O, avtomobilin arxa yük yerində ayaqları bağlı bir baş boz rəngli dişi quzu olduğunu görmüşdür. O, həmin şəxsə yaxınlaşıb, quzunu neçəyə satdığını soruşmuş, həmin şəxs də ona 170 manata satdığınızı demişdir. O da quzu satan şəxsə baha olduğunu deyib kənarlaşmaq istəyəndə həmin şəxs onu yanına çağırmış və onunla 150 manata razılaşmışdır. O da həmin quzunu götürüb bazara daxil olmuş, təxminən yarım saat ərzində həmin quzunu tanımadığı bir nəfər şəxsə 155 manata satmışdır. Daha sonra yenə də quzu alıb-satmaq üçün bazardan çölə çıxmışdır. Həmin vaxt quzunu satdığı şəxs ona yaxınlaşmış, polislərin gəldiyini, onun satdığı quzunun oğurluq olduğunu bildirmişdir. O da bazara daxil olmuş və polislərin orada olduğunu görmüşdür. Həmin quzunun oğurluq olduğunu bildikdən sonra o, 155 manatı quzunu satdığı adama qaytarmış və quzu ilə birlikdə Sabirabad rayon polis şöbəsinə gəlmişdir. O, polis şöbəsində bilmişdir ki, ona oğurluq quzunu satan şəxs Sabirabad rayonu Həşimxanlı kənd sakini sonradan tanıdığı Vüqar adlı şəxsdir. O, Vüqar adlı şəxsin satdığı bir baş quzunun özünə məxsus olduğunu və satmaq istədiyini bildirdiyini, ona satdığı bir baş quzunun oğurluq olması barədə heç bir söz demədiyini, həmin heyvanın oğurluq olmasını bildiyi təqdirdə almayacağını qeyd etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışlar. İş materiallarında olan Sabirabad rayon Həşimxanlı kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 şəxsiyyətləri yaşadıqları ərazi üzrə müasbət xarakterizə olunur. İş materiallarında olan Sabirabad rayon Həşimxanlı kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 3 nəfər (xx.xx.2009-cu, xx.xx.2011-ci və xx.xx.2013-cü il təvəllüdlü) azyaşlı uşağı vardır. İş materiallarında olan Sabirabad rayon Həşimxanlı kənd İƏD-si üzrə Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 2 nəfər (xx.xx.2019-cu və xx.xx.2021-ci il təvəllüdlü) azyaşlı uşağı vardır. İş materiallarında əlavə edilmiş zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs imzası ilə təsdiq olunmuş ərizəsindən görünür ki, ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, onun təqsirləndirilən şəxslərdən şikayət və tələbləri yoxdur. Beləliklə, məhkəmə ittiham və müdafiə tərəflərini dinləyib, iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olub qrup təşkil edərək, oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, həmçinin yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talama cinayətlərini törətmələri toplanmış və məhkəmə iclasında tədqiq edilmiş obyektiv sübutların məcmusu, zərərçəkmiş və şahid ifadələri, həmçinin digər iş materialları ilə məhkəmə istintaqında tamamilə sübuta yetirildi. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Onların əməlləri düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə tövsif edilmişdir. Odur ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barələrində ittiham hökmü çıxarılmalı və onlara Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin təqsirli bilindiyi maddənin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailələsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, himayəsində üç nəfər azyaşlı uşağının olması (CM-nin 59.1.4-cü maddəsinə əsasən), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nın 59.1.12-ci maddəsinə əsasən), cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini CM-nin (59.1.13-cü maddəsinə əsasən), təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirməsini, ilk dəfə az ağır cinayət törətməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, şəxsiyyətinin yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-nın 59.2-ci maddəsinə əsasən) cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, himayəsində iki nəfər azyaşlı uşağının olması (CM-nin 59.1.4-cü maddəsinə əsasən), zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (CM-nın 59.1.12-ci maddəsinə əsasən), cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini (59.1.13-cü maddəsinə əsasən), təqsirlərini etiraf etməklə əməllərindən peşimançılıq hissi keçirməsini, ilk dəfə cinayət törətməsini, ailənin yeganə qazanc gətirən üzvü olmasını, şəxsiyyətinin yaşayış yerindən müsbət xarakterizə olunmasını (CM-nın 59.2-ci maddəsinə əsasən) cəzanın yüngülləşdirən halları kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 oğlunun əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsi ilə nəzərdə tutulmuş cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Qeyd olunan Qərarın 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanı ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halları nəzərə alıb hesab edir ki, təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə və cəmiyyətdən təcrid etmədən onların islah olunması mümkündür və onlara təqsirli bilindikləri maddənin sanksiyası həddində 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə daha uyğundur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, 02 gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanılmışlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Belə olan halda Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanmalarının bir həbs günü azadlığın məhdudlaşdırılması cəzanın iki gününə bərabər tutulub hesablanmaqla, 01 (bir) il 02 (iki) ay təyin olunan cəzadan 04 (dörd) gün çıxılaraq, onların üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün cəza saxlanılmalıdır. Həmçinin, məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 05:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadıqları Sabirabad rayonunun inzibati ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmasını məqsədəmüvafiq hesab edir. Qeyd olunanlarla yanaşı, həmçinin, məhkəmə qanunvericiliyin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzaçəkməsi müddətinin əvvəlinin cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını, təqsirləndirilən şəxslər barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmasını əsaslı hesab edir. İş materiallarından görünür ki, iş üzrə vurulmuş ziyan Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 347-349, 351-353, 381- 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılmasından cəzasından 04 (dörd) gün çıxılaraq, Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 05:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayon inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək 02 (iki) gün şübhəli şəxs qismində tutularaq həbsdə saxlanıldığı günün bir həbs günü iki gün azadlığın məhdudlaşdırılmasına bərabər tutulub hesablanmaqla ona təyin olunmuş 01 (bir) il 02 (iki) ay müddətinə azadlığın məhdudlaşdırılmasından cəzasından 04 (dörd) gün çıxılaraq, Təqsirləndirilən şəxs2in üzərində qəti olaraq 01 (bir) il 01 (bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 05:00-a dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Sabirabad rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökmün icrası Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sabirabad rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sabirabad Rayon Məhkəməsi vasitəsilə Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. zuli Pənahov
Məhkəmə qərarları › İş №1(056)-47/2023
Sabirabad Rayon Məhkəməsi Hökm — İş №1(056)-47/2023
20.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver